VƏTƏNDƏN UZAQLARDA... - YEGANƏ MAHMUDBƏYLİ YAZIR
Müəllif: Yazarlar.AZ


22.11.2020


Vətəndən uzaqda Vətənlə döyünən ürəklər....
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında, dövlətimizin xarici və daxili siyasətinə aid məsələlərin dünyada təbliğində xaricdə fəaliyyət göstərən Azərbaycan diasporalarının rolu böyükdür. Diaspora üzvləri, həmvətənlərimiz ölkəmizin hüdudlarından çox-çox uzaqlarda yaşasalar da vətənimizdə baş verən olayları yaxından izləyir və bu proseslərə biganə qalmır. Ermənistanın Azərbaycana qarşı soyqırım siyasəti, torpaqlarımızın işğalı ilə bağlı mütəmadi olaraq təbliğat kompaniyası həyata keçirilir.
Keçirilən aksiyalar və çox saylı tədbirlər bütün bunarın ən bariz nümunəsidir. Işğalçı ölkənin, sərhədyanı bölgələrimzdə təxribatı xarici ölkə mətbuatında, eyni zamanda Azərbaycan diasporalarına məxsus mətbuat səhifələrində də dərc olunur.
Hazırda dünyanın müxtəlif ölkələrində 500-dən çox Azərbaycan Diaspor Təşkilatı fəaliyyət göstərir. Xaricdə fəaliyyət göstərən Azərbaycan Diaspor rəhbərləri Azərbaycanin siyasi- iqtisadi, hərbi problemlərinin həllində fəal iştirak edirlər
Xaricdə yaşayan həmvətənlilərimizin birliyi COVID-19-la mübarizədə də özünü göstərdi. Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən soydaşlarımıza müraciət edilərək mövcud vəziyyətdə daha çevik fəaliyyət və mümkün imkanlar daxilində ehtiyacı olan insanlara dəstək göstərilməsi tövsiyə olunub. Bu işlər Macarıstan, Polşa, Türkiyə, Avstriya, Gürcüstan, Almaniya (Berlin və Köln), Ukrayna, İspaniya Krallığı və Estoniyada fəaliyyət göstərən 10 Azərbaycan evi, həmçinin dünyanın 25 ölkəsini əhatə edən və 121 diaspor təşkilatını birləşdirən 11 Koordinasiya Şurası tərəfindən həyata keçirilib. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya başlayandan bu günə qədər 60-a yaxın ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və diaspor fəalları ilə 300-dən çox videokonfrans təşkil edib.
Təbii ki, bu və bunun kimi saysız-hesabsız faktlar göstərdi ki, dünyanın harasında olursa olsun, soydaşlarımızın ən çətin və həssas məqamlarda bir-birlərinə yardım etmələri, dayaq olmaları və ən əsası dövlətimizin diqqət və qayğısını hiss etmələri, diaspor quruculuğu işinin uğurlu icrasının parlaq təzahürüdür.
30 ilə yaxın bədnam ermənilərin torpağlarımızı işğal etmələri,daim təxribatlar törətmələri, vaxtaşırı dövlət sərhədlərimizin, hərbçilərimizin, mülki şəxslərin öldürülməsi hər kəsə məlumdur.
Ermənistanın növbəti təxribatı iyul ayında baş verdi. Sentyabrın 27-si saat 06:00 radələrində isə Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və sərhəd boyu rayonlarımızı, kəndlərimizi artilleriya qurğularından intensiv atəşə tutdu. Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirtdi.
Baş verən hadisələr ilə bağlı Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspora üzvlərinə müraciət etmiş, Ermənistanın bu çirkin niyyətini ifşa edərək, yerli ictimaiyyətə çatdırmağa səsləmişdir. Xaricdə yaşayan həmvətənlərimiz keçirdikləri aksiyalarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən- Gəncə, Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların,mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını pisləyiblər. Ermənistanın işğalçılıq siyasətinə etiraz bildirən şüarlar yazılan plakatlar nümayiş etdiriblər. Dünya birliyini və Beynəlxalq təşkilatları Ermənistanın təxribatçı hərəkətlərini pisləməyə, Ermənistanın təcavüzkar siyasətinə son qoymağa, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması tələblərinin əks olunduğu bəyanat qəbul edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması ilə bağlı qətiyyətli addımlar atmağa səsləyiblər. İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarlar səsləndiriblər. Qeyd edək ki, 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları, aksiyalar keçirib. Aksiyalarda 10 mindən çox soydaşımış iştirak edib və 100-ə qədər bəyanat veriblər. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib.
Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə "Karabakh is Azerbaijan!" platformasında birləşən və müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər iyulun 13-dən başlayaraq sosial şəbəkələrdə, xüsusilə "twitter"də ölkəmizin dövlət sərhədində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı həqiqəti əks etdirən informasiyalar paylaşıblar.Gənclər "Facebook" və "Twitter"də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törədikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression, #Stop Armenian Occupation həştəqlərindən istifadə etməklə, facebook.com və twitter.com sosial şəbəkələrində minlərlə foto, video və digər məlumatlar paylaşıblar. Azərbaycanlı gənclər sözügedən həştəqlərlə, ümumilikdə 100 minə yaxın paylaşım ediblər. Ölkəmizdə və xaricdə yaşayan gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb.
Vətənimizin ağır günlərində Kalininqrad vilayətində yaşayan azərbaycanlılar da , Azərbaycanin siyasi- iqtisadi, hərbi problemlərinin həllində fəal iştirak edərək, vətənpərvərlik göstərərək, erməni təcavüzünə qarşı mübarizədə Vətənin yanında oldular. Rusiyanın Kalininqrad vilayətindəki Azərbaycan diasporunun sədri , şəhər dumasınin deputatı, Tofiq Rzayevin sözlərinə əsasən Kalininqrad vilayətində 17 minə yaxın azərbaycanlı yaşayır. Demək olar ki, vilayətin bütün sahələrində azərbaycanlılar fəaliyyət göstərməkdədirlər. T.Rzayevin səyi nəticəsində “Xalqlar dostluğu” evində azərbayçanlı evladlarımıza, Azərbaycan dili kurslarının keçirilməsinə razılıq alınıb. Onun rəhbərlik etdiyi "Ağsaqqallar Şura"-na yeni-yeni üzvlər qəbul edilməkdədir. Soydaşlarımızın ayrı - ayrılıqda Azərbaycana maddi yardımın göstərilməsi tərifə layiqdir. Diaspora rəhbəri T. Rzayev qeyd etdi ki, belə yardımları müntəzəm olaraq birləşib "Ağsaqqallar Şura”nın" adından şəhidlərimizin evladlarına və ailə başçılarına ünvanlayaq. Bu barədə mən Qarabağ Azadlıq Təşkilatı ilə danışıqlar aparıram.
Diaspor sədrinin əsas məqsədlərindən biri də Sovet İttifaqında ilk vitse-admiral rütbəsi alan azərbaycanlı Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi və Kalininqrad vilayətinin Baltiysk şəhərinin mərkəzində onun büstünün qoyulmasıdır. Bunun üçün onun təqdim etdiyi layihə dumada deputatlar tərəfindən dəstəkləndikdən sonra , bütün lazımi orqanların razılığı alınmışdır. Artıq layihə hazırdır. Yaxın vaxtlarda büstün şəhərin görkəmli hissəsində ucalmasının şahidi olacağıq.
Tofiq Rzayev nəinki Azərbaycanin iqtisadi-siyasi, həyatında fəal iştirak edir, o həm də həmvətənlərinə, elm adamlarina - alimlərə də bacardiğı qədər dəstək olur.
2017- ci ildə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün , doktorluq dissertasiya işimi Azərbaycan Respublikasının Prezidenti yaninda Ali Attestasiya Kommissiyasina təqdim etdim. Lakin 2019-cu ildə Ali Attestassiya Komissiyasinda gedən islahatlar nəticəsində yeni- yeni sərəncamlar çixdı və sərəncama əsasən elmlər doktoru elmi dərəcəsi almaq üçün “Web of Science Core Collection” ən yuksək elmi bazada yerləşən jurnallarda yenidən elmi məqalə dərc etmək lazim gəldi. Yaroslavl vilayəti -Институт “биологии внутренних вод “им. И. Д. Папанина РАН. Elmi Tədqiqat İnstitutuna elmi məqaləmi dərc etmək üçün təqdim etdim. Lakin pondamiya dövrü olduğundan , hər yerdə olduğu kimi, bu işdə də çətinliklər yaşandı. Mart 2020- ci ildə doktorluq işim Rəyasət Heyetdə təsdiq edildi.
Bir elm adamı kimi məqaləmin dərc edilməsində mənə göstərdikləri dəstəyə, elmə verdikləri dəyərə görə, Russiyanın Kalininqrad vilayəti Azərbaycan diasporunun sədri, Baltiysk Şəhər Dumasinin deputati Tofiq Rzayevə və Yaroslavl Reqional Azerbaycan Milli- Mədəni Muxtariyyatının rəhbəri hüquqşünas Asman Hüseynova minnətdarlıq edir və sonsuz təşəkkürümü bildirirəm.
Prezident İlham Əliyevin Diaspora sahəsində ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək.

BİOLOGİYA ELMLƏRİ DOKTORU
YEGANƏ MAHMUDBƏYLİ

5 dəfə oxundu

Axtarış