“Ulu Han Ata Bitikci”
Müəllif: Tariyel Azərtürk


21.11.2017


Tariyel Azərtürk

“Ulu Han Ata Bitikci”

Epoxaöncəsi Türkün yeni tapılmış “Ulu Han Ata Bitikci” (Ulu Xan Ata Yazar) eseri bir mövcudluğu demeye də əsas verir. Əvvəla, buradakı Bitikçi termini Yazar deməkdir. Özü də əsəri kağıza, dəriyə deyil, daşa, qayaya qazıyan şəxsə deyilirdi qədim türkcə. Fəqət çətin ki, eserin həcmini bilməsək də, onun kitab kimi daşa qazıldığını demək olmaz. Biti fəaliyyəti eramzıdan əvvəl və sonrkı erkən əsrlərdə (bizim eranin İİ yüzilliyinə kimi) Mixi yazılar dövrü də, sonrakı Orxon-Yenisey daş salnamələrinin qazıldığı sonrakı dövrlər də (bizim eranın 5-8-ci əsrləri) mövcud idi və yazı adətən gildən hazırlanmış lövhələrə və qaya səthlərinə (sonrakı dövrlər) biti edilirdi – yazılırdı. Odur kı, bu əsərin Mixi yazılı dövrlərinə gedib çıxdığını deməyə tam haqqımız var. Bu fikri daha bir faktla möhkəmləndirmək olar:
Ulu mixi yazılı Yazarımız Şəmsı Ədəd Abi 3000 il bundan öncə Türkün Ulu Xan Bayat Çapan adlı sərkərdəsinin və yazarının adını çəkir. Və onun ölümünə sözün əsil mənasında göz yaşları axıdır:

“Ulu Xan Bayat, Ulu, Çapan ki, u mətim!
Pah, uyuyur...
Çal müziyim, rah cam...
al qəm, samma hurrayam...”

Yəni, Kaş indi Türkün deyək ki, Qarabağdan qovulduğu bu ağır anlarında Ulu Xan Bayat Çapanı – u mətinim sağ olaydi. Görərdilər düşmənin dərisin boğazından necə soyur. Ah, deyir Şair, hardaydı bizdə u bəxt, O ki, uyuyur. O ki, rəhmətə gedib... Bu dərdə dözməyən Şair, müsiqiyə (bu sözü yunana verirlər) və bir cam rama (cam – qədəh şəraba) (rom şərabı termininin da kökünün haradan gəldiyini görürsünüzmü?) müraciət edib, dərdini yüngülləşdirmək, daxilini çulğalayan qəmini azaltmaq istəyir. Və düşməndən Ulu Xan Bayatsız da qisas alaçağına söz verir: Məni bu qədər də horra – sıyıq sayma! deyir Böyük Şairimiz.
Hələlik belə bir iddia irəli sürmək olar ki, ola bilsin ki, ilkin analizə görə Dede Qorqud dastanımız seviyyesində olan belə bir Ulu Dastanın Yaradıcısı da Ulu Türkün özünə Ata saydığı ULU XAN BAYAT ola bilər (?).


8 dəfə oxundu

Axtarış