Təvəkkül Goruslu - Şuşa şeiri
Müəllif: YAZARLAR.AZ


04.06.2021


Şuşa
Adı gəlcək könül dinir, qəlb oxuyur,
Ritmdir, cəngidir, sədadır Şuşa!
Rəmzi xarıbülbül, muğam qoxuyur,
Hissdir, həyəcandır, nidadır Şuşa!
* * *
Ölkəmin köksündə döyünən ürək,
Həm Azərbaycana nəfəsdir Şuşa!
Zirvələr üstünə enən bir mələk,
Yaddaşa süzülən "O" səsdir Şuşa!
* * *
Azərbaycanımın şanı, şərəfi,
Namusdur, qeyrətdir, əxlaqdır Şuşa!
Xalqımın mənliyi, duyğu tərəfi,
Ruhunda çağlayan irmaqdır Şuşa!
* * *
Tanrıdan tikilmiş yaşıl qoftası,
Qəlbləri fəth edən imandır Şuşa!
Şəhidlər uğrunda olcaq fədası,
Bayrağa lalətək damandır Şuşa!
* * *
Zirvəsi qıy vuran qartal məkanı,
Ətəyi bəhərli , arandır Şuşa.
Zəfərlə qazanıb şansı, imkanı,
Birliyə vəsilə, "Turandır" Şuşa!
01.06.2021.
Müəllif: Təvəkkül Goruslu.

4 dəfə oxundu

Axtarış