Niyə xatırlamır
Söylə necə bu həsrəti mən boğum,
Qərib-qərib sızıldayır bu duyğum.
Baxışına hər gün heyran olduğum,
Niyə məni xatırlamır, İlahi?!
Uçub getdi pıçıldaşan o sözlər,
Ocağımda ta üşüyür bu közlər.
Görən indi hara baxır o gözlər,
Niyə məni xatırlamır, ilahi?!
Bir meh kimi oxşayırdım saçını,
Unudurdum qəlbimdəki acını.
Ona verdim könlümün taxt-tacını,
Niyə məni xatərlamır, İlahi?!
Odum sönüb,sovrulubdu küllərim,
Sona-sona çağırmayır göllərim,
Eşq bağçamda haray çəkir güllərim,
Niyə məni xatırlamır, İlahi?!
Müəllif: SONA İSMAYILOVA
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ