Təcnis (63 yaşıma)
Müəllif: Nazir Ziya Talıstanlı


2017-10-11 14:56:43



Təcnis
(63 yaşıma)

Nə yaxşı qalmışam, nə yaxşı sağam,
Canım nə bərk imiş, daşdanmışam mən.
Sellər, sular döyüb dərələr boyu,
Bərkiyib, sıxılıb, daşdanmışam mən...

Arxam olub “ Ürək “ adlı bu dağım,
Tanrım əyib : bu nisgilim, bu dağım.
Ömrüm boyu barlı olub budağım,
Onunçun həmişə daşdanmışam mən.

Bütün dərdlər şairlərin dərdimi?
Bağban könlüm heç barını dərdimi?
Gizli tutub çox ağrımı, dərdimi,
Basıb ürəyimə daş, danmışam mən.

Nazir Ziya Talıstanlı

12 dəfə oxundu

Axtarış