Nəsə xoşlamıram lovğa adamı
Mənsəbi, titulu başına dəysin.
Kölgəsi olmayan qoca ağacın
Baltası fırlanıb yaşına dəysin.
Deyilən tək arif isə anladı,
Zaman-zaman yerli-yersiz banladı,
Sonucunda “xozeyin”-i yağladı,
Topuğu tullanıb daşına dəysin.
Ustacam, dilimdə Haqq sözü tütər,
Bülbül azadəsə, şur ilə ötər,
Vecsizin yediyi qoza da itər,
Qoy gözü boylanıb qaşına dəysin.
15.12.2019.
Müəllif: Zaur Ustac – زائـــور اوستاج
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru