VİDADİ AĞDAMLI - VƏTƏN
Müəllif: Yazarlar.AZ


20.11.2019


VƏTƏNİN BAŞINA GÖR NƏLƏR GƏLİR

(Birinci hissə)

Yenə dolub bulud qaralıb qaşlar,
Axtarır bib-birin küskün baxışlar.
Gecənin zülməti bağrımı yarır,
Bakının üstündə bulud fırlanır.
Dəniz şaxə qalxıb sahilə gəlir,
İnsanlar talehin öz bəxtin gəzir.
Boranlı şaxtalı payız qurtarır,
Xəzəllər əyağın altında qalır.
Alır ağuşuna şaxta şəhəri,
Tutur qara bulud təmiz göyləri.
İnsanlar yorğundu insanlar əznik,
Şaxtalı gecədə biz yol gedirik.
Çatırığ Ağdama insanlar bədbin,
Baxırsan dərdi var üzdə gözlərin.
Hamı narahatdı,hamı bədbindi,
Baxırsan üzlərdə qəmdi-kədərdi.
Çatıram eyvana səssiz-səmirsiz,
Allaha qalıbdı ümüdlərimiz.
Keçirəm otağa fikrə gedirəm,
Mən qələm götürüb dəftər gəzirəm.
Gegənin qaranlıq dərinliyində,
Gedirəm xəyala ev-eşiyimdə.
Xəyalım dolanır ötən günləri,
Vaxtsız tez bürüşən ağ çiçəkləri.
Baxıram üzlərə narahatlığ var.
Yenə narahatdır bizim torlağlar.
Düyməni basıram ekran açılır,
Kanallar nə isə tez-tez qarışır.
Açıram ekranı gedib xəyala,
Tez-tez rast gəlirəm hey çığırtıya.
Boyük narahatlığ duyuram birdən,
Xoş sözlər deyilmir Ali Sovetdən.
Didişir insanlar fikirlər ayrı,
Fəlakət gözləyir bu torpağları.
Çəkişir insanlar fikirlər ayrı,
Bir dəhşət gözləyir bu insanları.
Diyəsən büdrəyir sovet ölkəsi,
Bürüyüb Bakını millətin səsi.
Kommunist sözüdə düşür hörmətdən,
Yeni partiyalar yaranır təzdən.
Açılır iç üzü bu sovetlərin,
Tutulub kələyi böyük ölkənin.
İllərdi işğalda saxlayıb bizi,
Alıb əlimizdən hər şeyimizi.
Dartıb aparıblar sərvətimizi,
Dilənçi kökünə salıblar bizi.
Boyük bir çaxnaşma düşüb içmizə,
Səs verən olmayıb bizim səsmizə.
Biri bərk tutubdu köhnə soveti,
Buraxmağ istəmir Ali Soveti.
Millət müstəqillik istəyir bizdən,
Ayrılır fikirlər hər gün kürsüdən.
Dünyanın nəzəri bura tikilib,
Bostanlar yerində alağlar bitib.
Azadlığ meydanı dolur-boşalır,
Natiqlər milləti bir yerə yığır.
Bürüyüb bir dəhşət bu gün Bakını,
Meydana çağırır Cəbhə insanı.
İnsanlar amalın seçibdi düzgün,
Sovetlər birliyi dağılır bu gün.
Milli məsələlər çıxır ortaya,
Sığmır bu insanlar heç bir araya.
Ali Sovet hər gün dolur-boşalır,
Azadlığ üğrunda səslər ucalır.
Qalxıb tələbələr.qalxıb fəhlələr,
Durmadan meydana axıb gəlirlər.
Beləcə yaşayır Bakı günlərin,
Meydanda açırlar hər gün səhərin.
Millətim bir səslə Azadlığ deyir,
İnsanlar meydandan ümüd gözləyir.
Lakin yatmayıbdı düşmənlər bilin,
Boğmağ istəyirlər millətin səsin.
Bundan tez oyanıb ermənilərdə,
Təbliğat aparır kənddə şəhərdə.
Evindən qovurlar Azəriləri,
Yuvasız edirlər bizim milləti.
İstəyir böyütsün ermənistanı,
Yuvasız qoysunlar hər bir insanı.
Alırlar əlindən devlətin varın,
Pozurlar həyatın bu insanların.
İşgəncə verirlər,əzab verirlər,
Çıxın torpağlardan hər gün deyirlər.
Tökülür düzlərə yazığ millətim,
Əyağlar altında qalır ismətim.
Qovur Yeravandan mənim xalqımı,
Sındırıb əzirlər tək vüqarımı.
Beləcə təmizlik edir Yeravan,
İtirib simasın simasız insan.
Günbə-gün axışır Bakıya millət,
Niyə gözün yumur bunlara dövlət.
Bakıda görürlər bu faciəni,
Atırlar küçəyə köçüb gələni.
Gizlənir faciyə,gizlənir dərdlər,
Erməni iş görür,susuruğ bizlər.
Köhnə kommunistin toküntüləri,
Gizlətmək istəyir olan işləri.
Ört basdır edirlər millətin dərdin,
Duymağ istəmirlər insan qəlbini.
Gizlədirlər dağılan evlərimi,
Əri güllələnən gəlinlərimi.
Təndirə salınan qoca nənəni,
Kəsirlər insanın dinən dilini.
Qaynar samavarı qoyub belinə,
Zülm edir erməni qıza-gəlinə.
Neçə anaların kəsib döşünü,
Töküblər insanın görən gözünü.
Boruya doldurub körpə uşağı,
Dağdan buraxırlar üzü aşağı.
Birinin gah qolun qılçın kəsirlər,
Boşalt öz evini qəti deyirlər.
İnsanlar dağlara düzə yayılır,
Evlər dağıdılır,evlər odlanır.
Beləcə axışır insan Bakıya,
Qalmayır insanda nə ismət-haya.
Həyacan təbilin gəlib çalırlar,
Bəsniyə biganə qalıb insanlar.
Susur yuxarılər,susur orqanlar,
Buna bicanədir çox deputatlar.
Çoxları çəkilib qınına girir,
Görən müsibəti niyə görməyir.
Ali sovet hər gün dolur-boşalır,
Biri başa düşür,biri qanmayır.
Qalxır tələbələr,qalxır fəhlələr,
Hərdən söz tullayır yaltağ natiqlər,
Eriəni iş görür Bakisə susur.
Qarşıda bir boyük uçurum durur,
Azadlığ meydanı dolur-boşalır.
Fikirlər ayrılır millət ayrılır,
Biri öz xalqına güvənib durur,
Biri yaltaqlanıb mərkəzə uçur,
Saxlamağ istəyir köhnə rejimi.
Əzmək istəyirlər bu millətimi,
Azadlığ carçısı şahinlərimi.
Beləcə günlərdə bir-bir ötüşür,
Vəzifə üstündə millət doyüşür.
Biri kürsü güdür vəzifə güdür,
Biri Vətən üçün özün oldürür.
Çağrılır iclaslar-müşavirələr,
Başların itirib bu biçarələr.
Köməyə çağrılır rus qoşunları,
Qırmağ istəyirlər bu insanları.
Yetişir faciə gəlir anba-an,
Dəhşətdən başını itirir insan.
Çağrılır Bakıya,,Xilaskar ordu,,
Qardaşı qırmağa füsunkar ordu.
Bakını üzük tək dövrəyə alır,
Durmadan Bakıya ordu çağrılır.
Dağılmır meydandan igid oğlanlar,
Ölümdən güllədən heç qorxmayanlar.
Bürüyür Vətəni böyük bir bəla,
Milləti düşünmür böyüklər əsla.
Xan kəndi dünyaya əsla sığmayır,
Erməni qudurub xalqı tapdayır.
Dağılır Topxana dağılır Şuşa,
Yamanca toxunur oxlarım daşa.
Qaynayır Qarabağ,yanır Qarabağ,
Qanla suvarılır artığ torpağlar,
Səslənir güllələr qalxır silahlar,
Bizdən nə istəyir alçağ yağılar.
Xan kəndində qan çanağı yaranır,
Yağı Andranik millətə qalxır.
Yığışır Ağdama Vətən sevərlər,
Xalqın dərdlərini açığ bilənlər.
Toplaşır insanlar yollar axtarır,
Qaçqın insanlara baxıb odlanır.
Ürəklər dözməyir tab gətirməyir,
Millət Xan kəndinə qalxmağ istəyir.
Kəsirlər hər yerdə hamının sözün,
Deyirlər tərpənsən tökülər gözün.
Lakin tab gətirmir insan ürəyi,
Görür tapdalayıb dığa çörəyi.
Yürüşə qalxırlar kinli insanlar.
Döyüş istəyirlər cana doyanlar.
İzdiham yol alır qəbirsanlığa,
Çıxır qarşısına minlərlə dığa.
Üzbə-üz doyanır kinli insanlar,
Qisasın almağa tələsir onlar.
Biri yaylığ atır biri dur deyir,
Biri bu kütlənin qarşısın kəsir.
İnsanlar əsəbdən əlin çeynəyir,
Mərkəz izin vermir bunlara deyir.
Düşüb Milislərdə ortaya gəzir,
Tutub öz millətin Ruslara verir.
Başlayır istintağ rus var-gəl edir,
Yazığ insanların dərisin didir.
Qarışır aralığ,qarışır hər yan,
Hərdən ası düşür insana-insan.
İtirir millətim ilk şəhidlərin,
Torpağa tökürlər qanın millətin.
Gülləyə tuş gəlir Əli,Bəxtiyar,
Azadlığın ilk carçısı olaqlar.
Can verir Bəxtiyar,ölür Əlimdə,
Başlanır bir matəm Ağdam elində.
Bir tərəfdən millət qalxıb oyanır,
Bir tərəfdən milis tutub saxlayır.
Çağırır Prakror çağırır Milis,
Azad insanlara qurulur silis.
Məqsəd…Erməniyə güllə atmısan,
Düşüb ortalığı niyə qatmısan.
Beləcə milləti qırır erməni.
Milisdə damlayır cavan gəncləri.
Boğmağ istəyirlər azad quşları,
Çarmıxa çəkirlər bu insanları.
İstərlər qırsınlar vüqarımızı,
Niyə qorumayaq torpağımızı.
Od tutub odlanır bu odlar yurdu,
İstəyir qorusun insanlar yurdu.
Bakıda qaynaşır böy1ük bir ordu,
Küçələr elə bir ocağdı-qordu.
Səngərlər qurulur hər küçələrdə,
Evinə getməyir millət gecədə.
Silahsız əlyalın çıxıb küçəyə,
Alıblar meydanı onlar çevrəyə.
KKB insanı rahat qoymayır,
İnsanlar içində insan arayır.
Birin xain deyib tora salırlar,
Heç nəyin üstündə həbsə alırlar.
Kütlənin qarşısın heçnə almayır,
Uşaqda böyükdə küçəyə qaçır.
Gecənin bir annı sönür işığlar,
Gurlayır qəfildən güllələr-toplar.
Kəsilir əlaqə qurulur divan,
Gülləyə tuş gəlir günahsız insan.
Bakının üstünü alır buludlar,
Titrəyir güllədən evlər-ağaclar.
Gecənin bir annı keçir hücuma,
Qann içənlər divan tutur xalqıma.
Avtomatlar atılır çaqqaçaraq,
Su içir Vəkıda barıtdan torpağ.
Tanklar tır-tır altda əzir xalqımı,
Tuturlar atəşə körpə balamı.
Bakı qan ağlayır,Bakı qan qusur,
Silahsız insanlar əyağa durur.
Baxmır qan içənlər qıza-gəlinə,
Atılır güllələr evin içinə.
Biri balkonunda qana boyanır,
Biri tankın altda xış-xış doğranır.
Yaralı daşıyır təcili yardım,
Düşübdü bəlaya bu gecə xalqım.
O Gün qara gəldi 20 yanvarım,
Qırıldı həm qoca,həmdə cavanım.
Körpə uşağlara qıydı alçağlar,
İnsanın qanından heç doymadılar.
Birləşib o gecə rusla erməni,
Yağdırdı insana odlu cülləni.
Söndu işığları Bakının o gün,
Qara gəldi elimdə hər toy-düyün.
Bir matəm başladı Bakıda o gün,
Heç kəs nəticəyə gəlmədi düzgün.
Başlandı matəmlər,başlandı yaslar,
Anna fəryadından yandı torpağlar.
Gecənin qaranlığ bir zülmətində,
Qırıldı insanlar metroda-tində.
Yaralılar əyağ altda qaldılar,
Qann itirib çoxları qırıldılar.
Güllələr selinə düşdü həkimlər,
Yaralı insana sinə gərənlər.
Boğmağ istədilər Bakının səsin,
Gülləylə deşdilər oğul sinəsin.
Milli əsgərlərdə döyüşə girdi,
Silahın düşmənə o an çevirdi.
Döyüşdü sübhətək o fədayilər,
Vətənçün özlərin qurban verdilər.
Xalqım çəkilmədi güllə səsindən,
Azadlığ nidası qalxdı elimdən.
O gündən alışıb Bakıda yandı,
Səsini dünyaya Xəzər çatdırdı.
Millət təngimişdi millət yanırdı,
Ali Sovet o gün zorla çağrıldı.
Qərar hazırlandı qərar yazıldı,
Dünyaya xalqımın səsi yayıldı.
Azadlığ çağrışı çağrıldı o gün,
Millətin qanıyla yazıldı o gün.
Açıldı süb çağı sakit qar yağır,
Elə bil Bakını göydə ağlayır.
Bürüdü hər yeri qarın örtüyü,
Dağları düzləri hətda çöllüyü,
Elə bil örtürdü qanların üstün,
Yox-yox örtə bilməz bu qanın üstün.
Artığ oyanmışdı yuxudan xalqım,
Göylərə qalxmışdı nalələr,ahım.
Baxırdın Bakıda sakitlik yatır,
Lakin ana-ata oğul axtarır.
Tabutlar düzəlir məzar qazılır,
Qırmızı qələnfir yola yayılır.
Sərilir qan üstə qərənfil yatır,
Şəhidin qanına boyanıb-batır.
Ağlayır qərənfil ağlayır yaman,
Sevinci kədərə döndərdi zaman.
Qərənfil bulaşır şəhid qanına,
Qərənfil axnaşır şəhid bağına.
Ağlayır qərənfil ağlayır dərddən,
Küçələr dolubdu bu gün şəhidnən.
Boyük bir izdiham yol alıb gedir,
Analar-atalar oğul gətirir.
Azadlığ meydanı izdihamlıdı,
Şəhidlər çiyində yerdə qarlıdı.
Şəhidlər bağına yollanır onlar,
Azadlığ carçısı böyük insanlar.
Minlərlə məzarlar qazılır o gun,
İnsanlar qəmgindi insanlar üzgün.
Baxırsan üzlərdə bir nifrət yatır,
İntiqam hissidə qaynayıb daşır.
Gəzilir küçələr gəzilir tinlər,
Hələdə gəzilir itgin düşənlər.
Tapılan şəhidlər dəfn olur bir-bir,
Gör neçə iyidim torpağa gedir.
Çoxu itgin düşüb tapılmır meyit,
Çoxları balığa yem olub itib.
Çoxların gizlicə dəniz apardı,
Beləcə ölənin sayı azaldı.
Dedilər az olsun şəhidin sayı,
Tutulur mərkəzdə hər gün siyahı.
Beləgə bu millət qana boyanıb,
Hələdə mərkəzdə çoxları yatıb.
Çatmayır onlara insanın dərdi,
Lakin doğan günəş bilki bizimdi.
Xalqım öz sözünü söylədi bu gün,
Dünya bu milləti dinlədi bu gün.
Azadlığ şuarı qalxdı əllərə,
Millətin bu səsi düşdü dillərə.

(1990-1993-cü illər)

MİLLƏTİN DƏRDİ

(İkinci hissə)

Bü qoca dünyanın neçə sirri var.
Niyə bir-birini didir insanlar.
Allahın əmrindən çıxırlar nədən,
Qorxmurlar allahdan nədə bəndədən.
Dünya çox böyükdür insanlar harın,
Udubdu bu dünya bilin çoxların.
Dünya bölünübdü iki dünyaya,
Balaca dövlətlər salınmır saya.
Hegamon dövlətlər yaranıb durub,
Elə bil dünyanı tək onlar qurub.
Əzir böyük dövlət kiççiklərini,
İtirir insanlar xoş günlərini.
Bunlardan biridə rus dövlətidir,
Hökmü əməlləri yaman qətidir.
Bölüblər dünyanı iki dünyaya,
Onlarda qalmayıb nə ismət-haya.
Biri xaçpərəstlər birisə islam,
Dəhşətdən az qalır sarsılsın adam.
Əzirlər islamı bilmirəm nədən,
İnsan dəli olur gördüklərindən.
Pyotur nəsihət etmişdi bir vaxt,
Parçala islamı sən saat-saat.
Əgər bölünməsə islam dövləti,
Bilki artacağdı onun qüdrəti.
Əzirlər hər yerdə islam dövlətin,
Çöllərə salırlar onun millətin.
Başı bədənindən tez ayırırlar,
Ayılan başları dibdən vururlar.
Bağlayıb Türkənçay müqaviləsin,
Böldülər yurdumun çırpan ürəyin.
Araz qan ağladı Araz sızladı,
Torpağı ikiyə o parçaladı.
Bölünüb ortadan Vətən yarıldı,
İki Azərbaycan niyə yarandı.
İkiyə bölündü sinədə ürək,
Dözülməz dərdlərə biz necə dözək.
Gülüstan,Türkənçay daha nə bilim,
Həsrətlə yaşadı əsirlər elim.
Qovruldu o gündən xalqım həsrətdən,
İki Azərbaycan yarandı nədən.
Biri farsı dedi biridə Rusu,
Dedilər həyatda budu doğrusu.
Aldılar elimdən kefi-işrəti,
Böldülər ikiyə bizim milləti.
Ata orda qaldı balası burda,
Anna oğul doğdu qaldı o tayda.
Oğul ata üçün soldu saraldı,
Bacı qardaş üçün yandı ağladı.
Əzdilər milləti ayrı saldılar,
Arazı ortada nişan qoydular.
Ağladı Arazım ağladı sular,
O gün ayrı düşdü qərib insanlar.
Araz qan ağladı araz sızladı,
Haray çəkib torpağları yaladı.
Araz qan ağladı Araz sızladı,
Ortada qalarağ çox çabaladı.
Düymadı fəryadın dünya nə millət,
Qardaşdan qardaşa yarandı həsrət.
Araza çox baxdı millət biçarə,
Tökülən göz yaşı axdı Xəzərə.
Neçə ürəklərdə qübar yarandı,
Ananın yollarda gözləri qaldı.
Araz şaxə qalxdı, coşdu ağladı,
Gah sağa boylandı,gah sağa baxdı.
Yandı için-için yandı qovruldu,
Gördüki həm sağı-solu qoruxdu.
Aşdı göz yaşından daşdı Arazım,
Həsrətdən su içdi torpağım daşım.
Xalqım düçar oldu qəmə kədərə,
Xəncər sapladılar saf ürəklərə.
Həsrətli qaldılar iki qardaşlar,
Ayrı düşdü Vətənində insanlar.
Əlac tapılmadı kəsilən başa,
Batdı elim-obam qəmə,göz yaşa.
Başı bədənindən tez ayırdılar,
Piyotur vədinə noqtə qoydular.
Bəli bax beləcə ötdü bu devran,
İtmədi gözlərdən nə qəm nə hicran.
Ay ötdü il ötdü illər dolandı,
Dünya böyüklərin əlində qaldı.
Ötdü qərinələr ötdü əsirlər,
Gündən-günə artdı qəmlər-kədərlər.
Yetişdi bir zaman yetişdi devran,
Bizi gözləyirdi hələ böyük qan.
Planlar cızılıb hazırlanırdı,
Əmirlər-fərmanlar əyağ alırdı.
Hədəfə aldılar bir gün Bakımı,
Saldılar tapdağa saf torpağımı.
Yeridi Bakıya Rusun qoşunu,
Görən olacağmı bu dərdin sonu.
Qara gətirdilər 20 yanvarı,
Saya salmadılar bu insanları.
Birləşib erməni rusla birlikdə,
Dəhşət yaratdılar odlar elində.
Qırdılar cavanı qızı-gəlini,
Tökdülər dənizə ölən-itəni.
Böyük bir xiyaban yarandı o gün,
Deyirəm söyləyim mən sizdə bilin.
Salındı bir gündə şəhidlər bağı,
Qanla suvardılar o gün torpağı.
Doldu küçələrə tanklar-əsgərlər,
Gözü yaşlı qaldı anna-gəlinlər.
Vəsiyyət öz işin görürdü bu gün,
Hələki millətim dözürdü bu gün.
Qana boyanırdı küçədən keçən,
Yerində ölürdü əlin tərpədən.
Maşının ystynə gəlirdi tanklar,
Dözürdü hər dərdə yazığ insanlar.
Fövqalədə vəziyyət elan edildi,
Başçılar bilmirdi nələr edirdi.
Beləcə ötürdü günlər dəhşətlə,
Dəyirdi yol gedən insana güllə.
Küçədə-səkidə tanklar dururdu,
Girmişdi Bakıya qan içən ordu.
Üzlər kədərliydi,üzlər dərdliydi,
Kimsə bu qonağı heç istəmirdi.
Artırdı gynbə-gün şəhidin sayı,
Çatmırdı kimsəyə Bakı harayı.
Bakı qocalmışdı Bakı yanırdı,
Qan üstə qərənfil hələ yatırdı.
Bakıya bir boran-sazağ gəlmişdi,
İnsan ümüdünü hər şey kəsmişdi.
Ürəklər od tutub yaman yanırdı,
Məzarlar ystündə qar qalanırdı.
Qorxuda bilməzdi bizləri heç nə,
Millət inanırdı gələcək günə.
Günəş döğacağdı bilirdi hamı,
Bir vaxt sarıyacağ Vətən yaramı.
Şəhidlər bizlərlə önə gedəcək,
Azadlığ şüarı əldə gəzəcək.
Millət oyanmışdı,millət qalxmışdı,
Lakin mərkəz susub hələ yatmışdı.
Bakı oyanmışdı Bakı yanırdı,
Düşmən Qarabağa hazırlaşırdı.
Bakıda bir acı günlər keçirdi,
Vətən yarasına məlhəm gəzirdi.
Qərənfil düzülüb bütün yollara,
Kədərli baxırdı bu insanlara.
Millət yasa batıb qan ağlayırdı,
Tanklar küçələri tapdalayırdı.
Artırdı anba-an şəhidin qəbri,
Artıq qalmamışdı insanın səbri.
Qələnfir içindən şəhid baxırdı,
Fərizə İlhamı hey axtarırdı.
Körpə İlqarımın qəlbi sönmüşdü,
Larisa evindən ayrı düşmüşdü.
Qana boyanmışdı hər oğlum-qızım,
Yanığ bir kərəmi çalırdı sazım.
Naməlum bir məzar başda yanırdı,
Anasın bacısın hey axtarırdı.
Batmışdı Bakımız böyük bir yasa,
Uçurdu Bakıdan hər gün yarasa.
Qara bir xəbər gətirirdi o,
Millətin başını itirirdi o.
Bakıda nalələr qalxmışdı göyə,
Baxmağ olmayırdı qanlı küçəyə.
Millət kədərliydi millət dərdliydi,
Aramsız yağan qar heç kəsməyirdi.
Çırpan ürəkləri güllə dəldikcə,
Yatmırdı insanlar nə gündüz-gecə.
Diqqət mərkəzində qalmışdı Bakı,
Beləcə salındı Şəhidlər parkı.
Biri Vətən deyib canın qoyurdu,
Azadlığ bayrağın hey qoruyurdu.
Çoxları mərkəzə yaltağlanırdı,
Elimin dərdinə heç yanmayırdı.
Bakını qoşunlar əsr almışdı,
Elə bil Bakımız çox qocalmışdı.
Göylərdə uçurdu şəhid ruhları,
Tanımağ olmurdu bu insanları.
Azadlığ carçısı olmuşdu hamı,
Yaddan çıxarmışdı sevinci,Kamı.
Planlar cızılıb hazırlanırdı,
Tokülən bu qandan rus doymayırdı.
İnsanlar gülləyə sinə gərirdi,
Azadlığ yolundan çəkinməyirdi.
Qoşun əyağ alıb dörd bir tərəfə,
Çıxmağ istəyirdi böyük səfərə.
Millət yollar boyu səngər qururdu,
Hamı Vətən üçün canın qoyurdu.
Qırdılar hər yerdə yazığ milləti,
Pis günə saldılar bu məmləkəti.
Lənkəran qalxmışdı Gəncə qalxmışdı,
İnsan ümüdləri alovlanmışdı.
Ordu hazırlanıb sınağ keçirdi,
Qarabağa bir yol alıb gedirdi.
Qoşun əmir alıb çıxdı yollara,
Üz tutdu birbaşa düz Qarabağa.
Qarabağ yatmadı yollarda durdu,
Hər tində səkidə bir səngər qurdu.
Bir gün qoşun gəlib Ağdama yetdt,
Uzun dərə boyu qoşun yeridi.
Ağdam mərd dayanıb qarşısın aldı,
Rusları şəhərə yaxın qoymadı.
Ruslar naəlac qalıb yollar axtardı.
Qiyaslı-Xıdırlı yoluqna çıxdı.
Ordan xpnkəndinə keçmək istədi,
Körpüdə igidlər yolları kəsdi.
Toqquşdu insanlar burda ruslarla,
Əl atdı silaha vəhşilər burda.
Millət cana döyub millət bezmişdi,
Cavanda qocada bura gəlmişdi.
Silahsız insanlar hücum çəkdilər,
Sinəsin gülləyə sipər etdilər.
Geri çəkilmədi o fədailər,
Qanla suvarıldı dağlar-dərələr.
Millət bir maşını dövrəyə aldı,
Qapısın şüşəsin qırıb dağıtdı.
Pıçağla cumdular xain düşmənə,
Səs verdi millətin millət səsinə.
Hər zabitə ağır zərbə vurdular,
Azda olsa öz qanların aldılar.
Tanklar işə düşdü toplar gurladı,
Yollarda günahsız meyit qalandı.
Beləcə birləşdi rusla erməni,
Qana boyadılar gülü-çəməni.
Əskəran yoluna çıxdı bu ruslar,
Daşnağ ordusuna arxa duranlar.
Gücləndi erməni gücləndi ogün,
Millətin üstünə yeridi o gün.
Millət qorxmayırdı tankdan-güllədən,
Vətən uğurunda ölən Şəhiddən.
Erməni güc alıb nərə çəkirdi,
Qıratın səsindən şəhər əsirdi.
Beləcə başladı böyük bir döyüş,
Başladı gizlicə kəşviyat görüş.
İlana zəhərin verdi koramal,
Gəldi Qarabağa gəldi koramal.

(1990-1993-cü illər)

QARABAĞ DƏRDİ

(Üçüncü hissə)

Yenə xəyallarım dolanıb gəzir,
Qaranlığ insanın qəlbini dəlir.
Hardasa yanıqlı bir tütək səsi,
Dağlarda əks edir şəhid naləsi.
Sükuta dalıbdır şəhər el oba,
Sönübdür evlərdə o gündən soba.
Bir anna fəryadı eşidirəm mən,
Qana boyanıbdı dağ-dərə çəmən.
Ağır bir döyüşlər gedir yurdumda,
Qıratın səsindən batır qulağda.
Yandırır alçağlar eli-obanı,
Dəhşətə gətirir bunlar insanı.
Qocada-cavanda silah götürüb,
Dağları-daşları duman bürüyüb.
Dəhşətdi saymırlar heçdə insanı,
İtib düşmənlərin dini-imanı.
Havaya sovrulur qarı çöllərin,
Havası alınmır bu dinsizlərin.
Tökülür ağ qarın üzərinə qan,
Qızardır dağları qayanı yaman.
Niyə qudurubdu bunlar bilmirəm,
Qaranlığ gecədən nə gözləyirəm.
Şaxta dağı-düzü yalayıb keçir,
İnsan öz əliylə insanı biçir.
Zülmət meşələrin bağrını dəlir,
Dumanlı xəyalım dolanıb gəzir.
Atılır avtomat ara vermədən,
Döyüş vüsət alıb axşam düşəndən.
Xalqımın qanına susayıb düşmən,
Yağdırır gülləni gecə keçəndən.
Bir anna görürəm saçların yolur,
Naləsi qəlbimə bir xəncər vurur.
Gəzir öz balasın,gəzir övladın,
Gəzir şəhid olmuş oğul balasın.
Yaralı daşınır ara vermədən,
İnsan dəli olur gördüklərindən.
Beləcə döyüşlər ara verməyir,
Hər boylar gör neçə şəhidlər verir.
Döyüş vüsət alıb dördbir tərəfdə,
Qalıb iyitlərim soyuğ səngərdə.
Laçın döyüşürdü Şuşa yanırdı,
Xocavənd,Xocalı qan ağlayırdı.
Kəlbəcər,ağdərə yatıb dərədə,
SAlmışdı dığanı əlacsız dərdə.
Cabrayıl Qubadlı dağa çıxmışdı,
Zəngilan döyüşdə ad qazanmışdıü.
Fizuli sinəsin verib gülləyə,
Qoşun istəyirdi gəlsin köməyə.
Ağdam gecə-gündüz səngər qazırdı,
Qırat mərmisindən düzlər yanırdı.
Canyatağda qanlı dbyüş gedirdi,
Güney pəyə gecə-gündüz dərdliydi.
Gülyanağda dağlar-daşlar yanırdı,
Qalayçıda döyüş vüsət alırdı.
Mannıx tapdağ altda hey sızlayırdı,
Sarı bulağ torpağdan qan sızırdı.
Sırxavət çəkilib sıx meşələrə,
Dözürdü köməksiz keçən günlərə.
Erməni ruslarla birləşib birdən,
Xocavənd üstünə getdi qəfildən.
Döyüşlər başladı Qaradağlıda,
Əmrahlar kəndində qayada-dağda.
Qara kənd dövrəyə alıb onları,
Çartazdan vururdu hər kəndi-bağı.
Havanın şaxtalı soyuğ günündə,
Qaradağlı getdi ağır doyüşdə.
Azğın ermənilər qana susayıb,
Nə həya edirdi nədəkin ayıb.
Birləşib ruslarla birləşib yaman,
Kimsəsiz millətə vermirdi Aman.
Hədəflər seçirdi hədəf gəzirdi,
Döyüşə muzdular yaman gəlirdi.
Gəlirdi döyüşə Livan,Zəncidə,
Planlar cızırdı Ruslar hər tində.
Xocalı üstünə gəlirdi ordu,
Tarmar qoymağ üçün bu gözəl yurdu.
Malbəyli,kosalar kömək gəzirdi,
Üzmüşdü onları Vətənin dərdi.
Kərçicahan odlanırdı-yanırdı,
Meşəlidə qan torpağa axırdı.
Daş altında böyük hiylə quruldu,
Yüzlərlə şəhidlər qana boyandı.
Köməksiz qalmışdı mənim millətim,
Od tutub yanırdı mənim vətənim.
Xocalı car çəkib kömək umurdu,
O günlər Bakıda susub dururdu.
Keçdikxə hər cünlər,hər dəqiqələr,
Şəhidlər gedirdi qızlar-gəlinlər.
Erməni birləşib Rus qardaşıyla,
Gəldi Xocalıya qan sorağıyla.
Fevralın şaxtalı bir gecəsində,
Nalələr duyuldu insan səsində.
İyirmi altı fevral doxsan iki,
Xocalı qırğının yazmışdı sanki.
Xocalı üstünə yeridi düşmən,
Lərziyə gətirdi dağları birdən.
Yandırdı dığalar bütün evləri,
Dağıtdı o kəndi,dağıtdı eli.
Dağlara töküldü qızım-gəlinim,
Düşmən gülləsiylə öldü hər gəncim.
Ata öz oölunu əliylə vurdu,
Düşmən qocaları dağlarda yordu.
Qıydı balasına anna məcburən,
Kənar olmağ üçün düşmən əlindən.
Qara qaya qara qana boyandı,
Milləti dağlarda boran apardı.
Qaranlaq meşəyə çəkildi millət,
Qarın üzərinə səpildi millət.
Yüzlərlə iyidlər silah götürdü,
Öz qanın Vətənin yolunda tökdü.
Əlif sinə gərdi alçağ düşmənə,
Səs verən olmadı onun səsinə.
Qırıldı beləcə Xocalım mənim,
Boyük bir matəmə düşdü Vətənim.
Körpələr qar üstə donub qalmışdı,
Xalqım əyağyalın dağa qalxmışdı.
Neçə iyidlərim əsir alındı,
Tarixə soyqırım o gün yazıldı.
Qırıldı Xocalım qırıldı yaman,
Düşmən millətimə vermədi aman.
İnsanın qanına susuyub düşmən,
Qəlbin çıxarırdı yarıb sinədən.
Öz gücün alaraq erməni rusdan,
Vermirdi insana heç yerdə aman.
Şaxta yaman gəlib yaman düşmüşdü,
Dağları düzləri qar bürümüşdü.
Külək sovururdu qarı göylərə,
Qanlar tökülmüşdü qanlı çöllərə.
Meşələr ah çəkib sızıldayırdı,
Dağın ətəyində bir kənd yanırdı.
Susmuşdu nalələr susmuşdu çöllər,
Alıb sinəsinə şəhidi düzlər.
Açırdı bir səhər yeni bir səhər,
Dəhşətə salırdı adamı düzlər.
Körpə qarın üstə donub qalmışdı,
Qocanın əlində əsa yanmışdı.
Gözləri çıxmışdı baş kəsilmişdi,
Neçə ürəkləri güllə dəlmişdi.
Açıldı bir səhər sakit səmirsiz,
Meyitlər qalmışdı düzdə kimsəsiz.
Günəşdə çıxmışdı qar əriyirdi,
Bəlkədə şəhidə sinə gərirdi.
Çingmz dəstəsiylə düşdü xırmana,
Qar üstə qalmışdı gör neçə ana.
Çingiz hönkürürdü o ağlayırdı,
Millətin halına qəlbi yanırdı.
Sükutun içində bircə səs vardı,
Çingizin el üçün bir harayıydı.
Getdi əlimizdən getdi Xocalı,
İnsanlar ağacdan qaldı asılı.
Getdi əlimizdən elim obatım.
Yaman qara gəldi bu gün sabahım.
Yetmədi kamına kimsə onların,
Kimsəsiz qırılan bu insanların.
Yaralı kimsəsiz gəldi Ağdama,
Duz səpdi bu haray mənim yarama.
Sarsıldı dəhşətdən neçə ürəklər,
Ağladı Şəhidi dağlar-dərələr.
Qızırdı havalar gəlmişdi bahar,
Yenədə yanırdı bizim torpağlar.
Beləcə bir bahar günündə onlar,
Yenədə cızıldı geniş planlar.
Mənfur niyyətlilər,mənfur alçağlar,
Şuşa ətrafına qalxdı qoşunlar.
Səkkiz may baharın gözəl anında,
Erməni toplandı Şuşa yanında.
Tutub dörd tərəfin Şuşa qalasın,
Qırdılar xalqımın yazığ balasın.
Doxsan ikinci il səkkiz mayında,
Şuşanın naləsi qaldı dağlarda.
Getdi başımızın tacı qəfildən,
Kimsədən nə kömək haray görmədən.
Çəkildi insanlar Turş-suya sarı,
Düşmən unutmuşdu qeyrəti-arı.
İşgəncə verirdi qıza-gəlinə,
Urra söyləyirdi öz əməlinə.
Köməksiz döyüşdü mənim millətim,
Al qana boyandı düzüm-çəmənim.
Dərələr təpələr qan ağlayırdı,
Bulağlar ağlayıb yas saxlayırdı.
Kimsəsiz qayalar verib baş-başa,
Mərkəz usanmırdı gözdəki yaşa.
Başlar dumanlıydı başlar itmişdi,
Şuşa tək bir qala əldən getmişdi.
Cabbar ağlayırdı Xan ağlayırdı,
Vaqif dərələrdə haray salırdı.
Durub hey baxırdı İbrahim xanda,
Necə satılmışdı torpağ bu anda.
Şəhidlər qan töküb haray salırdı,
Kimsə xısın-xısın torpağ satırdı.
Niyə başsız idi mənim millətim,
Çatmırdı kimsəyə səsim səmirim.
Şuşa od tutmuşdu Şuşa yanırdı,
Çoxu silah atıb yaman qaçırdı.
Ancağ döyüşürdü fədayilərim,
Vətənə öz qanın fəda edənim.
Döyüşə döyüşə hey çəkilirdi,
İnanıb mərkəzə o gözləyirdi.
Turş-suya çəkilib millət dayandı,
Zarıslıda evlər od tutub yandı.
Düşmən yeriyirdi elin üstünə,
Snayper dəyirdi insan gözünə.
Satqınlar doymadı vüsət aldılar,
Torpabı satmağdan usanmadılar.
Çəmənə Şəhidin qanı axırdı,
Kimsə gizli-gizli rayon satırdı.
Dağları-düzləri çiçək almışdı,
Qayalar altında ilan yatmışdı.
Tanımağ olmurdu gülü-çiçəyi,
Dolmuşdu nifrətlə onun ürəyi.
Mayın on səkkizi yetişdi bir an,
Qara gəldi doxsan iki bahardan.
Laçın müdafiyə qalxdı dayandı,
Millət çaş qalmışdı torpağ yanırdı.
Bir günün içində getdi Laçınım,
İçimdən odlandım,içimdən yandım.
Laçın sinə gərib Laçın durmuşdu,
Vətənin yolunda canın qoymuşdu.
Bir günün içində getdi Laçınım,
Yenə qara gəldi baharım,yazım.
Torpağlar siyasət qurbanı oldu,
Dağların çiçəyi saraldı-soldu.
Başın itirmişdi yazıx millətim,
Köməyə gəlmirdi niyə mərkəzim.
Qarabağ dərdliydi,Qarabağ küskün,
Şəhidlər gedirdi məzara hər gün.
Düşmən odlayırdı dördbir tərəfi,
Əsir götürürdü qızı-gəlini.
Namus itib batıb yaman gedirdi,
Düşmən millətimi yaman əzirdi.
Qızmışdı havalar qızmışdı yaman.
Almışdı Vətənin üstünü duman.
Düşmən yatmamışdı irəlləyirdi,
Planlar cızırdı yollar gəzirdi.
Qarabağ səmasın almışdı bulud,
Başımız üstünə yenirdi əmud.
Düşmən hərlənirdi yara vurmağa,
Yandırıb dağıdıb hey uçurmağa.
Seçdi hədəfini axtardı tapdı,
Xocavənd üstünə yürüş başladı.
Düşmən üzük kimi dövrəyə aldı,
Xocavənd döyüşü qəfil başladı.
Qalxdı Vətənini sevən iyidlər,
Silaha sarınıb döyşə girdilər.
Qratlar gurladı toplar gurladı,
Torpağı su deyil qanla suvardı.
İki sentiyabr doxsan ikidə,
Getdi əlimizdən elin biridə.
Qarabağ yanırdı haray salırdı,
Əlləri köməksiz göydə qalırdı.
Beləcə ötüşdü doxsan ikidə,
Dörd diyar odlandı o il Vətəndə.
Gəlirdi qarşıdan yenədə bahar,
Vətəni alırdı qara buludlar.
Vətən dərd əlindən qan ağlayırdı,
Düşmən əyağ açıb yol axtarırdı.
Gəldi doxsan üçün fevral ayları,
Saxlamağ olmurdu bu torpağları.
Bahar gəlişiylə dərd gətirirdi,
Siyasət torpağı qurban verirdi.
Mirov qar altında yaman uymuşdu,
Kəlbəcər ətrafı düşmən dolmuşdu.
Aprelin uçundə başlanan döyüş,
Aprelin altısı oldu son görüş.
Kəlbəcər elinə bəla gətirdi,
Neçə iyidləri Vətən itirdi.
Murova dağıldı millət dəhşətdən,
Canın qurtarmağçün o gün düşməndən.
Murovda uçquna düşdü millətim,
Qan qusdu o günü mənim Vətənim.
Getdi Kəlbəcərim getdi yaylağım,
Düşmənin əlinə keçdi torpağım.
Yaram sağalmamış qanadı yaram,
Dar oldu yenədə mənə bu dünyam.
Gedirdi torpağlar gedirdi yaman,
Bizi gözləmirdi bu ötən zaman.
Görən olacaxmı bunların sonu,
Vətən gözləyirdi millət oğlunu.
Kimsə bu Vətəni sağalda bilməz.
Ürək ağrımasa gözdən yaş düşməz.
Vətən hey deyirdi ulu Heydərim,
Onu səsləyirdi mənim millətim.
Yetişdi bir zaman yetişdi devran,
Gəldi vətənimə o böyük insan.
Onun gəlişini sevmədi çoxu,
Gedirdi çoxunun əldən var-yoxu.
Elin çağrışına çoxları susdu,
Hər addım başında min tələ qurdu.
Dedilər biz bölək Azarbaycanı,
Düşmən edək qardaşa-qardaşını.
Bir qurup gəngədə meydan oxudu,
Onun ətrafına yığışdı ordu.
Vəl-vələ salındı ortaya belə,
Arxa durmadılar Vətənə elə.
Dedilər yaradağ talış dünyasın,
Saldılar ortaya qardaş davasın.
Su tökdülər düşmən dəyirmanına,
Kömək durmadılar el harayına.
Düşmən əyağ aldı,düşmən yeridi,
Yenə rayonları hədəfə seçdi.
Ağdərə döyüşy bir vüsət aldı,
Duşmən Ağdərəni çevrəyə saldı.
On yeddisi iyun dəhşətli bir an,
Ağdərədə su yerinə axdı qan.
Ağdam üzərinə bulud gəlirdi,
Duşmən bunun üçün yollar gəzirdi.
Açığ söyləyirdi düşmən o gündən,
Yollar arayırdı dağdan dərədən.
Deyirdi Ağdamın iki yolu var,
Döyüş bu yollarda bir uğur tapar.
Ağdamın açarı bir Abdal idi,
Birdə Şaxbulağdan Papravənd idi.
Ağır döyüşlərə girişdi Abdal,
Düşməni lərziyə gətirdi Abdal.
Papravənd durmuşdu sayığ hər gecə,
Düşmən yol gəzirdi bunlara necə.
Ağır bir döyüşlər gedirdi orda,
Ağdam qovrulurdu alovda qorda.
Ordu bu torpağı tənha buraxdı,
Əmirsiz fərmansız Gəncəyə qaçdı.
Ağdam tənha qaldı yerli orduyla,
Oynadı xainlər Vətən oduyla.
Açıldı açarı ağdamın bir gün,
Neçə şəhidləri oldu döyüşün.
Başladı Ağdamda qanlı döyüşlər,
Şəhidsiz ötmədi hər ötən günlər.
Kilsədən qıratlar yağdı şəhərə,
Düşmən yağı kimi axdı şəhərə.
Döyuşdü Güllücə,döyüşdü Abdal,
Ağdamın üstünə gçlmişdi qartal.
Fuğara seyidin torpağı yandı,
Millət qan ağladı qana boyandı.
Seyid Lazım ağa allaha baxdı,
Ağdamın halına yandı yaxıldı.
İyulun iyirmi üçü alındı,
Satqın əlləriylə Ağdam talandı.
Alındı Ağdamım vətənim elim,
Töküldü düzlərə mənim millətim.
Getdi Vətənimin gözəl bir yurdu,
Düşmən Vətənimdə hiylələr qurdu.
Getdi Dəhraz,getdi Kətik Ağ bulağ,
Belə dərdi deyin necə unudağ.
Getdi Allahverdi,getdi Şirinim,
Xosrovum Eldarım birdə Çingizim.
İrmi min şəhidi olan bu elin,
Erməni tapdadı çölün-çəmənin.
Canpoladı şəhid etdi düşmənim,
Şəhid oldu həmin eldə Təbrizim.
Ala yaqub əsirlikdə can verdi,
Asif vərəmlədi Asif çərlədi.
Neçə iyid al qanına boyandı,
Ağdam tarmar oldu Ağdamım yandı.
Neçə əsirləri igid dayanan,
Qərinələr keçib eli saxlayan.
Beş dəfə düşmənlə üz-üzə gələn,
Vətənin düşmənə bir an verməyən,
Səsindən erməni qaçıb titrəyən.
Hiylə qurub bir diyarı aldılar,
Vətən xainləri Vətən satdılar.
Ağ günü sevməyib tələ quranlar,
Mənim vətənimə yara vurdular.
Duşdu ortalığa bəylər paşalar,
Hər daşın altında oyun qurdular.
Millət qan qussada bu biganələr,
Elimlə səngərdə döyüşmədilər.
Doğmuşdu Vətənin günəşi artığ,
Qarşısın kəsirdi qara buludlar.
Pozurdu həyatın bu insanların,
Qayalar altında yatan ilanlar.
Verirdi güdaza eli-obanı,
Hey əldən gedirdi bir-bir torpağlar.
Aylar ağır gəlib ağır gedirdi,
Günlər bir birini əvəz edirdi.
Döyüş dayanmırdı döyüş gedirdi,
Torpağlar su deyil al qan içirdi.
Avqust ağır gəldi o il Vətənə,
Düşmən can atırdı dağı-düzünə.
Gedirdi dağlarda döyüş hələdə,
Düşmüşdü insanlar ağır bir dərdə.
Fizuli seçildi növbəti hədəf,
Dolandı başına onunda kələf.
İrmi üçü avqust doxsan üçdə,
Getdi Fizulidə Cabreyilimdə.
Otüz biri Avqust doxsan üçdçdə,
Qubadlıda getdi belə növbədə.
İyirmi doqquzu sentiyabırda,
Bir matəm quruldu Zəngilanımda.
Vətən tarmar oldu vətən odlandı,
Neçə rayon neçə şəhər talandı.
Minlərlə şəhidlər əllərdə qaldı,
Vətənin ürəyi alışdı yandı.
Beləcə yazıldı yazıldı tarix,
Qann ilə yazıldı yazıldı tarix.
Üçdə biri getdi Vətənimində,
Dunyaya car çəkdi obam-elimdə.
Artığ işğaldadır Vətənim elim,
Yayılır dünyaya günbə-gün səsim.
İnanıram qayıdacağ o yurdlar,
Yenə qaynayacağ o buz bulağlar.
Qalxacağ Şuşaya qızlar-gəlinlər,
Açacağ yenədə xarı bülbüllər.
Qalxacağ vətəndə üç rəngli bayrağ,
Düşmənin önündə dalğalanagağ.

(1990-1993-cü illər)

GÜNƏŞ DOĞACAQ BİR GÜN

(Dördüncü hissə)

Kəsilən bir ağac cücərər bir gün,
Doğar günəşidə bu yerin-göyün.
İtən ismətimiz qayıdar bir vaxt,
Vətən gəl-gəl deyər qaynayar həyat.
Son qoyular qaçqınlığa-köçkünə,
Dönər millət haçansa öz evinə.
Vətən on üç ildir gözləyir bizi,
Ağladır Vətənsiz dərd qəlbimizi.
Qana-qan deyibdi babalarımız,
Övladın gözləyir torpağlarımız.
Hanı qoç Koroğlu,hanı iyitlçr,
Haçandı yaş tökür bu nəmli gözlər.
Qarabağ qan qusur Ağdam dardadır,
Xocavənd-Xocalı gözü yoldadır.
Şuşa öz tacını gəzib axtarır,
Laçın qəribsəyib,Laçınım yanır.
Kəlbəcər küskündü,Ağdərə qəmli,
Cabreyil qalıbdı gözləri nəmli.
Füzuli,Qubadlı qandallanıbdı,
Zəngilan xar olub tarmar qalıbdı.
Çağırır bu ellər öz ovladların,
Qaytarmağ istəyir ismətin arın.
Yayılıb dünyaya millətin səsi,
Qoy çalınsın bir döyüş səlnaməsi.
Ulu öndərimiz qoyduğu yolu,
Gəln birgə gedək tutduğu yolu.
Tutağ siyasətin rəhbərimizin,
Açağ yollarını Vətənimizin.
İlhamlı yollarla ilhama gələk,
Öndər nəsihətin qabağa çəkək.
İşğalda qalıbdı qərib torpağlar,
Vətən həsrətiylə yanır insanlar.
Qarabağ var idi vətən var idi,
Bab-bağça bir güllü çəmən var idi.
İndii xəyallarda qalıb o yerlər,
O soyuğ bulağlar,dağlar-dərələr.
Şuşa küskün-küskün qalıb dağlarda,
Buludlar dolanır şiş qayalarda.
Saxsı bulağ,İsa bulağ quruyub,
Dolayı bulağ qəm əlindən üyüyüb.
İbrahim xan gözü yolda qalıbdı,
Vaqifin məzarı dağıdılıbdı.
Dağlarda əks edir Cabbarın səsi,
Dolanır dağları Xan şikəstəsi.
Natavan gözlərin tikib yollara,
Bir ümüd bağlayır bu insanlara.
Gəlin arxa olağ rəhbərimizə,
Çatağ arzumuza-niyyətimizə.
Əzək ilanların qalxan başını.
Kəsək anaların bu göz yaşını.
Qoy görsün Şuşanı yeni nəslimiz,
Bilsinki keçibdi necə dövrümiz.
Olub rəvayətlər mənim elimdə,
Neçə möcüzələr mənim elimdə.
Babalar söyləyir atalar deyir,
Dolanıb xəyalım elimə gedir.
Abdalda bir Əli bulağı vardı,
İnsanlar o yerdə şəfa tapardı.
İmamlar övladı olubdu Əli,
Yaşayıb Abdalda qədim illəri.
Xalqa yaxın olub,çörəkli olub,
Dağlarda keçmişdən bir adda qoyub.
Abdalın yanında iki kənd salıb,
El üçün,xalq üçün alışıb-yanıb.
Cəmiyyət kəndini,haslı kəndini,
Yaradıb onlara verib qəlbini.
Haslı çörəklidi mənasın bilin,
Erməni çörəyin bilmədi qədrin.
Dir bulağ qaynadı o gözəl yurdda,
Qaynadı buz kimi soyuğ qayada.
Əli pəncəsini qoydular ora,
Onun xatirəsin verib bulağa.
Əli bulağıtək adlandı bulağ,
Niyə ayrı düşdük bu eldən uzağ.
Erməni bulağa xaç şəklin vurdu,
Əli pəncəsini kənara qoydu.
O gecə çatladı iki övladı.
Axşam yatıb səhəri oyanmadı.
Millətə xor baxan alçağ erməni,
Süb tezdən balasın oyağ görmədi.
Əliyə xəyanət öldürdü onu,
Elə xor baxanın bax budu sonu.
Dastanlar yaradan doğma elimdən,
Getdi Qarabağım,getdi əlimdən.
Yox-yox qayıdacağ elim obatım,
Yenədə axacağ buz bulağlarım.
Qalxacağ dağlardan urra səsləri,
Arxada qoyacax qəmli illəri.
Rəhbər siyasəti başa çatacağ,
Əminəm torpağı İlham alacağ.
Çoxlu möcüzələr olub elimdə,
Buda bir möcüzə olar vətəndə.
Danışım mən sizə yenə möcüzə,
Hələ deyilənlər azdı zənnimcə.
Bir gün dağılırdı yer-göy atəşdən,
Vətən titrəyirdi ahdan-nalədən.
Ağdamda bir qanlı döyüş gedirdi,
Qıratın səsindən yer titrəyirdi.
Erməni Ruslarla verib əl-ələ,
Salmağ istəyirdi böyük vəl-vələ.
Cəvahirli əməliyyatı başlandı,
Qoşun gəlib kəndə yaxın dayandı.
Almağ istədilər güllücənidə,
Tutdular hər dağı,hər dərənidə.
Qəbirsanlığ boyu dayandı qoşun.
Açmaq istədilər bu kəndin yolun.
Susdu toplar,susdu tanklar dinmədi,
Kəndə qoşun əyağ tutub girmədi.
Möcüzə yarandı hamı mat qaldı,
Tanklar öz-özünə sönüb dayandı.
Çıxdı ortalığa bir dığa birdən,
Danışdı o kənddə Fuğara seyiddən.
Dedi onun cəddi saxlayıb bizi,
Tilsimə salıbdı hər birimizi.
Gəlin ayrı yola çəkək qoşunu,
Tapağ Cüllücənin başqa yolunu.
Şurabat tərəfə çəkildi ordu,
Dağıtdı o gecə alçağlar yurdu.
Alındı Nəmirli getdi Güllücə,
Yadımdan çıxmayır mənim o gecə.
Yağı tarmar etdi kəndi-obanı,
Saymadı nə qəbri,nədə Ağanı.
Belə xatirələr çoxdu Vətəndən.
Yadımda qalıbdı hər ötən ildən.
Ağdamda bir bazar bir məkan vardı,
Bazarda canlanma vüsət alardı.
Ağalar içində bir ağam vardı,
Hər bazar o bura ayağ açardı.
Seyid Lazım ağa gəlib bazara,
O,dua edərdi bu insanlara.
Bir gün göyün üzün buludlar aldı,
Qıratı erməni bazara atdı.
Lakin açılmadı o gün qıratda,
Sancılıb torpağa bazarda qaldı.
Ağanın cəddinə şübhə edənlər,
Qırata gahdakın ağaya baxdı.
Ağa durub getdi sakit evinə,
Bəla toxunmadı insan selinə.
Beləcə yaşadı Ağamda mənim,
Getdi torpağlarım,getdi Vətənim.
Ağcabədi qəbul etdi ağanı,
Qorudu o ellər bu pak insanı.
İl ötdü ay ötdü həyat dolandı,
Ağanın son günü vədəsi çatdı.
Dedi basdırarsız məni vətəndə,
Mən rahat yatmaram bilin yad eldə.
Qazıldı qəbirlər qazıldı yan-yan,
Dəhşətə cəlirdi o günlər insan.
Qəbirlər uçurdu torpağ durmurdu,
İnsanlar möcüzəylə qarşı dururdu.
Yetişdi bir ahıl söylədi burdən,
Ağa kənar qaçır bilin qəbirdən.
Gərək vətənində dəfn edə konu,
Verək o dünyasın onun yurdunu.
Ağdam,Çəmənlidə qazıldı qəbir,
Ağa dəfn olundu Vətənində bil.
Beləcə itirdik böyük ağanı,
Ümüd pənahımız olan insanı.
İtirdik Fuğara seyidimizi,
İtirdik o qərib tək qəbrimizi.
İtirdik seyidi Lazım ağanı.
İtirdik insanın tək pənahını.
Getdi əlimizdən bir Lazım ağa,
Qoyuldu son vaxtlar oda torpağa.
İtirdik seyidi seyid Əşrəfi.
İmam övladını seyid nəslini.
Yadımdan çıxmayır güllə yağışı,
Mirhadının allaha yalvarışı.
Böyük möcüzələr yarandı eldə,
Neçə cəsəd qaldı dağda-dərədə.
Şelli ətrafında gedirdi döyüş,
Ağdamı lərziyə gətirdi döyüş.
Maşınlar aramla gedib gəlirdi,
Sərhəddən yüzlərlə meyit gəlirdi.
Yollandı cəbhəyə Nazim həkimdə,
Çantası əlində dərman belində.
Lakin çaş-baş qalıb qaldı ortada,
Yer tapa bilmirdi başı hayında.
Almışdı dövrəyə onu erməni,
Gülləylə biçirdi gəlib-gedəni.
Bir taya altında gizləndi Nazim,
Ona ratsiyayla çatırdı səsim.
Yaqub işə saldı öz toplarını,
Pozdu erməninin planlarını.
Biz azad etdikdə nazimi birdən,
Tüklərim biz oldu mənim dəhşətdən.
Bir anın içində dəyişmiş zaman,
Ağardı saçları onunda bir an.
Dəhşət ağartmışdı onun saçını,
Döyüşdə pozmuşdu keçən zamanı.
Gedirdi döyüşlər,gedirdi yaman,
Meyitlər gəlirdi bir an durmadan.
Seyidli Hidayət Lənkaran oğlu,
Silaha sarılıb dağlarda durdu.
Qəfil döyüşlərdə Ərşad vuruldu,
Dəstəsi onunla göyə sovruldu.
Getdi Gültəkinim,getdi Çingizim,
Getdi Elşad,getdi gilas ləqəbli,
Döyüşdə gan qoydu Şelli Vidadi.
Bəylər dağ başında qana boyandı,
Asif dərd əlindən alışdı yandı.
Dözmədi Asifim bu böyük dərdə,
Dərdiylə sızladı hər ötən ildə.
Qoyuldu torpağa Asif Bakıda,
Acı xatirələr qaldı xalqımda.
Pərvizi itirdik,Xosrovum getdi,
Əlif öz ömrünü Vətənə verdi.
Getdi Allahverdi o dağlar oğlu,
Elə bil Vətəni döyürdü dolu.
Getdi arımızda namusumuzda,
Əllərdə sızladı torpağımızda.
Başlandı qaçqınlığ birdə köçkünlük,
Aldı sinəsinə milləti çöllük.
Nifrət yara qoydu hər bir insanda,
Dil açıb ağladı yanan torpağda.
Didərgin adını daşıdı xalqım,
Vətənsiz vətəndə yaşadı xalqım.
Duşdu əldən-ələ müzakirələr,
Xalqın ürəyini diddi bu gunlər.
Miniski yadlaşdı,Atət susubdu,
Atəşkəs illərdi susub durubdu.
Aldadır Avropa aldadır dünya,
Verilən əmirlər gedir havaya.
Qalxın ay ellərim qalxın ayağa,
Uzağdan baxmayağ yanan torpağa.
Vətən dağılıbdı Vətən yanıbdı,
Evlərin yerində qanqal qalıbdı.
İstərəm bir əmir versin komandan,
Bezibdi insanlar yaşamağından.
Qaytarağ o yanan ellərimizi.
Şad edək ruhları hər qəbrimizi.
Qalıbdı əllərdə ata-babamız,
Düşmən əlindədi torpağlarımız.
Artığ yaranıbdı böyük ordumuz,
Gözləyir övladın qərib yurdumuz.
İnanıram doğacağ bir gün günəş,
İsidəcək milləti doğan günəş.
Birləşin iyidlər birləşin qalxın,
Kəsin iniltisin bu torpağların.
Vətən deyib silahlanıb biz gedək,
Vətəni,Vətəndə biz azad edək.
Versin sərəncamı qoy rəhbərimiz,
Olsun qoy səfərbər bizim ölkəmiz.
Qoy qalxsın əyağa qızım-gəlinim,
Döyüş səlnaməsin çalsın Vətənim.
Qaldırağ ordunu döyüş gərəkdi,
Bizi o səsləyən obadı-kənddi.
Gedək çağrışına Qarabağımın,
Çatağ köməyinə qərib torpağın.
İyidlərin hələ çoxu qalıbdı,
Yollara baxmağdan göz tutulubdu.
Kamal öndə getsin qoşun toplansın,
Ağaoğlu adını tarixə yazsın.
Abdal Qəhramanı Vətən çağırır,
Şahbaz Vətən deyib yollar axtarır.
Fizuli,Rafayıl və başqaları,
Deyir azad edək bu torpağları.
Qalxaq Şuşamıza o dağlarında,
Yandırağ hər sönən ocağlarıda.
Sancağ Şuşamıza öz bayrağmızı,
Tapağ qəbirləri gorgahımızı.
Qalxın vətən oğlu döyüş vaxtıdı,
Torpağlar düşmənin tapdağındadı.
Silaha sarınsın oğlum-gəlinim,
Döyüş səlnaməsin çalsın Vətənim.
İstərik bir əmir versin rəhbərim,
Milləti döyüşə səsləsin elim.
Yağılar əlindən alağ torpağı,
Yandırağ dağlarda sevinc ocağı.
Məndə Vidadiyəm kədər əhliyəm,
Vətən çağrışına məndə gedərəm.
İnanıram qayıdacağ torpağım,
Qarabağa sancılacağ bayrağım.
Vətənimin İlham kimi oğlu var,
Bir gün torpağları geri qaytarar.
Şad olar qayalar,şad olar dağlar,
Bülbül Vətən üçün həmişə ağlar.
Alar torpağları qəhraman xalqım,
Tanıyar Vətənin körpə uşağım.
Ana ah-naləsi kəsilər bir gün,

SİLƏR ÖVLADLARIN GÖZÜNÜN YAŞIN

(Beşinci hissə)

Azərbaygan mənim ölkəm nələr çəkib başın sənin,
Sinə dağı çox görübdü sənin övlad nəvələrin.
Neçə dəfə göz tikibdi ermənilər yurdumuza,
Sinə dağı çox çəkibdi,oğlumuza qızımıza.
Pyoturun nəsihəti parçalayıb qəlbimizi,
Neçə illər Ruslar alıb harayları,səsimizi.
Ayırıbdı Araz bizi,həsrət çəkib el obamız,
Süngülərlə süngülənib odlar yurdu torpağımız.
Ana qalıb gözü yaşlı bala həsrət dolu gəzib,
Neçə əsir neçə illər,bizi neçə devlət əzib.
Azadlığa çatmağ üçün neçə şəhid qanın töküb,
Tır-tır altda qız gəlinim çox ərənlərim əzilib.
Ermənilər torpağıma susuyubdu soxulubdu,
Torpağlarım əyağ altda tapdalanıb oyunubdu.
Dan sökülüb günəş sübhün danın söküb oyanıbdı,
Odlar yurdu azadlığın yolun açıb yol tapıbdı.
Ulu öndər bu dövlətin sarıyıbdı yarasını,
Artıq xalqım dünyasında atıbdı öz addımını.
Günəş qalxır qalxacağdı,zirvəsinə çatacağdı,
Qarabağın yollarını bir gün xalqım açacağdı.
Dönəcəkdi obasına didərginim köçkünlərim,
Öz yurduna qovuşacağ,səpələnən bu millətim.
Günəş qalxıb isidəcək o dağları qayaları,
Qarabağım sıxacaqdı sinəsinə insanları.

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış