...
  • Ümidsizlik nəğməsi
  • Habil Yaşar
  • Zibilqabı yanında,
    zibillik eşələyən,
    qoca, nurani kişi,
    Yamanca deyinirdi.
    O, bəzən gülümsəyir,
    bəzənsə...

    Ah, mənim amansız qara taleyim,
    Məni məhrum etdi işıqlarından.
    Yoluma daş qoydu bu həyat mənim,
    Heç üzüm gülmədi uşaqlığımdan.

    Ey cansız və ruhsuz, kor zibilqabı,
    Bilirəm zərrə də duymursan məni.
    Bəlkə də hissimdə yanılıram mən,
    Məni məndən yaxşı anlayanım sən…


    Hər gün ətrafında fırlandıqca mən.
    Sən mənə baxırsan oyuncaq kimi.
    Halbuki mənim də xəyallarımda,
    Gələcək var idi çox parlaq kimi.

    Sənin ətrafında fırlanan kimi,
    Mənim dörd yanımda tamaşaçılar,
    Belə fırlanardı xəyallarımda,
    Ah, mənə qıymadı xəyallarım da.

    Gözlərim kor ola görməyəydi kaş,
    Qaranlıq dünyamın qaranlığını.
    Ya məni heç anam doğmayaydı kaş,
    Ya da ki, doğaydı bəxtəvər kimi...

    Ah, yenə anamı qınayıram mən,
    Yazığın özü də bədbəxt adamdı.
    Taleyin amansız sınaqlarından,
    Onun da heç üzü gülmədi əfsus…
    İndi torpaq altda qəm çəkir yenə,
    Bu bədbəxt oğlunun bədbəxtliyinə.

    Həm cansız, həm ruhsuz yarandığından,
    Bəlkə də xoşbəxtsən ey zibilqabı,
    Nə bilim bəlkə də elə deyilsən…
    Olmaya mənim tək gileylənirsən,
    Sən də taleyinin dönüklüyündən.

    Bu ara adamlar keçir yanından,
    Kinayə baxışlar, kəskin baxışlar.
    Fələyin rəhmsiz oyunlarından,
    Min qat daha betər öldürür onu…

    Bumudur ədalət? bumudur həyat?
    Hər an bir-birindən daha narahat.

    O, baxır ətrafa gözlərində qəm,
    Adamlar şeytan tək görünür ona.
    Yer üzü deyilən sanki cəhənnəm,
    Yox “sanki” artıqdır, özüdür ki, var,
    Elə cəhənnəmin özüdür ki, var...

    Keçir əllərinə neçə cür əşya,
    Hər əşya kimsədən bir xatirədir.
    Qəfildən əlinə toxunan nəsə,
    Onu yerindəcə yaman titrədir.

    Astaca qaldırır onu göylərə,
    Baxır həsrət dolu, intizar dolu.
    Onsuz fəsillərə, onsuz illərə,
    O, qədəm qoyurdu ahuzar dolu.

    Qabarlı əlləri toxunur simə,
    Azacıq musiqi səsləndirərkən,
    Hönkürtü qoparıb yıxılır yerə,
    Ağlayır məhv olmuş o ümidlərə.

    Ancaq skripka da düşmür əlindən,
    Bağrına basaraq qucaqlamışdır.
    Onun qoxusuyla, musiqisiylə,
    Cənnəti dünyada o yaşamışdır.

    Yenidən adamlar keçir yanından,
    Necə də duyğusuz, ruhsuz və cansız.
    Ölmüş ürəklərə təsir edərmi?
    Musiqi sədası, insan həyatı,
    Bax budur həyatın sonsuz təzadı.

    Bir anlıq xəyala qapılır qoca,
    O, böyük səhnədə cürətə gəlir.
    Kiçikdən böyüyə tamaşaçılar,
    Musiqi səsindən heyrətə gəlir.
    Mələklər də səsin seyrinə gəlir.

    Onun taleyinin gözləri kimi,
    Ətrafda bərq vurur rənglər, işıqlar.
    Dünya nə gözəldi, necə gözəldi,
    Onun hər anında bir yaraşıq var.


    Hər kəsdən bəxtiyar bir insan kimi,
    Unudub kədəri, unudub qəmi,
    Taleyə təşəkkür eləyir qoca.
    Başı zirvələrdən daha da uca.
    Ona yaraşardı ah bu ucalıq,
    Bəlkə də şansı var, amma qocalıq,
    Həm taqət, həm gücdən salmışdı onu…
    Yox, yox yanılıram gülərsə gözlər,
    O qüvvət, o taqət qayıda bilər.
    Qocalıq da özün cavanlaşdırar,
    Əksinə,
    Cavanlıq da özün qocalaşdırar.

    Bax budur həqiqət, budur reallıq,
    Fərqi nə qocalıq, yoxsa cavanlıq.


    Anidən bir cavan tutur qolundan,
    Ayırır gül kimi xəyallarından.
    Bax beləcə bitir nağılın sonu,
    Azacıq sevincə tab gətirməyib,
    Tale xoşbəxtikdən ayırır onu.
    Yenidən qayıdıb bu cəhənnəmə,
    Qərq olur amansız kədərə-qəmə.
    Dünya başdan-başa düşür gözündən,
    Bir tək skripka, o sirli alət,
    Azacıq da olsun düşmür gözündən.
    Sıxıb əlləriylə yoxlayır onu,
    Körpə tək sevgiylə qoxlayır onu.

    Gözünün işığı, bircə dənəsi,
    Amansız taleyin xoş hədiyyəsi,
    Məhz bu skripka mübaliğəsiz,
    Yeganə səbəbdir xoşbəxtliyinə.
    Əlini göylərə qaldırıb yenə,
    Şükürlər eləyir yaradanına,
    Ən böyük sevinci bəxş edib ona.

    Yük götürüldü canımdan, unuduldu qayğılar.
    İlahi xoşbəxtliyim bu şeirlə yaşandı.
    Ah necə də gözəldir kama yetmiş arzular,
    Zamanın özü belə müvəqqəti dayandı.

    Habil Yaşar 11.05.2022/10:00
  • may 2022, Habil Y.

  • 2
Ağdam Qiyaslı

زائـــور اوستاج

Ağdam Haqqında Şeirlər Mənim Qiyaslı Kəndim Mənim Qiyaslı kəndim, De, evimiz necədi? Kim çıxır ağaclara Həyətimiz necədi? * * * Xallı, qara, ağ gilas... Ağacların......

Mina Rəşid - Mənim Qiyaslı Kəndim

زائـــور اوستاج

Mənim Qiyaslı Kəndim Mənim Qiyaslı kəndim, De, evimiz necədi? Kim çıxır ağaclara Həyətimiz necədi? * * * Xallı, qara, ağ gilas... Ağacların dururmu? Söyüdlərin qoynunda......

Allahverdi Bağırov əfsanəsi

زائـــور اوستاج

Ağdam AğdamIN Qəhrəman Övladları (Allahverdi Teymur oğlu Bağırov haqqında) Altı min şəhidi olan Ağdamın qaziləri, qəhrəmanları da təbii olaraq bu saya mütənasibdir. Azərbaycanın hələ ötən......

Vaqif Yusifli Yazır

زائـــور اوستاج

Ədəbi Tənqid Çiçəklər, Dağlar … və Xudayar Dastanı (Zaur Ustac sözünün sehrində) Şairlər çiçəklərə, güllərə sevgi dolu şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə, lalə, qərənfil,......

Zahid Xəlil Və Zaur Ustac Yaradıcılığında Uşaq Obrazları

زائـــور اوستاج

Ayətxan Ziyad Yazır Elmi mübahisələr: mülahizələr, qənaətlər Iv yazı Azərbaycan Uşaq Şeirində Sərlövhə-Adlar Sistemi (Zahid Xəlilin və Zaur Ustacın yaradıcılığı nümunəsində) 1. Giriş Məlumdur ki,......

Vüqar Əhməd Yazır

زائـــور اوستاج

Hesabat Məruzəsi 2020-2021-Ci Illərin Bədii Publisistikası Azərbaycanın ədəbi-bədii və ictimai-siyasi fikir tarixində publisistikanın əhəmiyyətli yer tutmasını milli mühitin gerçəkləri, çoxsaylı sənət və mədəniyyət nümunələri, faktları,......

Ağdam. Ağ Evlər. Ağ Atlı Oğlan...

زائـــور اوستاج

Qarabağ Azərbaycandır! i.Əliyev. Ağdam Lap uşaqlıqdan Ağdam eşidəndə, o an xəyalımda hündür sütunlu ağ evlər canlanırdı... Bu hündür, geniş, işıqlı, dümağ bərq vuran büllur sarayların......

Zaur Ustac - Yurd Həsrəti (53)

زائـــور اوستاج

Əlli Üçüncü Yazı Zaur Ustacın Yurd Həsrəti (Ağdama-Yusifcanlıya dönəcəyimiz günü həsrətlə gözləyirik) Salam olsun, çox dəyərli oxucum! Min şükür Böyük Allaha. Nəhayət, belə bir mövzuda......

Mina Rəşid - Yaz Gəldi, YazIN Gəlmədi

زائـــور اوستاج

Yaz Gəldi, YazIN Gəlmədi... (Yataqxana binasından boylanan köçkün anaya) Nə həsrətdi gözlərində Baharın bu gülən çağı? Yoxsa yadına salmısan Yurdunda qərib ocağı? * * *......

Şahmar Əkbərzadənin Şeirləri

زائـــور اوستاج

Sözün Ağ Rəngi Şahmar Əkbərzadə Haqqında Tanınmış şair, jurnalist Şahmar Əkbərzadə — 28 Dekabr 1941-ci ildə Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci......