...
  • Mənim Möcüzəm
  • Şümşəd Hüseynova
  • Dərsi sevdirən, həmçinin nifrət etdirən də müəllimdir. 10 illik məktəb həyatımda 5 il bəlkə də həyatıma qızıl hərflərlə yazılıb. Geriyə baxanda hələ də ürəyimdə bir həyəcan bir sevgi olur. Eyni dərsi hər gün həyəcanla gözləmək, qapının açılmağını, qapıdan boylanıb müəllimin gələcəyi yola baxmaq belə müqəddəsdir. Digər müəllimlərin içində onu görəndə gözlərinin parıldaması, ürəyinin ritminin dəyişməsi, qaçıb qucaqlamaq hiss... hər biri çox dəyərli hisslərdir.
    Bir şagirdin həyatına nur saçan, həyata yenidən tutduran, ən pis zamanlarda belə yenidən ayağa qaldıran, yenidən sevdirən müəlliməm olub. Bəlkə də bu həyatın mənə bəxş etdiyi ən gözəl hədiyyələrdən biridir. Elə sevgilər olur ki sözlərlə ifadə edilə bilmir, mənim də sevgim belədir. Zərgər dəqiqliyi ilə sözlər düzsəm belə bu sevginin yanında sönük qalar.
    Bəli, Rəna müəllimə... məncə hər şagirdin həyatında onun həyatına toxunan bir müəllim olur. Mənim həyatıma öz sehirli dəyənəyini vuran müəllimə Rəna müəllimə olub. Bir şagirdin ən xoşbəxt olduğu an "5" aldığı an deyil, bir şagirdin ən xoşbəxt olduğu an onu həqiqətən sevən bir müəlliməsinin olmasıdır.
    Bəlkə də heç kəs bilmir, fəqət mən bunu əminliklə deyə bilərəm ki, mənim ilham aldığım insan mənim müəlliməmdir. İnsanı kövrəldən isə bir daha həmin parta arxasında otura bilməyib dərsi dinləyə bilməməkdir. Kaş geri gəlsə idi həmin günlər. Bircə an geri dönsə idi dərslərimiz... Qədrini bilmədim bağışlayın...
    Bəlkə də buna görə Azərbaycan dili və Ədəbiyyat dərslərinin dəftərini hələ də saxlayıram. Axı orada sizlə olan xatirələrimiz var. Onun hər vərəqində sizin məsləhət və iradlarınız var. Yeni dərs ilində həmin qapıya çox boylandım çox gözlədim yolunuzu. Səmimi olmaq lazımdırsa hətta gözlərim belə doldu, çünki siz gəlmədiniz. Mən isə sona qədər sizi gözlədim...
    Son olaraq bugünkü məni "yaradan" insan sizsiniz. Mən sizin sayənizdə özümü kəşf etdim. Bəlkə siz olmasa idiniz mən də digər uşaqlar kimi itib gedəcəkdim, fəqət siz buna icazə vermədiniz. Buna görə sizə minnətdaram. Mənə yenidən həyatı sevdirən, müəlliməm.
    Məncə hər bir şagirdin həyatında bir Rəna müəllimə olmalıdır. Mən inanıram ki, siz məndən başqa bir çox şagirdin həyatına öz sehirli dəyənəyinizi vurmusunuz və vuracaqsınız.
    Sizi daim ən xoş xatirələrlə xatırlayacağam!
  • fevral 2025, Şümşəd H.

  • 142
Yoxa Çıxdı ( qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Getdi əqlim, səni gördükdə şüurum yoxa çıxdı. Əsər qalmadı dinclikdən, hüzurum yoxa çıxdı. Bu məhəbbət nə yamanmış, dedilər inanmadım , Könlüm mum kimi yumşaldı, qürurum......

Etməgil ( Qəzəl ) Nəzirə

Dəhnəli Məmməd Hacızadə

Qocaldım deyib yaşa dolmaq dilərsən, etməgil! Mən bülbülün gülünə solmaq dilərsən, etməgil! Bir an dözmərəm hətta gözlərimdən qeyb olasan, Yoxluğunla canımı almaq dilərsən, etməgil! Barış......

Fizuli Babaya Nəzirə

Dəhnəli Məmməd Hacızadə

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir. Az qalır küfrə düşəm Allah nə,Ənbiya nədir. Şərabım eşq,abım eşq,məhtabım eşq,tabım eşqdir. Hamı eşqi gizlədir,eşqsiz olan guya nədir.......

Neyləyə bildim ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Ey gül səni sevməklə sənə neyləyə bildim? Sənsiz ötüşən ömrə-günə neyləyə bildim? Boylandım həyata yeni dünyaya baxarkən. Dedilər toyundu mənə, neyləyə bildim? Könlüm qan ağladı......

Bədahətən

Dəhnəli Məmməd Hacızadə

Gəldim şeirə mən Cəlilin Poçt Qutusundan, Qaraca Qızın saçları qıvrım Tutusundan. Bir Qalanın Sirrini bildim lap uşaqkən. Mən dərsimi aldım Hadısından,Bıdısından. Arxamca gəlibmiş yüyürüb mən......

Getdim ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Sənə bildirmədən öz sevgimi mən əsgərə getdim, Qayıdanda söylədin hüsnü pərişan ərə getdim. Qopdu sandım tüstü-duman yıxıldı dünyam başıma, Götürdü caynağına bir qara quş məhşərə......

Sonra

Elnarə

Sonda sadəcə “Özünü mən əvəzimdən də sev” – deyə bildim… Və Allaha əmanət etdim. Bütün sevənlər kimi... Sən mənim canımdan bir parçasan. Sən mənim uşaqlığımsan.......

Gəlmişəm Ey Gül ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Ötsə də dövrü-zaman bax qayıdıb gəlmişəm ey gül. Səni fikrimdə xəyalımda tutub gəlmişəm ey gül. O qədər ki sənə eşqım demək olmur dil-ağızla, Eşqinlə könlümü......

Gəl qəbrim üstünə

Dəhnəli Məmməd Hacızadə

şəkil çəkdirək, Mən gülərüz durum, sən məyus dayan. Elə et gözlərin nəmli düşməsin, Kəs bu hıçqırtını biraz sus, dayan. Qoyaraq başını qəbir......

Yanımda sən olmayınca

Dəhnəli Məmməd Hacızadə

Etirafım var daha,dur, Yaxdı məni bu boş qürur. Vaxt keçməyir,zaman durur, . Xəyalım sən,istəyim sən, Ürəyimdə göynəyim sən. Bir-bir düşdü saçıma dən, Yanımda......