...
  • 《Bir Türk Millətçisinin Stalinlə İxtilal Xatirələri》
  • Şümşəd Hüseynova
  • Bir müddət əvvəl Məmməd Əmin Rəsulzadənin "Bir Türk Millətçisinin Stalinlə İxtilal Xatirələri" adlı kitabın bitirdim. Kitab oxuyan zaman kitabı yazmağı sevməməyimə rəğmən bu kitabı qeydsiz oxumaq münkün deyildi. Elə ilk qeydim "ixtilal" sözünün mənasın araşdırmaq oldu. Günlük həyat da heç istifadə etmədiyimiz, lakin az olsa belə qarşımıza çıxan həmin söz. Söz ərəb mənşəli olub, "Qarışıqlıq, qarğaşalıq, hərc-mərclik, iğtişaş. Cahan müharibəsi," mənasını verir. Bu isə dilimizə gələn əcnəbi sözlərin çox olmasının və bəzilərinin mənasını bilməməyimizin nümunəsidir
    Kitaba başladığım ilk anlarda diqqətimi çəkən Stalinin özünə götürdüyü qeyri-rəsmi ad oldu. Hansı ki Rəsulzadə onu bu ləqəbi ilə tanıyırdı. Bildiyimiz üzrə Stalin sonralar özünə bu adı götürmüşdü. Koba, adını isə gürcü yazarı olan Aleksandre Kazbeqinin "Ata qatili" romanında olan qəhrəmanlardan biridir. Qəhrəman kitab da çarlığa qarşı mücadilə edən çete qəhrəmanının adıdır. Məncə Stalin niyə bu qeyri-rəsmi adı götürdüyü göz önündədir.
    Rəsulzadənin nələr etdiyini Azərbaycanın qurucusu olduğun bilirik. Savadına, siyasətinə bələdik. Yüzlərlə insanın ölmünə səbəb olan insan Rəsulzadəyə qarşı nə üçün bu qədər yaxşı davranış göstərirdi? Halbuki onu ölmə buraxa bilərdi hətta özü belə öldürə bilərdi. Hətta kitab da bir xatirədə belə bir hadisə keçir. "Təkamül" qəzetəsinin bir toplantısın da Rəsulzadə də iştirak edirdi və müzakirələr rusca idi. Hər kəs mükəmməl rusca danışmadığı kimi Rəsulzadə də qramer və üslub xətaları edirdi. Rəsulzadə məruzəsində təmsil etdiyi milli müxalifət cəryanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə vuran bolşevizik görüşünə üstünlük verən bir ifadəsi vardı. O zaman menşevik olan Vışinski Rəsulzadənın bu məruzəsin həzm edə bilmir və onun üslubuna takılır (sataşır). Koba (Stalin) isə dərhal"
    - Haydi, yoldaş Vışinski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim daha ədəbi danışır?... - deyə ona qarşılıq verir.
    Diqqətimi çəkən məqamlardan biri də Rəsulzadəni həbsdən çıxardıqdan sonra qatarda yaşanan bir andır. Vaqonda olarkən Rəsulzadənin yazdığı bu cümlə "Azərbaycanın qara kürüsünü qırmızı vaqonda öz halal malımız kimi yeyirdik." Mənə bir çox şeyi sətr altı ötürdü.
    Ümumiyyətlə, kitab da bir çox xatirələr var ki həmin dövrün və Stalinin iç üzün bizlərə göstərir. Kütləvi terror tərəfdarı olan Stalin tarixin tozlu səhifələrin də bəzilərinə görə qəhrəman bəzilərinə görə qatil qaldı. Təbii ki, qəhrəman o insanlara görədir ki Stalinin qurduğu ssenarilərə inanan təbəqədir. Lakin mən bir şeyi qəbul edə bilmirəm yüzlərlə insan qatili, bütün dinləri inkar edən kommunist dinin bir peyğəmbəri sayılan, Çingizlərə və Neronlara rəhmət oxutduran şəxsin hazırda belə bəziləri tərəfindən ehtiramla anılması, hələ də öz statusun saxlaması və onu daha çox azərbaycanlıların tanıması, ancaq Rəsulzadənin unudulması. Stalin tarix üçün böyük şəxsiyyətdir. Ancaq hazırda hər kəs Stalini tanıyır, fəqət Rəsulzadəni az insan bilir. Mən Rəsulzadə ilə Stalini müqayisə etmirəm. Bunu etmək düzgün sayılmaz. Çünki Stalin namını bütün dünyaya salmış şəxsiyyətdir. Fəqət mən elə düşünürəm ki, öz tarixini bilməyən qurucusunu tanımayan kəs üçün Stalinin həyatı və siyasəti o qədər maraqlı olmaz. Ümumiyyətlə, stalinizimi yaxşı bir şəkildə anlamaq üçün onun haqqında yazılan xatirələri, kitabları oxumaq lazımdır.
  • iyul 2024, Şümşəd H.

  • 236
Düşüncələrin Qapıları

Şümşəd Hüseynova

Mən kiməm? Bu sualı çox zaman özümə verirəm və aldığım cavab bir "heç" olur. Dünyamızın qarışıqlığı və insanların səsləri arasında insan özünü necə tapa bilər?......

Ailə yükü 2-ci hissə (yaşadıqlarım)

Ceyhun Fikrət

O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Müəlliməmiz çox sadə bir müəllim idi. Hər gün sübh oyanıb dərsə getməyim......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Zəfər Günü

Şümşəd Hüseynova

Qarabağım... Vətənimin hər yanı gözəldir, fəqət Qarabağım gülüstandır. Məmləkətimin döyünən qəlbi - Qarabağım. Səni bizdən illər əvvəl aldılar, gözlərini bir an belə olsun, səndən çəkmədilər.......

Görəsən, mən ş*?

Sabir Etibarlı

Metrodan çıxıb avtobus dayanacağına qədər yeridi. İşdən sonra çox yorğun idi, amma yenə də yerində dayana bilmirdi. Saatına baxdı, saat 21:32 idi. Dayanacaqda səbirsizlənib irəli-geri......

Gedək

Şümşəd Hüseynova

Götür dərd sərini bu axşam, , biz olmayan yerə. Götür sözləri bu axşam, , söz olmayan yerə. Kim deyər həyatın dərdin? Kim bilər ürəyin fikrin?......

Bioqrafiya. Biblioqrafiya

Firuz Mustafa

(Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahısı) (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bioqrafiyası......

Avqust

Sima Ənnağı

dodaqlarda Qaymaqlı dondurma kimi Xəfifcə əriyir, Havanın istisini Çiyimlərimdə daşıyıram Yapıncı kimi. Nə qədər görülməmiş yuxular, Nə qədər oyanmamış ürəklər var da. Nə qədər......

Üç fədakar

Sabir Etibarlı

Dünyanın üç müxtəlif yerindən, üç fərqli zamandan üç insan bir araya gətirilmişdi. Antik Çindən sərkərdə Konqzi, orta əsr Avropasından gənc qadın İzabella və müasir dövrdən......

Sevimli bir eşq hekayəsindən

Aqşin Mustafa

Ətrafı mühafizəçilərlə dolu olan Amerika Birləşmiş Ştatlarının prezidenti maşınına mindi və alxa qoltuqda oturdu. Qaranlıq bir səhər idi. Heç kim bir kəlimə də danışmamışdı. Bir......