TORPAQ BİZİ GÖZLƏYİR… - ZAUR USTAC
Müəllif: Yazarlar.AZ


25.08.2020



(…komandirim İlqar Mirzəyevin xatirəsinə…)
Yenə də görüşə gəlmişəm, qardaş!
Olmadı sonadək ayağım yoldaş…
Qurudu qoynumda əllərim bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Yenə də görüşə gəlmişəm, qardaş!
Olmadı sonadək ayağım yoldaş…
Qurudu qoynumda əllərim bardaş…
“Hazırdı məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Yenə də görüşə gəlmişəm, qardaş!
Olmadı sonadək ayağım yoldaş…
Qurudu qoynumda əllərim bardaş…
Burada boş yerlər soraqlar bizi…
Orada gözləyir torpaqlar bizi…
23.08.2020. – Bakı. (II F.X.)

Müəllif: Zaur Ustac

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

8 dəfə oxundu

Axtarış