Yuval Noah Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”
Müəllif: Ceylan Mumoğlu


2017-11-28 15:12:22


Öz ölkəsində (İsrail) milli bestsellerə, otuzdan çox ölkədə nəşriyyatların sensasiyasına çevrilmiş Yuval Noah Hararinin “Sapiens: bəşəriyyətin qısa tarixi” kitabının ana dilimizə tərcümə olunub satışa çıxarılmasını dünən dostlardan birinin paylaşmalarında gördüm və çox fərəhləndim. Professor Hararinin "Sapiens"lə (non fiction) uğur qazanmasının əsas səbəbi bizləri ağlımıza gəlməyən şeylər haqqında düşündürməyə vadar etməsi oldu. Məsələn, Homo Sapiens niyə planetdə hakim növə çevrildi, qeybətin genetik meyilinin dilin formalaşmasında hansı rolu oldu, bəşəriyyətin sağ qalmasına sadəcə təsəvvür (təxəyyül) səbəb idimi və s.
Təkcə beş səbəb göstərməklə bu kitabın oxunmasının insanların dünyagörüşünə yeni şeylər qatacağından əminəm.
1. Homo növündən olan heyvanlar
2. İdrak (koqnitiv) inqilabı, sapienslərin yeni dili.
3. Biz kimik? Müasir insan.
4. Təkamül kodu: insan daha xoşbəxt ola bildimi?
5. Uğurlu heyvanların məyus olmuş tanrılara çevrilməsi.
--------------------✍️
Kitabdan altını cızdığım fikirlər:
"Homo Sapiens hər şeydən əvvəl dünyanı özünəməxsus dili ilə fəth etdi".
"Sosial araşdırmalar qeybət sayəsində bir yerdə dayana bilən "təbii" qrupun sərhədinin 150 nəfər olduğunu göstərmişdir. Qrup bundan böyük olduğunda çox insan başqalarını nə yaxından tanıya bilir, nə də təsirli şəkildə qeybət edə bilir".
"Həyatımızın hər anında nə qədər çox əşyamızın olduğunu, ancaq yeni evə köçərkən fərq edirik".
"Düşüncələr, inanclar, hisslər dünyasını başa düşmək daha çətindir".
"Kim bilir, neçə gənc universitet məzunu çox çalışıb, yaxşı pullar qazanacağını düşünərək böyük firmalara işə girir və ancaq otuz beş yaşından sonra bu işlərdən ayrılaraq həqiqi istədiklərini etməyə başlayırlar".
"İnsanlar xəyali nizam yaradıb, yazını icad etdilər və bu ikisi bioloji mirasımızın boş buraxdığı yerləri doldurdu".
"İnsanlar belə hekayələrdən çox məzlumların qələbə qazandıqları hekayələr istəyərlər, amma tarixdə ədalət yoxdur".
"Həyat mənasız yarışdır".
Elmi ədəbiyyatı sevən bütün kitabsevərlərə tövsiyə edirəm. Mütləq oxuyun.

6 dəfə oxundu

Axtarış