Yolu başlamaq gərək.
Müəllif: Səmi


30.11.2020


Bir yolu getmək üçün,
Yolu başlamaq gərək!
Yolunu kəsən iti
Gördün,daşlamaq gərək!
Yoxsa qapacaq səni.
Yoldakı maneəni,
Bir yol ötən yox ki,bil,
Yolu gedən aşmalı.
Boşalmasın əl-qolun!
Burda nə var çaşmalı?
Məgər bu belə deyil?
«Yol yolçunun,yolçu yolun!»
Əgər çıxsan yolundan,
Yolsuzluq tapar səni.
O it də qapar səni!
Ayılarsan bir zaman,
İtirmisən yolunu.
Hər cür qüssə,kədər,qəm,
Tutublar sağ-solunu.
Bundan qurtulmaq üçün
Təkcə bunu bilirəm
Yoxdur bir özgə seçim!
Atalar deyən gerçək:
-Yolçu yolunda gərək!

25.12.2019

22 dəfə oxundu

Axtarış