YUSİF VƏZİRİ ƏSARƏTDƏN QURTARMAQ LAZIMDIR
Müəllif: Firuz Mustafa


2017-10-03 09:56:45




YUSİF VƏZİRİ ƏSARƏTDƏN QURTARMAQ LAZIMDIR

Azərbaycannın böyük yazışısı Yusif Vəzir Çəmənzəminlinin Nijni Novqorod yaxınlığındakı Suxobezvodnaya adlanan yerdə uyuyan məzarının vətənə gətirilməsi ədibin ruhuna böyük diqqət və sayqı nümunəsi olardı

Mən bu yazımda söhbətə birbaşa repressiyaya məruz qalmış Yusif Vəzir Çəmənzəminlinin qürbətdəki məzarı ilə bağlı əldə olan faktlardan başlamaq istəyirdim. Amma ortaya çıxan bəzi suallar istər-istəməz söhbəti bir az başqa nöqtədən başlamağa vadar etdi. Məzarla bağlı isə bir qədər sonra...
Yusiv Vəziri repressiyaya aparan yol haradan başlamışdı?
O, sağ qala bilərdimi?
İndi, uzun bir zaman keçəndən sonra bu suallara cavab vermək bəlkə də müəyyən qədər “asandır”. Axı konkret vaxt kəsiyi sonsuz əbədiyyət okeanına qovuşandan sonra ötüb keçənləri bildiyin və istədiyin kimi “redaktə etməkdən” asan nə ola bilər ki?..
Yusif Vəzir Kiyevədəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsini bitirəndən sonra 1915-1919-cu illərdə öz peşə fəaliyyətini Rusiyanın bir sıra şəhərlərində davam etdirmişdi.
O, bəlkə də öz karyerasını qurmaq üçün Rusiyada qalsaydı, repressiyalar ondan yan keçərdi.
Yusif Vəzir Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri kimi fəaliyyət göstərərkən gənc Azərbaycan dövləti qırmızı imperiyanın qanlı caynağına keçdi, səfarətxana öz fəaliyyətini dayandırmalı oldu.
O, bəlkə də Türkiyədə qalsaydı, daha dolğun bir şəxsi həyat və yaradıcılıq ömrü yaşaya bilərdi.
Yusif Vəzir sovetlərin qələbəsindən sonra Parisə mühacir etmişdi, orada “Paris xəbərləri” qəzetində “Şərq məktubları” başlığı altında köşə yazıları ilə çıxış edirdi.
O, bəlkə də Parisdə qalıb fəaliyyət göstərsəydi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal iştirak edərdi.
Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Xorəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi kimi kollektivdə böyük nüfuz qazanmışdı.
O, bəlkə də öz pedaqoji fəaliiyətini davam etdirsəydi, sonralar sakit bir alim ömrü yaşayardı.
Qanlı-qadalı illərdə Rusiyada, Türkiyədə, Fransada, Özbəkistanda yaşayıb sağ qalan soydaşlarımız heç də az az olmayıb.
Amma... Amma görünür hər bir kəsin özünün yazmağa cəhd göstərdiyi bir tərcümeyi-halla yanaşı, qəzavü-qədərin hökmüylə qələmə alınan bir bir yazı da olur. Bu yazıya alın yazısı deyirlər.
30-cu illər repressiyası Yusif Vəzirin və onun ailəsinin həyatına böyük faciələr gətirdi. O, öz isti yuvasından, ev-eşiyindən, el-obasından, göz bəbəyi kimi sevdiyi Vətənindən didərgin düıdü.
Yusif Vəzirin həyatının son illəri Özbəkistanla bağlı olmuşdur.
Ədib 1937-ci ildə müxtəlif bəhanələrlə işdən azad edilmişdi. Heç yerdən bir qəpik gəliri olmayan Yusif Vəzir Azərbaycan kommunistlərinin o vaxtkı başçısı Mircəfər Bağırova ərizə ilə müraciət edir, amma bir cavab almır.
Yerli hakimiyyətdən bir kömək görməyən yazıçı 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın Baş katibi İ.V.Stalinə ərizə ilə müraciət etməli olur. Onun ərizəsinə Baş katibdən də bir cavab gəlmir. Yusif Vəzir bir aya yaxın Moskvada qalır, “əlaqədar” idarələrin qapısını döyür, Stalinə yazdığı ərizə barədə dəfələrlə Mərkəzi Komitəyə müraciət edir, lakin hər yerdə eyni laqeydliklə qarşılanır. Təzədən Bakıya qayıdan Yusif Vəzir qonşu ölkələrdə iş axtarmaq məcburiyyətində qalır. 1938-ci ildə “Kommunist” qəzetində oxuduğu bir elanın sorağı ilə sənədlərini Özbəkistana göndərir. Müsabiqədən uğurla keçən Yusif Vəzir Urgəncdəki pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. Amma onun pedaqoji fəaliyyəti çox da uzun sürmür, yazıçı 1940-cı il yanvar ayının 25-də Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərqəsində saxlanıldıqdan sonra, 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərqəsinə göndərilir.
Üç illik məşəqqətli məhbəs həyatı keçirən Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.
Vəssalam.
Yox, bu son deyil, böyük ədibin fiziki həyatına son nöqtə qoyulsa da, onun iknci ömrü, mənəvi həyatı davam etməkdədir.
Mən Yusif Vəzir Çəmənzəminlinin xüsusi tədqiqatçılarından deyiləm. Lakin hələ uşaqlıqdan onun bədii əsərlərini oxumuş, sonrakı mərhələdə elmi araşdırmaları ilə tanış olmuşam.
İndiki halda mənim söhbətim Yusif Vəzirin ədəbi-elmi fəaliyyətindən daha çox, onun həyatının sonrakı mərhələsi, daha doğrusu, həyatla vidalaşdığı vaxtdan sonrakı dövrü ilə bağlıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, Nijni Novqorod vilayətinin Suxobezvodnaya adlanan qəsəbəsindəki həbs düşərgələrinin birində dünyasını dəyişib.
Mən günlərin bir günü böyük ədibin uyuduğu qəbristanlığın yerini müəyyənləşdirmək qərarına gəldım.
Təbii ki, Yusif Vəzirin qəbrinin dəqiq yerini iki mənbədən öyrənmək olardı: onun öldüyü həbs düşərgəsindən və dəfn olunduğu qəbristanlıqdan.
...Beləliklə, mən Yusif Vəzirin (Vəzirov Yusif Çəmənzəminlinin) həyatının son illəri ilə bağlı Bakıdakı və Nijni Novqoroddakı (keçmiş Qorki şəhərindəki) dost-tanışlardan, məlumat kitabçalarından, mətbuatdan xeyli informasiya əldə etdim.
Suxobezvodnaya Qorki (indiki Nijni Novqorod) şəhərinin 115-120 kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsində yerləşən qəsəbədir. Ərazisi 380 hektardır. 1963-cü ildən şəhər tipli qəsəbə statusu daşıyan bu yer ötən əsrin 30-cu illərində dustaqlar üçün “iş yeri” kimi fəaliyyətə başlamışdır. Buradakı məhbuslar dəhşətli katorqa şəraitində saxlanmaqla yanaşı, ağır fiziki işlərə də cəlb edilirdilər.
Suxobezvodnaya bu gün də öz əzəlki “missiyasını” davam etdirməkdədir: buradakı 21 islah- əmək düşərgəsində 27 min məhbus saxlanılır. Düşərgələrdən 10-u ciddi rejimli, 5- ümumi, 2-si tərbiyəvi rejimli, 2-si SİZO, biri qadın, biri isə xəstələr (vərəm) üçün nəzərdə tutulmuşdur.
Suxobezvodnaya sözünün tərcüməsi “susuz quru yer” mənasını verir, yaxınlıqda su mənbələri yoxdur, yalnız 30 metr dərinliyəcən qazılan quyulardan su əldə etmək olur. Amma burada bataqlıqlar da vardır.
Bəs Yusif Vəzirin vaxtilə cəza çəkdiyi konkret həbs düşərgəsini necə müəyyənləşdirməli?
Mən əksər islah-əmək düşərgələrinin rəislərinə məktubla müraciət etməli oldum. İndi dəqiqlik naminə, təhrif olunmasın deyə, həmin düşərgələrdənn bir neçəsinin ünvanını, habelə, həmin düşərgə rəislərindən bəzilərinin ad-soyadını oxuculara orijinalda (rus dilində) təqdim edirəm.
***
Нижегородская обл.
ИЗ-62/1
606510, ст.Сухобезводное
***
Нижегородская обл.
УЗ-62/14
606510, ст. Сухобезводное
***
Нижегородская обл.
УЗ-62/7
606773, ст. Сухобезводное, п. Восход
***
Нижегородская обл.
УЗ-62/1 (Г)
606510, ст. Сухобезводное
***
Нижегородская обл.
УЗ-62/14 “И”
606510, ст. Сухобезводное

Ünvan: 606510, Нижегородская область, Семёновский р-н, ст. Сухобезводное ГЖД. Начальник: Исаев Юрий Николаевич.
***
ИК-1 (старое название УЗ-62/1) Нижегородская обл., Семеновский р-н, ст. Сухобезводное ГЖД
Ünvan: 606640, Нижегородская область, Семёновский р-н, ст. Сухобезводное ГЖД,ФБУ ИК-1
***
Nijeqorod ГУФСИН-in rəhbəri polkovnik V.A. Dejurova
habelə, V.A. Dejurovun müavinləri polkovnik M.V. Maslennikovun, polkovnik A.K. Mastryukun da ünvanına məktub göndərdim.
Ünvan: 603098 г.Нижний Новгород
ул. Артельная, д. 1А
Daha sonra Nijeqorod vilayətinin prokuroru K.M. Kojevnikova,
(Ünvan: 603105, ГСП-10, г.Н.Новгород, ул. Ижорская д. 25) və
Vilayətin məhkəmə sədri A.V. Bondara aşağıdakı məzmunda məktubla müraciət etdim:
“ Yazıb Sizə bildiririk k, görkəmli Azərbaycan yazışısı Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1940-cı ildə Bakıda həbs olunaraq həmin ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərqəsinə göndərilmişdir.
Yusif Vəzir (Vəzirov Yusif Çəmənzəminli) 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnoye stansiyasındakı həbs düşərgəsində vəfat etmişdir.
Xahiş edirik, həbs düşərgəsində yazıçıya aid sənədlərlə tanış olmaqda, onun dəfn olunduğu qəbrin müəyyənləşdirilməsində və nəşinin öz doğma vətəninə gətirilməsində bizə kömək göstərəsiniz”.
Demək olar ki, bütün məktublara eyni qaydada, sükutla “cavab verildi”.
Çar imperiyası məmurlarının bir zaman əyalət hesab etdikləri ölkələrə, yeni Rusiyanın yeni kadrları yenə də eyni münasibət bəsləməkdədir. Hiss olunur ki, onların hərbi doktrinasının tərəfdarları bu gün belə repressiyalara statistika kimi yanaşır. Elə ən azı bu səbəbdən katorqalarda, sürgünlərdə, zindanlarda günahsız yerə məhv edilmiş ziyalılarımızın heç olmasa nəşinin vətənə gətirilməsi bizim vicdan işimiz olmalıdır.
Yusif Vəzir ən ağır məhbəs şəraitində belə, son nəfəsinəcən qələmi yerə qoymayıb. O, hər gün yazşb-yaradıb. Çəmənzəminli nikbin insan idi, o, sabaha ümidlə baxır, hesab edirdi ki, bir gün haqq ğz yerini tapacaq, onun yazıları öz doğma ölkəsinin vətəndaçlarına şatacaq. Sürgün dostlarının dediyinə görə, böyük ədib son nəfəsində məhbəs nəzarətçisindən xahiş edib ki, onun yazdıqlarını həbsxana çardağının altında əlçatmaz, xəlvəti bir yerdə gizlətsin. Həmin yeri ədibin özü əvvəlcədən müəyyənləşdiribmiş. Nəzarətçi hörmətlə yanaşdığı ziyalı məhbusun xahişini yerinə yetirir. Amma “susuz quru yerin”- Suxobezvodnayanın yağışı, qarı və çisəyi həmin yazıları elə o əlyazmaları müəllifinin ömrü, həyatı kimi çürüdüb məhv elədi.
Böyük Azərbaycan yazıçısının məzarı uzun illərdir ki, gözdən-könüldən uzaq bir yerdə məskunlaşıb. İnanmaq olmaz ki, Yusif Vəzirin ruhu sakitcəsinə uyumaqdadır.
Mənə elə gəlir ki, ədəbin nəşinin vətənə gətirilməsi onun ruhuna və uğrunda vuruşduğu ideallara ən böyük hörmət olardı.
Və nəhayət. Mən bir xeyli analiz və sintezdən sonra belə bir qənaətə gəldim ki, böyük ədib öz ömrünü, əsası 30-cu illərdə qoyulmuş ciddi rejimli düşərgədə başa vurmuşdur. Həmin cəza yeri (УЗ-62/1) 1953-cü ilə qədər mərkəz və ya birinci düşərgə şöbəsi kimi fəaliyyət göstərmişdir. Əvvəllər ВЕТЛАГА adlanan zona sonralar УНЖЛАГА kimi tanınıb; zamanında düşərgənin 28 məntəqəsi olmuşdur.
Düşünürəm ki, ilk romançılarımızdan birinin məzarının Vətənə gətirilməsinə elə bir böyük vəsait, xərc və eləcə də ciddi maneə ola bilməz.
Mən hər axşam restoranlarda keçirdikləri ziyafətlərdə ətək-ətək pul xərcləyən milli qarınqululara, hay-küyçü, gopçu, yalançı psevdopatriotlara yox, vicdanlı ziyalılarımıza üz tutub deyirəm: gələn il Yusif Vəzirin əbədiyyətə qovuşduğu vaxtdan yetmiş il keçir, gəlin onun məzarının, nəşinin vətənə gətyirilməsinə çalışaq və buna nail olaq.
Onun doğulduğu yer, bizim gözəl Şuşamız bu gün əsarətdədir, elə böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin qürbətdəki məzarı kimi.
Gəlin yazıçının məzarını, əsirlikdən, sürgündən, əsarətdən qurtaraq.

P.S.
Nəhayət, bu günlərdə “QUSFİN2dən aldığım bir məktubu bu yazıya əlavə edirəm.


ФЕДЕРАЛЬНАЯ СЛУЖБА
ИСПОЛНЕНИЯ НАКАЗАНИЙ
ГЛАВНОЕ УПРАВЛЕНИЕ
ПО НИЖЕГОРОДСКОЙ ОБЛАСТИ
(ГУФСИН РОССИИ ПО НИЖЕГОРОДСКОЙ ОБЛАСТИ)
Артельная ул., 1-А, г. Нижний Новгород, 603098
тел. (831)268-54-01, факс (831) 434-41-13
(831)464-90-11
gufsin@gufsin-nn.ru
_10.05.2012 № 53/ТО/1/3-Ф-692/12
На № __________________________


Архивная справка

Везиров Юсуф Баба Оглы,1887 года рождения, уроженец г Шуша Азербайджанской ССР, азербайджанец, образование высшее, специальность педагог. До ареста проживал в г. Ургенч Хорезмской области УзССР.
Работал до ареста в г. Ургенче Хорезмской области старшим преподавателем русского языка института в 1938-1940 годах.
Из Хорезмской области из Ургенческой тюрьмы № 6 после ареста был направлен в г. Баку, в распоряжение НКВД Азербайджанской ССР. Осужден 11 июня 1940 года особым Совещанием при НКВД СССР по статье 58-10 УК РСФСР к 8 годам лишения свободы, за антисоветскую деятельность. Начало срока 27 января 1940 года.
Для отбывания срока наказания направлен в Унженский ИТЛ прибыл 11 июля 1940 года. Работал бригадиром.
Скончался 3 января 1943 года. Извещение о смерти направлено в ОАГС НКВД Хорезмской области за № 15/а31365 от 26.01.1943года.
Место захоронения не сохранилось.
Основание: Ф.92 арх. л/д 1168.
Личное дело Везиров Юсуф Баба Оглы находится на хранении в Информационном Центре ГУМВД России по Нижегородской области.

Заместитель начальника А.В. Иванов

Начальник архива Т.Ю. Савиных


Bax belə.
Bu qədər.


9 dəfə oxundu

Axtarış