Yağış yağar
Müəllif: Fərqanə Yusifqızı


2017-10-10 06:52:55




Yağış yağar urəyimin küncünə,
Yağar,yağar,dərd-sərimi təmizlər.
Yağış yağar urəyimin küncünə,
Susuz qalar təşnə torpaq,gen düzlər.

Yağış yağar gözlərimin içinə,
Gözüm dolar,boşalmağa tələsər.
Qoşularam bəxtsizlərin köçünə,
Izlər itər,arxamızca yel əsər.

Yağış yağar hisslərimin üstünə,
Hissim donar,sevdamızı isitməz.
Tənhalığım yaman durar qəsdimə,
Islanaram,yağan yağışsa kəsməz.

Yagış yağar,dayanmadan hey yağar,
Göyün yerə sevgisini bildirər.
Yagış yağar urəyimə hey yağar,
Dərd-sərimi damla-damla öldürər.

58 dəfə oxundu

Axtarış