...
  • Çexov - "Albalı bağı"
  • Ceylan Mumoğlu
  • A. P. Çexov rus ədəbiyyatının görkəmli simalarından biri olmaqla yanaşı, həm də dünya ədəbiyyatında özünə məxsus üsulu, dramaturgiyası olan böyük yazıçıdır. Lev Tolstoy Çexov haqqında yazmışdı ki, o bənzərsiz rəssam idi... həyatın rəssamı idi.
    Çexovun Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra iki əsrin qovşağında kəskin dəyişən siyasi-ictimai hadisələr ərəfəsində və özünün ölüm ayağında yazdığı "Albalı bağı" pyesi onun dram əsərlərinin zirvəsi sayılır.
    Kapitalist istehsal üsulunun formalaşdığı, sənayenin təmərküzləşdiyii, texniki tərəqqinin inkişaf etdiyi; teleqrafın, dəmir yolunun insan həyatına daxil olub onu fəallaşdırdığı, bazar iqtisadiyyatının çiçəkləndiyi bir zamanda müəllifin yazdığı "Albalı bağı" pyesi dövrün portretini yarada bilmişdir.
    "Albalı bağı" günümüzdə hələ də müxtəlif ölkələrdə, fərqli dillərdə teatr kollektivləri tərəfindən səhnələşdirilib, tamaşaya qoyulur, maraqla izlənir və əsərin bu qədər müvəffəqiyyət qazanmasının sirrini araşdırmaq qərarına gəldim.
    Pyesi oxudum. Əvvəlcə qeyd edim ki, pyesin yaranma tarixi hələ Taqanroqda başlamışdı, yazıçının atası borclar üzündən nəsil evini satmağa məcbur olanda, bu hadisə Çexovun hafizəsində iz buraxmışdır. Pyesin adı Rusiyanı simvollaşdırır, "Albalı bağı" obrazı zadəgan Rusiyasıdır, onun köməyi ilə Çexov gələcək dəyişiklikləri qabaqcadan göstərməyə çalışmışdır.
    "Albalı bağı" pyesində hadisələr Lyubov Andreyevna Ranevskayanın malikənəsində baş verir. Pyesdə 16 obraz iştirak edir. Hadisə Ranevskaya-Qaev bacı-qardaşının başına gəlir. Onlar köhnə dövrün mahiyyətinin daşıyıcılarıdırlar, keçmiş xatirələrlə yaşayırlar. Yeni dövrün mahiyyətini daşıyan, gündən-günə varlanan tacir Lopaxin get-gedə kasıblaşan zadəgan ailəsini borclardan xilas etmək üçün albalı bağının satılması layihəsini təklif edir. Bu təkliflə ailəyə yaxınlaşmaqda olan təhlükə, bağın satılması dramı yaşanır. Pyesin qəhrəmanları arasında nə qədər emosional hallar, nostalgiya yaşansa da, sonda albalı bağı satılır və ağaclar köklərindən kəsilir.
    Çexovun özünün komediya, başqa yazıçıların tragikomediya adlandırdıqları bu pyes paradoks xüsusiyyət daşımaqdadır. Lyubov Andreyevna Ranevskayanın füsunkar hesab etdiyi albalı bağı olmadan həyatın mümkünsüzlüyü, gələcəyin islahatçısı Lopaxinin isə bu yerlərdən gəlir əldə etmək kimi ümid verən planları bir-biri ilə paradoks təşkil edir. Ümumiyyətlə, pyesdə köhnə dövrlə yeni dövrün qarşıdurması da paradoks üzərində qurulub. Burada müəllifin Rusiyanın keçmişi, indiki zamanı və gələcəyə olan münasibəti ifadə olunub. Keçmiçdəki qüsurları, indiki zamanın yırtıcı xislətini göstərərək, müəllif işıqlı gələcəyə ümid edir.
    Əsərdəki problematika.
    1. "Albalı bağı" pyesində insan xoşbəxtliyi problemi qəhrəmanların bütün talelərində görünür.
    Məsələn, Ranevskaya bu bağda nə qədər bədbəxtliklər yaşasa da, yenidən buraya qayıtmasından şaddır. O öz istiliyi ilə evi doldurur, doğma yerləri yada salır, xiffət çəkir. Onu borclar, malikanənin satışı, qızının mirası maraqlandırmır, o unudulmuş və yenidən xatırlanmış təəssüratlarla xoşbəxtdir. Amma budur, bağ satılır, veksellər söndürülüb, Lapoxin onun sakit olması barədə danışsa da, könlündə həyəcanlıdır və bu həyəcan getdikcə artır. Azad olmaq yerinə məyusluq gəlir. Beləliklə, biri üçün xoşbəxtlik olan şey - başqası üçün bədbəxtlikdir və bütün insanlar onun mahiyyətini fərqli şəkildə anlayırlar, buna görə də onların birlikdə olub, bir-birilərinə kömək etməsi çox çətindir.
    2. Yaddaşın qorunması problemi Çexovu narahat edirdi. İndiki zaman insanları quberniyanın qüruru olan şeyləri məhv edirdilər, zadəgan evləri, tarixi tikintilər diqqətsizlikdən dağıdılırdı, yox olurdu.
    3. Ekologiya problemi. Müəllif pyesdə təkcə albalı bağının tarixi dəyərini qeyd etməklə kifayətlənmir, eyni zamanda onun təbii gözəlliyini, quberniya üçün əhəmiyyətini də vurğulayır. Təbiətə münasibət, insana münasibət qədər ehtiyatlı olmalıdır, əks halda biz sevdiyimiz evdən məhrum olacayıq.
    4. Valideyn-uşaq münasibəti. Ranevskya ilə qızı Anya arasında münasibətlər.
    5. Vətənə sevgi problemi, daha doğrusu onun yoxluğu əsərdə izlənir.
    6. Yalqızlıq problemi hər qəhrəmanı parçalayır. Ranevskayanı sevgilisi aldadıb atıb, Lopaxin Varya ilə münasibətləri qaydaya sala bilmir, Qaev - təbiətcə eqoistdir, Pyotr və Anna yenicə yaxınlaşmağa başlamışdılar ki, bunun heç də yaxınlaşma olmadığının fərqinə varırlar.
    7. Həyatın mənasının axtarılması problemi
    Obrazların sistemi
    Pyesdə qəhrəmanlar yaxşı və pis olaraq ayrılmayıblar, amma personajların çoxşaxəli sistemi var. Obrazları aşağıdakı kimi bölürlər:
    - Keçmişin qəhrəmanları (Ranevskaya, Qayev, Firs). Onlar öz həyatında heç nə dəyişdirməyi arzu etmirlər.
    - İndiki zamanın qəhrəmanı (Lopaxin). Lopaxin sadə adamdır, əməyi sayəsində varlanıb, malikanə alıb və dayanmaq fikrində deyil.
    - Gələcəyin qəhrəmanları (Trafimov, Anya) - ən yüksək xoşbəxtlik və ən yüksək həqiqət haqqında arzu edən gənc nəsil.
    Belə. "Albalı bağı" ilə yaxından tanış olmaq və Çexov dünyası ilə yenidən görüşməkdən böyük zövq aldım.
    Yazının əvvəlində Çexov haqqında Tolstoyun fikrini sitat gətirmişdim. Yenə onun sitatı ilə tamamlayıram. "Əgər Çexovun hekayələri qalmaqla, bütün rus ədəbiyyatı təsadüf nəticəsində yoxa çıxsaydı, onlar rus həyatı barədə dünya xalqlarında təsəvvür yaratmaq üçün kifayət edərdi".
  • dekabr 2017, Ceylan M.

  • 1913
Gözlərinə Qurban Olum Qız Sənin

Dəhnəli Məmməd Hacızadə

Hər sabah dan baxışınla sökülür, Al yanaqlar,xoş qəmzəli üz sənin. Səni görcək könül gülür,üz gülür, Qələm qaşlar,mavi dəniz göz sənin. .......

Düşüncə ilə sevmək və cəmiyyətimizin düşüncəsi nədir?

Şəhriyar Mürsəl

Məsələn: Mən bilirəm ki nəyinki pulsuz heç 800 manat maaşla qadını sevmək olmaz.Əlbəttə qadınlar düz edir. Axı bir kişi 800 manat maaşla qadına hansı həyatı......

Cəmiyyət

Şəhriyar Mürsəl

Maarifsiz i maarifləndirmək asandır. Amma həqiqəti görüb yenə də cəhaləti seçən, faktı eşidib inadından dönməyən öz fəlakətinin memarıdır. ~...

Qərib

Roni Xamilyon

Dünyamda oldu Sevdirmədi Heç sənsiz Həyat mənə bağlıydı Etdi məni puç sənsiz Dərdlər Yadıma düşmür Deyil mənə vec sənsiz Sən məcbur eyləyirsən Gecələr Yenə......

Qatilimi Sevdim

Roni Xamilyon

Əllərinlə qazdın qəbrimi mənim Gülərək aldın əlimdən canı Günahkar mən özüm səbəbkarsa sən Yenə Aldandim çünki Neynim Bacarmadım Unutmağı Unutmagi Asand bilmə Özünlə......

Ölsəm unutma

Roni Xamilyon

Sevdim Dəli rüzgar kimi Dəyə bilmədim tellərinə Qismət olmadı sevib sevilmək Atdım ən dərinə Görsən Bəlkə Bir Yerdə Adımı Ya Şəklimi İntizarda Qoyma Məni Bir......

Dəli Doluyam

Roni Xamilyon

Sənə doluyam Sənə Doluyam Hisslərimlə Ya Boğulam Dənizində Ya ömr edim Hər izində Doluyam Bir Qədəh kimi Dəliyəm Gülündə Şeh kimi Yaylım axım......

Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......