ZAUR USTAC - TANRININ ŞEİRİ
Müəllif: Yazarlar.AZ


09.05.2020


GÜCÜ GÖZ YAŞINA ÇATIR TANRININ…

Şuşanın gününə ağlayır o da,
Gücü göz yaşına çatır tanrının…
Əlləri dizinə, hərdən başına,
Gücü göz yaşına çatır tanrının…
* * *
Şuşanı ağlayır səsiz – səmirsiz,
Cınqırı da çıxmır, dinməz, hənirsiz,
Elə yumur – tökür, gözü çimirsiz,
Gücü göz yaşına çatır tanrının…
* * *
Ustac bəzək vurur söz naxışına,
Əsirdi gecənin naz ağuşuna,
Ərki buluduna, yaz yağışına,
Gücü göz yaşına çatır tanrının…

08.05.2020 (06:10) – Bakı.

Müəllif: Zaur Ustac

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

6 dəfə oxundu

Axtarış