YELLƏNCƏK
Müəllif: Zaur USTAC


2018-06-24 04:24:19




Çiçəklər ruhumun yelləncəyidir,
Ruhumu asmışam nar çiçəyindən...
Arzular dünyamın gələcəyidir,
Arzumu tutmuşam bar çiçəyindən...
* * *
Paklığı görmüşəm, səhər şehində
Saflığı görmüşəm, qəhər mehində
Könül fərahlığı zəfər zehində,
Kamımı almışam qar çiçəyindən....
* * *
Ustacın diləyi af olacaqdır,
Saf qəlbin meyvəsi saf olacaqdır,
Ruhumun məskəni Qaf olacaqdır,
İlhamı almışam yar çiçəyindən...

02.08.2016. 07:47 (15'). Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

7 dəfə oxundu

Axtarış