XƏYANƏT
Müəllif: Sultan Mərzİli


16.10.2017


XƏYANƏT

Gəldi Rəb zamanı, ərəb dövranı,
Tanrını Allaha əmanət etdik.
Bissimillah ilə ayağa qalxıb
Lə ilə illəhlə zəmanət etdik.

Keçib qılınc altdan müsəlman olduq,
Həccə, Məşhədiyə səyahət etdik.
Namazlı, qurbanlı zamanlar ötdü,
Gah şiə, gah sünnə bəyanat etdik.

Şeytana daş atdıq, düşmənlərə söz,
Atəşkəs uzandı, söylədilər döz!
İçimiz odlandı, çölümüzdə köz,
Təsbehlər çevirib min niyyət etdik.

Ordunun silhahı sursatı vardır,
Gözləyək, hər işin fürsəti vardır...
Deyirlər çox səbrin qisməti vardır,
Hər gün əsgər öldü, dəyanət etdik.

Vətəndən ayrıldıq, ayrı can olduq,
Hər cürə ad aldıq, şöhrət-şan olduq.
Nə qaçaq, nə də ki partizan olduq,
O gözəl dağlara xəyanət etdik!...

14 dəfə oxundu

Axtarış