...
  • Roman yazmaq dəhşətin ötəsində bir şey...
  • Habil Yaşar
  • Roman yazmaq dəhşətin ötəsində bir şey...
    Hər şeydən öncə hansı mövzu haqqında yazacağını düşünmək nəinki aylar, hətta illərini ala bilər. Zamanının nə zaman gələcəyinin səndən asılı olmadığı kimi, hansı mövzudan yazacağını belə sən təyin edə bilməzsən. O anidən-hər hansı bir hadisənin və ya hər hansı bir kəsin səndə buraxdığı təsirdən və ya tamamilə başqa bir şeylərdən doğular. Doğuluşu belə o qədər qəribədir ki...Bəlkə də bir insanın dünyaya gəlişindən daha qəribə, daha müəmmalı, daha əsrarəngiz...Bir insanın dünyaya gəlişi müəyyən qanunauyğunluqlara əsaslanır, amma bir romanın yazılmasında nə bir qayda-qanun, nə də hər hansı bir nizam-intizam mövcuddur. Doğuluşu bu qədər qəribə olanın yazılması necə olar...
    İlk cümləni tamamladığın zaman sonrakı sətrlərin gəlişini izahedilməz bir həyəcanla gözləmək varkən səhifələrin, vərəqlərin cəmlənməsini və ən nəhayətində bir romanın tamamlanmsını görməyin necə müdhiş bir hiss olduğunun fərqini sizlər düşünün...Yazdığın hər sətr, düşündüyün hər misra bəlkə də sənin qanın bahasına yazılır, mürəkkəb sadəcə bir vasitədir. Bir yazıçı üçün yazmaqla keçən gecələr qaranlığı hiss etdirməyəcək qədər işıqlı ola bilər, çünki o, yazarkən aydınlanar, yazarkən yaşayar amma, eyni zamanda sabahları bir zülmət kimi sarsıntılı keçə bilər, çünki o, yazmaq üçün daima axtarışda, həmişə düşünməkdədir.
    Yaratdığın hər bir xarakterin taleyini yazmaq, harada olmasından asılı olmayaraq kölgəsi olub daima onu izləmək sizə o qədər asan gəlməsin. Gerçək olmayan xarakterlərə o qədər can qoyursan ki, canından can verərək öz həyatın haqqında da o qədər maraqlanmırsan. Çünki, sən, bəli, sən yaratdığın hər bir xarakterin taleyinə cavabdehsən və onların başlarına gələn və ya gələcək hər bir hadisəyə görə böyük bir məsuliyyət daşıyırsan. Yazıçı olmayanlar ailələrinə, daha geniş mənada bəşəriyyətə cavabdehdirlərsə, yazıçılar yaratdığı xarakterlərin hər biri üçün məsuliyyət daşıyırlarsa(eyni zamanda digərləri kimi ailə, bəşəriyyət qarşısında da cavabdehdilər) onların daşıdığı yükün ağırlığını bir təsəvvür etsəniz. Cavabdehlik bir yana, sağlamlığını belə onlara qurban verər yazıçılar. Amma əvəzində yazıçı adını, əbədiyyəti qazanarlar.
    Xarakterlər ruhuna o qədər hakim kəsilər ki...Sanki, onlar daima sənin ətrafında, səninlə dialoqdadır. Harada və zamanından asılı olmayaraq səndən əl çəkməz, səninlə zarafatlaşar, hətta səni mühakimə edib ağlada da bilərlər. Çünki, mövcud olmayan xarakterlər əslində mövcud kimi gələr sənə və bəzən sən onları deyil, məhz özünü mövcud olmayan bir varlıq kimi fikirləşər, bir su kimi axıb gedərsən.
    Bəlkə də onlar sənin ən yaxın dostların, sirdaşların, qəhrəmanlarındır. Çünki, hər birində sənin düşüncələrin, sənin enerjinin qığılcımları var. Amma bütün bunlarla yanaşı sən həm də onlara azadlığı bəxş eləmiş, hər bir şeydə seçim etməyi onların öhdəsinə buraxmısan. Əks halda bir diktator yazıçı olmaqla yanaşı, xarakterlərinə hörmətlə yanaşmayan birisi kimi xatırlanarsan...Bir yazıçının varlığı əsərləri ilə yanaşı, xarakterlərinin mükəmməlliyindən də asılı deyilmi?
    Yazmaq dəhşətin ötəsində bir şey olduğu kimi, yaşamın ötəsində də bir şey.

    22.12.2020 23:40 Habil Yaşar
  • may 2024, Habil Y.

  • 362
Mənim Möcüzəm

Şümşəd Hüseynova

Dərsi sevdirən, həmçinin nifrət etdirən də müəllimdir. 10 illik məktəb həyatımda 5 il bəlkə də həyatıma qızıl hərflərlə yazılıb. Geriyə baxanda hələ də ürəyimdə bir......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Sonuncu Poçt

Rüfət Abbasov

Dağların qoynunda unudulmuş bir kənddə, artıq illərin təsirindən rəngi solmuş və divarları çatlamış köhnə bir poçt binası vardı. Orada işləyən tək işçi – Cavid, bu......

Sən deyilmişsən

Ela

darıxdığım gözümün işığı. gözlərində itmək istədiyim, gülüşünə pənah apardığım, qucaqlamaq üçün can atdığım. ... Sənə deyilmiş küskünlüyüm. Sənə deyilmiş qırılmaqlarım,......

Qapı

Ela

Yenə çöldə idim... Nə zaman isti bir yuvam olmuşdu, deyə düşünmədim deyil, təbii ki. Kimə yox demişdim, qucaqlamaq istəyəndə? Kim qulağımı çəkəndə üzümü çevirdim ki.........

Yaxşı övlad kimdir?

Şümşəd Hüseynova

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......

"Kitabxananın Unudulduğu Şəhər"

Şümşəd Hüseynova

Gənc bir oxucu olaraq deyə bilərəm ki, mütaliə edilməmiş bir həyatı həyat hesab etmirəm. Bu gün də sizə yaşadığım bir anı danışacağam. Doğulduğum şəhər balaca......

Darıxmaq

Ela

Darıxsalar hiss edərik? Darıxsaq hiss edərlər? Sən... darıxsam hiss edərsən? Bəzən sizə də elə gəlir ki, kimsənin həsrətini çəkməliyik, kimsə üçün burnumuzun ucu göynəməlidir? Çox......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......

Yeni ilə ilk qədəmlər...

Şümşəd Hüseynova

Aylarla gözlədiyimiz yeni ilə ilk addımlarımızı atdıq. Nə isə dəyişdi? Yox, dəyişən tək şey var, dörd yerinə beş yazacağıq. Bilmirəm, bəlkə də mənim içimdə bir......