TOFİQ QƏBUL-QARABAĞ AZƏRBAYCANINDIR !
Müəllif: Yazarlar.AZ


08.10.2019




Ürəyimdə min bir istək, dodağımda xoş təbəssüm,
Vətənim seyr etməkdən doymur könlüm, doymur gözüm,
Qəlbi dağlar bir əzəmət, əbədiyyət, səbr, dözüm,
Daim döyüş, mübarizə damarlarda coşan al qan,
Şəfəqlərdən cilvələnən bir mayakdır Azərbaycan !

Bu da dünya xəritəsi-Odlar yurdum, mavi Xəzər
Dünyamızın sinəsində pöhrələnən gülə bənzər.
Bakı çıraq, dikilibdir bu çırağa min-min gözlər,
Sərvətimin arxasınca hey sürünür qarı düşman,
Acgözlərin gözlərinə ox-bıçaqdır Azərbaycan !

İlk teatr, ilk opera, ilk mətbuat, ilk əlifba…
Qoca Şərqi heyran qoyur min-min zəka, min-min düha,
Min ildir ki, yol gedirik bütövlüyə, azadlığa.
İndi Vətən göylərində nə çovğun var, nə də duman,
Müstəqillik zirvəsində bir bayraqdır Azərbaycan !

Canım Şuşa bir tamaşa, səcdəgahdır imanıma,
Yollar gedir Xankəndimə, Xocalıma, Ağdamıma.
Bütövlükdür inandığm, kölgə düşməz inanıma.
Həm Dərbənddir, həm Zəngəzur, həm Təbrizdir, həm Naxçıvan
Qarabağdır, Qarabağdır, Qarabağdır Azərbaycan !!!

27.04.2009.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış