...
  • Biz belə millətik
  • Adil ZAMAN
  • Biz belə millətik

    Azərbaycanda hər dəfə əhalinin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq, söz, mətbuat və sərbəst toplaşma azadlıqlarını daha da məhdudlaşdıracaq qərarların qəbulu ərəfəsində “vətənpərvər” bir mözunun ortaya atılması və AzTV başda olmaqla bir sıra kütləvi informasiya vasitələrinin camaatın başını qarışdırması artıq ənənə halını almışdır. İndi də 3 il(!) əvvəl çəkilmiş “Qafqaz üçlüyü” filminə və şəxsən bu filmin ssenari müəllifi və podüsseri olmuş R.İbrahimbəyova hücumlar başlamışdır. Faciəvi gülüş doğran hal bundan ibarətdir ki, filmi tənqid edənlərin əksəriyyəti onun məzmunundan xəbərsizdir. Hətta özünü siyasətçi də adlandıran bir xalq şairi filmə baxmadığını etiraf edir və zövqünə inandığı A.Salayevin məqaləsi əsasında Rüstəm müəllimə iradlarını bildirir. Amma heç fərqinə də varmır ki, “Oskar” mükafatlı, dünyaca məşhur sənətkarın əsərinə qiymət vermək respublika səviyyəli bir kino tənqidçisinin edə biləcəyi ən uğursuz bir işdir. Hələ mən 25 ildən çoxdur ki vaxtaşırı yazıları və açıqlamaları ilə iqtidara yarınmağa çalışan, lakin iç üzü hamıya bəlli olduğundan heç bir vəzifə ala bilməyən riyakar siyasətçidən, elə bu səpkili çıxışları ilə nəhayət deputat edilmiş keçmiş cəbhəçi hüquqşünasdan, cavanlığında 1-2 babat rol oynamış qocaman aktyordan, R.İbrahimbəyovla təxminən yaşıd olsa da filmləri Azərbaycan hüdudlarını aşmayan rejissordan və başqa uğursuz adamlardan danışmıram. Çünki onlar R.İbrahimbəyov kimi nəhəng sima haqqında söz demək üçün onun Azərbaycan və sənət üçün etdiklərinin heç olmasa yüzdə birini etməlidirlər.
    Az-çox kinodan başı çıxan adam bilir ki, sənədli filmlə bədii film, həyat həqiqəti ilə sənət həqiqəti tamamilə başqa-başqa şeylərdir. R.İbrahimbəyov da məlum dövrdəki məlum hadisələrin bir hissəsini öz bədii həqiqəti üçün əsas götürmüşdür və real həyatda baş vermiş bəzi neqativ halların da filmdə yer alması heç də azərbaycanlıların aşağılanması demək deyildir. Əksinə, filmin əvvəlində bir qədər cəsarətsiz təsiri bağışlayan və yoldaşlarından gec suya tullanan (hündürlük fobiyası hamıda, xüsusilə də o yaşda uşaqda da ola bilər) Fərhad öz düzlüyü, cəsarəti və dostluğa sədaqəti ilə tamaşaçının rəğbətini qazanır. Filmdə Fərhad tanınmış və hörmətli şəxs, böyük bir elmi-tədqiqat institutunun direktoru olmaqla yanaşı həm də vətənpərvər ziyalıdır. O, iqtidardakıların razılığı ilə neft quyularının amansızcasına istismarına qarşı çıxır, neft hasilatını azaltmağı və post-neft dövrü üçün respublika iqtisadiyyatının inkişafı strategiyasını işləyib-hazırlamağı hökumətdən tələb edən yazılarla çıxış edir. Bu da tezliklə varlanmaq istəyən iqtidar mənsublarının xoşuna gəlmir və DTK sədrinin əli ilə ona tələ qurub, istefasına nail olurlar.
    Fərhad həm də əsl azərbaycanlı kimi dostluqda vəfalıdır. O nəinki dostunun Bakıya gəlməsinə kömək edir, hətta o çətin dövrdə erməni millətindən olan bir şəxsi evində saxlayır. Əslində isə Eduard Aqayantsin yalnız ad-familiyası ermənilərə məxsusdur. O, Bakıda doğulub-böyüyüb, Vətəninə qarşı heç bir xəyanət və ya nankorluq etməyib, Qarabağ separatçıları ilə heç bir əlaqəsi yoxdur (hətta onlara qarşı məqaləyə də imza atıb), Moskvada yaşayır və savadlı göz həkimidir. R.İbrahimbəyov bizim düşmənimiz olan, torpaqlarımızı işğal edən, insanlarımıza min-bir əzab verərək yurdundan-yuvasından didərgin salan qaniçən erməninin yox, çoxmillətli Bakı ziyalılarından birinin obrazını yaradıb. Özü də qaragüruhun mümkün hücumlarını sanki qabaqcadan görərək həmin rola erməni yox, rus aktyoru dəvət edib. Ümumiyyətlə, bu filmdə heç bir erməni hər hansı bir şəkildə iştirak etmir. O ki qaldı filmin əsas mövzusuna, nəinki azərbaycanlı arvadı Elmira, hətta rus millətindən olan anası Vera da Timurun erməni ata adını və familiyasını qəbul etməsinin qəti əleyhinədir. Aeroportda Elmiranın verdiyi doğum haqqında şəhadətnaməyə gözünü ucu ilə də baxmayan Timur da deyir: “Daha o mənə gərək deyil. Mən öz qərarımı vermişəm”. Bütün bunlar elə-belə deyil, azərbaycanlı ssenaristin vətəndaş mövqeyidir. Lakin R.İbrahimbəyov daha da irəli gedir. Moskvada tamaşadan sonra qonağı – Qafqaz ermənisi Hamlet Eduard Aqayantsdan soruşanda ki niyə afişada onun oğlunun familiyası yoxdur, familiya dəyişmə məsələsinin təşəbbüskarı Aqayants sakitcə deyir: “Baş rolun ifaçısı mənim oğlum Timurdur, familiya isə heç bir əhəmiyyət kəsb etmir”. Bir ssenarist bundan da artıq nə yazmalı və göstərməlidir ki onun vətəndaş mövqeyi hamıya aydın olsun? Real həyatda da baş vermiş bəzi neqativ halların filmdə yer alması isə müəllifin ideyasına – ata və oğulun familiya dəyişmək məsələsindən vaz keçməsinə xidmət edir.
    Son on ildə Azərbaycan iqtidarı tərəfindən R.İbrahimbəyova qarşı o qədər təzyiq və ədalətsizliklər olub ki, bu insanın hələ də müdrikcəsinə susub səbr etməsi təəccüb doğurur. Belə qərəzli münasibətin əvəzinə bu dünya şöhrətli Azərbaycan oğluna öz doğma vətənində də lazımi şərait yaradılsaydı, o filmini Tbilisidə, Moskvada və İspaniyada yox Bakıda çəkərdi, öz nüfuzu və imkanları hesabına millətimizə və dövlətimizə nə qədər fayda verə bilərdi! O ki qaldı Biləcəridə o yana keçə bilməyən, R.İbrahimbəyovun şöhrətinə və villalarına həsəd aparan paxıl və xəbislərə, əbəs yerə özlərini yormasınlar – yel qayadan heç nə apara bilməz.

    Adil ZAMAN,
    jurnalist.



  • may 2018, Adil Z.

  • 1285
Dünya Qonaqpərvər Deyil

Dəhnəli Məmməd Hacızadə

Gələni tez yola salır. Zalımlara əl eyləyir, Yaxşıları ələ salır. Gah isladır yağışıyla, Gah dondurur qar-qışıyla. Yandırıb od baxışıyla, Hərəni bir hala......

Bakının dərdi var (nəzirə)

Dəhnəli Məmməd Hacızadə

Bakının dərdi var,Bakı xəstədi, Tənha Qız Qalası boyu bəstədi. Xəzərdən ayrılıb uzaqda qalıb, Bir qoca nənə tək qucaqda qalıb. Bakıdan Bakının qoxusu gəlmir, Bakılı didərgin,yuxusu......

Sevilib Sevməkdən Gözəl Nə Var Ki

Dəhnəli Məmməd Hacızadə

Mənə sevgin yetər,daha nə dərdim. Sevməsən dünyadan nakam gedərdim. Sənlə payız ömrün gülünü dərdim, . Həmişə sən mənim yanımda oldun.......

Əli bəy Azərinin “İki zəngəzurlu zabit”i

زائـــور اوستاج

Yüz Doqquzuncu Yazı Müharibə Mövzusuna Fərqli Baxış () Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Azərbaycan ordusunun döyüş......

Silinməkdə olan şəhərin son günlükəri

Tural İsmayılov

Mən səni ilk dəfə 2038-ci ilin noyabrında, yağışlı bir çərşənbə axşamı görmüşdüm. Amma yaddaş mühəndisləri deyirlər ki, 2038-ci ildə noyabr ayı cəmi üç gün çəkib,......

Qoşma

Dəhnəli Məmməd Hacızadə

Yanağın almadır,dodağın püstə, Badam gözlərinin giləsi göyəm. Uyuyub qalasan qollarım üstə, Sabah oyananda günaydın deyəm. Bir iynə yarpaqdır kipriyin,qaşın, Olmasın qəlbində sevgi təlaşın. Dəniztək gözlərin,dərya......

Rəqəmsal petrixor, yaxud sıfırlardan sonrakı yağış (metamodernist hekayə)

Tural İsmayılov

Bakının iyun istisi köhnə binanın daş divarlarına elə hopmuşdu ki, mənzil nəfəs almırdı. 74 yaşlı Tofiq müəllim pəncərənin önündə oturub eyvandakı solğun sardinyalarına baxırdı. Həyat......

Haqq Tərəfə (qoşma)

Dəhnəli Məmməd Hacızadə

Dağ yol alar Məhəmmədə O gəlməsə dağ tərəfə. Cani-dildən etmək gərək, Təvəkkülü Haqq tərəfə. Nahaq salma qəlbə yara, Haqdadır hər dərdə çara. Talelərin rəngi qara,......

O Böyük Gün

Dəhnəli Məmməd Hacızadə

Lövhi-məhfuzda bizi uyaran Rəbbimiz var. Qopacaq Vaqiəni anladır açıq-aşkar. Dönə-dönə buyurur Axirətim var deyə, bəlkə biri "kor" deyə, bəlkə biri "kar" deyə. Buyurur diqqət edin......

Bəlkə Bir Gün

Dəhnəli Məmməd Hacızadə

güzgülənəm mavi dəniz gözlərində, Sən də, payız günəşitək şölələnib,bərq vurasan. Bitdim artıq bu həsrətin qor-qor olmuş közlərində, Baxışınla içimdəki boşluqları doldurasan.. Bəlkə......