Yenə qar yağır
Müəllif: Ceyhun Fikrət


12.02.2021


Yenə qar yağır,
düşüncələrə.
Uşaqlarda sevinib,
qəmin divarlarından uzağa baxırlar.
Parçalanmış hisslərlə,
bir-birlərinə qar atırlar.
Yenə qar yağır,
pəncərədən bir kişi baxaraq,
qarın maşına vuracağı zıyanı düşünür ,
kədərlənir.
Bir kişi zibil yeşiklərində,
çörək axtarır,
göy üzünə baxaraq,
nəsə pıçıldayır.
Onu çağırır,
bizə rəhim elə deyir.

27.11.2020 ci il
Təbriz şəhəri basminc ərazisi


16 dəfə oxundu

Axtarış