...
  • Sərhədsiz Dünya (tractatus)
  • Firuz Mustafa
  • SƏRHƏDSİZ DÜNYA
    (tractatus)


    Görən Yаrаdаnı vаrmı Yаrаdаn?
    Yохsа Yаrаdаnı bizik yаrаdаn?

    Аtаsı, аnаsı, qızı, оğulu,
    Əmisi, dаyısı vаrmı bəs Onun?
    Görəsən vаrdırmı bаcısı оğlu?
    Оnunçün də vаrmı bir qаydа-qаnun?

    О, təkmi? О, təkdir! Tək оlsun təki!
    О, bizə yахındır, bizdən uzаqdır.
    Nə yахşı ki, Onun yохdu şəriki,
    Nə yахşı yеrlisi, qоhumu yохdur.

    F.M.













    SÖZÖNÜ

    “Sərhədsiz dünya” bir növ gələcək dünyanın ilkin (həm də müəyyən mənada yarımçıq, natamam) eskizidir. Amma müəllifin niyyəti heç də utopik, xəyali, idealist cəmiyyət haqqında mülahizə yürüdüb oxucunu yayğın, şirin illüziyalar səltənətinə dəvət etməkdən ibarət deyildir. Əsərdə bəşəriyyətin yaxın gələcəkdəki inkişaf və fəaliyyət tendensiyasının əsas istiqamətləri elmi-fəlsəfi aspektdə təhlil edilir, bir sıra ümumiləşdirmələr aparılır. Ciddi və “təhlükəli” bir problem haqqında söhbət açan, “neokosmopolit” kimi təqdim oluna biləcəyindən çəkinməyən, irəli sürdüyü nəzəri müddəaların tətbiqinə tamamilə əmin olan tədqiqatçı, öz qənaətlərini optimistcəsinə təqdir və müdafiə edir.
    Müəllif (filosof-yazıçı Firuz Mustafa) özünün axtarış prizmasından keçirdiyi problemin mürəkkəbliyini, zəngin, rəngarəng, polifonik mahiyyətini dərk etməklə yanaşı, bir çox hallarda bilərəkdən “ənənəvi” tədqiqat metod və metodologiyasından yan keçərək sadə təhlil manerasına üstünlük vürmişdir; axı əsər təkcə dar ixtisas sahəsinin adamları üçün deyil, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
    Bizə elə gəlir ki, dərki və həlli ilk baxışda parodoksal üslub və təfsirdə təqdim olunan, artıq qeyd edildiyi kimi, burada ilkin eskizləri çəkilən problemin çözümü və tədqiqi gələcəkdə yeni nüanslarla zənginləşib təkmilləşəcək. Açıq cəmiyyət, heç zaman qapalı, qaranlıq, birtərəfli, antihumanist “elmi” müddəaları qəbul edə bilməz. Biz əminik ki, XX1 əsr (yeri gəlmişkən, sizə təqdim edilən əsərin əsas variantı “XX1 əsr” jurnalında dərc edilib- bunun özü də rəmzi məna daşıyır!) parçalanmadan çox birləşməyə, bütövlüyə can atacaq. Dünya yeni minilliyin astanasındadır. Biz bu əsəri həm də ikinci minilliyə epiloq (sözardı), üçüncü minilliyə isə proloq (sözönü) hesab edirik.




























    1.
    ...və lap sonda Söz yaranıb.
    Hər halda Sözə qədər Biz yaranmışıq. Söz bizdən əzəl yaransaydı, bəlkə də, bu qədər sözə ehtiyac qal-mazdı.
    Söz bizdən əvvəl yaransaydı, qılınca-qalxana ehti-yac olmazdı...
    Söz bizdən qabaq doğulsaydı, Dünya parçalanmaz-dı, bölünməzdi..
    Mən Müqəddəs kitabda deyilən kəlamın əksinə mü-lahizə yürütmək niyyətində deyiləm və heç də hər şe-yi hərfi-müstəqim mənada dərk edib içimdən keçir-mək niyyəti güdmürəm. Əsla! İnsan təfəkkürü meto-marfozlarla, epitetlərlə, idiomlarla zəngindir. Hiperbo-la və təşbehlər təkcə ağlımızı yox, eləcə də dünyamızı bəzəyir. Fəqət, adam hərdənbir ideyalar kəhkəşanın-dan ayrılıb real qayğılar səltənətinə də təşrif buyur-maq istəyir...
    Bir də ki, bu gün həqiqət və gerçəkliklərin əsasında ilbiz kimi, işılda-böcək kimi qəribə parlaqlığa malik şübhə, şəkkaklıq dayanır...
    Biz təkcə öz inamımızın deyil, habelə öz şübhələri-mizin övladıyıq...
    Dünyaya öz gözümüzlə baxdıq - gözəldir.
    Dünyaya ağlımızın gözüylə baxırıq - olduqca gözəl-dir.
    Dünyaya ürəyimizin gözüylə baxsaq - daha gözəl olar.
    Dünyaya özümüz, öz yaratdığımız və bizi yaradan kimi yanaşsaq - Dünya bizim bu dünyadakı cənnəti-mizə çevrilər...






    2.
    “...Allah ağıl paylayanda insanlarla çox ədalətli rəftar edib: heç kəs öz ağlının azlığından şikayətlənmir". Za-rafatyana söylənmiş bu fikirdə həqiqət nüansları da yox deyildir; hər kəsin öz ağlı, öz düşüncəsi, öz dün-yaduyumu mövcuddur. Hər kəs dünyanı öz ağıl im-kanları səviyyəsində dərk edib qiymətləndirir... Və hər bir dərketmənin öz ziddiyyətləri, labirintləri, mü-rəkkəblikləri vardır. Dərketmə subyektiv hadisə olsa da, obyektiv amillərdən xali deyildir. Dünya isə, məlumdur ki, obyektiv mövcudluqdur; lakin bu ob-yektivliyin özündə subyektiv nüansların gizləndiyini etiraf etmək gərəkdir; bu mənada, "subyektiv dünya-nın" varlığı qəbul olunmalıdır.
    Dünya və onun mövcudluğu, mahiyyəti haqqında söylənilən fikirlərin, yazılan əsərlərin sayı bəlkə də dünyanın yaşı qədərdir. Mən ilkin anlamda, dünya de-yərkən, bəşər övladının yaşadığı məkanı nəzərdə tutu-ram. Haqqında söhbət gedən bu "balaca dünya" qa-laktikanın, kainatın ayrılmaz tərkib hissəsidir. Və elmə hələlik insan nəslinin, ümumiyyətlə, canlı aləmin ya-şadığı yeganə bir planet - Yer kürəsi məlumdur. Biz hamımız Yer adlı gəminin sərnişinləriyik.
    Yer - bizim hamımızın ümumi Vətənidir. Bu Vətəndə qaralar və ağlar, toxlar və aclar, ağıllılar və dəlilər, sağlamlar və əlillər... yaşayır.
    Dünya parodoksal parametrlərlə bölüşdürülüb; qitələrə, dövlətlərə, şəhərlərə, kəndlərə... millətlərə, irqlərə, xalqlara, tayfalara... siniflərə, sosial qrupla-ra, möminlərə, ateistlərə... xülasə, ən xaotik prinsiplə-rə, prinsipsiz mövqelərə görə bölüşdürülən dünyanın vəhdəti, vahid qanun və qanunauyğunluqları çox za-man boz-bulanıq fikirlərin arxasında-gizlində qalıb.
    Dünya haqqında çox yazılıb: həm elmi-fəlsəfi, həm də bədii-publisistik yazılarda dünya və onun qa-nunları ən müxtəlif rakurslardan təhlilə cəlb olunub. Dünyanı həm dəyişdirməyə, həm də izah etməyə cəhd edənlərinsə, sayı-hesabı yoxdur. Fəqət dünyanın ən müxtəlif qütb və paralellərinə səpələnmiş fərdlərin dünya haqqındakı təsəvvürlərində daha çox natamam-lıq, yarımçıqlıq nəzərə çarpır; bir növ, dünyada lokal fikir müharibələri gedir və bu "müharibələrin" acı nə-ticələri göz qabağındadır: hamıya mənsub olan Yer kürəsi təkcə fiziki yox, mənəvi "çata" da məruz qalıb; dünya birləşmək əvəzinə, parçalanmağa daha çox meyllidir; halbuki məntiqə söykənilsə, əks proses get-məlidir. Bütün hallarda "birləşməyə" mane olan aşkar və gizli qüvvələr mövcuddur. Bu qüvvələr bəzən kor-təbii, bəzənsə şüurlu surətdə insan cəmiyyətinin təbii inkişaf prosesinə əks-təsir göstərir və bir növ dünya-nın canlı sərhəd dirəklərinə çevrilərək mikrodövlətlər yaradırlar. Halbuki insan makrodünyada, makrodöv-lətdə, makromühitdə yaşamalıdır.
    Bu gün (və həmişə) insanlığın düçar olduğu bütün məhrumiyyətlər üçün insanların özlərini ittiham etmək lazımdır... Heç zaman unutmaq olmaz ki, əzab və ağ-rılarımızın, səfalət və rəzalətimizin əsasında həmişə bizim qeyri-sağlam tələbatlarımız, istehlakçı psixologi-yamız, mənəviyyatsızlığımız, mədəniyyətsizliyimiz dayanıb. Bu, qondarma, yalan söhbətdir ki, hər hansı bir cəmiyyətdə əvvəlcə iqtisadiyatı yüksəltmək, "bol-luq yaratmaq", sonra, ən axırda mədəniyyət barədə düşünmək lazımdır. Halbuki hər şey əksinədr - hər cür inkişafın kvintessensiyasını (özəyini) mədəniyyət amili təşkil edir.



































    3.
    ...O da yalan söhbətdir ki, filan xalq xoşbəxtdir. Xalq-lar da insanlar kimidir - qonşusu bədbəxt olan millətin özü firavan həyat sürə bilməz.
    ...Dünyanı ambisiyalar parçalayıb. Dünyanı ağıl birləşdirəcək.
    ...Dünyanın qütbləri, coğrafi cəhətləri - nisbi anla-yışlardır; mütləq mənada Şimal və Cənub, Şərq və Qərb yoxdur, bütün bunların hamısı şərtidir, bizim uy-durmalarımızdır...
    ...Dünyaya və dünyada subyektiv baxışlar da möv-cuddur; biz plüralizm deyilən prinsipə hörmət bəslə-məli, hamının, əgər bu mümkün olmasa, azlığın fikri-nə ehtiramla yanaşmalıyıq. Hətta, diqqətimizi cəlb et-məyən adamın belə mülahizələrini dinləyib nəticə çı-xarmağa təmkin və mədəniyyətimiz çatmalıdır. Bu, hamımıza aiddir - sənə, mənə, ona...
    Mən, hər cür siyasi ambisiyadan və hər hansı bir sensasion mülahizə yapmaqdan uzaq fərd kimi özüm-lə apardığım uzun-uzadı mükalimə və həsb-haldan sonra belə bir qənaətə gəlmişəm ki, dünya fiziki-mənəvi anlmı və mahiyyəti etibarilə sərhədsiz olmalı-dır. İlk baxışda (bəziləri üçün), qeyri-ciddi adamın za-rafatı kimi təsir bağışlayan bu hökmün konstruktiv el-mi əsası vardır.
    Mən "sərhədsiz dünya" barədə yığcam qənaətləri-mi öz azsaylı oxucularımla bölüşmək niyyətindəyəm. Bəri başdan həm əleyhdarlarıma, həm də tərəfdarları-ma öz dərin təşəkkürlərimi izhar edirəm.





    4.
    Məlum həqiqətdir: tarixi insanlar yaradır. Amma in-sanlar tarixin təkcə yaradıcısı yox, həm də tarixin özü-dür. Yəni dünyanın tarixi - yalnız insanlığın deyil, elə-cə də insanların öz tarixidir.
    İnsan-tarixidir
    İnsan tarixinə və ya tarixi insanın təşəkkül prosesi-nə indiki halda ətraflı ekskursiya etməyə ehtiyac yox-dur; bu problemə minlərcə tədqiqat əsəri həsr olunub və son nəticədə minlərcə sual açıq qalıb. Bircə bunu xatırlamatmaq kifayətdir ki, araşdırıcıların bir qismi insanın (və bütünlükdə təbiət və cəmiyyətin) yaranışı-nı maddi ünsürlərlə, digər qismi isə ilahi qüvvənin qüdrəti ilə bağlamışlar. Hər iki substansiyanı birləş-dirməyə, calaq etməyə cəhd göstərən mütəfəkkirlər də yox deyildir.
    Əlbəttə, insanın öz kökünün (öz tarixinin) haradan başlandığını dəqiqləşdirməsi çox böyük bir kəşf olar-dı; səd heyiflər ki, nəhəng tarixin yaradıcısı olan insan öz tarixinə müfəssəl bələd deyildir.
    Bu gün bizi, eramızın ikinci minilliyini yola salan insanları, tarixi keçmişdən daha çox, çağdaş zaman və gələcəyin tarixi düşündürür. Böyük qırğın və sa-vaşlarla, ölüm və qanla, fəlakət və faciələrlə yola sal-dığımız XX əsr öz qorxunc mirasını, görəsən, təzə mi-nilliyə də adladacaqmı? XXI əsri də XX əsrin faciələri gözləyirmi? Tarixin təkəri hansı relsin üzəri ilə hərəkət edəcək? Yeni yüzillikdə (minillikdə) tarixin (dünya-nın) "yenidən qurulmasına" zərurət yaranacaqmı? Bəl-kə insan üçün zaman (tarix) anlayışı artıq şərti xarak-ter daşıyır: yəni o, öz keçmişini gələcəkdə və ya öz gələcəyini keçmişdə yaşamışdır? Suallar çoxdur. Hər sual bir yox, bəlkə də min, milyon cavab qovşağında açıq qalmaqdadır.
    Yaxın keçmişin tarixi (insanın özünə məlum olan tarix) çoxumuza məlumdur; hərçənd ki, real tarix çox vaxt irreal və sürreral çalarlarla təqdim edilib, fakt və hadisələr dəfələrlə təhrif olunub, subyektiv və obyek-tiv baxışlar dolaşdırılıb; amma bu həqiqətdir ki, biz bu tarixi yaşamışıq. Və bu da bir həqiqətdir ki, hər tarixi dövrün öz "qəhrəmanları" olub. Bəzən müstəbid (ti-ran) məlakə donunda, səfeh müdrik libasıda, zəif qüdrətli cildində... təqdim edilsə də, tarix tarix olaraq qalıb və qalmaqdadır.
    Keçmişin tarixi məlumdur. Bəs gələcəyin tarixi? Mənə elə gəlir ki, tarix təkcə keçmiş yox, həm də gələ-cəkdir.
























    5.
    Gələcək - tarixdir
    Artıq keçmişə qovuşmuş vaxtın, daha doğrusu, ta-rixin, tədqiqi ilə məşğul olmaq adi, ənənəvi səciyyə daşısa da, gələcəyin tarixi ilə məşğul olmaq çoxları üçün absurd, mənasız, ən yaxşı halda, fantastik ideya olaraq qalmaqdadır. Doğrudur, futurologiya, proq-nozlaşdırma, planlaşdırma və s. kimi elm sahələri (və ya sahə elmləri) bilavasitə gələcəyin problemləri ilə bu və ya digər dərəcədə maraqlanır; amma onlar dar tə-səvvürlər çərçivəsindən kənara çıxa bilmir; görünür, bu natamamlıq ondan irəli gəlir ki, həmin sahələrin mütəxəssisləri gələcəyə yalnız ideyaların pərvəriş ta-pacağı münbit zəmin kimi baxır, insan faktorunu arxa plana keçirirlər. Bizsə gələcəyə insan tarixi kimi ya-naşdığımızdan, daha çox real gerçəkliyin atributları-na söykənir, konkretliyə üstünlük veririk.
    İnsan (bütövlükdə bəşəriyyət) öz keçmişinə düzə-liş edə bilməz. Keçmiş artıq keçmişdə qalıb; yalnız gə-ləcəyi müəyyən planlar əsasında "düzəlişlərlə" qur-maq olar.
    Əlbəttə, hər dövlətin, hər millətin gələcək haqqında öz planları mövcud olur. Filan kəndi, filan şəhəri sal-maq; elmə, mədəniyyətə filan qədər vəsait ayırmaq; hərbə o qədər, maşınqayırmaya bu qədər diqqət yetir-mək; yaxın 5-10 ilin büdcəsini müəyyənləşdirmək... Amma, qeyd etdiyimiz kimi, bütün bunlar ayrı-ayrı dövlətlərin "plan-prospektinə" daxil olan cari layihə və öhdəliklərdir. Əgər düşünsək ki, zaman keçdikcə bizim mövcudluğumuzu təmin edən kommunikativ dünya vahid, bütöv bir orqanizmə çevrilməkdədir, ha-zırlanan lokal layihələrin nə qədər natamam, zəif, bir-tərəfli olduğu tam aydınlığı ilə nəzərə çarpır.
    ...Və biz belə qənaətə gəlirik ki, bu gün təkcə eko-loji və hərbi sahələrdə deyil, insanın həyatı ilə bağlı olan bütün sferalarda qlobal problemlər mövcuddur və sözsüz ki, həmin problemlərin qlobal həlli istiqa-mətində, ardıcıl, məqsədyönlü işlər aparılmalıdır. Am-ma baş verən proseslərə ötəri bir nəzər belə sübut edir ki, bu gün dünyanın ümumi iqtisadi-siyasi-mədəni-hü-quqi parametrlərini dəqiqləşdirən və ya tənzimləyən elə bir güclü mexanizm (rıçaq) yoxdur. Dünyanın bir tərəfində aclıq, bir tərəfində firavanlıq; bir yanda ölüm, bir yanda dinclik; bir qütbdə demokratiya, digər qütbdə istibdad, oliqarxiya... Hələ də bir çox ölkələr-də insanlar dərisinin rənginə, gözünün quruluşuna, milli-irqi mənsubiyyətinə görə təqib və təhqirlərə məruz qalır; hər gün minlərlə insan bir çox ağıldan-kəm siyasətçilərin avantürist ideyalarının qurbanı olur; din və dil fərqlərinə, siyasi mənsubiyyətlərinin ayrılı-ğına görə hələ də insanlara divan tutulur, edam ağacla-rı qurulur. Bəşəriyyət hələ də ölümlə, qırğınla, qiya-mətlə, hikkə ilə hamilədir; bu təhlükəli "doğuşun" fə-lakətli sonucunu görmək üçün heç də böyük ağıl sahi-bi olmaq gərək deyildir.
    Yer kürəsi onlarca irili-xırdalı dövlətlərə parçalan-sa da, əslində bir neçə superdövlətin nəzarəti altında-dır. Bu nəhəng dövlətlər XX əsrdə müxtəlif leksik ifa-dələrlə adlandırılsalar da (ikilər, üçlər, dördlər, yeddi-lər, doqquzlar və s.), mahiyət etibarilə, vahid, yekdil bir missiyanı icra etmək niyyətində bulunmuşlar: dün-yaya ağalıq etmək; heç olmazsa, Yer kürəsinə səpə-lənmiş dövlətlərin çoxunda təsir, nüfuz dairəsinə ma-lik olmaq.
    Heç kəsə sirr deyildir ki, dünyanın siyasi-iqtisadi müstəvisində baş verən olaylar çeşidli maraq və ambi-siyalarla sıx şəkildə bağlıdır. Buraya fərdi maraqdan tutmuş milli maraqlara, qrup marağından tutmuş regio-nal maraqlara, tayfa marağından tutmuş partiya... ma-raqlarına qədər rəngarəng "maraq növləri" daxildir. Baş verən müharibələrin çoxu etnik, ərazi... maraqları, həmin maraqların daşıyıcılarının praqmatik arzuları ilə müşayiət olunur. Bəzən qrup, tayfa marağı milli ma-raqdan, bəzənsə siyasi maraq dövləti maraqdan üstün olur.
    Nədənsə bütün hallarda sadalamadığımız və sada-lamadığımız maraq növləri bəşəri maraqdan üstün olur. Halbuki dünyanın qanunları daha çox kosmik prinsiplərə əsaslanmalıdır.
    Dünya vahiddir. Əgər biz bu prinsipi qəbul edirik-sə, deməli, dünyada baş verən bütün proseslər - təkcə təbii yox, iqtisadi-siyasi proseslər belə vəhdətdədir və ya vəhdətdə olmalıdır. Bunu dünyanın gedişatı, "əzə-li" və "sonu", rəngi və çaları, əlqərəz, dünyanın mənti-qi tələb edir. Dünyanı parçalayan bizik, yəni dünya-nın övladlarıdır. Biz vahid orqanizm hesab etdiyimiz dünyanı hissəciklərə böldükcə o, bir növ kiçilir, öz "daxilinə" çəkilir, öz "içinə" yığılır. Bəli, Dünya vahid canlı orqanizmdir. O, öz qisasını almaq üçün özündə hər zaman qüvvə tapa bilər. Bizim (?!) kəşf etdiyimiz nüvə silahı dünyanı bir neçə dəfə (hər halda 50 dəfə-dən çox!) ölümə məhkum etməyə qadirdir. Fəqət dün-yanın çoxsaylı dağıntılara məruz qalmağa uzun müd-dət səbri çata bilməz. O, yalnız bir dəfə, yalnız bir tə-kanla dağılacaq və həm də bizim Yer kürəmizi, "in-sanların planetini" (A.de S.Ekzüperi) bizim gücümüz, qüdrətimiz yox - bizim hikkəmiz, hətta mən deyərdim ki, bizim gücsüzlüyümüz, zəifliyimiz parçalayıb məhv edəcək.





    6.
    Dünyanın sərhəd zolaqları - əslində dünyanın fiziki parçalanması deməkdir. Bu cür parçalanma heç vaxt insanı və dünyanı yaxşılığa doğru apara bilməz. Bu, dünyanın, sonucda total məhvinə aparıb çıxara bilər. Əslində isə, dünya "birləşmiş qablar qanunu" prinsi-pi üzrə yaşamalı və idarə olunmalıdır.
    Əlbəttə, dünyada baş verən ictimai-sosial proseslər heç də primitiv səciyyə daşımır və təbii ki, "dünya problemini" bəsit yollarla həll etmək qeyri-mümkün-dür; bu həqiqəti dərk etməməyin özü bağışlanılmaz-dır. Millətlərin, xalqların avtomatik qaydada çulğaş-masından, "birləşməsindən", "hibritləşməsindən" da-nışmaq sadəlövhlük olardı. Ələlxüsus, millətlərin öz müqəddəratını həll etməyə daha çox can atdığı çağdaş mərhələdə bu barədə düşünməyin özü belə absurddur. Zorakılıq vasitəsilə "birləşməyin" ən bariz nümunəsi kimi keçmiş SSRİ "calağını" xatırlatmaq kifayətdir. Görünür, dünya birləşməzdən əvvəl - inteqrasiyadan öncə differensasiyaya məruz qalmaldır. Yalnız bəra-bərhüquqlu xalqların eyni hüquqi müstəvidə birləşmə-si zərurətindən danışmaq olar. Bir xalq digər xalqın "tərkibində" qalmaqla, üstəgəl, zorakılıqla, Dünya bir-liyinə qovuşa bilməz.
    Bizim doktrinamızda (əgər belə demək təbiri- caiz-sə) söhbət azad insanların və müstəqil xalqların eyni siyasi-sosial müstəvidəki "bərabərliyindən" gedir; bəziləri üçün bu ideya xəyalplov kimi görünsə də!
    Hər halda bizim gəldiyimiz qənaət belədir ki, müx-təlif ambisiyalardan doğan "parçala, hökm sür" siya-sətinə son qoyulmalı, bəşəri inkişafın, bəşəri tərəqqi-nin yeni modeli hazırlanmalı, iki sistem arasındakı məlum "antoqonist" ziddiyyətlərin fövqündə dayanan "üçücü" bir xətt - yol formalaşmalı, dünyanın bütün vətəndaşları hürr və dürr yaşamalı, Dünya və Vətən-daş öz bütövlüyünü bərpa etməlidir.
    Dünyanın siyasi xəritəsində zaman-zaman aparılan "düzəlişlrə" son qoyulmalı, daha doğrusu, Yer kürəsi-ni parçalayan fiziki sədlər birdəfəlik götürülməli, Ye-rin bağrını dələn sərhəd dirəkləri məhv edilməli, Dün-ya sərhədsiz olmalıdır. İlkin mərhələdə, heç olmazsa dünya birliyinə daxil olan ölkələr arasında sərhədlər şəffaflandırılmalıdır.






















    7.
    Dünyanın "sərhədsizliyi" ilk baxışda kosmopolit nöq-teyi-nəzər, utopik arzu kimi görünsə də, bəşəriyyətin gələcək həyatını bunsuz təsəvvürə gətirmək mümkün deyildir. Bəziləri üçün kosmopolit - utopik - idillik - fantastik görünəcək, bəzilərində istehza doğura bilə-cək, bəzilərinin sayıqlama adlandıracağı bu fikir əs-lində təkzibedilməz reallığa söykənir. Özünü fatal dü-şüncədən, mistik xülyadan, xəstə illüziyadan uzaq he-sab edən müəllif belə bir qənaətə qəfildən, birdən-birə gəlməmişdir. Belə bir nəticəyə gəlməyin əsasında, əl-bəttə, nəsə fövqəladə vergi impulsları və ya Nostrada-mus "proqnozları" da dayanmır. Bu, sırf elmi-nəzəri əsasa söykənən baxışların təzahürüdür.
    Dünyanın (və özünün) yaranmasında öz rolunu və yerini müəyyənləşdirmək insan üçün çətin olsa da, dünyanın (və özünün) mövcudluğunun mahiyyətini müəyyənləşdirmək mümkündür.
    Yəni "sən necə yarandın?" sualına dəqiq elmi ca-vab tapmaq bu gün müşkülsə də, "sən nə üçün yaşa-yırsan?" sualına cavab aramaq mümkündür və bu sua-lı özü-özünə vermək hər bir normal adamın insani borcudur.
    Təkcə 20-ci yüzilliyin müharibələri, həmin mühari-bələrin dəhşətli nəticələri bizim hamımızı bu gün məlum Şekspir sualı qarşısında qoymalıdır: "Olum, ya ölüm?". Nə etməli? Doğrudan da, nə etməli? Tayfa sa-vaşlarını, etnik qırğınları, milli müharibələri, dövlətlə-rarası münaqişələri davam etdirməli, yoxsa mövcud vəziyyətdən birgə çıxış yolları axtarmalı? Soyuq və is-ti müharibələrin alovundan minlərin, milyonların cə-sədindən tonqal qalamalı, yoxsa kütləvi qırğınlara bir-dəfəlik son qoymalı?
    Kaman-ox savaşından nüvə müharibəsinədək "şə-rəfli" (bəlkə də şərəfsiz) bir yol keçmiş bəşər övladı öz tarixi boyu minlərlə kiçik və böyük hərbin şahidi və ya iştirakçısı olmuş, bəşəri sivilizasiyanın məhvin-də az və ya çox dərəcədə rol oynamışdır. Təkcə Avro-pa ölkələrinin müharibələrdə verdiyi insan itkisi 17-ci əsrdə 3,3 milyon nəfər, 18-ci əsrdə 5,4 milyon, 19-cu əsrdən 20-ci əsrin əvvəlinədək (I Dünya müharibəsi-nəcən) 5,7 milyon, I Dünya müharibəsində 10 milyo-na qədər, II Dünya müharibəsində 50 milyon nəfər-dən çox olmuşdur. Bu, təkcə Avropa qitəsindəki itki-lərin statistikasıdır. Bəs digər qitələrdə necə, sülh və əmin-amanlıq olmuşdur? Əsla! Ümumiyyətlə indiyə-cən bəşər tarixində baş vermiş 14500-ə qədər müxtə-lif miqyaslı müharibələrdən 3 milyard yarımdan çox insan tələf olub. Müharibələrdə çəkilən xərc qızıla çevrilsəydi ekvator xəti boyunca Yer kürəsinin "beli-nə" 10 kilometr enində 8 metr hündürlüyündə qızıl çəkmək olardı. Dünyamız öz tarixi boyu müharibə meydanına çevrilmiş, insan sallaxanasına bənzəmiş-dir. Halbuki Yer üzündə hər bir insanın və hər bir xal-qın yaşamaq haqqı var; nə yazıqlar ki, bu haqq çox vaxt insanın öz həmnəsli tərəfindən tapdanıb.













    8.
    Doğrudur, siyasi məzmununa görə müharibələri "əda-lətli" və "ədalətsiz" olmaqla iki yerə bölürlər. Məsələn, tutaq ki, II Dünya müharibəsində "sovet xalqı" ədalət-li, alman faşistləri ədalətsiz müharibə aparmışlar. Son dövrlərdə SSRİ parçalandı, "sovet xalqının" millətləri, nümayəndələri, məsələn, gürcü və abxaz, erməni və azərbaycanlı, çeçen və rus, moldovan və rus və s. xalqlar bir-birlərinə qarşı müharibələr elan etdilər. Qə-ribə məntiqdir. SSRİ vətəndaşları dünənəcən almanla-rın məğlubiyyətindən ağızdolusu danışdıqları halda, bu gün öz keçmiş "qardaşlarının" məhvindən, ölü-mündən həzz alırlar. Deməli, dünənki qardaş bugünkü düşmənə çevrilə bilər və ya əksinə. Deməli, əbədi düşmənlər (və dostlar) yoxmuş?
    Bizim gəldiyimiz qənaət belədir ki, müharibələrin heç birində ədalətli və ədalətsiz, qalib və məğlub tərəf olmur. Əslində ölən də bizik, öldürən də. Qalib tərəf də bizimdir, məğlub tərəf də. Güclü və zəif dövlətlər anlayışı da əslində şərtidir. Kiçik dövlətin böyük silah arsenalı mövcuddursa, o, artıq özünü "güclü" dövlət hesab edir. Rus filosofu N. Berdyayev haqlı olaraq deyirdi ki, bizim hər birimiz istəyimizdən asılı olma-yaraq müharibələrin iştirakçısına çevrilirik; əgər mən mənsub olduğum xalqın qələbəsini arzulayıramsa, de-məli, rəqib tərəfin məhvini istəyirəm. Elə bu istəyin özü insan ölümündə müəyyən rol oynayır.
    Biz - ölən və öldürən insan öz kökümüzə və öz bu-dağımıza balta çalırıq. Biz faciələrimizin səbəbini kə-narda yox, özümüzdə, öz içimizdə axtarmalıyıq. Məhz bu kontekstdən çıxış edərək deyə bilərik ki, mövcud faciəvi, qlobal problemlərə yeni dövrün və yeni fikrin prizmasından yanaşmağa daha çox ehtiyac duyulur.
    Klassik sosiologiya, politologiya və fəlsəfənin pos-tulatlarına, kanonlarına, qanunlarına yenidən nəzər sa-lınmalıdır.
    Biz "sərhədsiz dünya" ideyasını irəli sürürüksə, de-məli, bir çox milli - etnik - dini - iqtisadi - hüquqi prinsiplərə yeni spektrdan yanaşmalıyıq. Axı, bizə qə-dər də dünyanın "sərhədsizliyi" ideyasını müdafiə edənlər mövcud olub. Fəqət necə? Hansı yollarla? Bu-nun üçün təkcə marksizmin bədnam "Bütün ölkələrin proletarları, birlşin!" şüarını, məlum "dünya inqilabı" nəzəriyyəsini xatırlamaq kifayətdir. Dünyanın birləş-məsində sinfi mübarizə metodundan istifadə etməyin faciəli nəticələrini bəşəriyyət öz həyatında sınaqdan çıxarıb.
    Və yaxud, "sərhədsiz dünya"nın yaranması üçün güclü dövlətlərin zəif dövlətləri "yeyib" özünə ilhaq etməsinə aid də yüzlərlə misal gətirmək olar.
    Sərhədlərin götürülməsi zor, təzyiq, müharibə, mü-naqişə, təhdid yolu ilə deyil, idrak, ağıl, qarşılıqlı gü-zəşt, açıq diskussiya, elmi-konstruktiv əsaslandırmalar yolu ilə getməlidir.
    Əlbəttə, istər-istəməz qarşıya çoxlu suallar çıxır: bu "birləşdirmə" necə, nə vaxt, harada, kim tərəfindən, hansı üsuallarla həyata keçirilməlidir?
    Təbii ki, sərhəd dirəklərinin qəflətən çıxarılıb yandı-rılması ilə dünya "birləşmiş qatlar qanunu" prinsipi ilə idarə oluna bilməz, əksinə, bu cür primitiv üsullar xaosa, hərc-mərcliyə gətirib çıxara bilər.
    Bəs nədən başlamalı? İlk növbədə (güclü) ictimai beynəlxalq təşkilat (və ya təşkilatlar) yaranmalıdır. Təxminən, Birləşmiş Millətlər Təşkilatını, ATƏT quru-munu xatırladan həmin hüquqi institut mövcud döv-lətlər üzərində nəzarət şəbəkəsi yaratmalı, özünüidarə formalarının təşəkkül və iştirakına diqqət yetirməlidir (yeri gəlmişkən, insanların bir-birinə yaxınlaşmasına mane olan süni baryerlər təbii sədlərdən daha çoxdur; əslində, dünyanın parçalanmasında adi adamlar yox, daha çox siyasi xadimlər maraqlıdır ki, bu da onların hakimiyyət ehtirası, şəxsi ambisiyası ilə bağlı olur).
    Çağdaş dünyada ayrı-ayrı məmləkətlərin bir-birinə münasibəti cığal uşaqların, yaxşı halda isə acgöz adamların düşüncəsiz hərəkətlərinə bənzəyir: hərə öz mənafeyini, öz xeyrini, öz marağını güdür. Bu hərəkət nə dərəcədə rasional hesab oluna bilər? Əgər iki (və daha çox) dövlət bir-birini didib-parçalamağa hazırdır-sa, bir məmləkətin pəncəsi digər bir məmləkətin "cay-nağına" uzanırsa, hansı "sivilizasiyadan", hansı gü-zəştlərdən söhbət gedə bilər?
    Bütün müqəddəs kitabların və əxlaqi konsepsiyala-rın əsasında insanların qardaşlığı, hər kəsin Tanrı qar-şısında bərabər imtiyazlara malik olması prinsipi vur-ğulanırsa, az qala konstitusiya qanunları səviyyəsində aparılan ayrı-seçkiliyin, müxtəlif parametrlər üzrə hə-yata keçirilən "parçalanmaların", "bölünmələrin" nü-vəsini nə təşkil edir? Kimdir, nədir insan övladlarını üz-üzə, göz-gözə, qarşı-qarşıya qoyan? Bizcə, hər şeydən əvvəl, ayrı-ayrı hakimlərin hakimiyyət hərisli-yi, qrup mənafeyi, tayfa marağı.
    Bu gün dünyanın taleyini, sirr deyildir ki, həm də böyük dövlətlər, həmin dövlətlərin başçıları və həmin başçıların siyasəti müəyən edir. Əgər dünyanın hərbi potensialı daha çox Amerika və Rusiyada, intellektual potensialı Almaniya və Yaponiyada, fiziki potensialı Çin və Hindistanda, maliyyə potensialı İsveçrədə cəmləşibsə, "sərhədsiz dünya" nəzəriyyəsinin hansı perspektiv və imkanlarından, hansı konkret elmi da-yaqlarından söhbət gedə bilər? Başqa sözlə, "sərhəd-sizləşmə" haradan başlanmalıdır: "güclü", yoxsa "zəif" regionlardan?
    Artıq dünyada dünyanın hesablaşmağa məcbur ol-duğu sivil sistem, "Avropa Birliyi ölkələri" mövcud-dur. Bu, istər-istəməz əhatəli iqtisadi birliyə (inteqrasi-yaya) dəlalət edir. NATO (hərbi birlik) öz sərhədlərini genişləndirməklə məşğuldur. ATƏT öz beynəlxalq sülh missiyasını yerinə yetirir. Digər beynəlxalq təşki-latların rolu da get-gedə artmaqdadır. Humanitar sahə-lərdə isə artıq müəyyən mənada "sərhədsizləşmə" pro-sesi getməkdədir. Bəc siyasi sahədə? Çox təəssüflər ki, siyasətçilərin əksəriyyəti hələlik öz missiyalarını "beynəlxalq təşkilatlara" etibar etmək haqqındakı fik-ri, niyyəti heç yaxına buraxmaq belə istəmirlər.
    Bəzən şəxsi hakimiyyət ehtirası bütün bəşəri dəyər-ləri üstələyir. Tarixin təcrübəsi göstərir ki, bir çox ha-kimiyyət hərisləri öz şəxsi istəklərinin həyata keçməsi üçün nəinki müəyyən qrupun, hətta, bütöv xalqın (bəl-kə də bəşəriyyətin) bəlalara düçar edilməsinə razı olurlar.
    "Dünya damı" elə qurulub ki, orada hər xalqın, hər millətin, hətta, hər fərdin öz yeri var; bu "canlı kərpic-lərin" sökülməsi nəticəsində bəzən bütöv insanlar qru-punun, xalqların adı "qırmızı kitab"a, düşür. Bu, bü-tün insanlığın, bütün insanların adına qara ləkədir. Nə-hayət, bəşər öz qara əməllərindən əl çəkəcəkmi?
    Mənsub olduğu xalqın, millətin, dövlətin suverenli-yini, azadlığını, müstəqilliyini arzulamaq hər bir nor-mal şəxsin normal istəyidir. Öz ölkəsini başqa (məsə-lən, daha güclü) dövlətə ilhaq etmək istəyi, təbii ki, anormal hal hesab olunmalıdır. Belə olan halda təbii sual meydana çıxır: elə isə "sərhədsiz dünya" nəzəriy-yəsi növbəti avantüra deyil ki?
    Müəllifin qənaəti qətidir: yox! Bu nə xülya, nə avantüra, nə də idilliyadır! Artıq deyildiyi kimi, "sər-hədsiz dünya" nə vaxtsa reallaşacağı zahirən utopik təcir bağışlayan, lakin mahiyyətcə praqmatik nəzəriy-yədir. Bu nəzəriyyənin maddiləşməsi bəşəriyyəti mi-nillik müharibələrdən, aclıq və səfalətdən xilas edə bi-lər. Bir az bayağı və ya gurultulu səslənsə də, həqiqət belədir: dünyanı dünyanın sərhədsizləşməyi xilas edə bilər.
    Yenə sual meydana çıxır: əgər sərhədlər götürülür-sə, deməli, dövlətlər də ləğv olunur? Bəli! Dövlətlər (bizim anladığımız klassik mənada) bir cəbr aparatı ki-mi tədricən ləğv olunur, dövlətləri idarə edən mobil, mütəhərrik qurumlar yaradılır (bu barədə bir qədər sonra).
    Dünya- yəni bütün insan cəmiyyəti, vahid qanun-verici və icraedici orqanların fəaliyyəti ilə tənzimlənir (artıq burada dünya vahid dövlət müstəvisi kimi başa düşülür). Yenə sual çıxır: bu, yeni totalitar, qorxunc bir rejimin yaranmasından xəbər vermirmi? Vahid dünya, vahid dövlət, vahid rejim, vahid idarə və vahid icra mexanizmi... Bütün bunlar sərsəm adamın yuxu-larına bənzəmir ki? Xeyr! Bütün bunlar o zaman qor-xunc və qorxulu ola bilər ki, hakimiyyətin bütün rı-çaqları (sükanı) bir adamın əlində cəmləşsin. Əgər söhbət hakimiyyətin bölünmə prinsiplərindən gedirsə, sivilizasiyalı inteqrasiyavdan gedirsə, hansı təhlükə və qorxunu ön plana çəkmək olar?
    Beləliklə, icra mexanizmi Beynəlxalq İdarə Siste-minin (BİS) yüksək liqanın, ali şuranın səlahiyətində olur (əlbəttə, necə ifadə olunmasından asılı olmayaraq bu adlar şərtidir, söhbət hakimiyyətin necə bölüşdü-rülməsindən gedir). İlkin mərhələdə milli parlamentlər qalır. Lakin milli parlamentlərin yeni əsasda təşkili ilə yanaşı beynəlxalq parlamentin formalaşması istiqa-mətində də ciddi iş aparılır. Beynəlxalq parlamentin yaranması zərurətdən irəli gəlir. (Biz bu barədə yenə söhbət açacağıq). Zaman keçdikcə özünüidarəetmə formaları təkmilləşir. Ümumiyyətlə, ərazi idarəetmə qaydaları uzun müddət yaşayır. Çünki qəfil "dövlət-sizləşmə" yeni, saxta bir "kommunizmin" (əslində isə, ya ifrat totalitarizin, ya da xaosun) yaranmasına səbəb ola bilər.































    9.
    Əminəm ki, çox yaxın gələcəkdə azadlığı tam zərurət kimi qəbul edən övladlarımız daha demokratik, daha sivil idarə formaları işləyib hazırlayacaq, ideyalara həyat nəfəsi verəcək, gerçəkliyə çevirəcəklər. Bəşər si-vilizasiyasının böyük nümayəndələri - Platon, Avqus-tin, Nizami, Tomas Mor, Şarl Furye, Robert Ouen öz əsərlərində gələcək azad cəmiyyət haqqında qiymətli mülahizələr söyləmişlər (mən qətiyyən özümü həmin nəhəng fikir adamları ilə müqayisə etmək iddiasında deyiləm). Bir çox hallarda "utopik" adlandırılan əsər-lərdən bəzilərinin adını xatırlatmaqla yaddaşınızı təzə-ləmək istərdim. Platonun "Dövlət", Nizaminin "İsgən-dərnamə", Kampanellanın "Günəş şəhəri", Tomas Mo-run "Utopiya adası", Kabenin "İkariyaya səyahət", Bellaminin "Geriyə baxış", Morrisin "Heç yerdən xə-bərlər" və bir çox digər klassik nümunələr bu günün özündə belə "utopik" adlandırılsalar da, gələcək haq-qında real və realist proqnozlarla zəngindir. XX əsrin əvvəllərində yaşamış alman sosioloqu Karl Manqey-ma "İdeologiya və utopiya" adlı kitabında haqlı olaraq yazırdı ki, bu günün utopiyası sabahın gerçəkliyinə çevrilə bilər. Bu fikrə Lamartinin dediklərini də əlavə etmək olar: "Bəzən utopik hesab edilənlər vaxtından əvvəl göstərilən həqiqətdir...". Yeri gəlmişkən, Şərqdə XIX-XX əsrlərdə insanları "dünya birliyinə" çağıran bəhailərin fikirlərini də (bir qədər dini-mistik xarakter daşısa da) yada salmaq yerinə düşərdi. XX əsrin bö-yük filosofu Popperin "açıq cəmiyyət" haqqındakı dü-şüncələri isə bu gün də diqqət mərkəzindədir.
    Hər halda mən özümü utopistdən daha çox, praq-matik hesab edirəm. Tarixin təcrübəsi sosial xüsusiy-yətlərin genetik dominantlar fövqündə durduğunu sü-buta yetirirsə, biz hansı əsasla bir xalqı digərinə, bir ir-qi başqasına qarşı qoymalıyıq. Bəzi düşüncəsiz, pri-mitiv təfəkkürlü sosioloqlar bəzi millətlərin daha çox "böyük adam" (dahi) yetişdirdiyini "sübut" edirlər. Bu, absurd arqumentdir. Dahini xalq yox, mühit, şəra-it, ən nəhayət, onun istedad və zəhməti yetişdirir.
    ...XX əsr tarixə həm də millətçilik, irqçilik əsri kimi daxil olur. Çox təəssüflər! Faşizmin bəşəriyyətə vur-duğu zərbənin hələ ağrı-acısı getməyib. Əsrin əvvəllə-rindən başlayan lokal müharibələrin sonu görünməyir. Rus-çeçen savaşı ötən əsrin əvvəllərindən başlayıb, hələ də davam edir.
    Təkcə XX yüzillikdə Yer üzündəki dövlətlərin 500-dən çox "başçısı" (şah və kral, prezident və baş katib) devrilib və ya qətlə yetirilib. Hakimiyyət uğrunda ge-dən "müharibələrdə" bəzən övlad atanı, qardaş qarda-şı qətlə yetirib. Bu cür misalların sayını istənilən qədər artırmaq olar. Amma hesablayanda, dəqiq riyazi rə-qəmlərə istinadən nəticə çıxarmaq mümkündür ki, müharibələrə çəkilən xərclər dinc quruculuq işlərinə çəkilərsə, bəşəriyyət - bundan çox şey uda bilər.
    XX əsrin sonunda dünyanı titrədən müharibələr isə, nə qədər qəribə səslənsə də, daha çox biznes, kom-mersiya səciyyəsi daşıyır. Böyük dövlətlər kiçik döv-lətlərə həm silah satır, həm də həmin ölkələrdə "sülhü bərpa edir", "sakitlik yaradır". Bir əlin dağıtdığı, vira-nəyə çevirdiyi kəndləri, şəhərləri digəl əl kredit (borc) götürülən pulların hesabına yenidən tikir, "qaydaya salır". Biznes hərbləri və ya hərb biznesləri böyük dövlətlərə böyük sərvət, kiçik xalqlara isə böyük faciə gətirir.
    Dünyada yaxşı və pis, qoçaq və qorxaq, istedadlı və küt, gözəl və çirkin, güclü və zəif, tənbəl və işgüzar, zərif və kobud... xalqlar yoxdur. Sadəcə olaraq, möv-cud xalqların içində saydığımız keyfiyyətlərə malik insanlar olur. Çox zaman tərbiyə və vərdişlər, bəzən isə təbii mühit və fərdi genetik amillər adamların "müsbət" və ya "mənfi" qütblərə bölünməsində müəy-yən rol oynayır.
    Ona görə də "sərhədsiz dünya" bəşəri- mənəvi də-yərlərin geniş yayılmasında müstəsna rol oynaya bi-lər, "birləşmiş qablar qanunu" fizika elminin "təcir dairəsindən" çıxıb sosial-siyasi əxlaqi prinsiplərə nü-fuz edə bilər. "Birləşmiş qablar qanununun" cəmiyyə-tə tətbiqi deyərkən nəyi nəzərdə tuturuq? Biz ilk növ-bədə bir həqiqəti xatırladaq: planetimizdəki qitələr (kontinentlər) bir-biri ilə canlı təmasda olan "birləşmiş qablar"ı xatırladır. Bəs nə üçün mövcud maddi-mənə-vi nemətlər bu "qablar"da bərabər miqdarda paylan-masın?
    Bu gün dünya sivilizasiyasının qarşılıqlı əlaqələrinin mövcudluğuna və yayılmasına mane olan çoxlu amil-lər var. İnsan "kosmik" varlıq olduğu üçün o, bəşəri dəyər və planetar əlaqələrdən, kommunikativ rabitə və informativ kanallardan təcrid ediləndə natamam təhsil, tərbiyə komponentləri ilə yüklənir, dayaz təfək-kür və təsəvvürlərlə yaşayır, hadisələrə gec reaksiya verir. Ətrafda baş verən prosesləri düzgün qavraıb qiymətləndirə bilmir. "Natamamlıq komplekslərinin" qorxulu nəticələri öz "ağacını" bəşəriyyətin öz başında sındırır. Yəqin ki, beyni yarımçıq, natamam "informa-siya kodları" ilə yüklənən Stalin, Tito, Hitler, Mao, Səddam kimi fenomenlərin qismən sivilizasiyalı dövr-də - XX əsrdə meydana gəlməsi özlüyündə parodok-sal hal kimi qiymətləndirilə bilər. Amma unutmaq ol-maz ki, bu həm də mövcud quruluş və mühitin "qanu-nauyğunluğu" ilə bağlıdır; bəşəri dəyərlərdən, "kosmik rabtədən" aralı düşmüş (və ya təcrid olunmuş) bu və ya digər bu cür şəxsiyyətlərin gələcəkdə də zühur et-məyəcəyinə heç kəs təminat, zəmanət (qarant) verə bilməz; yalnız sərhədsiz dünyanın Böyük əxlaqı, əxla-qi prinsipləri bəşəriyyəti gələcəyin qorxunc, total, dəhşətli olaylarından hifz edib yaşada bilər.
    Yeri gəlmişkən, vaxtilə "burjua" təlimi kimi kəskin hücumlara məruz qalan konvergensiya nəzəriyyəsi (la-tınca “convergo”- yaxınlaşma deməkdir) iki mövcud sistemin - sosializm və kapitalzm cəmiyyətlərinin get-gedə "birləşməyə" meyl edəcəyini istisna etmirdi. So-vet sosioloqları isə ABŞ filosofu Sorokin və Holbrey-ti, fransız alimi Perrunu, alman nəzəriyyəçisi Flext-heymi "bədnam" ideyalarına görə "sərsəm" adlandırır, hər cür "birləşməni" ağılsızlıq hesab edir, heç bir ras-konal fikri yaxına belə buraxmaq niyyətində bulun-murdular.
    Bəzən yeni yaranmağa başlayan gözəl ideyalar belə qəzəbli, sadis fikir cəlladlarının "bıçağı" - qələmi altın-da beşikdə ikən qətlə yetirilir, pərvəriş tapa bilmir... Əlbəttə, söhbət xəstə yox, sağlam ideyadan gedir.


















    10.
    İctimai-siyasi və ya fəlsəfi arenada yeni söz, orijinal mülahizə (mühakimə) söyləmək arzusu ilə yaşayanlar çox olsa da, hər "yeni fikir" çox zaman "hər yaxşı köhnə dəb - təzədir" prinsipindən irəli gedə bilmir. Bundan başqa, yalnız orijinal görünmək xatirinə "ori-jinallıq" etmək, müştəbehlikdən başqa bir şey deyildir. Çox təəssüf ki, başqa sahələrdə olduğu kimi, elmi-fəl-səfi, ictimai-siyasi sahədə də bu cür əllaməçilərin, müştəbehlərin sayı kifayət qədər olmuşdur və bu gün kifayət qədərdir. Dünyaya, tarixə "millətçi" və "şovi-nist" ideyalarla yanaşı, "beynəlmiləlçi" və "bəşəri" ideyalar təlqin və təbliğ edən çoxlu sayda kiçik və bö-yük ideoloqların adı məlumdur. Biz onların heç biri-nin adının üstündən xətt çəkmək niyyətində deyilik, yalnız bir daha xatırlatmağı vacib bilirik ki, dünyanı nə xəstə şovinist-millətçi, nə də yayğın kosmopolist - beynəlmiləlçi ideyalar xilas edə bilər. Çünki hər iki hal ifrat-radikal elementlərlə zəngindir.
    Fikrimizə illüstrasiya üçün deyim ki, artıq bizə qə-dər kosmopolitlər (kosmopolit yunanca "dünya vətən-daşı" deməkdir) "dünyanın birləşdirilməsi" problemi ilə məşğul olmuşlar. Hələ qədim Yunanıstanın böyük mütəfəkkirləri - Diogen Laerti, Plutarx, orta əsr intiba-hının nümayəndələri Dante və Kampanella, alman fi-losofları Lessipq, Fixte, Höte, Şiller və bir çox başqa-ları mücərrəd-humanist bir ideal kimi kosmopolitizm ideyalarını təqdir və təbliğ etmişlər. Epiktet yazırdı ki, Sokrat ilk kosmopolitlərdəndir və bu terminin yaradı-cısıdır. O deyirdi: "Mən afinalı və ya korinfyalı deyil, kosmopolitəm".
    Kosmopolitlər dövlət suverenliyi ilə yanaşı, milli su-verenliyi də inkar edir, "dünya vətəndaşı" anlpayışını ön plana çəkməklə bəzən dünyanın nizamını zorakı aksiyalarla bağlamağa çalışırdılar.
    Biz isə "dünya vətəndaşı" anlayışını qəbul etsək də, milli suverenliyin üstündən xətt çəkmək niyyətində de-yilik. Biz habelə Makedoniyalı İsgəndərin qurmaq is-tədiyi "vahid dünyanın" - zorakılıq, hərb, qırğın yolu ilə araya gələn "sərhədsiz dünyanın" tərəfdarı kimi çı-xış etmirik. Biz kosmopoitlərdən fərqli olaraq, "sər-hədsiz dünyanın" avtomatik və ya utopik xülyalarla yaranıb tənzim və idarə olunmasını təsbit etmirik. Tə-bii ki, biz dünyanın bir şəxs (və ya bir qrup "politi-kan") tərəfindən idarə olunmasının da tam əleyhinə-yik. Çünki tarixin dərslərindən yaxşı məlumdur ki, bəzən çoxlu insanlar qrupu (kütlə) bir nəfər avantüris-tin təsiri altında ağlasığmaz cinayətlərin iştirakçısına və icraçısına, ən yaxşı halda, tamaşaçısına çevrilə bi-lər.
    Tarixdə buna aid misallar çoxdur; zira kütləvi psixoz nəticəsində bir qrup insanı (kütləni) idarə etmək bir nəfər normal adamı idarə etməkdən daha asandır. Bəzən bütöv bir xalq nevroz vəziyyətinə, dəli səviyyə-sinə gətirilir və bu cür sosial xəstəliyin fonunda ağıllı adam daha anormal təsir bağışlayır.
    Xalqın kütləvi fizioloji xəstəliyə mübtəla olması ağ-rılı fakt olsa da, buna dözmək mümkündür, çünki bu cür xəstəliyin lazımi dərman və preparatlar vasitəsilə müalicə etmək mümkündür.
    Daha böyük fəlakət xalqın (kütlənin) sosial xəstəli-yə mübtəla olunmasındadır; bu cür xəstəliyin qorxunc nəticələrini aradan götürmək üçün illər, onillər bəs et-mir. Bu cür xəstəliklər insanların sosial genlərini, sosi-al kodlarını, sosial hüceyrələrini sıradan çıxarır. Sosial xəstəliklərin müalicəsi digər xəstəliklərdən daha çətin-dir. Təkcə stalinizmin və hitlerizmin bəşəriyyətə gətir-diyi bəlanı yada salmaq kifayətdir.
    (Əlbəttə, dünyaya ağalıq etmək istəyində bulunan fərdlər tarixən də olub, indi də az deyildir. Adamlara, necə olursa-olsun, "başçılıq" etmək istəyinin özündə sadizm elementləri də yox deyildir. Bunu "sosial sa-dizm" adlandırmaq daha doğru olardı. Söz yox ki, "başçılıq" arzusunun üzə çıxmasında "siyasət - əxlaq-sızlıqdır" prinsipinin əldə və dildə bayraq edilməsi də az rol oynamır...
    (...Əlqərəz, hərdən mənə elə gəlir ki, bizim yaşadığı-mız dünya hansısa görünməz rəssamın yarımçıq eski-zidir. həm də bu "yarımçıq portreti" (eskizi) heç bir fövqəltəbii rəssam yox, məhz insanın özü çəkib başa çatdıracaq...
    (...Və dünyanın "bütövlüyünü" təmin etmək üçün bütün insanlara ilk növbədə, öz dediklərinə - öz iç dünyalarına nəzər salıb özlərini təhlil etmək vərdişini aşılamaq lazımdır...
    (..Özünütəhlil və özünütərbiyə hər şeyi olmasa da, çox şeyi həll edir; itə "tərbiyə" verib cəmiyyətiçinə çı-xarmaq olur, tərbiyəsiz adamı isə itlərin "cəmiyyətinə" də çıxarmaq olmaz...)
    Biz onu da dərk edirik ki, "sərhədsiz dünya" haq-qında söylənilən mülahizələr çoxlarının (ya bəziləri-nin) nəzərində yeni total bir qurum yaratmaq ideyası kimi transformasiya oluna bilər. Bu bu kökündən yanlış təsəvvürdür. Biz daha çox fiziki sərhədlərin aradan götürülməsinin tərəfdarıyıq, digər tərəfdən, milli-mədəni muxtariyyətin mövcudluğu hələ uzun müddət qalacaq. Hərçənd ki, Böyük Dünyanın Böyük Mədəniyyəti onsuz da heç bir sərhəd tanımır. Yəni əsl, böyük, bəşəri mədəniyyət nümunələri onsuz da "sərhədsiz dünyaya" məxsusdur və ya dünyanı "sər-hədsizləşdirib".
    Mədəniyyət haqqında deyilən fikirlər, eləcə də din-lərə və dillərə, adət və ənənələrə aiddir. Əcəba, kimin hansı dinə tapınması, hansı dildə danışması nə vaxt-dan böyük təbərrükə və ya yasağa çevrilib? Necə de-yərlər, din - inancın, dil - fikrin qabığı olduğu üçün Yer üzündə böyük və kiçik din, yaxşı və pis dil yox-dur. Uzaqbaşı qədim və cavan din, söz tərkibi (leksik cəhəti) etibarilə zəngin və yığcam dil ola bilər.



























    11.
    İndiyə qədər irəli sürülən müddəalardan sezməmək mümkün deyildir ki, bizim "sərhədsiz dünya" haqqın-da söylədiyimiz mülahizələrdə konkret arqumentlər-dən daha çox, irəli sürülən ideyanın ümumi konturla-rının cızılmasına diqqət yetirilir. Söhbət nəhəng bir prosesin idarə olunmasının detallarından, vintcik və düyməciklərindən getdiyi zaman birbaşa "hə" və ya "yox" hökmləri ilə danışmaq qeyri-mümkündür.
    Bizə elə gəlir ki, dünyanın nizamı fatal, fövqəlbəşər proseslərdən asılı deyildir. Cəmiyyətin inkişafının öz qanun və qanunauyğunluqları mövcuddur. Deməli, qlobal olmasa da, lokal hadisələrin çoxu insanın, in-san qrupunun, dövlətin, xülasə, cəmiyyətin nəzarəti altında inkişaf edə bilər. Yalnız məlum dövlətlərarası maraqların yaşarılığı və bir çox dövlət rəhbərlərinin şəxsi ambisiyaları aradan götürülərsə, mövcud super-dövlətlər qarşılıqlı güzəştli adıımlar ataraq bir-birinə əl uzadarlarsa heç olmazsa ilkin mərhələdə lokal prob-lemlərin dinc yolla nizamlanması tamamilə real pozi-tiv nüanslarla şərtlənə bilər.
    Bəs nə mane olur dövlətlərin bir-birinə qarşı güzəştli addım atmasına?
    Dövlətlər də adamlar kimidir; söhbət xalqlardan yox, mövcud sistemlərdən gedir.
    Bəzən adamlar özlərinin yaratdıqları sistemin giro-vuna çevrilirlər. Sistem tilsimli, qorxunc bir əjdahaya çevrilib öz yaradıcılarının başını yeyir, quruluş vətən-daşlarının üçün amansız təpəgözə (siklona) çevrilir. Yalnız demokratik prinsiplərə və bəşəri dəyərlərə söy-kənən cəmiyyət, quruluş və vətəndaşlarının yumruq altında əzilməsinə yox, onların hüquq və azadlıqları-nın qorunmasına xidmət edə bilər.
    Yeri gəlmişkən, xatırladaq ki, təbitəin bir parçası, onun (təbiətin) övladı hesab olunan, insanın təbiətdə oynadığı rol və tutduğu mövqe elm tərəfindən hələ tam dəqiqliyi ilə müəyynələşdirilməyib. Məlumdur ki, bütün canlıların təbiətdə öz funksiyası, öz vəzifəsi vardır. Yeri "şumlayan" qarışqadan tutmuş meşə "sa-nitarı" sayılan çaqqal və canavarlara qədər hər bir vəhşinin konrket rolu təbitəin özü tərəfindən irəlicə-dən müəyyənləşdirilib. Bəs bu canlılar səltənətində in-sanın vəzifəsi nədən ibarətdir? Təbiəti dağıtmaq, digər canlıları məhv etmək? Bəlkə öz insan nəslinin kökünü kəsmək? Axı, nədir insanın əzəli və əbədi vəzifəsi? Öldürmək? Parçalamaq? Didib-dağıtmaq?..
    Etiraz edib deyə bilərlər ki, insan təkcə uçurmur, həm də qurub-yaradır. Elə isə gəlin bir anlığa düşü-nək: nəyisə yaradan insan nəyisə məhv etməkdən ötü-şə bilirmi? İnsan kanal çəkirsə çayın, bina tikirsə me-şənin, neft çıxarırsa torpağın "evini yıxır". Sanki cə-miyyətdə yeri qismən məlum olan insanın təbiətdəki yeri qeyri-müəyyədir. Bütün bu və digər tərəddüd və təəccüb doğuran suallar açıq qalsa da, fakt faktlığın-da qalmaqdadır: təbiətdən təcrid olunmuş insan, yax-şı-pis öz cəmiyətini yaradıb və özünün düzüb-qoşduğu qanunlarla yaşayır. Nə yazıqlar ki, insanın yaratdığı dövlət quruluşu heç də kamillik nümunəsinə çevrilə bilməyib. Hərçənd ki, bu yolda (kamillik yolunda) cid-di-cəhdlə irəliləyən, öz naqisliyini islah etməyə səy göstərən qurumlar da yox deyildir.
    Mənim gəldiyim qənaət belədir: hər hansı bir dövlət hər hansı bir insan kimi izolədə yaşaya bilməz; döv-lətlərin bir-biri ilə kosmik əlaqəsi, təbii-tarixi bağları mövcuddur; bu bağların süni şəkildə qırılması katos-trofa gətirib çıxara bilər. Bu mənada, qorxulu dövlət (sistem)- siyasi qalaktikadan təcrid olunmuş dövlətdir. Bu cür dövlətlərdə vətəndaş öz mənsub olduğu ölkəni nəinki sevir, hətta ona nifrət, kin bəsləyir. Anormal sistemdə dövlət öz vətəndaşı (övladı) üçün isti ana qu-cağına yox, kinli analığın (ögey ananın) təpiyinə çev-rilir. Məhz bu cür total cəmiyyətdə vətəndaş üçün Və-tən cənnətə yox, cəhənnəmə dönür. Adamlar bu cə-hənnəmin odundan tezliklə xilas olmağa çalışırlar. Xi-las yolu, adətən, ya mühacirət, ya da intihar olur.
    (İnsanlar təkcə fiziki yox, çox vaxt mənəvi intihar-lara da məruz qalır; necə deyərlər, insanda sonuncu olaraq ümid ölür. Ümidi, arzusu, istəyi məhv edilmiş insanın mənəvi ölümü fiziki ölümünü qabaqlayır. Bəzən ayrı-ayrı fərdlər deyil, bütöv bir dövlətin vətən-daşları mənəvi intihara məruz qalır.
    (...və ümumən götürdükdə bütün millətlər katarsis-dən keçməyə məhkum olunmuşlar.
    (...xalqlar da adamlar kimi doğulur, böyüyür... və bəzən də ölür.
    (...dünyada gömülən və yeni yaranan sivilizasiyalar da mövcuddur).
    Təbiət özü-özünü realizə etməyə məcburdur. Paro-doksal haldır ki, bu cür klassik realizə insan cəmiyyə-tinə yaddır. Biz nə siyasi, nə mənəvi, nə də demoqra-fik anlayışlar baxımından öz fəaliyyətimizi tam nəza-rətdə saxlaya, proqramlaşdıra bilmirik. Tarix saysız-hesabsız faciəvi - disharmonik olayların şahidi olmuş və yenə də şahididir. Yalnız dövlətlərin, xalqların qar-şılıqlı əlaqə və nüfuzu, "birləşmiş qablar qanununa" tabe olması bütöv bəşəriyyəti düçar olduğu ağır və yüngül bəlalardan dartıb çıxara bilər.
    Əlbəttə, bu gün - XX əsrin sonunda XXI əsrin ləpə-döyənində beyni millətçilik ideyaları ilə yüklənmiş (biz "zəhərlənmiş" demirik, çünki bu, təhqiramiz səs-lənə bilər; digər tərəfdən, bir çox millətlərin bu gün ta-rix səhnəsində qalmasında nə vaxtsa ortaya atılmış "millətçilik" şüarlarının və millətçi rəhbərlərin rolunu inkar etmək olmaz; yəni tarixin bir çox faciəvi situasi-yalarında milləti məhz millətçilik xilas etmişdir) adamlara "sərhədsiz dünya" haqqında "dərs demək" bəlkə də arqumentsiz təsir bağışlaya bilər. Amma tari-xə az-çox bələd və normal düşüncəyə malik olan adamlar özləri üçün nəticə çıxara bilər və bu nəticə belə bir sualın cavabını aramaqla açıqlanar: DÜN-YANIN (söhbət ayrı-ayrı xalq, dövlət, millət və s. haqda getmir, söhbət dünyanın, bəşəriyyətin taleyin-dən gedir) MÜTLƏQ XİLAS YOLU ONUN SƏR-HƏDSİZLƏŞMƏSİNDƏ DEYİLSƏ BƏS NƏDƏDİR?





















    12.
    Söz yox ki, xalqların, millətlərin, dövlətlərin qarşılıqlı əlaqə və əməkdaşlığı çox gözəl, çox məqbul, çox də-yərli hadisə kimi qiymətləndirilməlidir. Fəqət, bu qar-şılıqlı əlaqələr hər zaman öz müsbət bəhrəsini verir-mi? Dövlətlər hər zaman bir-biri ilə ümumi dil tapa bi-lirmi, bir-birini anlayırmı, heç olmazsa anlamağa çalı-şırmı? "Böyük" dövlətlər "kiçik" dövlətlərin mənafe-yini nəzərə alırmı? Təbiətdə olduğu kimi, cəmiyyətdə də azmanlar cırtdanların qəniminə çevrilirmi?
    Suallar çoxdur.
    Fəqət, həmin sualların özünü şübhə altına alan kont-rsuallar da yox deyildir; belə ki, opponentlər haqlı olaraq soruşa bilərlər: əcəba, müstəmləkə və yarım-müstəmləkə şəraitində yaşayan millətlərin və xalqların öz suverenliyini tələb etdiyi bir zamanda siz hansı "birləşmədən" danışırsınız? Dünya xəritəsində sərhəd cizgilərinin, planetimizin sinəsində sərhəd dirəklərinin artdığı bir zamanda siz hansı "sərhədəsizləşmədən" dəm vurursunuz? və s. və i. a. Doğru, arqumentli, də-yərli suallardır.
    Elə isə tərəfimizdən soruşulur: siz "suverenlik" arzu-layan dövlətlərin zahirən təbii görünən istəyinin arxa-sında çox vaxt hansı siyasi məqsədlərin dayandığının fərqinə varırsınızmı? Siz hansı dövlətin hansı dövlət-dən ayrılıb yenə də hansı bir üçüncü dövlətə "pənah" apardığının səbəb və nəticəsini, son məqsədini, yaxın və uzaq perspektivlərini dərk edib qiymətləndirə bilir-sinizmi? Əgər diqqət yetirsəniz görərsiniz ki, kiçik dövlətlər daha çox böyük dövlətlərlə birləşməyə, qo-vuşmağa can atırlar. Onsuz da dövlətlərin mütəmadi təbii inteqrasiyası gedir; etnik, milli toqquşmalara bax-mayaraq, bir tərəfdə sıxlaşan sərhəd dirəkləri başqa tərəfdə seyrəlir. Yəni dünya onsuz da "sərhədsizləş-məkdədir", "sərhədsizləşməlidir", başqa yol yoxdur. Bəs bu proses necə sürətlənməli, bəşəriyyət bu yoldan necə xatasız, bəlasız, qan-qadasız ötüşməlidir? Necə deyərlər, bax, sual budur, bu!
    "Suverenlik" sözünü dırnaq arasında görüb qeyzlə-nən patriot qardaşıma üz tutub demək istəyirəm: bir qədər səbrli ol! And olsun Tanrıya, mən heç bir kəsin və heç bir xalqın suverenlik arzusuna istehza etmək niyyətində deyiləm. Öz xalqımı və millətimi isə ürək-dən, lap ürəkdən sevirəm. Hər bir normal adam öz xalqının patriotu olmalı öz vətəninin təəssübünü çək-məlidir. Lakin mən hər cür saxta patriotları
    pisləyir, "vətənpərvərlikdən" şəxsi ambisiyaları üçün istifadə edənləri qəbul etmirəm. L.Tolstoy demiş: "və-tənpərvərlik əclafların son sığınacaq yeridir".
    Bu sətirlərin qələmə alındığı anlarda xalqımız haq-qında bədgümanlıqla, pessimist hisslərlə düşünən soy-daşlarımızın çoxundan fərqli olaraq, mən öz zəhmət-keş, namuslu, təmkinli, mərd xalqımın gələcəyinə nik-binliklə baxıram; onun tarixi həmişə qələbə və məğlu-biyyətlərlə müşayiət olunub. Burada, yəni onun geri çəkilmələrində isə heç bir qəbahət yoxdur. Yer üzün-də həmişə uğur qazanan, həmişə qalib çıxan bir xalq varmı? Varsa adını çəkin, ünvanını göstərin! Mənə elə gəlir ki, ümumiyyətlə, məğlub və qalib xalqlar olmur: məğlub və qalib siyasət, ağıllı və ağılsız siyasətçilər olur.
    ...Və bu mənada təkcə hər hansı bir şəxsiyyətin və dövlətin mütləq suverenliyindən söhbət açmaq ab-surddur.
    Absalyut (mütləq) azad (suveren) fərd və dövlət yox-dur və ola da bilməz. Hər halda söhbət Yer kürəsinə səpələnmiş insanların və xalqların indiki durumundan gedir. Yalnız insanların (və xalqların) bir-biri ilə qarşı-lıqlı təması, onların əsl qardaşlığı sayəsində "suveren-lik" yarana bilər. Yalnız bu cür harmoniya, nizam nə-ticəsində dünya öz bütövlüyünə, öz tamlığına, öz il-kinliyinə, öz əzəliliyinə qayıda bilər. Yalnız dünya "bütövləşəndən" sonra insanların əsl azadlığından söhbət gedə bilər.
    Bunu sizə - gerçəkliyə və reallığa daha çox inanan, özünü peyğəmbərlikdən (əğstəfürrüllah!) uzaq hesab edən, bəlağətli və bayağı söhbətləri sevməyi bir insan övladı deyir. Bəli, Yer kürəsi, dünya bütövləşməlidir (bu yerdə rəhmətlik Qalileyin məlum hökmü yada dü-şür: "Bəli, Yer fırlanır!").


























    13.
    Bu gün yuxu, xəyal, əfsanə, utopiya... kimi görünə bi-lən ideyanın sabah reallığa çevriləcəyinə tam əmniy-yət duymaq gərəkdir. "Dünyanın vəhdəti" (təkcə fəl-səfi kateqoriya anlamında yox!) zamanın, dövrün zə-rurətindən irəli gələn problemdir. Dünya "böyük" və "kiçik" xalqlar, "zəif" və "güclü" hökmdarlar arasında deyil, bütün xalqlar və bütün insanlar arasında (heç olmazsa nisbi mənada) bərabər qaydada "bölünməli", "bölüşdürülməlidir". Dünyanın "yenidən bölüşdürül-məsi" (əslində isə yenidən birləşdirilməsi) haqqında irəli sürülən bu ideya bizə elə gəlir ki, hər cür "bur-jua", "millətçi", "kommunist" və s. ideologiyalarının fövqündədir.
    Yeri gəlmişkən, dünyanın "birləşdirilməsi" ideyasın-dan danışılarkən, bir daha qeyd edirəm ki, bu birləş-mənin arxasında hansısa bir dövlətin (xalqın, millətin) hegemonçuluğu, dünya ağalığı nəzərdə tutulmur. Ək-sinə, bu birliyin əsasında indi dünyada mövcud olan bütün xalqların tam və mütləq bərabərliyinin qarantı dayanmalıdır. Məsələn, deyək ki, "dünya birliyi" və ya "dünya vətəndaşı" ideyası abstrakt bir anlayış kimi qəbul edilməməlidir. Və "dünya birliyinə", tutaq ki, Rusiya dövləti (daha doğrusu, rus xalqı) bu gün möv-cud olduğu kimi, yəni Rusiya Federasiyası kimi deyil, məhz Rusiya kimi daxil olmaldır. Zahirən ziddiyyətli, mübahisəli görünən bu şəhərdə, bu traktovkada, əslin-də hər şey sadədir: belə ki (məsələn), BSİ tərkibində, BP strukturlarında çeçenlər rusların, qaqauzlar mol-davanların, kürdlər ermənilərin tərkibində deyil, tam müstəqil qaydada təmsil olunmalıdır. Deməli, istər-is-təməz belə bir qənatə gəlməli oluruq ki, biz birləşmə-dən əvvəl sözün müəyyən mənasında "ayrılmalıyıq". Yəni ilkin mərhələdə bütün xalqlar öz müstəqilliyini əldə etməli, öz suverenliyini qorumalı, yalnız bundan sonra özünün "sərhədsiz dünyasını" yaratmalı, dünya birliyinə qovuşmalıdır.
    Parçalanmış dünyada (söhbət bugünkü zorakı böl-gülərdən gedir), ayrı-ayrı tayfa və zümrələrin, sinif və partiyaların hegemonluq etdiyi dünyada yaşamaq ən böyük bədbəxtlikdir. Ən böyük xoşbəxtlik azad dün-yada azad nəfəs almaqdır. Mütləq bəşəri xoşbəxtlik-dən söhbət açmaq mənasız şey olsa da, hər halda nis-bi xoşbəxtliyə yalnız azad insanla azad dünyanın qar-şılaşdığı, qovuşduğu andan çatmaq mümkündür.
    Azad dünya – elə azad insan deməkdir.





















    14.
    Bəs dünyanın yenidən "qurulması", birləşməyə xid-mət edən "bölüşdürülməsi" hansı proseslərlə müşahi-də olunması, hansı vasitələrlə (mexanizmlə) həyata keçirilməlidir?
    Sözsüz ki, "sərhədsizləşmə", "bütövləşmə", ilk növ-bədə, silahlar üzərində nəzarətdən başlamalıdır. Bu-nun üçün beynəlxalq səviyyəli nəzarət qrupları təşkil edilməli, bütün dövlətlərin silah cəbbəxanaları yoxla-nıb akt tərtib edilməlidir. Yalnız bundan sonra ilk növ-bədə nüvə, daha sonra ağır sislahlar, raket qurğuları zərərsizləşdirilməli, dövlətlərarası müqavilələr bağ-lanmalı, təəhüdlər (öhdəliklər) qəbul edilməli, hər cür təhlükəli silah növünün istehsalına və təbii ki, sınağı-na embarqo qoyulmalıdır.
    Deməli, dünyanın "sərhədsizləşməsi" sahəsində ilk addım dünyanın silahsızlaşdırılmasından (tərksilah-dan) başlamalıdır. Ağır, orta və yüngül silah növləri-nin ləğvi - orduya çəkilən xərclərin azaldılması, belə-liklə, müharibə (hərbi) potensialının zəifləməsi ilə so-nuclanır. Hərbi məqsədlər üçün ayrılmış vəsait (büdcə xərcləri) müharibələr nəticəsində dağıntılara məruz qalmış yaşayış məksənlərinin (şəhər və kəndlərin) bərpasına, qurulmasına yönəldilməlidir. Bütün bunlar beynəlxalq təşkilatların köməyi, səyi, iradəsi ilə həya-ta keçirilməlidir.
    Hərbi silah-sursatın qəfil ləğvi hüquq-mühafizə qüvvələrinin avtomatik zəifləməsinə gətirib çıxara bi-lər. Ona görə də müəyyən vaxt ərzində polisin əlində müəyyən hərbi sursat, mobil taktiki silahlar qalmalı-dır. "Silahsızlaşdırma" (tərk-silah) əməliyyatından sonra irimiqyaslı təbii fəlakətlərin ağır nticələrinin (təbii ekoloji qlobal problemlərin) aradan qaldırılma-sını təmin etmək üçün ekspertlər qrupu yaradılmalı, qeyd olunan problemlərin kompleks həllinə diqqət ye-tirilməlidir.
    Kütləvi aclıq zonalarının, işsizliyin, savadsızlığın.. ləğvi "sərhədsiz dünya" vətəndaşlarının ən böyük məqsədləri hesab olunmalıdır.






























    15.
    Sadaladığımız və sadalamadığımız mühüm iqtisadi və ekoloji problemlərin həlli ilə bahəm "siyasi islahatla-rın" aparılması da zərurtdən doğur.
    "Böyük islahatların" ilkin mərhələsində bütün döv-lət strukturları qalır, lakin lokal idarəetmənin əsas "rı-çaqları" tədricən, mərhələ-mərhələ "kollektiv idarəet-mə mərkəzinə", "baş pulta", dövlətlərarası (benəlxalq) birliyin "beyin aparatına" (bu qurumu necə adlandırır-sız adlandırın, amma artıq qeyd etdiyimiz kimi, hələ-ləik şərti olaraq biz onu Beynəlxalq İdarə Sistemi (BİS) adlandırırıq) tabe etdirilir.
    "Tabeolunma" anlayışının özündə zahiri cəbr və zorakılıq çalarları olsa da, proses sivil qaydada, ehti-yatla, artıq bir neçə dəfə qeyd olunduğu kimi, mərhə-lələrlə həyata keçirilməlidir.
    Lakin bütün mərhələlərdə cəmiyyətin bütün sahə-lərində özünüidarə prinsipləri, azad seçim formaları daha da inkişaf edir, inzibatçılıq və təyinolunma funksiyaları zəifləyir, tədricən arxa plana keçir.
    BSİ-in totalitar, qorxulu, qorxunc təşkilata çevril-mə ehtimalını tamamilə aradan götürmək üçün dəqiq idarə mexanizmi, demokratik qanunlar, seçkili təşkilat strukturu təsis olunmalıdır. BİS-də (onun icra apara-tında) təmsil olunan nümayəndələrin kəmiyyəti möv-cud xalq və millətlərin ümumi sayının əmsalına görə deyil, proporsional - bərabər qaydada müəyyən olun-malıdır. Məsələn, 1,5 milyardlıq Çin xalqı ilə 1,5 mil-yonluq eston xalqı BİS-də bərabər miqdarda nüma-yəndə ilə və ya heyətlə təmsil olunmalıdır.
    Dünyanın bütün xalq və millətlərinin, bütün bəşər övladlarının taleyi üçün cavabdehlik, insan haqlarının qorunması üçün məsuliyyət BİS-in üzərinə düşür.
    BİS özəl və dövlət idarə strukturlarının müvaze in-kişafını təmin edir.
    Bəşəriyyətin tərəqqisi, dünyanın inkişaf qanunayu-ğunluğu və ya qanunauyğun inkişafı, xalqların və mil-lətlərin qovuşması istiqamətinin labüdlüyünü təsbit edir. Siz artıq beynəlxalq iqtisadi, ekoloji və hərbi "birliyin" bəzi elementləri haqqında mülahizələrlə ta-nış oldunuz. Bəs mənəvi "qovuşmanın", qlobal mədə-niyyət probleminin konturlarını necə müəyyənləşdir-məli?
    Müəllif yenə (istər-istəməz) haşiyə çıxıb öz qənaət-lərinin dürüstlüyünü, tənqidədözümlüyünü iddia et-mək məcburiyyətində qalır. Məsələ belədir ki, "sər-hədsiz dünya" ideyasının (nəzəriyyəsinin) müəllifi özünü az-çox normal adam hesab edir və dünya mə-dəniyyətinin (sivilizasiyasının) (hərçənd ki, bəzən mə-dəniyyət və sivilizasiya anlayışları sinonim kimi işlə-nir; əslində isə onlar adekvat terminlər deyildir) az-çox mühüm hesab edilən nümunələrini imkanı daxi-lində diqqətlə nəzərdən keçirib Platondan tutmuş Pop-perə, Kantdan tutmuş Konta, Aristoteldən tutmuş Sar-tra, Marksdan tutmuş son dövrün "neo" və "izm"lərinə qədər bir çox filosof və fəlsəfi təlimçilərlə, bəşəri və antibəşəri nəzəriyyələrlə tanış olmuş, oxuduqlarını sərf-nəzər, çıxdaş edəndən sonra belə qənatə gəlmiş-dir ki, artıq bəşəriyyət yeni ideyaların rüşeymləri ilə hamilədir, onun mamaçaya ehtiyacı var. Lakin yeni doğulan körpə cərrahiyyə stolu üstündə yox, ana qu-cağında pərvəriş tapmalıdır və ya o (yəni körpə), vax-tından əvvəl yox, normal zaman kəsiyində dünyaya göz açmalı, öz təbii doğuluşundan sonra öz təbii öm-rünü təbii şəraitdə, təbii zəmində yaşamalıdır.
    Müəllifi ən çox narahat edən şeylərdən biri də cə-miyyət (və ya onun əksər üzvləri) qarşısında axmaq (və ya hoqqabaz) vəziyyətinə düşmək qorxusudur. Fəqət, (yekə çıxmasın) bütün bəşəriyyətin xoşbxtliyə çıxması yolunda hər cür sıxıntılara (o cmlədən axmaq təciri bağışlamağa) dözmək bizcə, iztirabdan çox həzz mənbəyinə çevrilə bilər və bu mənada müəllif oxuyub dərk etdiklərini, öyrənib müşahidə etdiklərini ümumi-ləşdirərək, hələlik azlıqla da olsa, qənaətini bölüşmək arzusuna düşmüşdür.
    Mən bəribaşdan, çox yaxşı bilirəm ki, ən azı millətçilər arasında "sərhədsiz dünya" nəzəriyyəsinin (?!!) tərəfdarları əleyhdarlarından xeyli az olmalıdır. Bunun səbəbləri çoxdur. Həm də ən əsas səbəblərdən biri budur ki, dünyanın (!?!) özü konservatordur, yəni mühafizəkardır. Lakin artıq qeyd olunduğu kimi, kos-mopolitlər, habelə 18-ci əsrin əvvəllərində İngiltərədə meydana gəlmiş mason dini - etik cərəyanın üzvləri və tərəfdarları (masonçuluq və ya frankmasonçuluq fransızca - "azad bənna" deməkdir) bəşəriyyəti qar-daşlıq ittifaqında birləşdirmək üçün gizli beynəlxalq ittifaqlar yaratmağa cəhd göstərmiş, bu sahədə müəy-yən işlər görmüşlər. Lakin onların ideyaları daha çox mistik, utopik səciyyə daşıdığı üçün real zəmindən xa-li olmuş, bir çox hallarda təcavüzkar mahiyyət kəsb etmişdir) beynəlmiləlçi damğasını bəribaşdan dəf edə-rək (və ya bəlkə qəbul edərək?) belə bir iddiada blun-maq olar: dünyanı yalnız onun birliyi xilas edə bilər. Məşhur yazıçının söylədiyi məşhur kəlam - "dünyanı gözəllik xilas edə bilər" aforizmi də məhz onun ümu-mi bəşəri dəyərlərinin əbədiliyini ehtiva edir. Xülasə, az-çox öyrəndiyimiz və əxz etdiyimiz ictimai-siyasi-fəlsəfi-iqtisadi-hüquqi... baxışlar bizim irəli sürdüyü-müz müddəalara tamamilə ürəkdən inandığımıza dəla-lət edir. Əgər oxucu diqqət yetirirsə, biz öz baxış və qənaətlərimizin təsdiq və təsbiti (və yaxud tənqid və təkzibi) üçün, demək olar ki, heç bir sitata (iqtibasa) isnad və istinad etmir, yalnız ən ümumi müddəalara söykənirik. Halbuki arqument (və ya əks arqument) üçün minlərlə iqtibas gətirmək olar. Fəqət, sitatbazlıq çox zaman tədqiqatçını əsas mətləbdən yayındırdığı, sxolastikaya daha çox meylləndiyi üçün biz ümumi foruml və müddəalara üstünlük verir, hökm və qəna-təlrlə (postulatlarla?) danışmağı məqbul hesab edirik.
    Mən müharibələr və dağıntılar, ölümlər və qırğınlar haqqında çoxlu sayda sənəd və kitablarla kitablarla ta-nış olduqdan sonra oxuyan bir şəxs, sonucda belə bir qənaətə glməli oldum: dünya - hamının, hamı - dün-yanındır. Mən millətçilik ambisiyalarının və şovinist təkəbbürünün, tayfa təfəkkürünün və "beynəlmiləlçi" düşüncənin, kommunist rəzalətinin və liberal(çı) qə-bahətinin, burjua həqarətinin və "sosialist" xurafatı-nın, xristian "qardaşlığının" və islam "təməlçiliyinin", iudaist "şəfqətinin" və buddist "əbədiyyətinin" acılı-şi-rinli nəticələrini təhlil edəndən sonra özümçün bir hə-qiqəti kəşf etdim və ona tapındım: dünya - insanın ilk və son mənzilidir. Cənnət və cəhənnəm xülyası ilə ya-şayan, cahangir və hökmranların təpiyi altında inləyən bəşər, nəhayət, son məqamda ağla, zəkaya gəlməli, sözdə yox, əməldə, "dünya birliyi" yaratmalıdır. Nə qədər patetik, gurultulu səslənsə də, bilmərrə hamıya agah olmalıdır: dünyanın xilası hansısa fövqəltəbii qüvvənin yox, insanın öz əlindədir. Əlbəttə, bu sözləri deməklə, mən təbii katostrofların, hətta nə zamansa böyük, nəhəng kosmik cisimlərin parçalanması (və ya birləşməsi) nəticəsində yeni geoloji hadisələrin, qlobal fəlakətlərin baş vermə ehtimalını istisna etmirəm: zira bir gün bu formada yaranan cisim (planet, peyk) baş-qa bir gün digər formaya çevrilə bilər və necə deyər-lər, kütləvi insan (canlı) ölümü faciədən çox, statisti-kanın obyekt və obyektivinə köçə bilər.
    Mən hələ onu demirəm ki, insanlar bu gün təbiəti zorlayır, onu məhv edir, qlobal problemlər yaradır. Bütün fəaliyyəti parodokslarla müşayiət olunan bəşər övladı təbii ekosistemə zərbə vurmaqla təkcə təbiətin səthinə, yəni görünən "üzünə" deyil, habelə onun (tə-biətin) ürəyinə, yaddaşına zərbə vurur. "Yaddaşı po-zulan" təbiətdən "ilham" və s. yaradıcılıq "məhsulu" gözləmək olarmı?
    Bu, geniş söhbətin mövzusudur.
    İndiki halda onu demək olar ki, insan onun özün-dən (yəni insandan) asılı olan bütün problemləri özü həll etməlidir.
























    16.
    Bəşəriyyətin inkişafı haqqında elmi proqnozlar söylə-mək gərəkli iş olsa da, mənasız, cəfəng mülahizələr söyləmək - bəşəri cinayətdir. Nə yazıqlar ki, insan öv-ladı zaman-zaman, nəsil-nəsil fırıldaqçı rəmmaların, "alın yazısı" oxuyanların, mediumların, falçıların, nos-tradamusların, kaşpirovskilərin, vanqaların, şarlatan və avantüristlərin hiyləsinə məruz qalmış, bir sözlə, doğrudan çox yalana, həqiqətdən çox saxtaya, elmdən çox psevdolmə meyl göstərmişdir. Əcəba, bu cür xu-rafat dolu illüziyaların, xəstəlik dolu hallüsünasiyala-rın, sosial paranoyaların, siyasi nekrofiliyaların nəticə-si nə ola bilər? Nə? Kütləvi nevroz, sosial psixoz! Nə-hayət, min təəssüflər ki, bəzən əslində böyük təbliğat yayımı vasitəsi olan haikmiyyət hərislərinin özləri be-lə, bu cür xəstəliyə mübtəla olur və ən dəhşətlisi isə budur ki, başqlarını da (kütləni) bu cür xəstəliklərə yoluxdururlar. Xurafat, nadanlıq, cəhalət - bəşəriyətin qorxunc xəstəlikləridir. Sərhədsiz dünya həm də bu cür xəstəliklərdən xilas olunmalı, xilas olmalıdır.
    Təəssüf doğuran hallardan biri də budur ki, artıq praktik-praqmatik təcrübə toplamış dünyanın, dünya elminin hətta çox ciddi, istedadalı, görkəmli alimləri, mütəfəkkirləri belə bəzən regional-məhəlli düşüncə tərzinin təsirinə qapılaraq antibəşəri, mürtəce cərəyan-ların müdafiəçisinə çevrilir. Bir xalqı o biri xalqa, bir dini başqa dinə, bir qitəni digər qitəyə qarşı qoyur. Bunu irqçilikdən, sısqa millətçilikdən qeyri nə adlan-dırmaq olar?
    Vaxtilə Hindistanda yaşamış ingilis yazıçısı R.Kip-linqin Şərqlə Qərbin heç zaman yaxınlaşa bilməyəcəyi haqqında söylədiyi "hökm" bu gün də bir çox siyasi-elmi dairələrdə tez-tez təkrar olunur: "Şərq Şərqdir, Qərb Qərb". Bu, cəfəng bir tezisdir. Şərqi Qərbə, Şi-malı Cənuba qarşı qoymaq, ən yumşaq tərzdə desək, mühafizəkarlıqdan, siyasi daltoniklikdən başqa bir şey deyildir. Əlbəttə, Şərqlə Qərbin ən müxtəlif para-mentlərinə, fərqli cəhətlərinə aid saysız-hesabsız misal və nümunələr gətirmək olar. Biz hələ onu demirik ki, zamanın müəyyən kəsiklərində Şərq Qərbi, müəyyən mərhələlərində isə Qərb Şərqi "üstələmişdir" (elmi kəşflər, mədəni inkişaf, iqtisadi yüksəliş və s. nəzərdə tutulur). Fəqət, bütün bunların heç biri heç kəsə əsas vermir ki, Şərqi Qərbə (və ya əksinə) qarşı qoysun, məsuliyyətsiz hömlər versin. "Mauqli" məllifi, görü-nür ki, bədii təsərrüfat sahəsində siyasi baxışlarından daha çox uğur qazanmışdır. Belə ki, Mauqli kimi bio-loji varlığın təzahürü yalnız sosial vakuumda baş verə bilər: bunun Şərqə və ya Qərbə nə dəxli? Əgər insanın formalaşması üçün əlverişli sosial mühit yoxdursa (və insan dünyaya normal - təbii imkanlarla gəlirsə), o (yəni insan olmaq üçün doğulan fərd), cəngəlliklər qa-nunu ilə yaşayıb böyüyəcəksə, ən axşı halda, Mauqili-yə çevriləcək. Böyük yazıçı kimi təqdir etdiyimiz Kip-linq özü də bilmədən öz mürtəce, sısqa baxışları ilə daha çox “sosial Mauqliyə” bənzəyir.
    Kiplinq tək deyildir. Bir çox dəyərli, nəhnəg əsərlə-rin müəllifi F.Nitsşe irqləri "xəlbirdən keçirərək" ari-lərdən (mavi qanlı irqdən) başqa heç bir milli azlıq və çoxluğu qəbul etmir.
    Marks və onun sələflərində isə Şərqlə Qərb, arilər-lə qeyri-arilər deyil, siniflər (proletar və burjuaziya) qarşı-qarşıya qoyulur.
    Fəlakət burasındadır ki, bəzən (tarixdən buna aid çoxlu misallar çəkmək olar) təkcə ayrı-ayrı şəxsiyyət-lər deyil, az qala bütöv xalqlar bu cür "siyasi" xəstə-liklərə mübtəla olur.
    XX əsrin əvvəllərində İngiltərənin bəzi ictimai-siyasi dairələrində ingilislər ən "ağıllı" xalq hesab olunurdu-sa, əsrin ortalarında bu missiyanı Almaniyanın müva-fiq dairələri, əsrin sonlarında isə Yaponiya "biliciləri" öz üzərinə götürdü. Artıq XXI əsrin astanasında gələ-cəyin "kimə məxsus olacağı" haqqında kəskin elmi mübahisələr, siyasi diskussiyalar gedir. Siyasətçi-nos-tradamuslar bəyan edir: XXI əsr ruslarındır! Təbii ki, bunu Rusiyanın "öndəngörən" utopik-rəmmalları iddia edir. "XXI əsr - türk əsridir!" Söz yox ki, bu hökmün müəllifləri arasında sultanlıq imperiyasının xülyası ilə yaşayanlar daha çoxdur. Erməni xəstə millətçilərinin də bir çoxu hansısa mifik, "dənizdən dənizə" uzanan "Böyük Ermənistan" dövlətinin konstitusiyasının simptomlarını hifz edərək böyük iddialarla haray-hə-şir qoparır. Hələ tatar, hələ monqol, hələ təkə-türk-mən, fars, çeçen, çukça (!) millətçilərinin səs-küyü...
    Artıq qeyd olunduğu kimi, müəllif xalqları böyük və kiçik, yaxşı və pis qütblərinə bölmək iddiasında çox-çox uzaqdır. Lakin müəyyən tarixi məqamlarda millətçilik və xalqçılıq hərəkatlarının rolunu, milli qəhrəmanların qətiyyət və cəsarətini qiymətləndirmə-mək, millətlərə məxsus bənzərsiz mentaliteti, milli ru-hu, milli xüsusiyyətləri dərk etməmək, milli mübarizə-nin zəruriliyini, xalqların müstəmləkəçiliyə qarşı qə-tiyyətli mübarizəsini ələ salmaq, milli heysiyyat və milli dəyərlərin polifonik mahiyyətini inkar etmək, xalqların və millətlərin, tafaların və qövmlərin üstün-dən qara bir xətt çəkmək axmaqlıqdan başqa bir şey olmazdı. Əslində, dünyanın bütün gözəlliyi onun rən-garəngliyində, milli müxtəlifliyindədir. Söhbət ondan gedir ki, tarix boyu bir millət başçısının haqqını tapda-yıb, hakim və məhkum millətlər formalaşıb. Əlbəttə, bu ağalıq əbədi olmayıb, rollar tez-tez dəyişib, amma nə hacət: müharibələr yenə davam edir, insanlar yenə qırılır, xülasə, bəşərin öz tökdüyü göz yaşları bəşərin tökdüyü qanların izini yuya bilmir.































    17.
    ...Mifik süjetlərin birində deyilir: hansısa bir əfsanəvi canlı öz ömrünün müəyyən zaman həddinə çatdıqdan sonra öz orqanizmini özü yeməyə başlayır. İnsan öv-ladının dəhşətli hərəkətləri məhz həmin mifdəki qor-xunc obrazı xatırladır: o. zaman-zaman öz həmnəslini, öz həmcinsini (özünü) ölüm təhlükəsi qarşısında qo-yur, onu didib parçalayır, məhv edir. İnsan, insan nəs-linin (öz nəslinin) kökünü kəsir, onun qanına yeriklə-yir.
    Rasizmin, şovinizmin meydan suladığı bir dövrdə insan nəsli durmadan artır. 1825-ci ildə dünya əhalisi 1 milyard, 1925-ci ildə 2,5 milyard idisə artıq ikinci minilliyin sonunda altı milyarda çatıb. Biz demoqrafik problemlərin, insanların maddi rifahının tənzimlən-məsnə diqqət yetirmək əvəzinə baş sındırıb yeni "kəşflərlə" qürrələnir - yeni qırğın silahları, ölüm for-maları izah edirik. Bizi öz xislətimiz məhv edəcək.
    Əlbəttə, dünyanın sərhəd dirəklərinin götürüləcəyi təqdirdə, bütün müharibə və qırğınların avtomatik ola-raq aradan qaldırılacağına ümid bəsləmək sadəlövhlük olardı. Məhz elə buna görə də "sərhədsizləşmədən" öncə mütləq silahsızlaşma (tərksilah) planının həyata keçirilmə zərurətinin xüsusi vurğulanması təsadüfi sə-ciyyə daşımır. Əgər belə bir missiya həyata keçirlərsə (silah arsenalı ləğv olunarsa), dünyanın idarə edilmə-sində yaxşı halda demokratik qanunlar, pis halda ci-nayət məcəlləsi, ən pis halda isə polis dəyənəkləri "həlledici" gücə malik ola bilər.
    Yeri gəlmişkən, BİS-in strukturu, iş mexanizmi bəzi (cüzi) regional (milli) fərqlər nəzərə alınmaqla vahid hüquqi qanunların (ən ümumi prinsiplərin) işlənib ha-zırlanmasını, həyata keçirilməsini tələb edir.
    Vahid (ümumi) qanunların icrası hamı üçün məqbul vəzəruri (habelə məcburi) hesab olunmalıdır.
    ...Və lakin cəmiyyətə şamil edilən qanunlar xalqla-rın (millətlərin) əxlaqi qanunlarına qətiyyən aid edilə bilməz. Hər xalqın öz davranış norması, öz adət-ənənəsi, öz mentaliteti mövcuddur; belə bir həqiqəti də dərk etmək lazımdır ki, müəyyən bir zaman fasilə-sindən sonra dünyanın qarşılıqlı (üzvi) təmas və əla-qələri zəminində Böyük Dünyada yaşayan insan va-hid (ümumbəşəri) əxlaqi prinsipləri qəbul edərək eyni amal və məqsədlərlə yaşayacaq. Bu, robot-insan ol-mayacaq. Bu, marksistlərin uydurduğu "ideal insan" olmayacaq. Bu, canlı, normal adam bəşəri dəyərləri qiymətləndirməklə yanaşı, öz şəxsi simasını saxlayan "fərdi" insan olacaqdır.
    Əslində dünyanın bütün adi adamları (az qala!) eyni istək və eyni arzularla yaşayır. Fəqət, bu "adi" adam-ları "qeyri-adi" siyasi baxışlar və siyasətçilər birləşmə-yə, bir araya gəlməyə qoymur. Məhz buna görə də marksizmin məlum məşhur çağırışını bir qədər dəyiş-məklə (redaktə etməklə) belə ifadə etmər olar (Mark-sın ruhu bizi bağışlasın): "Bütün dünyanın insanları, birləşin!"
    Dünyanın sərhədsizləşməsi istiqamətində artıq bö-yük mədəniyət (incəsənət) və ədəbiyyat nümunələri öz nəhəng rolunu oynamışdır və bu gün də oynayır. Bəyəm Homer təkcə yunanların, Servantes ispanların, Rafael italyanlara, Şekspir ingilislərin, Rustaveli gür-cülərin, Rumi-türkləri, İbn-Rüşd ərəblərin, Füzuli azərbaycanlıların, Hüqo-fransızların, Puşkin rusların, Taqar-hindlilərin, Hafiz-farsların, Şevçenko ukrayna-lılarındır? Xeyr!
    Böyük mədəniyyət, böyük elm - bütün dünyanın, bütün dünya övladlarının sərvətidir. Artıq bizəcən de-yildiyi kimi, alimin vətəni olsa da, elmin vətəni olmur; daha doğrusu, elmin vətəni - bütün dünyadır,
    Ədəbiyyat və incəsənətin inkişafı üçün, təbii ki, sər-hədsiz dünya geniş üfiqlər açacaq; hərçənd ki, artıq qeyd etdiyimiz kimi, əsl mədəniyyət, ədəbiyyat, incə-sənət nümunələri dünyanın mövcud sərhədlərini çox-dan "vurub dağıdıb", çoxdan bəri bütün dünya övlad-larının malına çevrilib. Bizim körmək istədiyimiz cə-miyyətdə əsərlərin qarşılıqlı tərcümə və təbliğinə geniş şərait yaranacağı üçün ədəbi-bədii inteqrasiyanın qar-şısını kəsəcək ciddi maneələrin çox tezliklə aradan qaldırılacağına heç bir şübhəmiz yoxdur.
    BİS strukturu yaradıldıqdan sonra (və ya ondan əv-vəl) respublikalar, xalqlar, millətlər, dövlətlər, milli azlıq və çoxluqlar üzrə tam azad, demokratikparla-ment seçkiləri keçirilməli, deputatlar proporsional qaydada qitə (kontinental) və Beynəlxalq Parlamentlər Assambleyasında (BPA) təmsil edilməlidir. Əgər BİS strukturunda nümayəndələr xalqların sayından asılı olmayaraq bərabər sayda təmsil olunurlarsa, BPA-da deputatlar ölkələrin (artıq "keçmiş dövlətlərin") (və ya millətlərin) əhalisinin ümumi sayına müvafiq olaraq seçilir (yaxud ilkin mərhələlərdə təqdim edilir, təyin olunur və s.).
    Kənd, şəhər, ölkə, qitə, dünya parlamentləri, de-mokratik qaydalar əsasında fəaliyyət göstərir.
    (Haşiyə: Yeri gəlmişkən, SSRİ-nin, habelə bütün "sosialist düşərgəsinin" dağılmasının ən başlıca səbəb-lərindən birini də demokratik idarə mexanizminin mövcud olmamasında axtarmaq lazımdır. Ölkə bir mərkəzə tabe idi, ölkəni bir əl idarə edirdi. Ölkəyə "böyük xalq"ın nümayəndəsi rəhbərlik edirdi (söhbət hələ hər hansı başçının hansı millətə mənsub olmasın-dan getmir; Stalinin gürcü olması onun əslində həm də daha çox rus olmasına təsir etmir). Əgər parlament (və ya baş katiblik 14-15 respublikanın rəhbərlərinin ümumi, kollegial, həmsədrlik səlahiyyəti altında fəa-liyyət göstərsəydi, çox güman ki, dağılma ehtimalı da-im gündəlikdə duran SSRİ-nin ömrü qismən uzun ola-caqdı).
    Bu, əlbəttə, asan məsələ deyildir. Lakin milli və uluslararası (ümumdünya) parlamentin yaradılması beynəlxalq konfliktlərin həllində, dünyanı idarə edə biləcək qanunların işlənib hazırlanmasında müstəsna rol oynaya bilər.
    Beynəlxalq polis strukturunun yaradılması sahəsin-də artıq ilkin işlər görülmüşdür: interpol buna yaxşı misal ola bilər. BİS sisteminə daxil olan ölkələrdə hər hansı bir cinayətkarın və ya cinayətkar qrupun ifşa edilməsi, islaha cəlb olunması daha asan başa gələ bi-lər. Hüquq-mühafizə sistemi sahəsində kompüterləş-mənin geniş yayılması, kriminal məlumatların diqqətli təhlili və konstruktiv ümumiləşdirilməsi bu sahədə çox böyük uğurların qazanılmasının rəhni ola bilər.
    Təbii ki, get-gedə milli valyutadan vahid pul siste-minə keçmək zərurəti yaranacaqdır. Elə indinin özün-də belə, bütün dünya iqtisadiyyatı iki pul vahidinin (ABŞ dolları və alman markası) inhisarı altındadır. (Tezliklə "yevro" pul vahidinin də bu missiyaya qoşu-lacağı ehtimal olunur). Sual olunur: milli pul nümunə-lərinin çapına ehtiyac varmı? Yəqin ki, sərhədləri "da-ğıtdığımız" üçün bizimlə xüsusi haqq-hesab çürütmək istəyində olan millətsevərlərdən biri (istehzasız deyi-rik) irəli çıxıb hiddətlə soruşacaq: bəyəm sən bilmirsn ki, sərhəd kimi, bayraq kimi, himn kimi pul da dövlə-tin atributlarından, rəmzlərindəndir?
    Biz isə sual edirik: vahid idarə sisteminə, idarəetmə-nin yeni pilləsinə qədəm qoyuruqsa, hansı dövləti rəmzlərdən söhbət gedə bilər? Elə təkcə dünyadakı dövlətlərin milli pul vahidinin çapına çəkilən xərclə milyonlarla insanın problemini həll etmək olar.
    Avropa Birliyinə daxil olan ölkələr vahid pul əski-naslarının istehsalına keçərək tədavül formasının sa-dələşdirilməsinə çalışırlarsa, müstəqillik əldə edən cırtdan ölkələr tez-tələsik milli valyutalarının meydana gəlməsinə cəhd göstərirlər. Kiçik ölkələrin azadlıq ar-zusunu və bu arzudan doğan hissləri başa düşmək, qiymətləndirmək lazımdır. Lakin onu da başa düşmək lazımdır ki, eyforiyalar xoşagəlməz sonluqla tamamla-nır. ...Və onu da qeyd etmək lazımdır ki, müəllif "cırt-dan ölkələr" ifadəsini qətiyyən rişxəndlə işlətmək istə-yində bulunmadan, sadə bir həqiqəti bir daha diqqət mərkəzinə gətirmək istəyir: kiçik xalqların dərdi bö-yük xalqın əhalisi qədərdir; kiçik xalqların taleyi çox zaman böyük xalqların "böyük" rəhbərlərinin kiçik mətbəx mizlərinin üstündə həll edilir. Elə məhz buna görə də "dünyanın birinci" ideyası ilk növbədə kiçik xalqların deyil, böyük xalqların "birləşməsi" timsalın-da həyata keçirilməlidir. Belə olarsa, böyük təhlükələr kiçik xalqların başı üstündən daha tez sovuşar.
    ...Nə yazıqlar ki, adamları adətən sabahkı (gələcək) böyük fəlakətlərdən daha çox, bugünkü kiçik təhlükə-lər qorxuzur: halbuki əksinə olmalıdır. Burnunun ucundan qabağı görə bilməyən (və ya görmək istəmə-yən) adamların (habelə dövlətlərin) müxtəlif katas-troflara düçar olacağı qaçılmazdır, labüddür. İnsan övladı heç olmazsa bu qaçılmazlıqdan nəticə çıxarda-raq "Öz dünyasını" yaradıb qorumalıdır.
    Mən bir daha təkrar edirəm: bizim insani dünyamı-zın yaradıcısı məhz insanın özüdür; burada heç bir fövqəltəbii qüvvə, heç bir Allah əmri rol oynamır. Və heç kəsin inam və inancına şəkk-şübhə etmədən, köl-gə salmadan tam qətiyyətlə deyə bilərəm: Allah xofu - avantürist hakimlərin xalqı əzmək üçün istifadə etdik-ləri kəsərli qılıncdır. Yenə təkrar edirəm: mö"minlərə ehtiram və sevgim əbədidir.
    (Bu gün dünyanı insanlar idarə edir. Lakin dünyanın gələcək idarəolunmasında elmi-texniki inqilab müstəs-na rol oynayacaq İndilikdə nə qədər fantastik (və ya gülünc, qəribə) səslənsə də, əmin ola bilərik: dünya-nın gələcək idarolunmasında adamlardan daha çox, kompüterlər rol oynayacaq. Bir qədər mistik, bir qə-dər də bədbin təəssürat oyadan bu mənzərənin reallığı ilə razılaşmaq gərəkdir; hərçənd ki, bədbinləşmək üçün elə bir qorxulu səbəb də yoxdur. İnsanların hə-yatında olan və texnikanın, kompüterlərin oynadığı rol müsbət çalarlarla daha zəngindir. Yenə deyirəm: Gələcək idarəetmə sistemində politik və politikanlar-dan, çox elm, təfəkkür rol oynayacaq.
    Bəyəm bu gün ən mürəkkəb hesablama əməliyatla-rından tutmuş ta ən təhlükəli cərrahiyyə əməliyyatları-na qədər bütöv bir icra sistemi texniki vasitələrin öh-dəsinə buraxılmayıbmı? Biz öz təbi yaddaşımızdan daha çox "süni yaddaşımıza" etibar etmirikmi? Elə isə elmi-texniki inqilabın sabahkı xarüqələrinə nə üçün şübhə ilə yanaşmalıyıq?)
    ..."Dünyanın mərkəzini" təşkil etmək üçün ən kiçik və geridə qalmış ölkələrdən birinin ərazisi seçilməli-dir. (Lakin özünüidarənin genişləndiyi bir şəraitdə "mərkəz" anlayışı daha çox rəmzi, şərti xarakter daşı-yır). Parlamentə növbəli spikerlik (və ya həmspikerlik) etmək ilk növbədə kiçik dövlətlərin parlament nüma-yəndələrinə təklif edilməlidir. Əgər belə olarsa, onsuz da əsrlərdən bəri diktatura, tiraniya, istibdad boyundu-ruğu altında inləyən dünya öz humanizmini nümayiş etdirə bilər. Dünyanın bütün vətəndaşları özlərini azad, müstəqil, qorxusuz hiss etməyə, dünyanı sər-hədsiz, müharibəsiz görməyə başladıqları andan cən-nət anlayışı dini kitabların səhifələrindən insan ömrü-nə köçəcək. Məhz həmin andan etibarən bəşər nəsli öz tayfa, qəbilə, icma instinktlərinin üstündən addım-layıb ümumbəşəri dəyərlərin toplandığı sərdabəyə - yeni dünyaya, yeni eraya, yeni ideyaya qovuşacaq.
    "Sərhədsiz dünya" ideyası dini-mistik, cəfəng-xura-fat, mövhumi-fatal illüziyalardan çox-çox uzaqdır. Bu ideya bəşər nəslinin sosipsixoetnik, habelə iqtisa-di-hüquqi-mədəni-mənəvi problemlərinin həlli baxı-mından olduqca mühüm mahiyyət kəsb edir.
    Yeni, sərhədsiz dünya ideyası inqilabi qaragüruh-dan, sosial "partlayışlardan", iqtisadi qütbləşmələr-dən, siyasi terrorlardan, mənəvi deqrodasiya təhlükə-sindən uzaq anlayışdır.





















    18.
    Doğrudur, dünyanın "bir bayraq altında" mövcudlu-ğu, sərhədsizləşməsi bir sıra kəskin problemlərin ya-ranmasına gətirib çıxara bilər. Gözlənilməz fəlakətlə-rin qəfil zərbəsindən bizi "inteqrasiya" prosesinin təbii məcrası ilə getməsi qoruya bilər. Süni, saxta, qeyri-el-mi postulat və ideyalar zəminində qurulan sistemin ömrü uzun və əbədi ola bilməz.
    Mən vahid millət, vahid xalq, vahid dil, vahid din... ideyasının təbliğindən uzağam; hərçənd ki, bu feno-menlərin gələcəkdə (çox uzaq gələcəkdə) çulğaşması, qovuşması istisna olunmur. Mən vahid iqtisadi məkan tərəfdarıyam. Mən mütləq mənada vahid mədəniyyəti, vahid əxlaqi prinsipləri, vahid adət-ənənəni qəbul et-məsəm də vahid mədəni-mənəvi məkanın yaranması-nı arzu edirəm.
    Mən milli mənliyin qorunması ilə yanaşı, hər biri-mizdə ümumbəşəri dünyagörüşün formalaşdırılması-nın tərəfdarıyam.
    Mən dünyanın birləşdirilməsi konsepsiyasını irəli sürüb müdafiə etməklə heç də yaxın gələcəkdə hamı-nın (bütün millətlərin nümayəndələrinin) eyni milli mənsubiyyətə malik olacağını iddia edən sərsəm ide-yanı dəstəkləmirəm. Mən mahiyyətcə inkubator cücə-lərinin adekvatı olan insanların - "şitillik adamları-nın" yetişdirilməsinin qəti əleyhinəyəm. Lakin mən qəti əminəm ki, qitələrarası birbaşa əlaqələrin yaranması, BİS strukturunun təkmilləşməsi, BPA-nın fəaliyyətinin güclənməsi nəticəsində insanlar heç də cırlaşmaya-caqlar (əksinə, mövcud "yarımçıq dövlətlərin" bəxş et-diyi yarımçıq tərbiyə, insanların aldığı yarımçıq in-formasiya qeyri-bitkin, qeyri-kamil, "yarımçıq" şəx-siyyətlərin yaranmasına səbəb olur). Əgər dünya öz əzəli bütövlüyünə qayıdarsa, şəxsiyyət də bütövləşər.
    ...Mən sərhədlərin nə zamansa aradan götürüləcəyi-nə tamamilə inanıram. Fəqət, arzu etməzdim ki, döv-lətlər arasındakı tikanlı məftilləri, "sərhədldəri götür-mək" bəhanəsi ilə hansısa güclü dövlətin güclü ordu-sunun əsgəri, hansısa kiçik (zəif) dövləti böyük (güc-lü) dövlətə ilhaq etsin. Bəşəriyyət dəfələrlə bu cür "birləşdirmənin", "sülhməramlı qüvvələrin” bədnam, məkrli əməlinin acı nəticəsinin şahidi olub.

























    19.
    Makedoniyalı İsgəndərdən tutmuş Napoleona, Tey-murləngədən tutmuş Hitlerə qədər onlarca dünya ca-hangiri qılınc, top-tüfəng gücünə dünyanın "cilovunu" bir əldə cəmləşdirməyə cəhd göstərsələr də, öz istəklə-rinə nail ola bilməmişlər. Dünyanı zorakılıqla, silah gücünə deyil, sivilizasiya ilə, ağıl gücünə birləşdirmək gərəkdir.
    ...Və bir neçə kəlmə mövcud siyasi sistemlər haq-qında.
    Onilliklər boyu bir-birinə zidd olan iki sistemin əbədi mübarizəsini təqdir edən sosioloqlar, nəhayət, XX əs-rin sonlarında "kapitalizm" və "sosializm"in dinc ya-naşı yaşamaq səlahiyyətinə malik olduğunu təsdiq et-məyə başladılar;... və tarixin istehzasından və ya nə-dənsə, bu əsnada son anda "sosializm düşərgəsi" da-ğıldı, "sosializm" - "kommunizmin ilk fazası" kimi son mənzilə yola salındı (əsasən). Təbii-tarixi təcrübə gös-tərdi, sübut etdi ki, zorakılıqla qurulan cəmiyyətin so-nu absurddur, faciəvidir. Lakin bu da həqiqətdir ki, cahanşümul proseslərin gedişatında, insan toplumu-nun fomalaşmasında subyektiv amillərin, ayrı-ayrı mütəfəkkirlərin irləi sürdüyü ideyaların (mütərəqqi və mürtəce səciyyə daşımasından asılı olmayaraq) rolu inkaredilməzdir. O ki, qaldı dünyanın "antoqonist" və ya qeyri-antoqonist" sistemlərə bölünməsinə, bütün bunlar nisbi mahiyyət kəsb edir. Belə ki, "sosializm" cəmiyyətində "kapitalizm"ə xas, "kapitalizm"də isə "sosializm"ə məxsus kifayət qədər qaranlıq və işıqlı mütərəqqi və mənfur cəhətlər vardır. "Sosializm"in və "kapitalizm"in müsbət və mənfi, gözəl və eybəcər cə-hətlərinə aid saysız-hesabsız misallar çəkmək olar.
    Deyilənlərdən belə qənaətə gəlmək olar ki, vahid, bütöv, sərhədsiz dünya tamamilə yeni idarə sisteminə keçməli - üçüncü bir yol seçməlidir. Və unutmaq ol-maz ki, hər cür tərəqqinin, inkişafın yolu mədəniyyət-dən, mənəviyyatdan keçir. Mənəviyyatsız dünya - mənəviyyatsız şəxsiyyət, boz kütlə yetişdirir.
    Biz bütün hallarda simasız, yekrəng, monofonik şəxsiyyətin və cəmiyyətin əleyhinəyik. Sərhədsiz dün-yanın mənəvi üfüqləri rəngarənk olmalıdır.


























    20.
    P.S. Bədii-fəlsəfi traktat kimi qələmə alınan yazıya hələlik buradaca nöqtə qoymaq qərarına gəldim. Fə-qət, mənə elə gəlir ki, irəli sürülən mülahizələrə son nöqtə qoyulmayıb. Söhbət bu günkü bəşəri dəyərlərin sabaha necə ötürülməsindən, bəşər nəslinin gələcək perspektivlərindən gedir. Söhbət dünyamızın sabahın-dan gedir... Müəllifi narahat edən suallar çoxdur. La-kin onun gəldiyi qənaət qətidir: dünya fiziki və mənə-vi anlamda, mahiyyət etibarilə sərhədsizləşməlidir. Sərhədsiz dünyada - azad insan yaşamalıdır. Dünya-nın bütövlüyü - insan azadlığının mənəvi qarantına çevrilməlidir. Bütöv şəxsiyyət bütöv dünyada forma-laşa bilər...
    Müəllif əmindir ki, irəli sürülən müddəalar oxucular arasında müxtəlif rəylərin yaranmasına səbəb ola-caq... Fəqət, bir şeyə də əminiyyət yaranır ki, adi, sa-də, sıravi insanlar arasında dünyanın bütövlüyünü ar-zu edənlərin sayı onun "parçalanmasını" istəyənlərdən qat-qat çoxdur.
    İnsanlar öz dünyalarında, öz planetlərində azad, xoşbəxt, firavan bir ömür sürməlidirlər: rənglərindən, irqlərindən, dinlərindən, dillərindən asılı olmayaraq...












    21.
    (tractatus-a xronoloji əlavə-prospekt)

    1. Əvvəlcə xüsusi təyinatlı nümayəndələrin nəza-rəti altında bütün dövlətlərdə (hərbi sahədə) tərksilah həyata keçirilir.
    2. Dünyanın bütün dövlətlərində referendum keçi-rilir. Ayrı-ayrılıqda planetin bütün vətəndaşlarından soruşulur: "Siz xalqımızın, dövlətimizin Dünya Birliyi-nə qoşulmasına, icra hakimiyyətinin BİS strukturuna daxil olmasına razısınızmı?" (Və, təbii ki, referenduma qədər insanlar arasında böyük maarifləndirmə işi aparılmalı, Yeni Dünyaya (başqa şəkilddə desək- Bö-yük Dünyaya, Qitələrarası İdarə Sisteminə, Beynəl-xalq Birliyə) qoşulmağın mahiyyəti ətraflı şəkildə açıqlanmalıdır).
    3. Referendumun nəticələrindən asılı olaraq "dün-yanın birləşməsi" istiqamətində ilk addımlar atılır, ilk regional "birliklər" formalaşır (sonrakı proseslərdə, təbii ki, "birliklərin" dairəsi genişlənir).
    4. Ordu və silahlar tədricən ləğv olunur, asayişi hüquq-mühafizə sisteminin əməkdaşları qoruyur.
    5. Dövlətlərin ənənəvi ərazi toxunulmazlığı rəmzi (simvolik) olaraq saxlanılır, dünyanın siyasi xəritəsi tədricən eyni rənglə çəkilir.
    6. Regional siyasi partiyalarla beynəlxalq partiya-ların qarşılıqlı əlaqəsi get-gedə güclənir.
    7. Özünüidarə sisteminə keçid "dövlət" anlayışının mahiyyətini tamamilə dəyişir, "dövlətsizləşmə" prosesi tədricən genişlənir.
    8. BİS strukturlarına bütün xalqların bərabər say-da nümayəndələri seçilir, regional prinsiplər üzrə (və ya milli tərkibə görə) parlament təşkil olunur, beynəl-xalq parlament (BP) formalaşır.
    9. Milli-mədəni muxtariyyat qalır, dövlətlərin siya-si suverenliyi tədricən ləğv olunur.
    10. İnsan haqlarını müdafiə edən beynəlxalq cə-miyyət və təşkilatların səlahiyyəti gücləndirilir. Özü-nüidarə prinsipləri geniş vüsət alır.
    11. Dil, din, mədəniyyət xalqların, insanların hə-yatında öz əbədi rolunu oynayır, öz bəşəri missiyasını yerinə yetirir.
    12. Rasizmin, millətçi-şovinist tendesiyaların təza-hürü yolverilməz hesab olunur, antibəşəri şüarların təbliği qəti surətdə qadağan edilir.
    13. Dünya qanunları vahid Konstitusiya çərçivə-sində tənzimlənir, yeganə pul vahidi (məsələn, dollar, marka, rubl, iyen və s.) yeganə tədavül vasitəsi kimi işlədilir.
    14. Ən kiçik ölkələrdən birinin mərkəzi dünyanın paytaxt şəhəri elan edilir.
    15. Dünyada (planetdə) daha geniş yayılmış dillər-dən biri (alman, ingilis, rus çin, ərəb, fransız, türk və s.) rəsmən əsas "ünsiyyətçi" dil kimi qəbul olunur.
    16. Xalqlar arasında "mədəni muxtariyyat mübadi-ləsi", nəhəng elmi-bədii əsərlərin qarşılıqlı tərcüməsi diqqət mərkəzində saxlanılır.
    17. Qlobal problemlərin həllinə və savadsızlığın ləğvinə ümumplanet səviyyəsində nail olunur.
    18. İndiyəcən mövcud olan bütün mülkiyyət forma-larının təşəkkülü və inkişafı üçün əlverişli şərait yara-dılır, insanların azadlığına mane olan "daimi qeydiy-yat və yaşayış yeri" haqqında bədnam qanun BİS tə-rəfindən ləğv edilir.
    19. Demoqrafik proseslərin izlənməsinə, bu sahədə qarşıya çıxan problemlərin həllinə diqqət artırılır.
    20. Sərhədsizləşmə prosesi tədricən dövlətsizləşmə prinsipi ilə müşayiət olunur.
    21. Dünya və onun tarixi vahid məcra üzrə - in-sanların iradəsi ilə idarə olunur.


































    SÖZARDI

    Beləliklə, yüzlədcə elmi-fəlsəfi təlimin, cərəyanın, “izm”in, bir sözlə, nəhəng fikir gəmilərinin “üzdüyü” müstəviyə, əgər belə demək caizdirsə, yeni bir ideya qayığı da yan almaqdadır. Müəllif öz konsepsayasının praqmatikliyinə ağlının qəlbi və qəlbinin ağlı ilə inanır; hərçənd ki, irəli sürdüyü müddəaların bəzi məhdud qafa sahibləri tərəfindən istehza ilə qarşılanacağıni da istisna etmir. Əslində heç buna təəssüf və təəccüb etməyə də dəyməz. Vaxtilə Platon yazırdı ki, bir çoxları dərk edə, zövq ala bilmədikləri fikirlərə görə onların müəlliflərini (filosofları) məsxərəyə qoymaqdan zövq alır və bununla öz nadanlıqlarını ört-basdır etmək istəyirlər.
    Müəllif dünyanın dərk və izah edilməsində insan idrakının müstəsna rolunu qiymətləndirir. Dünyanın dərki və dünya nizamında ağlın, zəkanın rolu inkaredilməz həqiqətdir. Və Kantın dediyi kimi, həqiqət, ələlxüsus fəlsəfi həqiqət, cəhənnəm əzabı nəticəsində üzə çıxır və ümumiyyətlə fəlsəfə özü bir “Sizif cəzasıdır”.
    “Sərhədsiz dünya” həqiqətini təqdir edən müəllif, həmçinin dünyanın mövcudluğu və dərki, baş verən sosial-siyasi qabarma və çəkilmələrin həlli prosesində obyektlə subyekt arasında ziddiyyətlər axtaran psevdofəlsəfi baxışları qəbul etmir və belə hesab edir ki, əsl mahiyyətdə, dünyanın izahı dünyanın özü kimi “sadədir”.
    Marks(izm) dünyanın dərkindən daha çox, onun dəyişdirilməsinə əhəmiyyət verirdi. Əlbəttə, dünyanın “dəyişdirilməsi”nin əhəmiyyətini inkar etmək olmaz; lakin onu da inkar etmək olmaz ki, bu gün daha çox insanın dünya haqqındakı məhdud, ənənəvi baxışları dəyişməlidir. İnsan dünyanı özünə “uyğunlaşdırdığı” kimi, özü də dünyaya uyğunlaşmalı, başqa sözlə, öz yaşarılığının kvintessensiyasını onunla (dünya ilə) vəhdətdə axtarmalıdır.
    Çağdaş bəşəri sivilizasiyanın qlobal yüksəlişi dünyanın parçalanmasına yox, onun “birləşməsinə” xidmət etməli, dünya fiziki anlamda öz ilkin “sıfır variantına” qayıtmalı, yer üzü ğöy üzünün adekvat əksinə-surətinə çevrilməli, yəni sərhədsizləşməlidir.
    Dünya haqqındakı bütöv, sərdədsiz mühakimə və mülahizələrin özü kimi, dünyanın özü də sərdədsizləşməlidir.
    Sizə təqdim olunan təlimin əsasında da elə bu ideya dayanır: SƏRHƏDSİZ DÜNYA.


















    “SƏRHƏDSİZ DÜNYA” əsəri haqda rəylər

    Hər şey gözəl təfsir olunub.
    Bu, utopiyadırmı? Qətiyyən!
    İnandırıcı və məqbul məsələlərdən biridir. Amma məsələnin vahid-məqsədyönlü həlli üçün insanlığa nə qədər vaxt müddəti gərəkdir? İnkişafın bir fazasindan digərinə keçiddə bir neçə pilləni eyni vaxtda qalxmaq, tarixdə qara çuxur fenomenininin üstündən ötüb keşmək olmur. Xalqlar, dinlər, adətlər, dünyagörüşlər arasında olduqca çox fərqlər mövcuddur.
    Şaya Vaysbux
    Mən bu traktatı maraqla oxudum. Burada “sərhədsiz” dünyanın təşkil edilməsi üçün zəruri olan çoxsahəli, məqbul və inandırıcı şərtlər irəli sürülür. Əminik ki, həmin dünya tezliklə qurulacaq və bu əsər onun təşkili üçün yaxşı zəmin olacaq.
    Vera Pavlova
    Mən müəllifin sərhədsiz dünya haqqında dediyi hər kəlmənin altından imza atıram.
    Qoy Allah təala hamiya sülh və əmin-amanlıq qismət eləsin.
    Zura İsmiolord


    İnsan təkəbbürü olmasaydı, yəqin ki, dünya da parçalanmazdı. Babilistan ehramının qurulması bizə Allah tərəfindən təşviq olunmuşdu. Bir dildə danışan, bir-birini yarım kəlmədən başa düşən insanlar birləşmişdilər. Bütün bunlar nədən ötrü idi? Bu, ona görə idi ki, tikilən qala göylərə ucalsın, “biz hər şeyə, hətta Allaha belə çatmağa nail olaq”. Amma elə ki, müxtəlif dillərdə danışmağa başladıq, bir-birimizi anlamağa son qoyduq, “səma qəsri” də uçub dağıldı. Əgər bizim günlərdə insanlar birləşərlərsə, bu, nəyə xidmət etməlidir? Yeni insan iddiaları meydana çıxmazmı? Mövzu şox c iddidir...
    Stalnaya Anjela


    Siz idealistsiniz. Niyə də olmayasınız?
    Sərhədsiz dünya, hüdudsuz açıq cəmiyyət deməkdir. Tamamilə mümkün olan haldır.
    Gözəl ideyadır.
    Çəkilən sərhəd xətlərini, içində sıxıldığımız sərhəd çərçivələrini, imkanlarımızı məhdudlaşdıran sədlərin hamısını, biz özümüz yaratmışıq... Əgər sən özün özünə desən: “Mən heç vaxt uça bilmərəm”, onda heş vaxt uşa bilməyəcəksən. “Xoşbəxtlik mənim üçün deyildir” qənaətinə gəlsən, xoşbəxtlik yanından ötüb keçəcək. “Sərhədsiz dünya ola bilməz” deyə düşünsən, o zaman nə vaxtsa qurulan sədləri heç zaman aşıb keçə bilməyəcəksən. İnkişafın indiki mərhələsinə cavab verə biləcək yeni metodların, konsepsiyaların həyata vəsiqə alması ilə, köhnə sədləri aşmaqla, yeni dünya, Sərhədsiz dünya qurub yaratmaq olar.


    P.S.
    ... müsaidənizlə irəli sürülən mövzuyla bağlı öz düşüncələrimi davam etdirim. Bu günkü siyasətçilər, gömrükçülər, konsullar, habelə nəzarətçi orqanların güclü və çiçəklənən kastası, öz hakimiyyətlərini könüllü şəkildə təhvil verməzlər.
    O ki qaldı bir “sivil struktur” kimi Avropa Şurasına, onun fəaliyyəti mübahisəlidir. Burada iqtisadi inteqrasiya ilə yanaşı müəyyən bir “mədəniyyətin” gizli təbliği hiss olunmaqdadır. Sərhədlərin götürülməsi əvəzinə bizim üçün yeni sərhədlər yaranır. Məsələn, bazar sintetik və geni dəyişdirilmiş kənd təsərrüfatı məhsulları ilə doldurulmaqdadır. Bu gün pestisid və gerbisidlərdən xali olan ərzaq məıhsullarının tapılması qeyri-mümkündür. Əvvəllər heç də pis olmayan təhsil sistemi indi qaranlıq güncə sıxışdirilir. Bu isə Baloniya sisteminə keçidlə motivasiya olunur. Gənclərə bəlli bir “mədəniyyət” zövqü aşılanır. Və ən başlıcası, çoxlarına təmiz qaydada azadlıq gərək deyildir. Bu isə ona gətirib şıxarır ki, sənin əvəzinə hər şeyi dövlət, iş sahibi etməli olur.
    Amma bütün bunlarla yanaşı sərhədsiz dünya qurmaq ideyası cəlbedicidir.
    Mənə elə gəlir ki, yaradılmış çərçivələr tədrcən əriyib aradan götürülməlidir.
    İduşşaya


    ...Sizin yazdıqlarınızı oxuduqca oxumaq istəyirsən.
    Nina Tutitsina


    “Bəyəm Homer təkcə yunanlara, Şekspir yalnız ingilislərə, Rustaveli yalnız gürcülərə, Şevçenko yalnız ukraynalılara məxsusdur? Böyük mədəniyyət, böyük elm bütün dünyaya, onun bütün sakinlərinə məxsusdur”.
    Sərhədsiz dünya barədə yazılmış traktatı maraqla oxudum.
    Yer üzü də göy üzü kimi sərhəsiz, tikanlı məfillərsiz olmalıdır deyə hər bir oxucuya üz tutan müəllifin inamı bir daha təsdiq edir ki, dünyanın sabahı hər kəsin öz əlindədir.
    Tatyana Kojuxova


    Sizin yazdığınızı şərh etməyə mənim haqqım yoxdur: Siz əsl filosof və yazıçısınız… Mən Allaha inanıram, amma onun bizi yaratdığına inanmıram, mən adamların birliyinə inanıram, amma hamı ilə birgə olmaq istəmirəm, mən hərbsiz dünyaya inanıram, amma gözümü açandan dünyada döyüş gedir və yəqin ki, bir gün mən bu dünyada olmayanda da bu savaş davam edəcək. Zamyatinin “Biz” adlı gözəl bir romanı var… orada deyilir ki, insan öz axtarışlarında gözəldir, elə ki, axtarmağa bir şey olmur, o (insan) dəhşətli olur.
    Marqarita Fedoseyeva


    Sizin problemə yanaşmanız mənə çox yaxındır. Biz, bu dünyanı təşkil edən adamlar, bir-birimizdən xırda-para məsələlərə görə fərqlənirik, əsas məsələlərdə isə hamımız oxşarıq, buna görə də cəmiyyətdə yaşayan hər bir kəsin qarşısında eyni suallar dayanır. Qarşıda duran ən başlıca məsələ isə mənəvi-əxlaqi nəsnələrlə bağlıdır. Siz insanım mövcudluğunu ehtiva edən aspektə dünyanın və adamların birləşdirilməsi pozisiyasından yanaşırsınız və öz əsərinizi fəlsəfi-bədii traktat adlandırırsınız.
    Sizin əsəriniz bizi gələcək haqqında dəhşətli proqnozlar verən kommersiya nəşrlərindən fərqli olaraq, heç də hər şeyin hələ itirilmədiyi haqda nikbin hisslər aşılayır.
    Lidiya Kurçina


    Mövzu mənim hədsiz marağıma səbəb oldu. Mən də hesab edirəm ki, dünya sərhədsiz olmalıdır! Mən filosof və üstəlik də praqmatik deyiləm, amma bilirəm ki, bu, fövqəladə dərəcədə çətin məsələdir. Mən Sızın verdiyiniz proqnozları, məsləhətləri təkrar etməyəcəyəm, siz çox çeydə inamlısınız, amma bütün bu mozaikada bütün hallarda əsas amil insan özüdür.
    Bizim ətrafımızda hər çey nisbidir. Mənə elə gəlir ki, bizim yaşadığımız bu dünyanın özü də nisbidir. Bəs insanın özü necə? (...) Belə hesab edirəm ki, biz nə qədər ki, öz genimizin sirrini açmamışıq, maddi dünyanın harmoniyasını öyrənə bilməyəcəyik. Genlərin ötürülməsini insana doğulandan verildiyini anlamadan yüksək intellek həddinə necə çatmaq olar? Hələ siz fərqinə varırsızmı ki, bu müasir və sivil dünyada qadın özünü necə müdafiəsiz hiss edir, alçaldılır, təhqirə məruz qalır. Təbii ki, belə olan halda insan hələ bətndə ikən onda intellektual qabiliyyətdən daha çox heyvani instinktlər inkişaf edəcəkdir ki, bu da aqressiya, başqa sözlə müharibə deməkdir.
    Bəlkə elə özümüzdən baçlayaq? Bizə sağlam uşaqlar dünyaya gətirmək və onları əlverişli şəraitdə tərbiyə etmək imkanı vermək lazımdır. Bəlkə belə bir nəslin uşaqları, aqressiyadan uzaq övladlar, gələcəkdə maddi dünyanın yaxşılığa doğru düzəlməsi üçün nəsə bir şey etsinlər. Mən də Sizinlə tamamilə şərikəm- bu dünya insanın ilk və son məskənidir. Və əgər biz istəsək bu dünyanı cənnətə çevirərik.
    J. Liza



    ...dərin məzmunlu və düşündürücü bir əsərdir. Əlbəttə, bütün bunlara şatmaq üçün bəşəriyyət hələ çox məsafə qət etməlidir… bir fikir məni xüsusilə cəlb etdi- bu, sanki mənim öz frazamdır; hər bir millətin dahi, istedadlı insanları və yararsız məxluqları vardır. Mən özüm də insanları millətlərə və irqlərə bölmədən həmişə bu cür deyirəm. Mənə çox xoşdur ki, bu mühakimələrdə öz düşüncələrimi tapıram.
    Lyudmila Kurışeva


    Etiraf edirəm ki, bu Yer planetinin hər bir normal sakini kimi, mən də Dünyanın gələcəyi haqda düşüncələrə dalıram... Aydındır, idarəetmənin bütün formaları artıq tükənibdir, bundan başqa demokratizm, ölkələri dünya krizisi vəziyyətinə gətirib çıxarmışdır. Demokratiya ideyasi özlüyündə kağız üzərində yaxşıdır, amma pulun hökmranlıq etdiyi yerdə o yoxa çıxır. Hər bir kəs öz pul kisəsinə baxır, onun ağzınacan dolması barədə fikirləşir; Yer planetindəki ac-yalavac, dilənçi halanda yaşayan çoxlu sayda insanların taleyi onları qətiyyən narahat etmir. Bu bədbəxtlər planetin tamhüquqlu və gərəkli adamı ola bilmirlər, çünki onlar elə əzəldən ehtiyac içində doğulublar. Bu onların günahıdır? Amma öz pul kisələrini Zənginlik hesabına dolduranlar bəzən bir saatın içində hər şeyə nail olurlar; əslində bu var-dövlət dünyanın bütün adamlarına mənsub olmalıdır.
    (...) Onu digər insanların ölümü maraqlandırmır... onu ekologiya, habelə vəhşi kimi istehlak etdiyi bu aləm də maraqlandırmır.
    Mən Sizin ideyanı tamamilə anlayıram və hətta onu qəbul edirəm, düşünürəm ki, bir az da əsaslı işlənməlidir. Düşünürəm ki, gələcək nəsillərdə bu cür dünyagörüşün tərbiyə olunmasına, öz yaxınlarının qayğı və məhəbbətlə əhatə olunmasına çalışmaq, insanlar, millətlər arasında düşmənçilik toxumu səpərək onları müharibələrə təhrik edənlərə qarşı çıxmaq lazımdır.
    Siz bir çox məsələlər qaldırmısız, onların bəzilərini təsəvvürə gətirmək çətindir; məsələn, silahsız necə yaşamaq?
    Bizdə nüvə silahlarından başqa digərləri də kifayət qədərdir. Suallar çoxdur.
    ... Bir şey aydındır ki, əgər belə yaşamaqda davam etsək gələcəkdə kiçik xalqlar məhv olacaq. Daha böyük faciələr yaranacaq.
    Ümumiyyətlə, bu, indiki vaxtın ən mühüm mözusudur.
    Yevgeniya Şenderika


    … müəllifin dil, erudisiya, bilik zənginliyi, fikir gücü və fenomenal təhlil etmək qabiliyyəti adamı valeh edir.
    Bu sual dəfələrlə verilib: sərhədlər lazımdırmı, axı onlar məhdudiyyət yaradır?!.
    İnsan əli qura da, qurduğunu dağıda da bilər.
    İnsan yaradır, həm də məhv edir.
    Xeyir də insanla bağlıdır, şər də.
    O, özünü hasarla, qoruqla, divarla, sərhədlərlə ətraf aləmdən ayırır. Bu, ya özünü qoruyub saxlamağın bir vasitəsi, ya da qorxudur.
    Yəqin ki, QORXU keçib gedəndən sonra hasarlar da yox olacaq; qorxu isə o qədər amillər doğurur ki.
    Bu cür mühüm mövzuda Dünyanın Bütövlüyü və Bölünməzliyi haqda yüksək mənəvi ruhlu bir əsər yazığına görə müəllifə təşəkkür edir, ona ürəkdən yaradıcılıq uğurlarə arzu edirik.
    Əzizə (Taya Əzizova)



    Maraqlı əsərdir!
    Mən də bu barədə şox düşünürəm.
    Sizin kimi bir adamın, üstəlik də mənimlə eyni yerdən olan adamın, fikirləri mənə ikiqat xoşdur.
    Kristina Konopleva


    Olduqca maraqlı və dərin məzmunlu bir əsərdir.
    P.S.
    Əsəri oxuyan müddət ərzində bir çox fikirlər meydana çıxdı.
    Amma ən başlıca fikir budur: insanlar öz planetlərində dərilərinin rəngindən, irqlərindən, dinlərindən, dillərindən asılı olmayaraq azad, xoşbəxt, bəxtiyar yaşamalıdırlar. Və bunun üçün ən ZƏRURİ olan odur ki, qarşıya şıxan və ondan asılı olan hər problemi insan özü həll etməlidir.
    Biz, yalnız biz özümüz, öz həyatımıza və ətraf aləmə təsir edə bilərik, habelə sabahkı günümüz bizim bu gümkü fəaliyyətimizlə bağlıdır.
    Diana Qornaya


    Bütövlükdə mən Sizinlə razıyam və bununla yanaşı əminəm ki, klassiklərə isnad etməklə Siz ümumi dünyagörüş tendensiyasını düzgün müəyyən etmisiz. Bu yerdə Bakuninin də adını çəkmək olardı və onda “anarxiya” anlayışı “monarxiya” nın əksinə olaraq məhz sizin nəzərdə tutduğunuz təşkilati sistemə uyğun olardı.
    İrina Kuptsova


    ...valehedicidir! Və burada hər şeydən gözəl olan -xeyirxahlıq axtarışlarıdır. Sözün yaxşı mənasında- donkixotluq.
    Düşünürəm ki, dünyanı heç bir iradə gücünə dəyişmək olmaz. O, öz qanunları ilə inkişaf edir. Və tarixi inkişafın qanunları bizim əvvəlcədən nəzərdə tutduğumuz ssenari üzrə inkişaf edə bilməz.
    Biz hətta dialetikanın qanunlarının işləmədiyi əcaib bir dönəmdə yaşayırıq. Və bütün prosesləri bu gün xaos nəzəriyyəsi pozisiyasından izah edirlər. Sinergetika zamanıdır. Dünya nın gələcəyini əvvəlcədən bilmək olmur! Hətta, ətraf mühit də bu cürdür. Dünən adamları qlobal istiləşmə ilə qorxuzurdular, bu günsə ekoloqlar ekoloji soyuqlaşma ilə qorxudur. Əgər bir dəqiqə sonra nəyin baş verə biləcəyi barədə proqnoz vermək yaxşı heç nə vəd etmirsə, qlobal miqyasda nəyisə dəyişməyə cəhd göstərməkdən nə çıxar...? Bir şeylə razıyam ki, dünya vahid məkana çevriləcək. Artıq belə bir proses gedir. İnternet buna misal ola bilər. Düzdür, hələ virtualdır, informasiya səciyyəlidir, amma insanlığın mədəniyyət məkanıdır. Əslində, mən bilmirəm, bu yaxşıdır, yoxsa pis? Dünyanın vahid idarəsi- elə vahid idarə sistemidir. Alternativsizlikdir. Alternativsizlik, hətta yaxşı ssenari ilə, sağlam və yüksək mənəviyyarlı idarəetmə ilə müşayiət olunsa belə, gec ya tez doqmaya çevrilir.
    (...) Variantların olmaması inkişafın sonudur. İnkişaf- çeşidlilikdədir. Biz hansısa zamanların arasında yaşayırıq, bu aydındır. Amma məhz nə ilə nəyin arasında, bax sual budur. Bir məsələ ilə də razıyam ki, dünya mənəviyyatı heçə enib.Əgər mənəviyyat yüksəlməsə yeni bir din uyduracaqlar. Allahdankənar bir din.
    Leyla Səbzəli


    Daniil Andreyevin “Dünyanın qızılgülü” romaninda olduğu kimidir. Burada Dünyanın Qızılgülündən fərqli məsələlər meydana gəlir: gələcəyin perspektivləri, onun qarçısında duran, tamamilə konkret və prinsipal, həyata keçirilməsi mümkün olan mənəvi-tarixi məsələlər.(...)
    Onların həyata keçməsi daha böyük məsələlərin həllinə yol açacaq: bu, təbiətin ruhən canlanmasıdır.
    Lyudmila Kozlova- Kuznetsova


    Bir tərəfdən, müsbət haldır ki, traktatda Sizin müasir dövrün problemləri ilə baxışlarınız yer tutmuşdur.
    Hiss olunur ki, Siz saysız-hasabsız tədqiqat işləri ilə tanış olmusunuz.
    Burada etiraz doğuran yerlər də yox deyildir.
    Amma, digər tərəfdən, əsasən, mənim dünyagörüşüm “dünya” fenomeninin özünün bu cür düzxətli metafizik anlamının əksinədir. Mən insanları yaşadığı planetlə məhdudlaşdırmazdım. Bununla Siz artıq onun yeni bir sərhəddini müəyyənləşdirirsiniz.
    “Sərhədsiz dünya”- bu, məncə, bütün Dünya evinin zaman-məkan substansiyasıdır ... və s.
    Başa düşürəm ki, Sizin şərhinizi insan cəmiyyətinin inkişafı ilə, sivilizasiya daxilində gerçək dünya ilə bağlı olan fərqli mülahizə kimi qəbul etmək olar.
    Olsun. Amma bu cür dünyadüzümü üçün Siz özünüz yenə hansısa strukturun idarə edəcəyi yeni “sərhəd” qurulmasını təklif edirsiniz.
    Mən Sizinlə razıyam ki, gələcək-vəhdətdədir. Amma çox şey, artıq ön plana çıxmış ekoloji, demoqrafik, xammal və s. problemlərlə diktə olunur. Bilirsizmi, biz indi Engelsin vaxilə “Təbiətin dialektikası” əsərində deyilən kimi, təbiətin insandan qisas almağa başladığı bir dövrdə yaşayırıq. Və bu şəraitdə sağqalmanın yeganə həlli yolu bütün xalqların gücünün birləşməsində ola bilər.
    Qısası, bu problem elə nəhəngdir ki, onu yalnız kollektiv zəka yerindən tərpədə bilər.
    Müəllifə dərin təşəkkürümü bildirirəm, çünki o, nsanlığın inkişafına neqativ təsir göstərən zərərli prosesləri göstərib həyəcanla xəbərdarlıq etməklə, elm aləmini hərəkətə gətirir.
    Svetlana Demçenko


    Sizin traktatınızi diqqətlə oxudum. Ədəbi cəhəti ilə bağlı heç bir iradım yoxdur. Amma mahiyyətlə heç cür razı deyiləm.
    ... belə çıxır ki, əvvəlcə mükəmməl adamlar, sonra isə mükəmməl cəmiyyət təşkil etmək lazımdır. Bəs o adamları kim, qeyri-təkmil cəmiyyətmi yaradacaq? Bu, bir. İkincisi də nağıla bənzər cəmiyyətdə kim yaşamaq istər? Şəxsən mən belə bir cəmiyyətdə yaşamaq istəməzdim... Dünya məhz lazım olan qaydada inkişaf edir.
    Aleks Belostotski
    Mənım nöqteyi-nəzərimcə əgər şəxsiyyət bütövdürsə, ağıllıdırsa, idraklıdırsa, bağışlayandırasa, sevəndirsə… elə onun ətrafındakı dünya da bu cürdür. Yəni insan öz dünyagörüşü etibarilə sərhədsiz olmalıdır.
    Qalina Salikova



    Gələcək barədə həyəcan hissi ilə düşünən insanlar çoxdur… Beynəlxalq təşkilatlar bürokratik maşınlara, beynəlxalq qurumlarsa zənginləşmək vasitəsinə çevrilib. Təəssüf ki, onlar mövcud problemləri həll etmək gücündə deyillər. Mənim hazır reseptim yoxdur, amma mən deyilənlərlə tamamilə razıyam: bundan belə bu cür yaşamaq olmaz. Biz özümüzdən sonra nə qoyub gedirik?
    Yelena Sumskaya


    …gərəkli, ağılla yazılmış əsərdir. Təəssüf ki, ölkə rəhbərləri bu cür şeyləri oxumurlar. Heç olmasa, bu cür fikirləri hakimiyyət adamlarina çatdıra biləcək məsləhətçilər tapılaydı.
    Marziya Qabdulqaniyeva
    “Ağıl insanları birləşdirir”…-dəqiq deyilmiş fikirdir.
    Situasiya düzgün dərk olunub.
    Mahir Eminov


    “Mən əminəm ki, çox yaxın gələcəkdə, bizdən sora gələn nəsillər, azadlığı təbii zərurət kimi qəbul edərək idarəetmənin daha demokratik, sivil idarəetmə yolunu tapacaq, bu gün fantastika kimi görünən ideyalara həyat verəcək” .
    …mən 1993-cü ildə Zaqafqaziyadakı ölkələrdən birinin prezidenti ilə (sonralar devrildi, mühacirətdə vəvat etdi) görüşmüşdüm, o da həmin məsələ ilə bağlı bu cür danışırdı.
    Dima Uxlin



    Bu gün Aleksandr Vlasenkonun “Solomku” əsəri ilə bağlı, bir çox insanların mentalitetinin yaxşıya doğru dəyişməsinə səbəb ola biləcək ideyalardan, sərhədlərin açılması və planetar hökumətlə bağlı rəyimi yazmışdım. Düşünürdüm ki, bütün bunlar utopiyadır. İndi sizin əsəri oxuyandan sonra görürəm ki, yanılmışam.
    Nataliya Matlina


    …pis o adamdır ki, dünyanı dəyişməyə çalışmır və öz kanonları ilə bəşəriyyəti xoşbəxt etmək barədə düşünmür.
    Etiraf edirəm: kosmopolitlər mənə patriot-millətçilərdən daha yaxındır.
    Heç olmasa onlarin miqyası genişdir…
    Əsərdə irəli sürülən ideya ideal və humanist olmaqla yanaşı, olduqca alidir.
    Tatyana Çeçelnitskaya


    Çox ciddi bir mövzuya müraciət olunub. Hər bir sağlam düşüncəli adam Yer üzündə mövcud olan dünyadüzümü haqqında düşünməyə bilməz.
    Zaman dəyişir, amma insan ehtirasları dəyişmir...
    Dünən televizorda Vizantiya haqda filmə baxdım. Bu qənaətə gəldim ki, o zamankı Vizantiyanı indiki Rusiya ilə müqayisə etsək, demək olar ki, heç nə dəyişməyib. Hər şey o vaxtkı kimidir: hər şeyi pul və sərvət həll edir.
    Bax şərin mənbəyi də bundadır.
    Amma mən pessimist deyiləm, ehtiyatlı optimistəm.
    Tamara Kostomarova



    Sizin mühakimələriniz hörmətə layiq olsa da onlar utopiyadır.
    Dünya yalnız milli fərqlərin aradan çıxdığı bir dönəmdə sərhədsiz ola bilər.
    Millətlərarası ziddiyyətlər hələ uzun müddət, hər halda, insanlığın şüurun yeni keyfiyyət halına yüksələcəyi dövrə qədər qalacaq. Müəllif heç kəsi zorakılığa səsləmir, o, bir romantik kimi, möcüzəyə inanır. Heyhat, mən realistəm, onu dəstəkləmirəm.
    Yelena Panferova


    ...əslində deyilənlərin hamısı həqiqətdir. Təəssüf ki, bu cür sadə və adi sözlər siyasətçilərin ağlına yerləşmir. Hakimiyyət, pul... bax, əsl şər budur.
    Nataliya Qliqaç


    Mən Həqiqəti son zərrəsinə qədər görüb anlayan kişinin ağlı qarşısında baş əyirəm.
    Seber Nuur



    Çox maraqli əsərdir. Mən çoxdan insan haqlarını qoruyan təşkilatda çalışıram və bu baxışlar mənə çox yaxındır. Totalitar, demokratik, vətəndaş, nəhayət humanist cəmiyyət. Sonuncu haqda indi az adam danışır; halbuki filosoflar arasında insan haqları məsələsini ilk dəfə Kant qaldıraraq bu cür cəmiyyəti təsəvvürünə gətirmişdir.
    Mənə həmçinin bizim özümüzdə, Ukraynada, Torpağın Ekoloji Konstitusiyasını təbliğ etmək nəsib olub. Bu yerdə Albert Şveytserin kredosunu xatırlamamaq olmur: “Özün yaşa və başqalarının yaşamağına imkan ver”.
    Sizə elə gəlmirmi ki, ədəbiyyatda utopiya çatışmır? Mən şəhər tanıyıram ki, onu Kampanellanın “Günəş şəhəri”nə bənzər tikiblər. Bu, İvano-Frankovsk şəhəridir.
    Qalina Paqutyak




    Bu, çox ciddi bir əsərdir. Bilmirəm bu əsər haqqında danişmağa mənim haqqım çatırmı. Yəqin ki, çatar, axı mən də insanam və bu dünyaya məxsusam. Bu fikri xeyli müddət anlamadım: necə yəni birləşmək üçün əvvəlcə ayrılmaq gərəkdir. İndi dərk edirəm. Bizim planetimizdəki hər bir ayrıca götürülmüş fərd belə düşünməlidir: biz hara gedirik? Biz doğru yoldayıqmı? Və yenidən birləşmək üçün nə etməliyik? Bu barədə az adam düşünür. Adi obıvateli daha çox başqa problemlər məşğul edir: ailə, uşaqlar, iş, qazanc, istirahət və s. Olsun ki, müəyyən bir vaxt keçəndən sonra hər bir kəs bu barədə düşünəcək. Olsun ki, o zaman... O zaman tam birləşmək imkanı əldə ediləcək, sərhədsiz dünya olacaq.
    Yelena Polyakova
    Bizim günlərdə, planetin müxtəlif qütblərində lokal konfliktlərin alovlandığı, atəş səslərinin susmadığı, qan töküldüyü, insanların həlak olduğu, dışdan gələn təhlükələrin dövlətləri öz “qıfılını” möhkəm bağlamağa vadar etdiyi bir zamanda, sanki sərhəd dirəkləri və tikanlı məftilləri olmayan dünya haqqında ideya yürütmək, yumşaq desək, sanki aktual səslənmir.
    Yazıçı və filosof Firuz Mustafa isə belə düşünmür. Onun “Sərhədsiz dünya” əsərinin pafosu bu ideyanın yer üzündə yaşayan insan sistemi üçün qəbuledilən, sağlam və humanist olduğunu israrla müdafiə edir. Müəllif, esaslı sebeblər üzündən təkcə tərəfdarlarının deyil, öz tənqidçi və opponentlərinin tapılacağını da əvvəlcədən görür. Amma Firuz Mustafanın köhnə qaydaya uyğun, traktat kimi qələmə alınan bu kitabı, heç də qarşısına oxucuya ideal cəmiyyət, “şirin illüziyalar səltənəti” haqqında hansısa utopiyanı təqdim etmək məqsədi qoymayib.
    Əsərin postsskriptumunda belə bir fikir özünə yer tutur: “...İnsanlar öz planetlərində dərilərinin rəngindən, irqlərindən, dil və din fərqlərindən asılı olmayaraq azad, xoşbəxt bir ömür yaşamalıdırlar...” Qarşıya qoyulan ali məqsəd gördüyümüz kimi yeni deyildir. Burada söhbət dünyanın böyük ağıl sahiblərini əsrlərdən bəri narahat edən əbədi problemlərdən, ən ümumi harmoniyadan, ədalətli dünya düzümündən gedir.
    Təsadüfi deyildir ki, Firuz Mustafa Nizamidən Mora, Kampanelladan Furyeyə qədər bir çox böyük humanist mütəfəkkirlərin adını xatırladır. Müəllif şəxsiyyətin mənəvi kamilliyini önə çəkir, “şəxsiyyətin şəxsiyyətsizləşdirilməsi”nə qarşı çıxır; bu cəhətdən onun “Biz” romanının müəllifi olan Zamyatin, “1980” roman-xəbərdarlığın müəllifi olan Oruell və s. kimi tərəfdarları vardır.
    Firuz Mustafa kitabın sonunda sərhədsiz dünyaya keçməyin detallarla, mərhələli qaydasını təklif edir. Bunun mahiyyətini isə tərksilahda, Beynəlxalq idarə sisteminə (BİS) daxil olmaqla bağlı referendum keçirməkdə, regional birliklərin yaradilmasında, ordunun ləğvində (ictimai təhlükəsizliyi hüquq-mühafizə orqanları həyata keçirməklə) görür. Bu halda ərazi bütövlüyü “simvolik mövcud olur”; regional siyasi partiyalar beynəlxalq siyasi qurumlarla əlaqələri möhkəmləndirdir; “dövlətsizləşdirilmə” prosesi genişlənir; yeni idarəetmə qurumlarının parlamentdə bütün xalqların eyni sayda nümayəndələrlə təmsil edilməsini təmin edir; milli-mədəni muxtariyyət qalmaqla dövlətlərin siyasi suverenliyinin tədricən aradan çıxması (həmin funksiyanı beynəlxalq parlamentin öz öhdəsinə götürməsi nəticəsində) müşahidə olunur.
    Sonrakı mərhələdə dil, dini baxış, milli mədəniyyətlər öz missiyasını yerinə yetirməkdə davam edir, vahid Konstitusiya təsdiq edilir, vahid valyuta təsbit olunur.
    Dünyanın paytaxtı ən kiçik ölkələrdən birinin mərkəzi elan olunur (bu, görünür gələcək geopolitik sistemin demokratizmi ilə bağlıdır); adamlar arasında ünsiyyət kimi nisbətən az yayılmış dillərdən biri seçilir. Təbii ki, yeni dünya düzümündə irqçiliyə, millətçiliyə, antihumanist şüarların səslənməsinə ehtiyac duyulmur. Əlbəttə, burada digər qlobal problemlər də (ekologiya, təbii sərvətlərdən istifadə, savadsızlığın ləğvi) unudulmur, “daimi qeydiyyat” institutu ləğv olunur.
    Hər şey gözəldir, hər ıey əladir və həm də cəlbedecidir. Yazıçı-filosof düşünmək üçün oxucuya yaxşı imkan yaradır. Məsələ burasındadır ki, görəsən bu arzu və bu parlaq gələcək bizə nə qədər yaxındır? Müəllifə inanmaq istəyirsən, amma bugünkü reallıqdan və keşmiç tarixin bizə təlqin etdiyi kədərli şübhələrdən qopmaq çətindir. İnsanlıq bu cür kütləvi və zəngin gələcəyə nə vaxt qovuşa bilər? “Ümumi ev” haqqındakı baxışlar nə vaxt siyasi ambisiyalardan və böyük dövlətlərin kişik dövlətləri təhdid etmək arzusundan üstün ola bilər? Dövlətlər və xalqlar arasındakı qarşılıqlı əlaqə nə vaxt elə bir səviyyəyə çatar ki, quruda, suda və havada “sədlərin” yaranmasına ehtiyac olmayasın?
    Müəllifin humanist layihəsi ilə razılaşmaq da olar, razılaşmamaq da. Amma bütün hallarda biz “Sərhədsiz dünya” əsərini oxumağı tövsiyyə edirik. Kitab insanlığın xeyrə, həqiqətə və ədalətə doğru getdiyi yolda “maneolan daşları” atmaqda, dünyanı anlamaqda yardımçı ola bilər.
    Siyavuş Məmmədzadə
    Sizin xeyirxah arzunuz, dərin məzmunlu əsəriniz ehtirama layiqdir. Demək olar ki, siz epoxal əhəmiyyətli bir məsələ qaldırmırsınız. Həqiqətən, bu məsələ dünyanın özü kimi qədimdir, ümumdünya əhəmiyyətlidir və məhz buna görə də həmin məsələ lokal sərhədlər çərçivəsində həllini tapa bilməyəcəkdir. Müasir dünyanın problemləri indi mövcud olan sərhədləri ötüb keçmişdir, artıq sərhədlər “maneçilik törədir”, daha doğrusu, sərhədlərin özü də bir problemə çevrilib və hər cür yeni problemlərin qaynağıdır. Artıq “ayrıca götürülmüş dövlətdə” təhlükəsiz, yüksək rifaha malik dünya qurmaq mümkün deyil, buna keçmiş SSRİ-nin və indiki Amerikanın taleyi parlaq misaldır. Bəli, “dünyanı ambisiyalar parçalayır”, amma inanmaq istərdik ki, ağıl birləşdirəcək.
    Yavuz Cəlil




    Слышу! Пульсирует Время?
    Взлетает свободной птицей,
    Оков, разрывая бремя,
    Пространства сметает границы.
    Хирурга скальпелем смело
    Вскрывает нарывы века,
    Вселенной, кромсая тело,
    Иного кроит Человека.
    Потоком нового света
    Красит галактик восходы,
    Объединяет планеты,
    Правительства все и народы!
    Слышу! Пульсирует Время!
    Мария Серова




    I liked your essay. To say frankly, I agree with your statements. But I would like to ask you some questions:
    Do you suppose to give any recommendations towards this inevitable process? Does globalization help modern Earth residents to survive? Will it bring us to a new generation of people who will deny their national identity and will appreciate only profitable-practical issues?
    Frida Şutman


    Firuz bəy, salam. Əsərinizi oxudum. Çox maraqlı əsərdir, müdriklik toplusu təsiri bağılayır traktatınız. Sərhədsiz dünya ideya kimi utopik görünsə də, amma bəşəriyyətin nə vaxtsa yetişəcəyi bir hədəfdir. Traktat haqqında bir birindən maraqlı rəyləri oxuduqca onun təsir imkanını təsəvvür edirsən. Əsərdə maraqlı deyimlər var. Məsələn: “...Allah ağıl paylayanda insanlarla çox ədalətli rəftar edib: heç kəs öz ağlının azlığından şikayətlənmir". Xalqlar da insanlar kimidir - qonşusu bədbəxt olan millətin özü firavan həyat sürə bilməz.
    Gələcəyin tarixi maraqlı və düşündürücü ifadədir. Bəzən şəxsi hakimiyyət ehtirası bütün bəşəri dəyərləri üstələyir." Belə seçmələr çox ola bilərdi. Amma bunlar da yetərlidir. Sizi təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.


    Cəmil Həsənli









    … dünya "birləşmiş qablar qanunu" prinsipi üzrə ya-şamalı və idarə olunmalıdır.

    … xalqların, millətlərin, dövlətlərin qarşılıqlı əlaqə və əməkdaşlığı çox gözəl, çox məqbul, çox dəyərli hadisə kimi qiymətləndirilməlidir. Fəqət, bu qarşılıqlı əlaqə-lər hər zaman öz müsbət bəhrəsini verirmi?

    ... dünyanın bütün adi adamları (az qala!) eyni istək və eyni arzularla yaşayır. Fəqət, bu "adi" adamları "qeyri-adi" siyasi baxışlar və siyasətçilər birləşməyə, bir araya gəlməyə qoymur.

    ...mən sərhədlərin nə zamansa aradan götürüləcəyi-nə tamamilə inanıram. Amma...




















  • may 2022, Firuz M.

  • 266
Düşüncələrin Qapıları

Şümşəd Hüseynova

Mən kiməm? Bu sualı çox zaman özümə verirəm və aldığım cavab bir "heç" olur. Dünyamızın qarışıqlığı və insanların səsləri arasında insan özünü necə tapa bilər?......

Ailə yükü 2-ci hissə (yaşadıqlarım)

Ceyhun Fikrət

O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Müəlliməmiz çox sadə bir müəllim idi. Hər gün sübh oyanıb dərsə getməyim......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Zəfər Günü

Şümşəd Hüseynova

Qarabağım... Vətənimin hər yanı gözəldir, fəqət Qarabağım gülüstandır. Məmləkətimin döyünən qəlbi - Qarabağım. Səni bizdən illər əvvəl aldılar, gözlərini bir an belə olsun, səndən çəkmədilər.......

Görəsən, mən ş*?

Sabir Etibarlı

Metrodan çıxıb avtobus dayanacağına qədər yeridi. İşdən sonra çox yorğun idi, amma yenə də yerində dayana bilmirdi. Saatına baxdı, saat 21:32 idi. Dayanacaqda səbirsizlənib irəli-geri......

Gedək

Şümşəd Hüseynova

Götür dərd sərini bu axşam, , biz olmayan yerə. Götür sözləri bu axşam, , söz olmayan yerə. Kim deyər həyatın dərdin? Kim bilər ürəyin fikrin?......

Bioqrafiya. Biblioqrafiya

Firuz Mustafa

(Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahısı) (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bioqrafiyası......

Avqust

Sima Ənnağı

dodaqlarda Qaymaqlı dondurma kimi Xəfifcə əriyir, Havanın istisini Çiyimlərimdə daşıyıram Yapıncı kimi. Nə qədər görülməmiş yuxular, Nə qədər oyanmamış ürəklər var da. Nə qədər......

Üç fədakar

Sabir Etibarlı

Dünyanın üç müxtəlif yerindən, üç fərqli zamandan üç insan bir araya gətirilmişdi. Antik Çindən sərkərdə Konqzi, orta əsr Avropasından gənc qadın İzabella və müasir dövrdən......

Sevimli bir eşq hekayəsindən

Aqşin Mustafa

Ətrafı mühafizəçilərlə dolu olan Amerika Birləşmiş Ştatlarının prezidenti maşınına mindi və alxa qoltuqda oturdu. Qaranlıq bir səhər idi. Heç kim bir kəlimə də danışmamışdı. Bir......