• İtmiş güvən
  • Əhlim Sadıqbəyli
  • İTMİŞ GÜVƏN (HEKAYƏ) - ƏHLİM SADIQBƏYLİ

    Qapını açıb elə yenicə içəri girmişdi ki, balaca ağ tüklü iti yüyürüb üstünə tullandı. Ayaqqabılarını soyunmadan iti ilə oynamağa başladı. Bu həyatda onun üçün ən əziz olan iti idi. Bu iti ona ona görə əziz idi ki, heç vaxt onu aldatmırdı, kefini korlamırdı, ən əsas da, pullarına göz dikmirdi. İti ilə biraz əlləşdikdən sonra ayaqqabılarını soyunub içəri keçdi. Son vaxtlar nədən idisə, ürəyi sıxılırdı təklikdən. Tək yaşadığı mənzilindən, elə bil, get-gedə soyumağa başlamışdı.
    Əllərini yumadan divanda uzandı. Madım-maddım televizora, divarlara, çıl-çirağa baxdı. Ev ona qəribə görünürdü. Fikirləşdi ki, bəlkə mənzilini dəyişsin? Bu evini satıb başqa bir yerdən özünə rahat bir ev alsın. Sonra nə fikirləşdisə, bu istəyindən daşındı. Çox öyrəşmişdi bu evə, həm də bura ona çox rahat idi.
    Birdən ağlına düşdü ki, niyə evlənmir axı? Niyə evlənib tənhalıqdan canını qurtarmırdı? Elə bil, qorxurdu bir insana bu qədər yaxınlaşmaqdan. Onun içində insanlara olan güvən hissi yerli-dibli ölmüşdü. Elə ölmüşdü ki, bir də dirilməyəcəkdi.
    Yadına bu gün işdə olanları saldı. Həyasız müdirinin zəhrimar yağan, pomidor kimi qızarmış üzü gəldi durdu gözlərinin qabağında. Əti çimçişdi. Bu müdir bu gün şirkətdəki qaradinməz bir işçi ilə elə bir savaş qoparmışdı ki, az qalsın televiziyadan çəkilişə gələcəkdilər. O, bu günə kimi həmin işçinin bir dəfə də olsun səsini yüksəltməyini görməmişdi. Bu zavallı həm də işdə heç kimin sözünü yerə salan deyildi. Müdir də bəzi məqamlarda onu əlinin altına salıb eşşək kimi işlədirdi. Həmin o işçi bu günki qışqırığı ilə, elə bil, işlədiyi müddətdə susqun qaldığı günlərin əvəzini çıxmaq istəyirdi. Sən demə, bu yazıq hardasa iki həftədən çox idi ki, imzalamağı üçün müdirə çox önəmli olan bir ərizə vermişdi. Amma bu önəmlilik müdirin heç vecinə deyildi. Onun vecinə nəyin olduğunu yanındakı sarı baş katibəsi çox yaxşı bilirdi. Hər səhər müdir işə gələndə yaxşıca dəmlənmiş bir çay, sonra da günün axırına kimi müdirin kabinetində əylənmək. Hərdən də müdir özlərinə bahalı içkilər, cürbəcür doğranmış meyvələr sifariş verərdi. Bundan başqa heçnə müdirin vecinə deyildi. İşlərin gedişatını uzundraz müavininə tapşırmışdı. Ayda bir dəfə də hesabat istəyirdi. Hesab aparanda da o sarı baş özünü müdirin qucağına atıb maliyyəni müdirin cibindən döşlərinin arasına axıdırdı.
    Nədənsə, o, birdən-birə müdirin arvadını, ailəsini fikirləşdi. Görən, bu yazıqların güzaranı necə keçirdi? Sonra xatırladı ki, bir neçə dəfə müdirin arvadının iş yerinə gəldiyni, müdirin onunla olan soyuq rəftarını görmüşdü. Bu yaramaz niyə o cür gözəl qadınını üzü adamın hansısa münasib yerinə oxşuyan sarı başa dəyişirdi? O, bunu heç cür ağlına sığışdıra bilmirdi. Bir anlığa müdirin arvadı kimi özünü yazıq, aldadılan hiss etdi. İçindən bir gizilti keçdi. Qalxıb divanda oturdu. Təkar evi gözdən keçirdi. Ətraf təmiz olsa da, fikirləşdi ki, evinə çoxdandır qadın əli dəymirdi. Gərək bir təmizlikçi tutub, evini yığışdırtdırardı. Sonra da fikirləşdi ki, həmin adamı evinə necə salacaqdı? Bəlkə, onu aldadıb evindən oğurluq edər? Qərara aldı ki, elə özünün səliqəsi kifayət edir, heç kimi çağırmasın.
    O, heç kimi evinə almazdı. Elə bir yaxın dostu ya da qohumu yox idi ki, evə salıb, ona çay, yemək qonaqlığı verəydi. Onun qohumlarının olmamasının səbəbi onun uşaq evində böyüməsi idi. Hə, o yetim idi. Heç kimi olmayan bu Allah bəndəsi öz zəhməti ilə bura qədər gəlib çıxmışdı. Heç kimə ağız açmadan, heç kimə yaltaqlıq etmədən bu gözəl evi almışdı özü üçün. Birdən öz-özünə fikirləşdi:
    - Yaxşı ki, mən elə yetim olmuşam. Yoxsa, bu qədər güclü, uğur əldə edən biri ola bilməzdim. Amma valideynlərim kim bilir, bəlkə, imkanlı idilər. Elə olsa idi, bir çamadan pul buraxıb məni istədiyim qurumun başında otuzdurardılar.
    Kamodun üzərində əqrəbləri tıqqıldayan saata baxdı. Elə bil, vaxt harasa tələsirdi. Bir göz qırpımında uçub gedirdi. Saatın yanında yarımçıq bir viski şüşəsi vardı. Viskiyə baxanda yadına düşdü ki, bir dəfə bir qadına güvənib onu içəri almışdı. Düzdür, qadın faişə idi. Amma, o, bu faişədə heç kimdə hiss etmədiyi bir doğmalığı hiss etmişdi. Faişənin adını yadına salmağa çalışdısa da, ortalığa bir şey çıxmadı. Həmin bu qadının çəhrayı dodaqları, uzun qara saçları, incə budları gözünün qabağında canlandı. Ağzının suyu axdı. Başını çevirib oturduğu divana baxdı. Sanki, divanda həmin faişə ilə bağlı nə isə axtarırdı. Evə gəlib onunla viski içə-içə xeyli söhbət etmişdilər. Sonra faişə onun lap yaxınına gəlib dodaqlarından öpə-öpə soyundurmuşdu. Sonra da bir neçə saat dayanmadan sevişmişdilər. Sonrasını isə dəqiq xatırlaya bilmirdi. Nə olmuşdusa, araları biraz dəymişdi. Həmin bu faişə qarşısına yaxşı bir müştəri çıxandan sonra isə tamam ondan uzaqlaşmışdı. O da, bir dəfəlik anlamışdı ki, ağ itindən başqa heç kimə güvənmək olmazdı.
  • sentyabr 2021, Əhlim S.

  • 21
Ağdam Qiyaslı

زائـــور اوستاج

Ağdam Haqqında Şeirlər Mənim Qiyaslı Kəndim Mənim Qiyaslı kəndim, De, evimiz necədi? Kim çıxır ağaclara Həyətimiz necədi? * * * Xallı, qara, ağ gilas... Ağacların......

Mina Rəşid - Mənim Qiyaslı Kəndim

زائـــور اوستاج

Mənim Qiyaslı Kəndim Mənim Qiyaslı kəndim, De, evimiz necədi? Kim çıxır ağaclara Həyətimiz necədi? * * * Xallı, qara, ağ gilas... Ağacların dururmu? Söyüdlərin qoynunda......

Allahverdi Bağırov əfsanəsi

زائـــور اوستاج

Ağdam AğdamIN Qəhrəman Övladları (Allahverdi Teymur oğlu Bağırov haqqında) Altı min şəhidi olan Ağdamın qaziləri, qəhrəmanları da təbii olaraq bu saya mütənasibdir. Azərbaycanın hələ ötən......

Vaqif Yusifli Yazır

زائـــور اوستاج

Ədəbi Tənqid Çiçəklər, Dağlar … və Xudayar Dastanı (Zaur Ustac sözünün sehrində) Şairlər çiçəklərə, güllərə sevgi dolu şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə, lalə, qərənfil,......

Zahid Xəlil Və Zaur Ustac Yaradıcılığında Uşaq Obrazları

زائـــور اوستاج

Ayətxan Ziyad Yazır Elmi mübahisələr: mülahizələr, qənaətlər Iv yazı Azərbaycan Uşaq Şeirində Sərlövhə-Adlar Sistemi (Zahid Xəlilin və Zaur Ustacın yaradıcılığı nümunəsində) 1. Giriş Məlumdur ki,......

Vüqar Əhməd Yazır

زائـــور اوستاج

Hesabat Məruzəsi 2020-2021-Ci Illərin Bədii Publisistikası Azərbaycanın ədəbi-bədii və ictimai-siyasi fikir tarixində publisistikanın əhəmiyyətli yer tutmasını milli mühitin gerçəkləri, çoxsaylı sənət və mədəniyyət nümunələri, faktları,......

Ağdam. Ağ Evlər. Ağ Atlı Oğlan...

زائـــور اوستاج

Qarabağ Azərbaycandır! i.Əliyev. Ağdam Lap uşaqlıqdan Ağdam eşidəndə, o an xəyalımda hündür sütunlu ağ evlər canlanırdı... Bu hündür, geniş, işıqlı, dümağ bərq vuran büllur sarayların......

Zaur Ustac - Yurd Həsrəti (53)

زائـــور اوستاج

Əlli Üçüncü Yazı Zaur Ustacın Yurd Həsrəti (Ağdama-Yusifcanlıya dönəcəyimiz günü həsrətlə gözləyirik) Salam olsun, çox dəyərli oxucum! Min şükür Böyük Allaha. Nəhayət, belə bir mövzuda......

Mina Rəşid - Yaz Gəldi, YazIN Gəlmədi

زائـــور اوستاج

Yaz Gəldi, YazIN Gəlmədi... (Yataqxana binasından boylanan köçkün anaya) Nə həsrətdi gözlərində Baharın bu gülən çağı? Yoxsa yadına salmısan Yurdunda qərib ocağı? * * *......

Şahmar Əkbərzadənin Şeirləri

زائـــور اوستاج

Sözün Ağ Rəngi Şahmar Əkbərzadə Haqqında Tanınmış şair, jurnalist Şahmar Əkbərzadə — 28 Dekabr 1941-ci ildə Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci......