...
  • Ailə yükü (yaşadıqlarım) 1-ci hissə
  • Ceyhun Fikrət
  • Bəzən insanın etdiyi səhvlər illər keçsə də onu tərk etmir. Nə qədər unutmağa çalışsan da, keçmiş bir kölgə kimi arxanca gəlir. Xatirələr səni özün də hiss etmədən geriyə aparır və bir gün anlayırsan ki, keçmişlə mübarizə aparmaq mümkün deyil. Çünki keçmiş sənin bir parçandır. Ömründən qopub gedən illərdir. Ən əsası isə keçmiş elə sənin özünsən. Keçmişi dəyişmək mümkün deyil. Ancaq ondan nəticə çıxarmaq, gələcəyə daha ümidlə baxmağa kömək edir. Uşaqlığım ömrümdən qopub gedən səhifələrdir. İndi isə artıq yetkin yaşındayam.
    Diqqətlə köhnə eyvanımıza baxıram. Həyat bəlkə də xatirələrim məni bu binanın qarşısına gətirib. Cibimdəki açarı sıxaraq pillələri qalxıram və köhnə qapımızın önündə dayanıb bir an tərəddüd edirəm. Solğun qapıya baxdıqca sanki uşaqlığımı səsləyirəm. Hər şey geridə qalsa da, uşaqlığım quyunun dərinliklərindən gələn zəif bir səs kimi mənə cavab verir. Qapını açıb içəri daxil oluram. Tozlu dəhlizlə birlikdə xatirələr də canlanmağa başlayır. Elə bil hər şey dünən baş verib.
    Yaxşı yadımdadır...
    O gün hava sərin idi. Amma havanın sərin olmasına baxmayaraq, küçələrdə adamlar gözə dəymirdi. Adətən belə günlərdə məhəllədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu. Amma həmin gün nə səs vardı, nə də hay-küy. Mən eyvandan ətrafa boylanır, darıxaraq küçəyə baxırdım. Nə qədər gözlədimsə, heç nə dəyişmədi. Axırda yorulub evə keçdim və divanda uzandım. Gözlərimi yummağımla yuxu məni öz ağuşuna aldı. Birdən anamın səsi məni oyatdı:
    — Qonşu uşaqlarından biri səni çağırır.
    Tələsik qapıya tərəf qaçdım.
    Qapını açan kimi qonşumuzun oğlu nəfəsini dərmədən dedi:
    — Tez gəl! Onlar bizi daşa basırlar!
    Bunu deyib küçəyə tərəf qaçdı. Mən də heç nə soruşmadan onun arxasınca qaçdım. Doğrudan da, o biri küçənin uşaqları bizim məhəlləni daş yağışına tutmuşdular. Bir an belə düşünmədən yerdən daş götürüb onlara tərəf atmağa başladım. Amma nə üçün bu işi etdiyimi fikirləşmədim. Çünki bəzən etdiyim işlərin nəticəsini fikirləşirdim. Bəzən etdiyim səhvlər məni anamın gözündə xəcalətli edirdi. Amma indi anamı fikirləşə bilməzdim. Çünki qarşı tərəfdəki küçə bizim məhəlləyə hücum eləmişdi. Bizim sayımızın az olmasına baxmayaraq biz yaxşı daş atırdıq. Amma təəsüf ki, mən evdən sapandımı götürməmişdim. Çünki otağa daxil olub sapandımı götürsəydim, anam məndən şübhələnəcək və yəqin ki, məni həyətə düşməyə icazə verməzdi. Artıq nə edəcəyimi bilmirdim, daşlar yanımdan sürətlə keçirdi. Sankı müharibə idi.Təxminən on-on beş dəqiqədən sonra biz onları öz küçələrinə sıxışdıra bildik, amma onların məhəlləsi hündürdə olduğu üçün biz onları binalarına qədər qova bilmirdik. Bizim işimiz yaman çətinə düşmüşdü. Elə bu an daşlardan biri mənim gözümə dəydi. Bir anlıq gözümdə qırmızı rəng əmələ gəldi. Həyəcanla qışqırdım. Qışqırmağımla hər kəs daşı yerə atdı, hətta qonşu məhəllə uşaqları da evlərinə qaçmağa başladı. Gözümün ağrısından binamıza tərəf qaçdım. Bir dəstə uşaqda arxamca gəlirdi, sankı biz məğlub olmuş ordu kimi geri çəkilirdik. Belə halda evə getmək olmazdı. Nə edəcəyimi bilmirdim. Küçəmizdə atamla qarşılaşdım, onu görən kimi gözümün ağrısı yaddan çıxdı. Özümü itirdim. Atam isə mehribanlıqla, nə olub, yenə nə etmisən? deyib mənə baxdı. Əslində nə deyəcəyimi bilmirdim. Gözümün ağrısı bütün fikirlərimi qarışdırdı. Həm də bəzən düşünürdüm ki, belə yerlərdə yalan danışa bilərəm ona görə də susmaq qərarına gəldim. Elə bu zaman qonşunun oğlu məni bütün fikirlərdən xilas etdi. Əmi onlar bizi daşa basırlar dedi və hadisədən atamı agah etdi. Mən ona bir anlıq baxdım, amma bir söz deyə bilmədim. Çünki atam tez məni qucağına götürüb poliklinikaya tərəf qaçdı. Bir neçə saat sonra mənim gözümdə ağrı qalmamışdı. Sən demə daş gözümün altına dəydiyinə görə az miqdarda qan gəlmişdi. Bəlkə də, atamı həyəcana gətirən o qan idi. Gözümə ilk tibbi yardım olandan sonra küçəmizə qayıtdım. Məhəlləmizə daxil olan zaman özümü qəhrəman kimi hiss edirdim, sanki yarasını müalicə edib döyüşə qayıdan əsgər idim. Amma atamın yanında tutduğum işdən də, peşmanlıq çəkirdim. Bir tərəfdən də peşmanlıq çəkməyimə səbəb, o biri məhəllənin uşaqlarına bu daş döyüşündə uduzmağımız idi. Əgər mənim gözümə daş dəyməsəydi bəlkə də, biz o məhəllənin uşaqlarını öz evlərinə qədər qova bilərdik. O gün mən anamın gözünə görsənmədim. Çünki anam mənə nə üçün qonşu məhəllə uşaqlarına daş atırdız deyə bilərdi. Mən isə doğurdan da bu daş döyüşündə kimin günahkar olduğunu bilmirdim.
    O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Müəlliməmiz çox sadə bir müəllim idi. Hər gün sübh oyanıb dərsə getməyim məni qürurlandırmaqla bərabər həm də çox yorurdu. Artıq küçəmizə də həsrət qalmışdım. Günlər beləcə gedir, mən isə küçəmizi unudub,məktəbimizdə yeni dostlar tapmışdım. Daha sapandımın yerinə əlimdə kitab-dəftər tuturdum. Məktəbə təzə öyrənmişdim ki,atamın cəbhəyə getməsi, həyatımda yeni mərhələnin başlanmasına səbəb oldu. Çünki mən ailənin böyük övladı idim. Artıq bəzən ailənin bəzi yükləri mənim çiyinlərimə düşürdü. Yaxşı yadımdadır, atamın anama qəfil “Mən cəbhəyə gedirəm” deməsi, anamın bu xəbərdən gizli, səssiz ağlaması və mənim həmin gündən uşaqlıq həyatımın sona çatması. O gün mən uşaqlığıma “əlvida” dedim. Sonralar atamla görüşlərimizin birində “sənə güvənirəm, oğlum” deməsi, çiyinlərimə düşən yükün məsuliyyətini daha da artırdı. Əslində daxilimdə atamla çiyin – çiyinə döyüşmək istəyi vardı. Onun yanında ola bilmədiyim üçün özümü qınayır və utanırdım. Atamın vaxt tapdıqca məktəbə gəlməsi və mənim təhsilimlə maraqlanması məni, bu hisslərin ağırlığından qurtarırdı. Anlayırdım ki, mənim yaxşı təhsil almağım, müəllimlərimin mənim haqqımda verdikləri, müsbət rəylər atamı qürürlandırır. Müharibə dövrünün başqa ailələri kimi bizim ailəmizin də çəkdiyi əzab – əziyyətlərə baxmayaraq, hər kəsin atama “sizinlə fəxr edirik” deməsi bütün əziyyətlərimizi unutdururdu. Mən əsgər formasının və bu formanı üzərində daşıyan şəxsin xalqımız üçün nə qədər dəyərli olduğunu dərk etmişdim. Amma bəzən də düşünürdüm ki, görəsən mənim və anamın həyatı necə olacaq. Çünki anamın göz yaşları, hər dəfə qapı döyüləndə qapıya səksəkəli baxması mənim uşaq qəlbimi göynədirdi. Bir yandan da maddi ehtiyac, hər şeyin qıtlığı daha da dözülməz idi. Bir neçə şagirdin 1 kitabdan dərs hazırlaması da, müharibənin gətirdiyi çətinliklərdən biri idi. Mən dərslərimi yaxşı oxuduğum üçün əldə etdiyim kitablara da məsuliyyətlə yanaşırdım. Bəzən kitablarımı qonşu uşaqlarına dərs hazırlamaq üçün verəndə bərk – bərk tapşırırdım ki, kitabla ehtiyatlı davransınlar. Düzdür, onlar bu hərəkətimdən hərdən inciyərdilər. Amma bu inciklik çox sürməzdi. Çünki, bu hərəkəti nə üçün etdiyimi məndən yaxşı anlayırdılar. Müharibə başlayan gündən evimizdə kədər hökm sürürdü. Sanki evimizdə qara xəbərlər əsirdi. Artıq evlərdə çörəkdə azalmışdı. Çörək növbələrini görəndə ürəyim sıxılırdı. Saatlarla çörək növbələri uşaq qəlbimə çox zərər vururdu. İnsanların gecə yarısından növbəyə dayanması və bəzən də çörək almadan evə dönməsi qəlb ağrıdan hadisələr kimi yaddaşıma həkk olunurdu. İnsanların üzündə kədər ifadəsi var idi. Bəlkə də mənə elə gəlirdi. Amma üzlərində gülüş yox idi. Çünki qıtlıq idi. Çörək maşını gəlməyi ilə boşalmağı uzun sürməzdi. Bəzən növbədə dayananlara çörək çatmazdı. Mənə çörək çatmayanda özümdə nə edəcəyimi bilmirdim. Çörəyin bizə çatmadığı günlərdə, anam qaz sobasının üstünə su ilə dolu bir vedrə qoyardı və bu vedrənin ağzına aşsüzən yerləşdirərdi. Sonra dəsmala bükülmüş quru çörəkləri aşsüzənə qoyardı. Su qaynadıqca, yuxarıya qalxan isti buxar çörəyi yumşaldardı və biz həmin gün o çörəklə qidalanardıq. Müharibə isə bitmək bilmirdi.
    Vaxt keçdikcə yaşadığımız ərazidə hamı bizi əsgər ailəsi kimi tanımağa başladı. Bir neçə aydan sonra əsgər ailələrinə növbədənkənar çörək almaq üçün xüsusi vəsiqələr verildi. Amma həmin vəsiqə hər gün cibimdə olsa da, yenə də növbəyə dayanırdım. Başımı aşağı salırdım ki, heç kim məni tanımasın. Lakin çox vaxt növbədə duranlardan kimsə məni görər və satıcıya tərəf dönüb deyərdi:
    — Bu uşaq əsgər ailəsindəndir. O an hamının baxışları mənə yönələrdi. Həmin baxışlarda hörmət də vardı, mərhəmət də. Amma mən xəcalət çəkirdim. Atam cəbhədə vuruşduğu üçün növbədənkənar çörək almaq hüququmuz vardı. Lakin mən yenə də özümü növbəni pozmuş adam kimi hiss edirdim. Uşaq qürurum bunu qəbul etmək istəmirdi. Əsgər ailəsindən olmağıma baxmayaraq, çörəyi növbədənkənar almaq məni utandırırdı. Qadınların, qızların saatlarla növbədə gözlədiyi halda mənim növbəsiz çörək almağım uşaq qüruruma ağır gəlirdi. Amma satıcı qadın mənim daxilimdə baş verənlərdən xəbərsiz idi. O, çox vaxt məni uzaqdan görən kimi səslənərdi:
    — Pulunu ver, neçə çörək istəyirsən? Mən isə sakitcə yaxınlaşıb çörəyimi alar və evə qayıdardım. Evə çatanda isə qapının ağzında anamın qəmli baxışları ilə rastlaşardım. O, baxışların önündə qürürla dayanardım. Qürurumun səbəbi isə, əlimdə tutduğum çörəklər olardı. Sonra dərs oxumağa keçərdim, çünki qarşıma çıxan çətinliklərin və sınaqların elm ilə həll olunacağını bilirdim. Amma bəzən fikirlər məni öz ağuşuna alırdı. Beyinimdə o qədər fikirlər var idi ki, bu fikirlərdən biri anamın bu dərdlərə sakitliyi və çətin güzaranımız idi. Bəzən də, qapımıza qorxa-qorxa baxırdım. Çünki son vaxtlar qapımızın aramsız döyülməsi məni də səksəkəyə salmışdı. Hər qapı döyüləndə, həyəcanla və təlaşla qapıya tərəf gedərdim. Bu dəfə də gələn şəxsin atam deyil, başqasının olduğunu görəndə, narazılıqla o, şəxsin üzünə baxardım. Məndən fərqli olaraq, anam evimizə gəlib-gedənləri, xoş üzlə qarşılayardı. Gələnlər arasında qohumların atam haqqında mənfi, bəzilərinin isə, əksinə müsbət fikir söyləməsinin şahidi olardım. Bəzilərinin də, “bu müharibəyə gətmək nəyə lazım idi?” deməsi, mənim uşaq qəlbimdə bu sözü deyənlərə qarşı qəzəb hissi oyadardı. Anam isə sadəcə, təmkinlə gülümsəyərək deyərdi,”bu getməsin, o, getməsin, bəs kim getsin?” Mən isə danışılan söhbətlər əsnasında yerimdə qurdalanardım. Nə isə demək istəyərdim. Anamın xoş baxışları isə, mənə sakit olmağı əmr edərdi. Sanki, Qarabağ bizim evimizdə idi. Atamı görə bilməyənlər, anama elə suallar verirdilər ki, sanki anamda atamla bərabər cəbhədə döyüşür. Amma mən bəzən qohumların bizə gəlməsinə sevinərdim. Çünki, ən azından anamın qəmli baxışlarından xilas olardım. Qəribə hal bu idi ki, orta məktəbdə qiymətlərim ”5” olduğu halda, anamın mənəvi dərslərindən, ”2” alardım. O, mənə hər zaman deyərdi. ”Sən güclü olmalısan, əsl kişi olmalısan”. Bu sözlərdən sonra isə, güclü, yoxsa zəif olduğumu xəyal edərdim. Anamın nə üçün mənim güclü olmağımı istəməsi, mənim üçün böyük bir sual olaraq qalırdı. Müharibə dövründə bəziləri də, var idi ki, insanların bu ağır günlərindən istifadə edərək, yaşayışını yaxşılaşdırmaqla məşğul idi. Onların övladları da, özlərinin tayı idi. Qəribə burasında idi ki, atam erməni daşnaqlarına qarşı vuruşduğu halda, mən “özündən razı” uşaqlarla söz savaşına çıxardım. Bəzən onlar məni ələ salır, yeri gələndə isə rişxəndlə sancırdılar. Amma onların qarnı tox, mənim qarnım isə ac idi. Onlar özlərini, mən isə ətrafda yaşayan acları fikirləşirdim. Anam hər gün mənə öyüd nəsihət edərdi. Hər kəsə yaxşılıq etməlisən pis işlərə baş qoşma deyib, gözlərimə baxardı. Bəzən anamın sözlərinə, ürəyimdə haq qazandırırdım. Gecələr isə evimizin qapısının döyülməsi, anamı narahat edərdi. Çünki hansısa qonşunun çörəyinin qurtarması, bizim evdə çörəyin azalmasına səbəb olardı. Gecələrin birində belə hadisələrin biri ilə, rastlaşdım. Qəfil səslənən taqqıltıya, ev yiyəsi kimi çıxmışdım. Bu qapı taqqıltısına isə, anam gecikmişdi. Mən isə gecə qapını döyən şəxsə, adımıza yaraşmayan kobudluqla, ”daha bizdə çörək yoxdu”, demişdim. Qəfil gələn, qəfil getsə də, anamın heyrət dolu baxışları gözümdə qalmışdı. Utanıb, sıxılsam da, daha iş-işdən keçmişdi və mən həmin gün anamın mənəvi dərslərindən yenə də “ 2” qiymət almışdım.



    Bakı şəhəri

    20.02.2012 ci il
  • noyabr 2023, Ceyhun F.

  • 1702
Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən insanın etdiyi səhvlər illər keçsə də onu tərk etmir. Nə qədər unutmağa çalışsan da, keçmiş bir kölgə kimi arxanca gəlir. Xatirələr səni özün də......

Xaqani Şirvani

زائـــور اوستاج

(Ədəbi düşüncə) Orta əsr Şərq poeziyasında fəlsəfi düşüncə və sözün etikası Azərbaycan ədəbiyyat tarixində elə simalar vardır ki, onların yaradıcılığı təkcə milli ədəbi......

İşıq və kölgə arasında ( bir pərdəlik fəlsəfi dram)

Tural İsmayılov

Bir pərdəlik fəlsəfi dram — Həqiqət heç vaxt ölmür, yalnız gizlənir — Personajlar Kənan — yaşlı bir müəllim, həyatını həqiqəti axtarmağa həsr etmiş Leyla —......

Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......