Yağmur var buralarda
Müəllif: Fərqanə Yusifqızı


2017-10-27 09:32:27


Yəqin eşitmisən xəbərlərdən
bir az yağmur var buralarda..
bir az buludlar mənə yağdı,
bir az da mən buludlara..
Sonra..
mahnımız səsləndi,
mindiyim taksinin radiosunda.
Bir az qulağım yoldaşlıq etdi mahnıya,
bir az da gözlərim...
Söyləmək istəmirəm,amma
mən səni çox özlədim...

19 dəfə oxundu

Axtarış