Xoşbəxt insanlar
Söyüşüb-döyüşmürlər,
Soyuqda-sazaqda
Küçədə büzüşmürlər
Xoşbəxt insanlar
Qəhərlənmirlər
Xoşbəxtlikdən heç vaxt
Xəstələnmirlər
Xoşbəxt insanlar
Dərd çəkmirlər
Kədər becərib
Qüssə əkmirlər
Xoşbəxt insanlar
Yaşayırlar
İnsan kimi
Xoşbəxtcəsinə
16.02.17
Elşən Ələsgərli