...
  • Sehrbaz (dram-seans)
  • Firuz Mustafa

  • Firuz MUSTAFA

    SEHRBAZ
    (İki hissəli dram-seans)

    İŞTİRAKÇILAR:

    KİŞİ
    ŞƏHLA
    SAMİT
    AYSU

    TAMAŞAÇILAR


    I HİSSƏ


    Təntənəli simfonik musiqinin müşayiəti altında pərdə qalxır. Məkan abstrakt təsir bağışlasa da, səhnədəki bəzi dəqiq detallar nəzəri cəlb edir: arxa planda royal, yan tərəflərdə (sağ və solda) sönmüş məşəllər görünür. Bir-biri ilə kəsişən, çarpazlaşan işıq zolaqları bir növ hallüsüniativ mənzərə yaradır. Projektor şüaları tədricən bir nöqtədə kəsişir. Və həmin kəsişmə nöqtəsində ucaboy, iri şlyapalı, qara mantiyalı KİŞİ ayaq üstə dayanıb. O, əlində tutduğu par-par yanan metal çubuğu tez-tez havada yellədir. Kişi hələlik üzü səhnənin dərinliyinə (arxası tamaşaçı zalına) tərəf dayanıb. O, sanki dirijorluq edir, səhnənin dərinliyində ifa olunan musiqinin ritmini tənzimləyir, onu müəyyən bir axara salır. Ümumiyyətlə, tamaşa boyu musiqidən geniş istifadə olunur.
    (Yeri gəlmişkən qeyd etmək lazımdır ki, əsərdəki Kişi obrazı, daha çox poetik mətnlə (şeirlə) danışır, onun çıxışında qafiyə olmasa da, heca və vəzn prinsipi ciddi qorunur).
    Bunu da nəzərə almaq lazımdır ki, “diriyorluq” edən Kişi təkcə səhnədəki iştirakçıları yox, habelə zaldakı tamaşaçıları da tamaşa boyu gipnozçu (ekstrasens, maq və ya telepat) təsiri altında saxlamağa çalışır.
    Repreduktordan elan eşidilir: “Əziz seans işrirakçıları, hörmətli tamaşaçılar, Diqqət! Diqqət! Bugünkü seansda siz öz keçmişinizə - uşaqlığınıza və gəncliyinizə qayıdacaq, o şirin, unudulmaz çağları bir daha yaşayacaqsınız. Biz sizin hamınıza xoş istirahət arzulayırıq!”.
    Elan səsləndirilən zaman Kişi əl-qolunun hərəkətini müvəqqəti olaraq sönmüş məşəllərdən birinə (soldakına) yaxınlaşır, onu alışdırır və geri-geri addımlayıb şölələnən alova baxır.
    Zalda səs-küy, canlanma hiss olunur.

    TAMAŞAÇILAR (zaldan):
    - Biz buraya nə üçün gəlmişik?
    - Camaat, bir sakit olun! Bura bazar deyil, axı!
    - Amma musiqiyə söz yoxdur ha! Qulaq asın!
    - O, niyə üzünü o tərəfə - divara çevirib?..
    - Çünki o, bizi keçmişə aparır. Ha-ha-ha…

    Musiqinin melodiyası tədricən dəyişir. Ağ kostyumlu, qara mantiyalı, indiyəcən arxası zala tədəf olan Kişi qəfildən dabanı üstə geri fırlanıb üzünü zala tərəh tutur; onun alnına sarı dartılmış çatma qaşları, uzun kirpikləri, çənəsinə doğru uzanmış qalın birçəyi (bakenbortu), zəhmli gözləri diqqəti çəkir. Onun danışıq və hərəkətləri sehrbazı, foksçunu və ya ekstrasensi xatırladır. Kişi çubuğu havada ahəstəcə yellədir. Əvvəlcə zaldakı ayrı-ayrı adamlar, sonra isə az qala bütün zal əhli musiqinin ritminə uyğun olaraq tərpənməyə, sağa-sola doğru yellənib yırğalanmağa başlayır. İndi sanki orkestr səhnədə yox, zalda çalır və Kişi musiqiçiləri (əslində isə tamaşaçıları) “idarə” edir. Kişi əlindəki çubuğu havada oynada-oynada ehmal, asta, yumşaq addımlarla səhnənin önünə gəlir.

    KİŞİ: - Siz o çay səsini eşidirsizmi?
    Sizin saçınızı oxşayırmı meh?
    Heç nə eşitmirsiz? Çox qəribədir!
    Yumun gözünüzü... Bax belə, bu cür.
    (Başını arxaya doğru əyib, gözlərini yumur).
    Aha, indi necə? Eşidirsizmi?
    (Gözünü açır).
    Ehey, sən nə üçün gülürsən orda?
    Bəli, səninləyəm, alagöz xanım!
    (Çubuğu irəli uzadır).
    Gözünün rənginin görürəm burdan.
    Ey, sən də sakit ol, ərköyün oğlan!
    O üzün görünür sənin bu üzdən...
    Anam, bacım, siz də səbrli olun.
    Elə siz də susun atam, qardaşım.
    (Dua oxuyurmuş kimi pıçıltıyla danışır).
    Hamınız, hamınız dincəlin bir az,
    Heç nə yük olmasın qoy başınıza.
    Hər şeyi unudun, unudun getsin...
    (Sürətlə danışır).
    Qoy hamı tək qalsın özü-özüylə.
    İndi burda kim var? - Bir mən, bir də siz.
    Bax belə, bax belə... Sakitləşdiniz...
    Sizinçün oxuyur indi o çay da,
    Sizə nəğmə deyir o meh, o külək...
    İndi biz şənlənək, sevinək, gülək.
    İndi ürəyiniz gül kimi açır,
    İndi su çilənir əsəbinizə,
    Təravət tökülür üz-gözünüzdən.
    Burda bizdən başqa bir kimsə yoxdur.
    Bir mənəm, bir də siz, bir də ki... ruhlar.
    (Asta templə danışır).
    Bəli, qərib ruhlar dolaşır burda,
    Bir vaxt o ruhlarla yaşamışıq biz,
    O ruhlar yaşadıb bir zaman bizi,
    Sonra tərk ediblər bədənimizi.
    İndi aramızda ruhsuz bədən var, -
    Bədənsiz ruhlar da az deyil, bəli.
    Ah, ruhsuz bədənlər, bədənsiz ruhlar!..
    (Pauza).
    Açın gözünüzü siz yavaş-yavaş.
    Bax belə, bax belə... Heç tələsməyin.
    Siz indi diqqətlə seyr edin məni.
    Aha, sən nə üçün qəmlisən, dostum?
    (Çubuğu irəli uzadır).
    Bəli, səninləyəm... Niyə susursan?..

    TAMAŞAÇILAR (zaldan):
    - Sən kimi deyirsən?
    - Sən kimsən? Cadugər? Sehrbaz? Falçı?..
    SAMİT (zaldan): - Deyəsən, siz mənə işarə edirsiniz.Eləmi?
    KİŞİ: - Bəli, səninləyəm, düz buyurursan.
    SAMİT (zaldan): - Soruşursunuz ki, niyə qəmliyəm, hə? Sadəcə olaraq başım ağrıyır.
    KİŞİ: - Yaxın gəl, qoy ölçüm hərarətini.

    Samit iti addımlarla səhnəyə qalxır. Melodiya dəyişir...

    SAMİT: - Hə, gəldim. Bu da mən.
    KİŞİ: - Bax, mənim üzümə diqqətlə bax sən,
    Qəlbindən keçəni oxuyum indi.
    SAMİT: - Siz doğrudan adamları öz keçmişinə qaytara bilirsiniz, yoxsa?..
    KİŞİ: - Yoxsa inanmırsan mənə, əzizim?
    SAMİT: - Yox... Niyə ki?.. İnanıram.

    Kişi çubuğu ehmallıca Samitin kürəyinə, sinəsinə sürtür, onun başı üstündə fırladır, diqqətlə onu süzür.

    KİŞİ: - Görürəm, görürəm, əzab çəkirsən,
    Demək, dərk edirsən günahlarını.
    SAMİT: - Nə günah?.. Mənim heç bir günahlarım yoxdur. Amma, təbii ki, adi bir insan kimi səhvlərim olub. Bir də ki, xahiş edirəm, mənimlə bu tonda danışmayın!
    KİŞİ: - Bura bax... Eləsə mənə qulaq as...
    Əlini irəli uzat görüm bir...

    Samit əlini Kişiyə sarı uzadır.

    SAMİT: - Hə, bu da əllərim. (Gülür). Bəlkə ovcuma baxıb alın yazımı oxumaq istəyirsən?
    KİŞİ: - Heç nə deyəmmərəm gələcək haqda,-
    Allahın işinə qarışmırım mən.
    Amma söz açaram mən keçmişindən.
    SAMİT: - Keçmişim barədə? (Gülür). Ha-ha-ha!.. Bəlkə bunu gələcəyə saxlayaq?
    KİŞİ: - “Gələcək” nə üçün?.. Bax, elə indi -
    Səni görüşdürüm öz keçmişinlə.
    Kimi istəyirsən çağır yanına,
    Nəyi istəyirsən yaşa onunla.
    SAMİT (getmək istəyir): - Yox... Mən heç nə istəmirəm... İcazə verin...
    KİŞİ: - Dayan! Sən heç yerə getməyəcəksən! (Qətiyyətlə).
    Bəs onda nə üçün gəlmisən bura?
    Bura gələnlərin bil ki, hər biri
    Görüşmək istəyir öz keçmişiylə!
    SAMİT (qorxa-qorxa ayaq saxlayır): - Mən... Mən... Mən özümü yaxşı hiss etmirəm.
    KİŞİ: - İndi kim özünü yaxşı hiss edir?
    (Üzünü zala tutur).
    İçini yeyirsə şübhə qurd kimi,
    Rəzalət qoynunda vurnuxursansa,
    Şəhvətin, şöhrətin əsirisənsə,
    Sənə hakimdirsə riya, paxıllıq-
    Özünü sən necə hiss etməlisən?
    (Samitə doğru çevrilir).
    Heç yerə tələsmə, hörmətli adam,
    Yaxşısı budur ki, özündən danış.
    SAMİT: - Nə danışım özümdən? Mənim peşəm, sənətim elədir ki...
    KİŞİ: - Mən səhv etmirəmsə, sən həkimsən, hə?
    SAMİT: - Elədir. Düz buyurursunuz. Siz bunu nədən, haradan bilirsiniz?.. Bəlkə biz tanışıq. (Pauza). Yox, deyəsən sizi ilk dəfədir ki, görürəm... Hə, deməli belə; mən öz sənətimlə, öz peşəmlə əlaqədar müxtəlih insanlara yardım göstərməli oluram. Həyatımda nə qədər xəstələr görmüşəm! Bəzən heç göstərilən təcili yardımın, ciddi müalicənin də xeyri olmayıb.
    KİŞİ: - Yəni o xəstələr sağ qalmayıblar?..
    SAMİT: - Bəli, bu cür hallar da olub. Mən bunu gizlətmirəm ki...
    KİŞİ: - Bax bunlardan danış, mümkünsə əgər...
    SAMİT: - Necə yəni “bunlardan” danışım? Nədən? Xəstələrdən? Xəstəliklərdən?
    KİŞİ: - Yox, yox, ölənlərdən, möhtərəm həkim...
    SAMİT: - Ölənlərdən? Ölünün nəyindən danışmaq olar?.. Yoxsa siz “günah” deyərkən həkimlərin heç də hamıya şəha verə bilmədiyini nəzərdə tutursunuz. Hər bir insanın əvvəli və sonu olur. İnsan günlərin bir günü xəstələnir, yatağa düşür və istər-istəməz həkimə müraciət etməli olur. Bəs həkimin borcu nədən ibarətdir? Təbii ki, xəstəni müalicə etməkdən. Amma elə xəstə olur ki, sağalmır. Onda həkim neyləsin?
    KİŞİ: - Söhbət başqa şeydən gedir, əzizim.
    Sən deyən xəstələr qalsın sonraya...
    SAMİT: - Bəs siz nəyi, kimi soruşursunuz? (Çiynini çəkir). Mən heç nə anlamıram.
    KİŞİ: - Doğrudur, insanlar ölür nə vaxtsa;
    Bəziləri ölür öz əcəliylə.
    Amma bəzisini…
    (Pauza)... sən öldürmüsən.
    SAMİT: - Xahiş edirəm, məni şərə, böhtana salmayın. (Getmək istəyir).
    KİŞİ: - Dayan! Sən heç yerə getməyəcəksən!..
    Getsən də - keçmişə gedə bilərsən...
    SAMİT: - Nə “keçmiş” - “keçmiş” salmısınız? Açıq deyin görüm, siz məndən nə istəyirsiniz?..
    KİŞİ: - Mən nə istəyirəm? Tək həqiqəti!..
    SAMİT: - Nə həqiqətbazlıqdır? Bir də ki, siz kimsiniz? Hakim, müstəntiq, yoxsa ki, xəstə?
    KİŞİ: - Sən mənə sual yox, həkim, cavab ver:
    Diri ölülərdən danış bizlərə.
    Ölü uşaqların “diri” qalması,
    Diri uşaqların öldürülməsi,
    Bütün bunlar haqda danış, əzizim!
    Hə, niyə susursan?.. Eşidirəm mən...
    SAMİT: - Vallah, mən bunun dediklərindən heç nə anlamıram. Nə ölü, nə diri? Mən adi bir həkiməm və öz borcumu daim vicdanla yerinə yetirirəm. (Zala). Bu adam deyəsən şarlatandır!
    KİŞİ (asta səslə): -
    Sakit ol, sakit ol, qeyzlənmə gəl.
    Bir az səbrli ol, çıxma özündən.
    Sirr kimi qalmayır dünyada bir sirr.
    Elə gün gəlir ki, sirr pərdəsini
    Sirlərin üstündən götürür tanrı;
    Onda çılpaq qalır sirlər, əzizim,
    Təzəcə doğulan körpə uşaq tək...
    (Səsinin tonunu tədricən qaldırır).
    Burda ölülər də, dirilər də var.
    Rica eləyirəm, səs-küy salmayın...

    Əlindəki çubuğu zala doğru uzadıb gözlərini yumur. Danışdıqca avazı get-gedə yüksəlir. Səslənən musiqi melodiyası onun səs tembrini müşayiət edir.

    Yumun gözünüzü siz də mənim tək;
    Hər kəs xatırlasın öz keçmişini:
    Dünyanı nə vaxtdan dərk edirsiniz?
    (Əlini zalda əyləşən qadına sarı uzadır).
    Məsələn, üzümü sənə tuturam:
    İlk dəhə gördüyün sifət kimindir?
    İlk dəhə hansı söz qonub dilinə?
    Di yum gözlərini, bir xəyala dal.
    (Əlindən çubuğu pianinonun üstünə qoyur).
    Aha, eşidirsən o səsi indi!
    İndi o sifəti aydın seçirsən!
    (Yanan məşəli götürür).
    Ordan - uşaqlıqdan bir ağ yol keçir,
    (Qadına işarə ilə).
    Sən o bəyaz yolla üzübəri gəl.
    Hə, bir az da gəlsən yollar ayrılar;
    Bir yol sağa gedər, bir yolsa sola.
    Sən elə sağ yolla hərəkət elə...
    Bax belə, bax belə... sən o yoldasan...
    O yol gəncliyinə aparır səni.
    Hələ bu gününə - qocalığına
    Çox qalıb, əzizim, çox qalıb sənin.
    Sən öz gəncliyində bir ayaq saxla,
    (Məşəli qadına sarı tutur).
    Bir azca nəfəs dər, bir azca dincəl.
    İndi o işıqla-gənclik yoluyla.
    Gedirsən, gedirsən sən yavaş-yavaş.
    Hamı öz ömrünə diqqət eləyir,
    Hamı keçmişinə qayıdır indi.
    Qoy ölü sükutla barışsın hamı,
    Qoy öz keçmişiylə danışsın hamı.
    (Məşəl işığında sanki keçmişə “yol” axtarır).
    Sənsə gəl söhbət aç öz taleyindən,
    Sirlərin üstündən götür pərdəni.
    (Səsinin tonu get-gedə daha da yüksəlir).
    İndi həqiqətə tapınsın hamı,
    Hər kəs öz-özünə hesabat versin!
    Yalanı, riyanı çarmıxa çəkin!
    Həqiqət önündə gəlin diz çökün!
    Sizin içinizi didən yalandı,
    Sizi tərki-dünya edən yalandı!
    Əgər o yalandan xilas olsanız,
    İnanın, əbədi yaşayarsınız!..
    (Zaldakı qadına işarə ilə).
    Niyə duruxursan, niyə susursan?
    Nə üçün tərəddüd eləyirsən sən?
    Sən o sifətləri aydın seçirsən?
    Aydın eşidirsən sən o səsləri?..
    Eləsə ləngimə, indi gəl bəri...
    Sağ yolla - işıqla sən get irəli...

    Kişi məşəli yerinə qoyub çubuğu götürür.

    Musiqi Kişinin avaz və hərəkətinə uyğun olaraq gurlaşır. Zaldakı qadın - ŞƏHLA döyükə-döyükə, ətrafına boylana-boylana, tərəddüdlə ayağa durur, əvvəlcə inamsız - asta, daha sonra qəti-iti addımlarla səhnəyə çıxır, Kişiyə yaxınlaşır. Qadın təəccüblə Samitə baxır. Kişi cəld çevrilərək üzünü səhnənin dərinliyinə tutub (arxası zala sarı dayanaraq), əlindəki çubuğu əsəbi halda yellədir, sanki orkestri idarə edir; səslənən melodiya “nizamlanır”. Sonra Kişi yenə eyni qaydada - cəld bir halda dabanı üstə geri hırlanıb hər iki əlini irəli uzadaraq zalı “idarə edir”.
    Musiqi qəfildən susur.
    Sanki qadın boşluğa - vakuuma düşür. Sonra astaca səslənməyə başlayan həzin melodiya sanki qadını qanadlarına alaraq uzaqlara aparır. Zaldakıların əksəriyyəti melodiyanın axarına uyğun olaraq astaca ləngərlənir. Qadın gözlərini yumub ayaqüstəcə düşüncələrə dalır. İndi Kişi bir əlindəki çubuqla zalı “idarə edir”, o biri əlini qadının çiyninə qoyur. Sonra Kişi əlini ehmallıca qadının - Şəhlanın çiynindən götürüb Samitin çiyninə qoyur. Samit də gözlərini yumur; onun üz-gözündən hiss olunur ki, psixoloyi gərginlik keçirir. Musiqinin səsi iştirakçıların hamısını cəzb edir, öz “arxasınca” çəkib aparır. Daha sonra Kişi əlini Samitin çiynindən götürür və yavaşca dalı-dalı çəkilir. O, bu hərəkəti ilə meydanı - səhnəni Şəhla və Samitə təhvil verdiyini bildirmək istəyir. İştirakçılar sanki onları (tədricən) yuxuya verən, düşüncələrə qərq edən musiqinin sehrli cazibəsindən silkinib çıxır, təəccüblə ətraha baxırlar. Şəhla və Samit bir-birlərini sınayıcı nəzərlərlə süzürlər. Arxaya doğru çəkilmiş Kişi dodaqaltı nəsə pıçıldayır, əllərini havada-boşluqda yüngülcə yellədir; o, sanki ya sehrli bir dua oxuyur, ya da sehrbazlıq, cadugərlik eləyir. Sonra Kişi irəli çıxıb Samitlə Şəhlanın arasında dayanır; sanki onların arasında görünməz əlaqə-kontakt yaradır. Samitlə Şəhlanın sihətinin ihadəsi dəyişir: indi onlar yad adamlardan daha çox, bir-birindən küsmüş köhnə tanışlara bənzəyirlər. Kişinin üzünə hiylə, məkr qarışıq bir təbəssüm qonur və o, yüngülcə tə’zim edərək yenə səhnənin dərinliyinə çəkilir; o, elə bil bununla (işarə edib) bildirmək istəyir ki, ikilikdə qalıb danışa bilərsiniz, sizə mane olan heç nə, heç kəs yoxdur.

    ŞƏHLA: - Deyəsən, yavaş-yavaş xatırlamağa başlayıram... Elə bil beynimdən ağ bir işıq zolağı keçir. O, ağ yoldur. O yolla bir qadın irəliləyir. Tək-tənha... Odur, o qadın üzü bəri gəlir. (Əli ilə başını tutur). Aman Allah, o qadın mən özüməm ki... Bu, yuxu deyil ki, görəsən? (Gözlərini yumub-açır). Bəlkə də bu, yuxu içində bir yuxudur?..
    SAMİT: - İndi falabaxanların, cadugərlərin sayı o qədər artıb ki, gəl görəsən. Ta xəstələr həkim yanına yox, fırıldaqçıların, cadügərlərin, rəmmalların yanına gedirlər.
    ŞƏHLA (sanki öz-özünə danışır): - Odur, mənə bir kişi yaxınlaşır. Əllərini irəli uzadır mənə sarı. Məni boğmaq istəyir... (Diqqətlə Samitə baxır). O kişi sənsən!
    SAMİT: - Xahiş edirəm məni bu oyuna qatmayın, bacı!..
    ŞƏHLA: - Sən məni öldürmək istəyirsən!.. Əlini çək!
    SAMİT: - Mən?.. Mənim sizinlə nə işim?.. Məndən aralı durun, məni şərə salmayın!..
    ŞƏHLA: - Sənin adın Samitdir! Bəlkə səhv deyirəm?..
    SAMİT: - Nə?.. Hə, lap tutaq ki, adım Samitdir! Nə olsun ki?..

    Bütün bu dialoq zamanı və, ümumiyyətlə, əsər boyu aramsız “diriyorluq” edən Kişi ehmallıca Samitə yaxınlaşır, əlini onun başı üzərində yelləyir; sanki beləliklə onun itmiş yaddaşını “bərpa” edir. Samit qorxa-qorxa, acizanə halda başını yerə dikir, sanki o, “sehrli” əlin hərəktlərinə tabe olur.

    ŞƏHLA: - Bəs mənim adım?..
    SAMİT: - Tutaq ki, sizin adınız Şəhladır... Şəhla... Hə... Nə olsun ki?..

    Kişi geri çəkilir. Çubuğu küncdəki pianonun üstünə qoyub hər iki əlini irəli - zala sarı uzadır, işarə ilə melodiyanı “dəyişir” və beləliklə sanki gərgin, inilti dolu musiqi sədası altında xəyala dalmış iştirakçı və tamaşaçıları keçmişə - hər kəsi öz yaddaşının dərinliyinə çəkib aparır. Samit və Şəhla üz-üzə dayanır.

    ŞƏHLA: - Doğrudanmı sən vaxtilə bu cür cinayətə əl qatmısan?..
    SAMİT: - Bu da təzə xəbərdir? Sizin adınız həqiqətən Şəhladır? Mən elə-belə ixtiyari bir ad dedim, o da tərs kimi, düz çıxdı. Bacı, xahiş edirəm mənim təmiz adıma ləkə yaxmayın, imicimə zərbə vurmayın!.. Mən həkiməm, öz pasientlərim, xəstələrim var, onların yanında mənə qarşı antitəbliğat kompaniyası aparmayın!.. Xahiş edirəm!..
    ŞƏHLA: - Sən qatilsən!
    SAMİT: - Nə? Qatil? Mən?..
    ŞƏHLA: - Bəli, qatil! Sən mənim körpəmin qatilisən!..
    SAMİT: - Bu, nə provokasiyadır? Bu, nə şər, nə böhtandır?.. (Qışqırır). Əl çəkin mənim yaxamdan! Sizin kimilərini çox görmüşəm. (Kişiyə). Ay kişi, ay adam balası, məndən nə istəyirsiniz?..

    Kişi onu eşitmirmiş kimi, çubuğu sakitcə pianonun üstündən götürüb üzünü səhnənin dərinliyinə sarı çevirərək görünməyən “orkestri” idarə edir. Samit və Şəhla əks istiqamətlərə doğru üz tuturlar. Onlar asta, yumşaq addımlarla çıxır və az sonra yenə eyni yerişlə səhnəyə qayıdırlar; amma indi onların geyimindəki müəyyən hərq nəzərə çarpır: Samit ağ xalatdadır, başında ağ rəngli beret var. Şəhla yüngül yay geyimindədir. Hiss olunur ki, onlar keçmişə “qayıdıblar”. hər ikisinin nisbətən gənc olduğu da diqqəti çəkir.

    ŞƏHLA: - Həkim... Həkim...
    SAMİT: - Siz yenə gəlmisiz?.. Xahiş edirəm, məndən əl çəkin. Axı, mən hər şeyi sizə izah etdim.
    ŞƏHLA: - Mən öz körpəmin səsini eşidirəm. O səs bir an da olsun qulağımdan çəkilmir, həkim...
    SAMİT: - Nə olsun ki?.. Mənim də qulağıma çoxlu səslər gəlir və yaxud gələ bilər...
    ŞƏHLA: - Həkim, bir mənə qulaq as. Mənə elə gəlir ki, körpəm sağdır. O, indi nalə çəkir, haray qoparır.
    SAMİT: - Bəzən mənə də elə gəlir ki, çoxdan ölmüşəm... Nə olsun ki?..
    ŞƏHLA (heyrətlə ona baxır): - Necə yəni çoxdan ölmüsən?.. Siz... Siz... Sən... Sən ki, sağsan!
    SAMİT: - Bax, görürsüzmü?.. Sizin uşaq da çoxdan ölüb, amma sizə elə gəlir ki, o, sağdır. Bəzən adama hər şey tərsinə görünür.
    ŞƏHLA: - Yox, yox!.. Onun çöhrəsi bir an da olsun gözümün qarşısından çəkilmir. Onun körpə təbəssümü, totuq əlləri, üzü, gözü.. Hələ dodağından qopan “ana” kəlməsi... O səs...
    SAMİT: - O, nə tez “ana” deməyə başlayıb?.. Sizin xəstəxanadan çıxdığınız cəmi bir neçə gündür.
    ŞƏHLA: - Mənə elə gəlir ki...
    SAMİT: - Hə, sizə elə gəlir... Bura baxın... Neçə gündür ki, bura gəlib-gedir, hər dəhə də eyni şeyi təkrarlayırsınız. Eşidib-görən elə zənn edər ki, siz doğrudan da nədəsə haqlısınız.
    ŞƏHLA: - Mən öz ana ürəyimə etibar edirəm.
    SAMİT: - Siz canlı adama inanmırsınız, amma mücərrəd bir şeyə, ürəyə, qulağa, ta nə bilim nəyə, nəyə... etibar edirsiniz. Açığını deyim ki, sizin hərəkətləriniz məndə müyyən şübhələr doğurur.
    ŞƏHLA: - Sən nədən şübhələnirsən, həkim?
    SAMİT: - Sizin mühakimə və hərəkətlərinizdən... Mən sizə neçə dəhə demişəm və dediklərimi yenə təkrar etməyə məcburam: körpə doğuşdan az sonra öldü... Sizin körpəniz...
    ŞƏHLA: - Axı, mən onun qışqırtısını eşitmədim.
    SAMİT (gülür): - Ha-ha-ha... Bəyəm qışqıran ölmür? Bəzən ən sağlam insan da bir anın içində, bir göz qırpımında dünyasını dəyişir. İnsan var idi, indi isə yoxdur! Dünyanın öz məntiqi var...
    ŞƏHLA: - Mən hər şeyi yuxu kimi xatırlayıram. Sən körpəni tutdun sonra o, qışqırdı...
    SAMİT: - Yenə də “qışqırıq”?
    ŞƏHLA: - Bəli, o qışqırırdı. Onun səsi hələ qulaqlarımdan çəkilməyib...
    SAMİT: - Yenə “səs”, yenə “qulaq”?..
    ŞƏHLA: - Həmin gecə bizim palatada təkcə sən qalmışdın. (Sanki onu eşitmir). Halbuki...
    SAMİT: - Nə olsun ki?.. “Sən qalmışdın...”
    ŞƏHLA: - ...halbuki o vaxtacan palatada həmişə iki həkim olurdu.
    SAMİT: - Bəyəm bunun sizə bir dəxli var?
    ŞƏHLA: -...mənim yanıma qonşu palatadan bir qadın gətirdiniz.
    SAMİT: - Yaxşı ki, kişi gətirməmişəm...
    ŞƏHLA: - ...əvvəlcə mənim ağrılarım başladı...
    SAMİT: - Paho! İşə düşmədik?!
    ŞƏHLA: - ... sonra qonşu çarpayıdakı qadının...
    SAMİT: - Sözünüzün canı nədir?
    ŞƏHLA: - ... sonra mən o körpə qışqırtısını qonşu çarpayıdan eşitdim.
    SAMİT: - Yenə də “qışqırtı”? Yəqin ki, sonra ortaya yenə “səs”, yenə “qulaq” gələcək?
    ŞƏHLA - ...qonşu çarpayıdan qopan səsin sədası yenə mənim qulağımdadır. O, mənim körpəmin səsiydi...
    SAMİT: - Deyirəm də... (Əlini yellədir). “Qışqırıq”, “səs”, “qulaq”... Siz məni əsəbiləşdirirsiniz.
    ŞƏHLA: - ...amma az sonra sən mənə dedin ki...
    SAMİT: - ... “sizin körpəniz ölüb”.
    ŞƏHLA: - ... “sizin körpəniz ölüb”... Bəli, belə dedin...
    SAMİT: - Bəli, dedim! Bəs nə deyəydim? Yox, bəlkə deyəydim ki, o, diridir?..
    ŞƏHLA: - ...amma qonşuluqdakı qadının çarpayısından...
    SAMİT: - ... “körpə səsi gəlirdi”. Hə?.. Elədirmi?..
    ŞƏHLA: - ...körpə səsi gəlirdi. Amma mənim...
    SAMİT: - ... “amma mənim körpəm ölmüşdü”. Eləmi?
    ŞƏHLA: - ...“ölmüşdü”... “ölmüşdü”...
    SAMİT: - ... “ölmüşdü”. Bəli, bəli, ölmüşdü!..
    ŞƏHLA: - Mən dedim: “Yox, ola bilməz”! Bu, yalandır!

    Kişi qəhildən çevrilib üzünü zala tərəh tutur, əlindəki çubuğu kəskin şəkildə havada oynadır. Onun özünün və əlindəki çubuğun hərəktinə uyğun olaraq səslənən musiqinin melodiyası da kəskin şəkildə dəyişir. Fonoqramda əvvəlcə körpə qışqırtısı eşidilir: “inqa-a-a-a-a-a-a!” Sonra kişinin əks-səda verən səsi: “Sizin körpəniz ölüb... Körpəniz ölüb... Ölüb... ölüb...” Sonra qadın səsi eşidilir. O səs də əks-səda verir: “Mənim körpəm ölüb?.. Körpəm ölüb? Ölüb?.. Ölüb? Yox, ola bilməz! Ola bilməz! Bilməz!” Əks-səda verən bu dialoq bir neçə dəhə təkrarlanır. Və lap sonda Şəhlanın dilindən qopan: “Ola bilməz!” - nidası eşidilir. Şəhla sanki isterika vəziyyətində səhnənin önünə gəlib qışqırır.

    ŞƏHLA: - Ola bilməz!

    Samit heyrətlə ona baxıb dalı-dalı çəkilir.

    SAMİT: - Sakit olun!..
    ŞƏHLA: - Ola bilməz! İnanmıram!..

    Şəhla Samitin üstünə yeriyir. Samit dalı-dalı çəkilir, sonra addımlarını sür’ətləndirib səhnədən çıxır. Şəhla əvvəlcə onun arxasınca gedir, sonra ani ayaq saxlayıb, istiqamətini dəyişir, əks tərəhə üz tutur. Səhnədə bir müddət tək qalan Kişi qollarını qanad kimi yana açaraq iha edilən musiqini “tənzimləyir”, sanki zala layla çalır. Az sonra Şəhla və Samit əks tərəhlərdən gəlirlər; indi onlar ilk gəlişdə olan əlbəsədə - indiki, nisbətən yaşlı dövrün qiyahəsində qayıdırlar. Kişi onları görmürmüş kimi öz “dirijorluğunu” davam etdirir.
    Uşaq səsi - qışqırtı eşidilir: “inqa-a-a-a-a...”

    ŞƏHLA: - Aman Allah, mən yenə o səsi eşidirəm!
    SAMİT: - Hansı səsi?..
    ŞƏHLA (dinləyir): - S-s-s... Sakit ol! Bu, mənim körpəmin səsidir...
    SAMİT: - Yenə “səs”?.. Yenə “körpə”?.. Birçəyiniz ağarıb, amma yenə...
    ŞƏHLA: - O, buradadır! Mənim balam haradasa lap yaxınlıqdadır. Mən anayam... Ana ürəyi heç vaxt yanılmaz... Bu ötən illər ərzində mən hər gün onun haqqında düşünmüşəm. O, ölməyib! O, sağdır! Mən buna yüz haiz, min haiz əminəm.
    SAMİT: - Faizin dozasını bir az çoxaldırsınız...
    ŞƏHLA: - Mənə gülürsən?..
    SAMİT: - Yox... Allah eləməsin... Yox...
    ŞƏHLA: - Sakit ol... Sakit... Qoy qulaq asım...

    Kişi səhnənin önünə gəlib əlindəki çubuğu irəli uzadır. Musiqinin ritminə uyğun olaraq başını-bədənini yellədir, dodaqlarını dua oxuyurmuş kimi tərpədir. Sanki zalda əyləşənlər də onun hərəkətlərini təqlid edir. Şəhla həyəcanla boşluğa sarı - sanki eşitdiyi qaibanə səsin ardıyca gedir və səhnəni tərk edir. Zaldakı tamaşaçılardan biri, yaraşıqlı paltarda olan qız - AYSU ayağa duraraq qu quşu kimi süzə-süzə, sanki boşluqda uça-uça səhnəyə qalxır. Kişi sakitcə Şəhla gedən səmtə üz tutur, gözdən itir. Samit və Aysu üz-üzə dayanırlar. Hüznlü musiqi sədası. Samit heyrətlə qızı - Aysunu süzür.

    SAMİT: - Aysu?.. Sənsən? Sən haradan gəlib çıxdın?
    AYSU: - Haradan gələsiyəm ki? (Gülür). Bəyəm məni görməyiniz sizi belə narahat edir?
    SAMİT: - Yox... Niyə ki?.. Sadəcə olaraq, mən istəməzdim ki, bizi birlikdə görsünlər...
    AYSU: - Görürlər, görsünlər... Bunun mənə elə bir isti-soyuğu yoxdur...
    SAMİT: - Aysu... Qulaq as... Axı, mən sənə hər şeyi izah etmişəm. Sən ki, uşaq deyilsən.
    AYSU: - Doğru buyurursuz: mən artıq uşaq deyiləm...
    SAMİT: - Mən isə artıq gənc deyiləm. Saç-saqqalım ağarıb, üstümdən zamanın qara küləkləri əsib keçib.
    AYSU: - Qara küləklər niyə?.. Əgər əsibsə də, o, bəyaz külək olub. Elə üz-gözünüzdə də həmin küləyin izi qalıb: ağappaq, bəmbəyaz. (Gülür). Tərs kimi, mən də bəyaz rəngi sevirəm.
    SAMİT: - Qulaq as, Aysu. Mən ailəli adamam. Sən ki, bunu yaxşı bilirsən.
    AYSU: - Ailəlisiniz?.. Sizə yalan danışmaq yaraşmaz. Arvadınız sizdən çoxdan ayrılıb! Mən hər şeyi öyrənmişəm.
    SAMİT: - Mənim böyük övladım az qala səninlə yaşıddır.
    AYSU: - Nə olsun ki? Bəyəm bütün bunların mənə bir dəxli var?.. Siz məni ölümün pəncəsindən qurtarmısız. Deməli, mənim xilaskarım sizsiz... sənsən... Bura baxın, mən sizə “sən” - desəm inciməzsiz ki?
    SAMİT: - Necə istəyirsən elə o cür də de... Amma...
    AYSU: - Hə, lap yaxşı. Elə isə qulaq as, Samit... Bu dünyada yəqin ki, hər bir kəsin nəyisə istəmək, kimisə sevmək hüququ var, elə deyilmi?.. (Pauza). Bəlkə sən mənim hüququma təcavüz etmək istəyirsən?
    SAMİT: - Yəqin ki, bu dünyada hər kəsin bir istəməmək, sevməmək hüququ da var, elə deyilmi?.. İcazə ver, mən də öz hüququmdan istihadə edim.
    AYSU: - Yaxşı... (Gülür). Mən qarşı tərəhin də hüququna hörmətlə yanaşıram. (Ah çəkir). Qoy belə olsun. Amma unutma ki, hər kəsin öz hüququ uğrunda mübarizə etmək hüququ da gündəmdə qalır.
    SAMİT: - Bura bax... (Diqqətlə Aysunu süzür). Mən xahiş edirəm, yalvarıram... (Səsi titrəyir). Məndən nə istəyirsən? (Musiqi sədası sanki onun səsinin ahəngini müşayiət edir). Məni günaha batırma. Onsuz da günahlar içində boğuluram. Qoy heç olmazsa qalan ömrümü istədiyim kimi - sakit, rahat yaşayım; artıq mənim taleyimin hırtınalı, tuhanlı anları arxada qalıb. İndi mən səssiz-küysüz bir həyat yaşamaq istəyirəm... Mən az qala məzarlıq sakitliyi, qəbir sükunəti arzusundayam. (Pauza). Qulaq as... Mən səni müalicə edib sağaltmışam... Bu, mənim adi həkimlik borcumdur. Mən öz borcumu yerinə yetirmişəm. Sən isə... Yox, əlbəttə, mən səni ittiham etmək istəmirəm. Amma... Xahiş edirəm, yalvarıram məni rahat buraxasan, Aysu.
    AYSU: - Sən əvvəlcə bu cür deyildin. (Pauza). Mənə dil tökən, məni öz dünyamdan qoparan, yerimdən-yatağımdan oynadan sən olmadınmı?.. İndi bu nə sihətdir mənə göstərirsən?
    SAMİT: - Yox... Elə deyil... Elə deyil, Aysu... Hə, doğrudur, mən sənə xoş sözlər demişəm, lap elə işıqlı vədlər də vermişəm. Amma... Bütün bunlar səndə xoş emosiyalar oyatmaq üçün olub.
    AYSU: - Yəni sən məni axmaq hesab edirsən?.. Ya bəlkə mən bəbəyəm, körpəyəm, çocuğam?..
    SAMİT: - Aysu, eşit və bil: yerlə göy birləşsə belə, bizi heç bir qüvvə birləşdirə bilməz. (Diqqətlə qızı süzür). Lap elə... bilmək istəsən, ayıra da bilməz.
    AYSU: - Bax, elə mən bunu eşitmək istəyirdim.
    SAMİT: - Amma bu “birləşmə” sənin düşündüyün kimi ola bilməz, Aysu. İndi yalnız... keçmiş xəstə ilə... həkimin, lap elə ata ilə... övladın birliyindən söhbət gedə bilər.
    AYSU: - Utanmaz!.. Bu, nə söhbətdir? (Pauza). Bağışla, Samit... Bağışla...

    Aysu diqqətlə Samiti süzür. Samit başını günahgarcasına aşağı salır. Qız hiss olunmadan çıxıb gedir. Musiqi. Kişi Samitə yaxınlaşır. Samit başını qaldırıb Kişini görür. Gərgin musiqi sədası qəhildən susur və sanki Samit də boşluğa düşüb çaşır, səntirləyir. Sonra, o, qorxa-qorxa Kişinin üzünə baxır. Kişi əsrarlı, təbəssümlü nəzərlərlə Samiti uzun-uzadı süzür. Samit baxışlarını gizlətməyə yer axtarırmış kimi döyükür.

    KİŞİ: - Siz tanımırsınız bir-birinizi,
    Amma hamınızı tanıyıram mən.
    SAMİT: - Mən sizi ilk dəhədir ki, görürəm. Siz məni haradan tanıya bilərsiniz?
    KİŞİ: - Hər şey əks olunub bəbəklərində,
    Orada bir ömrün tarixi yatır.
    Yadında saxla ki, bu gen dünyada,
    Ömrün arxividir hər kəsin gözü...
    (Diqqətlə Samiti süzür).
    Sənin gözlərin də öz tarixindir:
    Aydınca oxunur orada hər şey.
    SAMİT: - Amma sizin gözləriniz... (Kişinin gözlərinə baxıb, tez də baxışlarını kənara yayındırır). Sizin gözləriniz böyük bir ekrana bənzəyir... Həqiqətən...
    KİŞİ: - Bəs sən o ekranda nələr görürsən?..
    SAMİT: - Mənə elə gəlir ki, orada - yə’ni sizin gözlərinizdə qorxulu hilmlər nümayiş olunur. Bəlkə elə ona görədir ki, sizin bəbəklərinizə diqqətlə baxanda adamı vahimə bürüyür. Ümumiyyətlə, siz qorxulu, təhlükəli adama oxşayırsınız..
    KİŞİ : - Demək, çox qorxuncdur mənim gözlərim?
    Orada qorxulu hilmlər gedir?
    Eləmi? Qoy olsun! Amma unutma:
    O qorxunc şəkillər, dəhşətli hilmlər-
    Sizin ömrünüzün kadrlarıdır.
    Sizsiz qəhrəmanı o hilmlərin!
    O pis əməllərin sahibi mən yox
    Sizsiniz, sizsiniz, sizsiniz, bəli!
    SAMİT: - Mən başa düşmürəm, siz hansı pis əməllərdən danışırsınız? Bəyəm biz buraya, bu salona sizin cəhəng söhbətlərinizə qulaq asmaq üçün toplaşmışıq?
    KİŞİ: - Nə dedin? Nə dedin?.. “Cəfəng söhbətlər”?
    (Get-gedə səsini ucaldır).
    Ha-ha-ha!... Bu sözü sənsən söyləyən?
    (Əlini yana uzadır).
    De görüm nəyindir bayaqkı qadın?
    Səndən nə istəyir bəs o cavan qız?..
    Hardan tanıyırsan onları, söylə?
    De, niyə susursan? Cavab ver, arsız!
    SAMİT: - Doğrudan da, mən onları haradan tanıyıram? (Sanki öz-özünə danışır). Axı, qadın özü dedi: biz xəstəxanadan tanışıq. (Əlini alnına qoyub düşünür). O, doğum evinə gəlibmiş; özü deyir... Bu, lap çoxdanın əhvalatıdır... Uşağının guya sağ-salamat qaldığını o, özü uydurur. Axı, uşaq ölmüşdü... ölmüşdü...
    KİŞİ: - Sən yalan deyirsən! Yalan deyirsən!
    SAMİT: - Yalan? (Yazıq görkəm alır). Yox, mən yalanı xoşlamıram... (Pauza). Hə, o ki, qaldı bayaqkı qıza... Axı, mən dedim: o, məni daim təqib edir, izləyir. Amma, o, nə üçün belə edir, - deyə bilmərəm... (Pauza). Yox, bəlkə düzünü deyim: o, mənə vurulub. Məni sevir. Amma mən... Mən evli adamam. Onu aldatmaq mənə yaraşmaz. Bu yaşımda mənə nə deyərlər? Deməzlər ki, qızı yaşında bir qızla eşq macərası yaşayır?
    KİŞİ: - Alçaq? Bilirsənmi heç kimdir o qız?..
    Bilmirsən? İndi bil: sənin qızındır?
    Hə, niyə susursan? Lal oldu dilin?..
    Bəs hələ o qadın? Bəli, əzizim,
    Şəhlanı deyirəm: bəs, o, kimdir? Hə?
    O da anasıdır həmin o qızın.
    Bəli, Aysunun!..
    Aysunun doğmaca anasıdır, o.
    Aysu qızındırsa kimdir o qadın?
    Cavab ver, nə üçün susursan, Samit?
    Söylə, Şəhla kimdir? Nəyindir sənin?!.
    Nəyindir, kimindir o qadın?.. O qız?..
    SAMİT : - Heç nə anlamıram... Bu, nə böhtandır belə?.. Əl çəkin mənim yaxamdan... Məni rahat buraxın! (Tamaşaçılara). Siz buna inanmayın!.. Məni xilas edin bu fırıldaqçının, bu şarlatanın cəngindən!..

    Samit qaçıb getmək istəyir. Kişi işıq zolağı altında par-parıldayan çubuğu irəli uzadır. Göy guruldayır, ildırım çaxır və sanki bu qorxunc səsləri də Kişi öz çubuğu ilə “idarə edir”. Samitin səs-küyünə, naləsinə Aysu və Şəhla gəlir. Samit yazıq-yazıq onların üzünə baxır. Aysu yaxınlaşıb Samitin əlindən yapışaraq sağa doğru çəkir; bunu görən Şəhla qəzəblə irəli çıxaraq Samitin çiynindən tutub sola doğru dartır. Beləliklə, Samit iki qadının təzyiqinə mə’ruz qalır - gah sağa dartınır, gah da sola. Musiqi tədricən güclənir.
    Kişi onlara yaxınlaşıb “sehrli çubuğu”nu irəli uzadır, sakitliyi bərpa edir. Aysu və Şəhla geri çəkilir. Samit və Kişi səhnənin ortasında qalırlar.
    Bundan sonrakı səhnələrdə (epizodlarda) Kişi sanki açıq-aşkar sehrbazlıq missiyasını həyata keçirir: o, çubuğu stola tərəh uzadır, stol kənara doğru sürüşür. Kişi çubuğu yuxarıdan asılmış çilçırağa doğru uzadır, çilçıraq əvvəlcə aşağı enir, sonra çubuğun “işarəsi” ilə yuxarıya doğru qalxır və daha sonra çubuğun hərəkətinə uyğun olaraq nənni kimi irəli-geri yellənir...
    Sonra Kişi çubuqla görünməyən musiqi alətlərinin səsini “hərəkətə” gətirir. Çubuq enib-qalxdıqca müxtəlih melodiyalar eşidilir; sanki pianino, kaman, gitara, skripka (bir sözlə, zərb və nəhəsli alətlərin) ritmləri eşidilir. Nəhayət, Kişi əlindəki çubuğun ucunu ehmalca yerə vurur və döşəmədən ayaq tappıltısını xatırladan gur səslər eşidilir: tap-tap, gup-gup... Lap sonda Kişi zaldakı adamları hərəkətə gətirir. Çubuğun istiqamətinə müvahiq olaraq tamaşaçılar musiqi sədası altında tərpənir, hərəkətə gəlir, oturub-durur. Samit heyrətlə Kişini süzür.



    PƏRDƏ








    II HİSSƏ

    Birinci hissənin sonunda baş verənlər sanki təzədən təkrarlanır: Kişi çubuğu stola tərəf uzadır, stol kənara “qaçır”. Kişi çubuğu yuxarıdakı çilçırağa doğru uzadır: çilçıraq sanki çubuğun işarəsi ilə aşağı-yuxarı yellənir. Sonra Kişi çubuğun işarəsi ilə görünməyən musiqi alətlərini “dilləndirir”; çubuğun hərəkətinəuyğun olaraq müxtəlif melodiyalar eşidilir. Nəhayət, Kişi çubuğun ucunu yerə vurur və döşəmədən ayaq tappıltısını xatırladan səslər eşidilir: tap-tap, gup-gup... Lap sonda Kişi çubuğun “sehri” ilə zalı hərəkətə gətirir: tamaşaçılar səslənən melodiyaya müvahiq olaraq tərpənir.
    Samit bayaqdan kənarda dayanıb heyrət və qorxu ilə Kişinin əcaib hərəkətlərini süzür.

    KİŞİ: - Heç nə yayınmayır mənim gözümdən.
    Heç kəs aldadammaz məni, yaxşı bil.
    Sənin ürəyindən keçənləri də
    Elə üz-gözündən oxuyuram mən.
    Deyimmi indi sən nə düşünürsən?
    Qəlbində deyirsən: görən bu iblis
    Məndən nə istəyir? Düzmü bilmişəm?..
    Hə, niyə susursan? Cavab versənə...
    Səndən heç nə, heç nə istəmirəm mən...
    Amma Yer üzünün bir nizamı var,
    Qaydası-qanunu, intizamı var.
    Burda qoşa gəzir yalanla doğru,
    Bəzən üstələyir doğrunu oğru.
    Hər şeydən ucadır amma həqiqət,
    O, hətta, Allahdan ucadır, əlbət...
    SAMİT: - Əstəğfürullah...
    KİŞİ: - Allaha yalandan isnad etmə sən,
    Bu sayaq məzhəkə kimə gərəkdir?
    Sən elə sanırsan kardır bu dünya?
    Sən elə bilirsən kordur bu aləm?
    Axı bu, dünyada bir həqiqət var;
    Bəlkə o həqiqət Allahdır elə?
    Məncə həqiqətdir Allahın adı...
    SAMİT: - Əstəğfürullah...
    KİŞİ: - Nə vaxt həqiqəti danışacaqsan?
    Nə vaxt yetişəcək tövbə anları?
    (Pauza).
    Hə, niyə susursan? Elə bilirsən.
    Daha götürülüb mizan-tərəzi?
    Bəlkə görən yoxdur bizi kənardan?
    Bizi bizdən başqa izləyən yoxdur?
    Qulaq as, dünyada gizlinlər yoxdur,
    Heç nəyi heç kəsdən gizlətmək olmaz.
    Sənin etdiklərin sənə bəllisə
    Demək, bu, dünyaya çoxdan bəllidir.
    Yerin sirri yoxdur, sirr göylərdədir.
    Amma... göylərin də kökü yerdədir.
    SAMİT: - Əstəğfürüllah!
    KİŞİ: - Danış, söz sənindir. Bax, mən gedirəm...
    Amma... səmimi ol özün özünlə.

    Kişi əllərini yuxarı qaldırır, sanki get-gedə coşan həzin musiqini öz əzəli məcrasına “salmağa” çalışır. Sonra Kişi tədricən səhnənin dərinliyinə çəkilir. Samit səntirləyir, başını əlləri arasında sıxır. Musiqinin ritmi dəyişir, Şəhla melodiyanın sədaları altında, asta və yüngül addımlarla Samitə yaxınlaşır.

    SAMİT: - Yox, bu, ola bilməz!..
    ŞƏHLA: - Nə ola bilməz?..
    SAMİT: - Heç... Mən elə-belə özüm-özümlə...
    ŞƏHLA: - Bu səs mənə çox tanış gəlir...
    SAMİT: - Yenə səs?.. Yenə tanışlıq?.. Yenə o köhnə həngamə?..
    ŞƏHLA: - Yox, mənim ağlım çaşmayıb... Elə yaddaşım da öz yerindədir. Əksinə, zaman keçdikcə keçmişin bütün rəngləri öz parlaqlığı ilə təzədən yaddaşımdan boy verib boylanır. (Qışqırır). O, sən idin! Sən! Sən! Sən!
    SAMİT: - Bir sakit olun görüm... Axı, sizə nə oldu?..
    ŞƏHLA: - Nə “siz-biz” salmısan!.. Mən səni tanıdım... O, sən idin...
    SAMİT: - Axı, siz...
    ŞƏHLA: - “Siz” yox, “sən”...
    SAMİT: - Yaxşı, olsun “sən”... Deyin görüm, siz... sən...
    ŞƏHLA: - Alçaq, sən məni aldatmısan...
    SAMİT: - Bunu eşitdik... Yetər...
    ŞƏHLA: - Yox, sən bunu eşitməmisən hələ... (Musiqi... Pauza. Sanki qadın uzaqdan eşidilən melodiyanı dinəlyir). Qulaq as... Eşidirsənmi?.. Mən sənə həqiqəti deməliyəm... Axı, sən mənim uşağımın atasısan...
    SAMİT: - Nə?.. (Qışqırır). Nə dedin?.. (Hayqırır).
    ŞƏHLA: - Bəli... Düz eşitdin... (Bundan sonra sanki qadın öz-özü ilə danışır). Mənim ərim alicənab bir adam idi. Özü də sakit, fağır, dili-ağzı özündə... Evlənməyimizdən beş-altı il keçsə də uşağımız olmurdu... Qonşuluğumuzda qoca, əyriqıç bir qadın vardı. Uşaqlar ona nədənsə “küpəgirən qarı” deyirdilər. Günlərin bir günü... Yaxşı yadımdadır. Axşamüstü idi. Mən həyətdə oturub alma yeyirdim. O gün ərim gecə növbəsində işləyəcəkdi. Evdə tək-tənha idim. “Küpəgirən” darvazanın o üzündən mənə sarı boylandı. Onun sifətini görəndə ətim ürpəşdi. Amma özümü saxlaya bilməyib, heç bilmirəm nədənsə, onu içəri dəvət etdim. “Küpəgirən” mənimlə bir xeyli oradan-buradan danışdı. Ərimin iş-gücüylə maraqlandı. Arada soruşdu ki, bəs niyə uşağın olmur? Dedim ki, səbəbini bilmirəm.
    SAMİT: - Sənin dediklərinin mənə nə dəxli?
    ŞƏHLA (sanki öz-özünə): - Qarı mənə dedi: “cavan gəlinsən, niyə müalicə olunmursan?” Dedim ki, müalicənin nəticəsi olmayıb. (Kimisə yamsılayır). “Mən səni yaxşı bir həkimin yanına apararam”. Bu sözləri “küpəgirən” dedi. Mən razılaşdım. Amma bu barədə ərimə bir söz demədim. İki gündən sonra, mən qarı ilə birlikdə onun tanış həkiminin yanına getdim. Bu, gözlərinə qara eynək taxmış, cavan, gülərüz, qılıqlı bir adam idi. Asta, həzin səsi vardı. O, mənə əyləşməyi işarə etdi, qarıya isə dedi ki, çıx bayırda gözlə.
    SAMİT: - Axı, nə olsun?..
    ŞƏHLA: - O olsun ki... Bir qulaq as...
    SAMİT: - Ha-ha-ha... Bəs sonra?.. (Gülür). “Küpəgirən?“ (Davamlı qəhqəhə). Ha-ha-ha!..

    Kişi onlara yaxınlaşır.

    KİŞİ: - Bəyəm tanımırsan sən o həkimi?..
    SAMİT (qorxa-qorxa): - Mən?.. Mən... Mən... (Şəhlaya).. Sən.. Sən... Siz... Siz...
    KİŞİ: - Bəli... Şəhla idi o qadın, bəli...
    Bəlkə unutmusan bunları, Samit?
    Hə, niyə susursan?.. Yoxsa lal oldun?
    Bəlkə mən danışım o olayları?
    Bəlkə utanırsan, qorxursan indi?
    Amma cürətliydin o zaman, Samit!
    Yox, cürətli deyil, qəddar olmusan,
    Sən vəhşi olmusan, barbar olmusan...
    Sevə bilməmisən sən insanları,
    Duya bilməmisən sən insanları.
    Bəlkə də sən ruhsuz bədən olmusan,
    Cisminlə ruhuna kəfən olmusan.
    (Səsini get-gedə ucaldır).
    “Küpəgirən”qarı çıxandan sonra
    Bihuşdarı verdi həkim, qadına.
    Sonrasa əl atdı ən iyrənc yola -
    Onun namusuna təcavüz etdi...

    ŞƏHLA: - Mən onda heç nəyi anlamadım. (Samitə). Həkim bir qab mayeni mənə sarı uzatdı, dedi ki, qorxma- iç, hər şey yaxşı olacaq. Mən qabı başıma çəkdim. Ayılanda “küpəgirəni” başımın üstündə gördüm. Sonralar nə qədər istədimsə olub-keçənləri olduğu kimi yadıma sala bilmədim. Amma arabir gözlərim qarşısında bir cüt tüklü əl, təbəssümü su kimi əriyib gedən qorxunc bir sifət canlanırdı. Bu kimin əlləri, kimin sifəti idi?!

    Samit qorxa-qorxa öz əllərinə baxır.

    SAMİT: - Yox... Yəqin ki, həkim sənə adi dərman verib... Axı, sonra sənin uşağın olub. Bunu özün deyirsən ki...
    ŞƏHLA (sanki öz-özünə): - Sonra mənim körpəm dünyaya gəldi. Amma kim idi bu uşağın atası?
    SAMİT: - Kim idi? Sən... Siz... Siz...
    KİŞİ: - Kimin övladıydı doğulan uşaq?
    Kimdən törəmişdi günahsız körpə?..
    ŞƏHLA: - Mən indi bilirəm ki, o uşağın dünyaya gəlməsindən ərimin xəbəri olmayıb. Doğrudur, ərim bilirdi ki, mən hamiləyəm, o isə tezliklə ata olacaq. Amma o uşaq mənim ərimdən xəbərsiz dünyaya gəlirdi. Kimin idi o uşaq?..
    SAMİT (qorxa-qorxa): - Axı, mən nə deyə bilərəm?..
    KİŞİ: - Deyimmi kim idi onun atası?
    Qoy deyim: o körpə sənindi, Samit...
    SAMİT: - Mənim?..
    ŞƏHLA: - Bəli, onun atası sən idin...
    KİŞİ: - Sən!..
    SAMİT: - Mən?..
    ŞƏHLA: - Bəli, sən!
    KİŞİ: - Bəs sonra nə oldu? Bəlkə indi sən
    Olub-keçənləri xatırlamırsan?
    ŞƏHLA (sanki öz-özünə): - Mənim övladım dünyaya gəldi. O, həm də sənin övladın idi.

    Aysu gəlir. Qız içəridəki adamları kənardan diqqətlə süzüb tərəddüdlə geri qayıtmaq istəyir.

    KİŞİ: - Gəl, gəl, içəri keç, niyə duruxdun?
    Doğma adamlardır buradakılar.
    AYSU: - Doğma adamlar? Mən burada tək bircə adamı tanıyıram.
    ŞƏHLA (sanki öz-özünə): - Bu səs illər uzunu mənim qulağımda səslənib.
    AYSU: - “Doğma adamlar”, icazə verin mən gedim. (Samitə). Sonra gələrəm.
    KİŞİ: - Haraya gedirsən, bir səbrli ol,
    Məsləhət budur ki, burda qalasan.
    AYSU: - Mən başa düşə bilmirəm: siz kimsiniz? Telepat, cadugər, sehrbaz, halçı, maq, gipnozçu, yoxsa şarlatan?
    SAMİT: - Doğrusu, mən özüm də bu adamı düz-əməlli tanımıram.
    KİŞİ: - Demək tanımayır heç bir kəs məni,
    Yaxşı tanıyıram amma sizi mən.
    Bəlkə də siz məndən qaça bilərsiz,
    Amma qaçmmazsız öz özünüzdən.
    Gəlin tərk eləyin qılafınızı,
    Çıxın bir anlığa öz qınınızdan;
    Özünüzə bir az kənardan baxın, -
    Baxın başqasının gözləri ilə.
    Məkrdən, riyadan, yalandan qaçın,
    Gəlin həqiqətə pənah gətirin.
    AYSU: - Mən sizin dediklərinizdən heç nə başa düşmürəm...
    KİŞİ: - İndi anlayarsan, bir az səbr elə,
    Əvvəlcə tanış ol bu qadınla sən.
    AYSU (əlini Şəhlaya uzadır): - Tanış olaq. Mənim adım Aysudur.
    ŞƏHLA (tərəddüdlə əlini irəli uzadır): - Şəhla...
    KİŞİ (Aysuya): - Bu, sənin anandır,
    (Şəhlaya)
    Bu, sənin qızın...
    Ana-balasınız siz, əzizlərim.
    ŞƏHLA: - Siz məni ələ salırsınız?
    KİŞİ: - Sakit ol, qışqırma... Bu kişi isə...
    AYSU (gülür): - Bəlkə bu da mənim atamdır, hə?
    KİŞİ: - Bəli, düz tapmısan, busa... atandır.
    ŞƏHLA: - Yox!.. Nə?.. Necə? Bu, bu... Bu, mənim qızımdır? (Diqqətlə Aysunu süzür). Mənim qızım?.. Mənim qızım! Odur! O, özüdür!
    SAMİT: - Mənim qızım?.. Kim? Aysu?.. (Dəlicəsinə gülür). Ha-ha-ha... Bir mənim qızıma, (Aysunu göstərir) mənim arvadıma (Şəhlanı göstərir) baxın! (Ciddiləşir). Kişi, kühr danışma! Bu boyda böhtan olmaz? Əstəğhürullah!
    AYSU: - Mən heç nə anlamıram... Doğma ata-anam olub mənim... Bəs bu təzə valideynlərim haradan çıxdı belə?
    ŞƏHLA: - Qızım! Mənim balam!..
    AYSU: - Necə yəni “mənim balam”?.. Mənim öz ata-anam öz valideynlərim olub. Bu, nə oyundur çıxarırsınız?.. Bu, nə hoqqadır? Mən öz valideynlərimi yaxşı tanıyıram.
    ŞƏHLA: - Sənin anan mənəm, mənim balam... (Ürəyini tutur). Mənim qızım... Mən bilirdim ki... sən sağsan...
    KİŞİ: - Özünü ələ al, səbrini bas bir...
    SAMİT: - Əslində bu dünyada hamının bir-biri ilə qohumluğu var... Nə olsun ki?..
    ŞƏHLA: - Mənim qızım... Mənim balam... (Müvazinətini itirir).
    KİŞİ (Samitə):
    - Nəyi gözləyirsən? Niyə durmusan?
    Deyirsən bu qadın bayılsın, ölsün?..
    SAMİT: - Mən bir böhtandan qurtulmamış, o birisinə düşmək istəmirəm.
    AYSU: - Bunun rəngi qaçıb ki... Deyəsən, ürəktutması var...
    ŞƏHLA: - Oh-h-h... Ya rəbbim, bu nə müsibətdir mənə göstərirsən?
    KİŞİ: - Özünü ələ al, darıxma, Şəhla,
    Nə Allahı qına, nə də bəndəni.
    Bunların hamısı tale işidir:
    Olum da, ölüm də göylərdən gəlir.
    Bizim xoşbəxtliyin mənbəyi göydə,
    Bizim bədbəxtliyin mənsəbi yerdə.
    AYSU: - Əl çəkin məndən! Fırıldaqçılar.
    ŞƏHLA: - Yox, qızım, bu Kişi fırıldaqçı deyil. Bax, fırıldaqçı budur. (Samiti göstərir).
    AYSU: - Fırıldaqçı?.. O, həm də mənim atamdır, hə? Sən isə mənim anamsan! Elə deyilmi?.. Özün də fırıldaqçı deyilsən?!. Alçaqlar!.. (Dəlicəsinə gülür). Ha-ha-ha!.. Ataya bax! Anaya bax! Sehrbaza, rəmmala bax! (Kişini göstərir). Hamınız rədd olun! Rədd olun!..

    Aysu hiddətlə çıxır, Şəhla ürəyini tutub onun ardıyca qaçır.

    KİŞİ: - Mənim ünvanıma nələr demirlər -
    Guya cadugərəm, sehrbazam mən.
    Hətta, bəziləri güman edir ki,
    Şeytanla, iblislə işbirliyim var.
    Bunların hamısı yalandır, yalan!
    Mən nə şarlatanam, nə də ki, maqam,
    Hamının yanında mən üzüağam;
    İndi şeytanlar var mələk donunda.
    Onlardan biri də budur, burdadır.
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Həkimlər insana şəha verirkən,
    Sən bəla verirsən, əzab verirsən.
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Sən əsl şarlatan, əsl canisən!..
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - Bəlkə unutmusan əməllərini?
    Bəlkə o qadın da çıxıb yadından?
    SAMİT: - Siz hansı qadını deyirsiniz?.. Mən heç nə anlamıram. Əstəğfürullah!
    KİŞİ: - Sənin ayağına düşən qadını,
    Diz çöküb yalvaran bədbəxt qadını.
    Bəlkə unutmusan? Yox! Ola bilməz,
    Bəyəm bu işləri unutmaq olar?
    Səndən nə umurdu o qadın? Söylə!
    SAMİT: - Qadın? Hansı qadın? Mən elə bütün ömrüm boyu qadınlarla işləmişəm. Deyəsən, mənim nə işlə məşğul olduğumu siz də bilirsiniz?.. Hə? Yəqin kimsə bu barədə sizə məlumat verib. İşlədiyim xəstəxanada dünyaya göz açan neçə-neçə körpəni ilk dəhə mən tutmuşam. Mən nə qədər anaya şəfa bəxş etmişəm. Bəlkə o qadınlardan biri elə bu olub... Hər şey ola bilər... Amma siz mənim təmiz adımı ləkələməyin! Mən müqəddəs bir sənətin sahibi olmuşam.
    KİŞİ: - Bura bax, sualdan gəl yayınma sən!
    Çox şeyi unuda bilərsən, amma
    Unuda bilməzsən sən bir qadını.
    Varlı bir kişinin arvadıydı o,
    Amma bədbəxt idi, talesiz idi.
    Çünki o qadından olan uşaqlar
    Ölürdü dünyaya göz açan kimi.
    Yenə hamiləydi həmin o qadın,
    Yenə bədgümandı həqət özündən.
    Yaxşı bilirdi ki, onun körpəsi
    Yenə tələh olsa, hər şey bitəcək:
    Evdən baş götürüb gedəcək əri,
    Osa tək qalacaq yalquzaq kimi.
    O qadın dərdini danışdı sənə,
    Qarşında diz çökdü, imdad dilədi,
    Sonrasa pul-para... qiymətli qaş-daş...
    SAMİT: - Axı, siz... Siz... Əstəğfürullah!..
    KİŞİ: - Bəli, düz deyirsən: əstəğfürullah!..
    Yenə ölü uşaq gəldi dünyaya,
    Sənsə o uşağı diriltdin... Alçaq!
    SAMİT: - Heç ölü də dirilər?.. Axı, siz... mən...
    KİŞİ: - Sən ölü uşağı Şəhlaya verdin -
    Qonşu çarpayıda yatan qadına.
    Şəhlanın qızını dəyişdin, Samit,
    Onun körpəsini yad ələ verdin.
    Beləcə körpələr dəyişdirildi,
    Beləcə analar dəyişdirildi.
    Ölü diri oldu, dirisə ölü...
    SAMİT: - Əstəğfürullah!
    KİŞİ: - İndi böyüyübdür körpə qızcığaz, -
    Bilirsən kimdir o? Yaxşı bilirsən:
    Aysudur, Aysudur o qızın adı!..
    SAMİT: - Əstəğfürullah!..
    KİŞİ: - Bəli, o, Aysudur, Ay parçasıdır,
    Yaxşı tanıyırsan sən o mələyi.
    Nə üçün insanlar belə riyakar,
    Naxələf, məkrli olur, ilahi?..
    Sən qaça bilərsən gələcəyindən,
    Amma keçmişindən qaça bilməzsən!..
    Yenə keçmişinə qaytarım səni? -
    O zaman hər şeyi xatırlayarsan...

    Kişi geri çəkilir. Tül pərdə (və ya tüstü) arxasında ağ xalatlı Samit və müasir dəbdə geyinmiş Aysu görünür. Danışıq və səhnə detallarından söhbətin keçmiş zamanda baş verdiyi hiss olunur. Aysu və Samit üz-üzə.

    SAMİT: - Sən indi tamamilə sap-sağlamsan, Aysu...
    AYSU: - Siz məni ölümün pəncəsindən xilas etdiyiniz. Bu xəstəlikdən salamat ötüşəcəyimə inamım qalmamışdı.
    SAMİT: - Amma indi inana bilərsən... Həm özünə, həm də mənə... Ta hər şey ötüb keçib. Sənin xoşbəxtliyin irəlidədir.
    AYSU: - Siz hansı xoşbəxtliyi nəzərdə tutursunuz?..
    SAMİT: - Təbii ki, söhbət sənin gələcək ailə səadətindən gedir... Sənin uşaqların olacaq.
    AYSU: - Amma o biri həkimlər mənə əksini demişdilər...
    SAMİT: - ...Guya sənə ailə qurmaq, ana olmaq məsləhət deyil, eləmi?..
    AYSU: - Bəli... Elədir... Amma indi... Doğrusu, heç inanmağım gəlmir...
    SAMİT: - Bu yaşda sənin inamını öldürüblər... („ülür). „ör bir indi mənim sinnimdə olanlar nələr çəkir.
    AYSU: - Sizə nə olub ki?.. Maşallah, hələ cavansınız.
    SAMİT: - Doğrudan? (Mənalı tərzdə). Məncə sizə elə gəlir.
    AYSU: - Yox, sizə elə gəlir... (Gülür). Sizə elə gəlir ki, hər şey arxada qalıb.
    SAMİT: - Hər halda çox şey arxada qalıb... Hərdən öz-özümə hikirləşirəm: mən bu dünyada nə qoyub gedirəm?..
    AYSU (gülür): - Siz haraya getmək istəyirsiniz? Bu, nə yır-yığışdır belə?..
    SAMİT: - Hər halda ömrün müəyyən çağından sonra ağıllı adamların çoxu üz tutmağa hazırlaşdıqları bir ünvanın işartılarını aydınca görürlər...
    AYSU: - O, hansı ünvandır elə?..
    SAMİT: - O ünvana qədəm basanlar bir daha geri dönmürlər.
    AYSU: - Aha!.. Məncə siz “işartıları aydın görünən ünvan” - deyərkən, son sevgi limanını nəzərdə tutursunuz, elə deyilmi? (Gülür). Yoxsa, mən səhv edirəm?

    Aysu şaqqanaq çəkib gülür, Samit də ona qoşulur. Onların gülüş səsləri səslənən valsın melodiyalarına qarışıb sanki əriyir. Samit və Aysu əl-ələ tutub rəqs edirlər. Onlar musiqinin ritminə uyğun olaraq səhnədə dövrə vurur, gah asta, gah da sürəkli temperamentlə çevik hərəkətlər edirlər. Aysu və Samit rəqs edə-edə nə barədəsə danışır, nəyisə təsdiq, nəyisə inkar edirlər. Asta addımlarla səhnəyə çıxan Kişi əllərini rəqsin melodiyasına uyğun olaraq tərpədir, sanki ihaçılarla musiqi arasında bir “əlaqə” yaradır; sonra Kişi bu cür “əlaqəni” zalla səhnə arasında yaradır: “diriyorluq” edir. Təbii ki, rəqs edənlər qəhildən gələn Kişini görmürlər - onlar öz aləmlərinə qapılıblar. Kişi əcaib əl-qol hərəkətləri ilə sanki təkcə musiqini yox, həm də rəqs edənləri “idarə edir” - belə ki, Aysu ilə Samitin əvvəlcə qarşılıqlı mehribanlıq, “əmin-amanlıq” şəraitində keçən söhbəti tədricən hiss olunacaq dərəcədə “tündləşir”: belə ki, rəqs edənlər əsəbi halda bir-birindən ayrılır, elə rəqs edə-edə əks tərəhlərə üz tutur, sonra yenə üz-üzə dayanıb hansı məsələnisə müzakirə edərək bir-birinə hədələyici tonda nəyisə aydınlaşdırmağa çalışırlar. Aysu Samitə yaxınlaşıb onu ələ almağa, dilə tutmağa çalışır... Amma Samit əsəbi halda ondan uzaqlaşır. Qız - Aysu əlini üzünə tutub hönkürə-hönkürə səhnəni tərk edir. Bu zaman Şəhla gəlir. O, sanki səhnənin arxa planında dayanıb “diriyorluq” edən Kişini görmür.

    ŞƏHLA: - O, mənim qızımdır! Buna zərrə qədər də olsa şübhə yoxdur. Mən bu ötən illər ərzində nələr çəkmişəm, bunu bircə göydəki Allah bilir. (Əllərini göyə qaldırır və bu zaman arxa planda dayanıb zalı “idarə edən” Kişini görür, ona yaxnılaşır). Yəqin ki, mənim əzablarımın Yer üzündəki yeganə şahidi sizsiniz. Sizə hər şey əyandır. Bəlkə siz Allahın Yerdəki kölgəsisiniz? Bəlkə siz bizim üzünü görmədiyimiz təzə peyğəmbərsiniz? (Kişinin önündə diz çökür). Qoy hüzurunuzda diz çöküm, səcdə edim!
    KİŞİ (əlini göyə qaldırıb, ucadan): - Əstəğfürullah!
    ŞƏHLA: - Sizə hər şey əyandır. Mən bunu bilirəm! Samit o uşağın atasıdır. Mənim öz ərim bu dünyadan övlad həsrəti ilə getdi. Mənsə bu ötən illər ərzində daim əmin olmuşam ki, övladım sağdır. Bu gün bu zala daxil olarkən mən bir daha inandım ki, burada bir möcüzə baş verəcək - görünməmiş, eşidilməmiş bir möcüzə! Artıq o mö’cüzə baş verib: mən öz övladımı tapmışam! Aysu mənim övladımdır. O, əlbəttə, bu həqiqətə inanmaq istəmir. O, deyir ki, öz doğma ata-anası olub. İndi valideynləri ölüb, tənha qalıb. (Kişinin qarşısında dizin-dizin sürünür: sanki hansısa məbəd qarşısında təzim edir. Kişi onun qolundan tutub qaldırır. Şəhla ayağa durub hürkə-hürkə ətraha baxır). Siz mənə kömək edin! Siz həqiqəti ona - mənim balama deyin! Qoy o, bu alçaq, bu rəzil dünyanın mənim başıma açdığı müsibətlərdən xəbər tutsun! Qoy o, hər şeyi bilsin! Kömək edin, yalvarıram sizə!
    KİŞİ: - Artıq keçmişinə bələddir Aysu,
    Amma xəbəri yox gələcəyindən.
    Bəli, yad ocaqda böyüyüb qızın,
    Ata da yad olub orda, ana da.
    Bir qadın cinayət törədib bir vaxt -
    Yad uşaq götürüb uşaq evindən;
    O, pulla özünə “xoşbəxtlik” alıb -
    Fəqət bədbəxtliyə düçar olub, o.
    Bilib ki, bu uşaq onun deyildir,
    Bilib ki, bu uşaq ona yaddı, yad.
    Ərisə bu işdən bixəbər olub,
    Aysunu böyüdüb öz övladı tək.
    Qadın xəstə düşüb dərddən, xihhətdən,
    Sonra bu dünyadan köç edib, gedib.
    Az sonra əri də ölüb, o vaxtdan
    O evdə tək qalıb sənin övladın...
    ŞƏHLA: - Bəs sonra? Bəs o, Samiti necə tapıb? Yalvarıram, bunu da deyin...
    KİŞİ: - Ağır xəstəliyə düçar olub, o,
    Samit xilas edib, qurtarıb onu
    Ölümün cəngindən... Zərih qızcığaz
    Samitə meylini salıb o vaxtdan.
    Bir gün Samit bilib, öyrənib kimdir,
    Nəçidir bu gənc qız? Anası kimdir?
    Təsadüh hər şeyi əyan eləyib.
    Bir kəlmə çox şeyi bəyan eləyib,
    Samit xoha düşüb, qorxuya düşüb,
    Qızdan üz döndərib, haqqa üz tutub.
    ŞƏHLA: - Yer üzündə bundan da böyük haciə ola bilərmi, İlahi? (Əlini göyə qaldırır). Sən öz bəndələrini necə allahsız olduğunu görürsənmi, ilahi?.. (Əlini göyə qaldırır). İlahi, bəyəm sən öz bəndələrinn necə allahsız olduğunu görmürsənmi? Allahım, barı sənin Allahın olsun.Allahım, barı sənin Allahın olsun! O alçaq öz övladını başqasına - yad bir qadına bağışlayıb! O, əslində cinayət ardıyca cinayət törədib! O, öz əməlinə görə cavab verməlidir! Bəs bu işlərin sonu necə olacaq?..
    KİŞİ: - Mən yalnız keçmişdən xəbər verirəm,
    Baş vura bilmərəm mən gəlcəyə.
    Sabah nə olacaq? Deyə bilmərəm!
    Sabahın öz sirri, öz açarı var...
    Mənimçün əyandır dünən olanlar,
    Yəqin sabahın da bilicisi var.
    Dünəni zülmətdə əriyənlərin
    Çətin ki, bugünü nura bələnə.
    Dünənə işləyib bugünün kökü,
    Sabahın köküsə bax bugündədir.

    Aysu gəlir. Musiqi. Qız sönməkdə olan soldakı məş’əli təzədən yandırır, onu əlinə götürərək səssiz-səmirsiz dayanıb Şəhlanı və Kişini süzür. Musiqi qəhildən susur. Sanki Aysu boşluğa düşür, səntirləyir. Sonra özünü ələ alıb cəld səhnəni tərk edir.

    ŞƏHLA: - Qızım!.. Mənim balam, hara gedirsən?.. Yazıq qızım! Aman Allah! O, inanmır ki, mən onun anasıyam!

    Şəhal gedir. Samit Kişiyə yaxınlaşır. Onlar üz-üzə dayanırlar.

    SAMİT: - Sizin dediklərinizin hamısı uydurmadır, ihtiradır!
    KİŞİ: - Mənim dediklərim uydurmadırsa,
    Şəhlanın dediyi onda nədir bəs?
    SAMİT: - Elə onun dedikləri də... Görmürsünüzmü o, ağlı çaşmış bir qadındır. Bəlkə də, həqiqətən, nə vaxtsa onun uşağını mən tutmuşam. Њər şey ola bilər... Axı, mən uzun illər doğum evlərində çalışmışam. Lap ola bilsin ki, bu qadının övladı doğrudan da xəstəxanada keçinib. Bəyəm həyatda belə şeylər az olur? Amma hansı həkiminsə hansısa uşağı dəyişdirməsi - bu, mümkün deyil. Guya mən hansı qadınınsa ölü uşağını bunun diri uşağı ilə dəyişdirmişəm. Və guya o diri qalan uşağın - o qızcığazın atası mən özüməm... (Gülür). Ha-ha-ha... Ən qəribəsi isə budur ki, həmin diri qalan uşaq böyüyüb məni - öz atasını tapıb. Guya o, Aysudur... Aysu...
    KİŞİ: - Diriylə ölünü dəyişən adam
    Yalanla doğrunu lap tez dəyişər.
    Səninçün eynidir ağ ilə qara,
    Gecə ilə gündüz, xeyir ilə şər.
    Mən belə görürəm, səninçün yəqin
    Həyatla ölüm də eynidir, Samit.
    Sevinclə kədərin hərqi yox sənə,
    Fərqi yox düşmənlə dostun da, əlbət...

    SAMİT: - Məni mənasız söz-söhbətlərlə təngə gətirdiniz. İcazə verin, çıxım gedim öz iş-gücümün dalısıyca. Sizin keçmişə bu cür səyahətiniz adamlara həlakətdən başqa heç nə gətirə bilməz.

    Şəhla qışqıra-qışqıra, əlində məşəl gəlir.

    ŞƏHLA: - O, özünü yandırdı!
    KİŞİ: - Kim yandırdı özünü?..
    ŞƏHLA: - Aysu!.. Mənim Aysum! İndi onun özü məşəl kimi yanır!..
    KİŞİ: - Ax, bədbəxt qızcığaz!..
    SAMİT: - Bu da sizin çıxartdığınız hoqqların sonu. Bu da sizinçün keçmişə səyahət.
    ŞƏHLA: - Mənim balamı xilas edin!.. (Samitə). Kömək elə, həkim!.. (Zala). Yalvarıram, özümə qaytarın mənim balamı!.. Kömək edin! Bu nə bəladır mənim başıma gəlir?.. Axı, mən bu cür keçmişi istəmirdim.

    Samit və Kişi çıxırlar. Şəhla əlində məşəl vurnuxur, qışqırır, kömək və imdad diləyir. Sonra, o, məşəli yerinə qoyur. Daha sonra təzədən həmin məşli götürüb onun odu ilə sağ tərəhdəki məşəli yandırır. Və məşəli öz yerinə qoyandan sonra əllərini göyə açır. Samit gəlir. O, indi Kişinin məlum libasındadır: iri şlyapa, ağ kostyum, qara mantiya geyib. İndi Samit zahirən Kişiyə bənzəyir. Şəhla diqqətlə Samiti süzüb qorxuya düşür.

    ŞƏHLA: - Aman Allah! Sən Samitsən?.. Bəs Aysu hanı?.. O Kişi hara getdi bəs?.. Ay-y-y!.. Kömək edin!..

    Kişi asta addımlarla əvvəlcə Şəhlaya, sonra sağ tərəhdə yanan məş’ələ yaxınlaşır. Məşəli götürüb məmnun halda gülümsəyir. Musiqi guruldayır. Libasını dəyişmiş Aysu və Samitin kostyumunu geymiş Kişi gəlirlər. Onlar heyrətlə Samiti süzürlər. Musiqi qəhildən kəsilir. İştirakçıların hamısı (Samitdən başqa) sanki boşluğa düşüb müvazinətlərini itirirlər. Samit (əlində məşəl) irəli çıxır, diqqətlə zalı nəzərdən keçirir, gülümsəyir. Ahəstə musiqi melodiyası eşidilir: sanki uzaqdan eşidilən zərif bir pıçıltı, xəfif bir meh zala layla çalır.

    SAMİT: - Siz o çay səsini eşidirsizmi?
    Sizin saçınızı oxşayırmı meh?..
    Dünyamız sirlidir qaranlıq kimi,
    Sizsə bu zülmətə olmusuz valeh...
    Çoxları keçmişə edir səyahət,
    Zülmətin qoynuna aparır bizi.
    Mənimsə keçmişlə işim yox. Fəqət
    Gəlin gələcəyə aparım sizi.
    Gələcək keçmişdən daha sehrli,
    Daha maraqlıdır. Eləmi?..

    KİŞİ
    SAMİT}: - Bəli!
    AYSU

    Samit məşəli yerinə - sağ tərəfə qoyub Kişiyə yaxınlaşır, Kişi əlindəki “sehrli” çubuğu Samitə uzadır. Samit çubuğu alıb “dirijorluq” etməyə başlayır: o, əvvəlcə üzünü səhnənin dərinliyinə tutur, sonra isə qəhildən çevrilib zala baxır. Musiqi. Hamı əl çalır.


    PƏRDƏ


    SON


  • dekabr 2021, Firuz M.

  • 23
Xoşbəxt olmağın ən gözəl yolu, sahib olduğun ailənin dəyərini bilmək, onu hər şe...

Vüsalə Qələndərli (Sadıqova)

“Müasir dövrdə ailə institutumuzu necə qorumalıyıq?” Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Bir binanın təməli necə möhkəm olmalıdırsa, ailənin təməli də elə möhkəm və......

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir

Vüsalə Qələndərli (Sadıqova)

Hər bir xalqın xilaskarlıq tarixinə iz qoymuş tarixi şəxsiyyətləri olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş......

Qaranquş Yuvası

Firuz Mustafa

(qısametrajlı film üçün ssenari) 1. Elman Qasımzadənin yaşadığı ev. Evin qapı və pəncərələri həyətdəki bağçaya açılır. Sadə qaydada döşənmiş otaqlardan biri.......

Həyatı. Əsərləri. F.m.

Firuz Mustafa

Azərbaycan dilində (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bu gün hava çox sərin idi. Amma havanın sərin olmasına baxmayaraq, küçələrdə adamlar gözə dəymirdi. Adətən belə günlərdə məhəllədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu.......

Nağıl № 33

Cəmilə Allahverdiyeva

Mən bu gün Sabahı sevəcəyəm... Və sevgi istəyəcəyəm! O məni sevməzsə, Sevgimi verməzsə, O gün, O gün, - sabahı sevəcəyəm! Və gözləyəcəyəm!.. Mən bir sevgi......

.Bioqrafiyası və əsərləri

Firuz Mustafa

Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi......

Yeddisi ayın yeddisi-

Habil Yaşar

Annotasiya Oxuduqca intizarda qalacağınız bu kitabda gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaqsınız. Əsərdə Aytəkin......

Cəvahir Tanrıverdi - Sən Bu Xalqın Dayağı

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sən Bu Xalqın Dayağı (Ulu Öndər Heydər Əliyevə) Sən bu xalqın dayağı, Sən tarix yazan insan. Qəmi taleyimizdən Əbədi pozan insan.......

Tamella Pərvin. Allah, bu zəngulə Xanın səsidir,

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Müstəqilliyimizə Salam, xoş gəlmisən, müstəqilliyim. Səni elə-belə gətirmədik biz... Aldıq yağılardan, bu şanlı Yurdu, Səni yaşadacaq, bizim sevgimiz. Amalın günəşdi, od......