ZAUR USTAC - VƏTƏN DAŞI
Müəllif: YAZARLAR.AZ


29.06.2021


VƏTƏN DAŞI
"Yaşıl"ına yaşıl qatan,
Dizi yaşıl oğullar var!
"Göy"ün açıq olsun deyə,
Göydən buludu qovdular!
* * *
"Qırmızı"na qanın qatan,
Gözü yaşlı analar var!
Sən beləcə şax dur deyə,
Qəddini əydi atalar!
* * *
Haqqın yoxdur; nə solmağa,
Əyilməyə Vətən daşı!
Vətənimin sözüsən sən,
Yadelliyə Vətən daşı!
29.06.2022.- Bakı.
Müəllif: Zaur Ustac
YAZARLAR.AZ və BİTİK.AZ

2 dəfə oxundu

Axtarış