...
  • Sən Susma
  • Şümşəd Hüseynova


  • Mən Leyla, 13 yaşım var. Bu gün sizə "gözəl" həyatımın hekayəsini danışmaq istəyirəm. Əminəm ki, bu hekayə sizi düşündürəcək.

    Doğulduğum, boya-başa çatdığım evdə mənə hər şeyi verdilər – sevgi istisna olmaqla. Masamda həmişə bir tikə çörək, qışda isinəcəyim soba, başımı qoya biləcəyim bir yastıq vardı. Bunlara görə ailəmə minnətdaram. Axı onlar məni böyüdüblər. Amma bir şeyi unutmuşdular: mənim də arzularım vardı.

    Məktəbə getmək istəyirdim. Kitabları vərəqləyib, hərflərin sehrinə düşmək, həyətdə oynayan qızlara qoşulmaq, sabahlarımı özüm yazmaq... Amma bir səhər, günəş hələ üfüqdən yenicə boylanarkən, mənim günəşim batdı. O gün həyatım məndən alındı.

    Evimizdə qeyri-adi bir sevinclə başladı həmin gün. Atam, anam, nənəm, babam... hamısı xoşbəxt idi. Mən isə bilmirdim ki, bu xoşbəxtliyin qurbanı elə mən özüm olacağam.

    Anam həyəcanla otağa girdi, gözlərində qəribə bir parıltı vardı. Əlini saçlarıma çəkib dedi:
    – Qızım, sənə elçi düşüblər!

    Elçi düşüblər? Mənə? Bu nə demək idi? Bu, yaxşı bir şey idi, yoxsa pis? Mən bilmirdim... Amma ailəm sevinirdisə, deməli, yaxşı idi. Onlar mənim üçün həmişə ən doğrusunu bilirdilər, deyilmi?

    Babamın tez-tez dediyi bir söz vardı:
    "Qız ağlı toyuq ağlı kimidir."

    Mən də bir qız idim. Deməli, ağlım yox idi?

    Elçilik günü gəldi. Evimizə yad adamlar doluşdu. Onlar oturub danışırdılar, gülümsəyirdilər, məni bəyənirdilər. Amma mənim fikrim dəftər-kitaba qarışmışdı. Həyətdəki qızları pəncərədən izləyib düşünürdüm: "Kaş ki, tez getsəydilər. Mən də çıxıb oynayardım..."

    Olanların fərqində deyildim.

    Mən bir əşya kimi verildim. Heç kim soruşmadı: "Leyla, sən istəyirsənmi?"

    O, məndən çox böyük idi.

    O adam evdən çıxıb gedəndən sonra anam yanıma gəldi. Ümid etdim ki, deyəcək: "İstəmirsənsə, olmasın." Ümid etdim ki, məni eşidəcək.

    Amma yanılmışdım.

    Anam saçımı oxşayıb dedi:
    – Qızım, biz səni çox sevirik, bilirsən? Səni sevdiyimiz üçün səni ərə veririk. Axı dünya fanidir, bu gün varıq, sabah yox. Bizim gözümüz arxada qalmasın.

    Mən susdum. Çünki danışmaq haqqım yox idi. Mən həmişə sözə baxan qız olmuşdum.

    Günlər keçdi. Hər şey sanki adi bir hadisə kimi görünürdü. Amma mənim içimdə bir fırtına vardı. O adamı cəmi bir dəfə görmüşdüm. Amma ondan qorxurdum.

    Qonşumuzda Xədicə xala yaşayırdı. Onun bir qızı vardı, ötən il universitetə qəbul olmuşdu. Evində böyük məclis qurmuşdular. İndi də ikinci ilidir oxuyur. Hər dəfə rayona gələndə fərqli görünürdü. Geyimi, danışığı, davranışı... hər şeyi ilə başqaydı. Mən ona qibtə edirdim. Kaş ki, mən də onun kimi ola biləydim.

    Bir gün bu fikrimi anama dedim. Onun cavabı isə ürək açan olmadı.

    – Elə bilirsən, o yaxşı yola gedib? Allah bilir, oralarda nə hoqqalar çıxarır! Bu qızların ağlı göydədir! Gedib öz adına ləklər yazacaq! Anası da utanmadan deyir ki, "Qızım oxuyur." Ay oxudu, ay! O qızlar ora əxlaqsızlığa gedir! Sən də istəyirsən?! Atanın namusunu yerlə bir etmək istəyirsən?!

    Mən qorxdum.

    Tez anamı qucaqlayıb yalvararaq dedim:
    – Yox, yox! Mən heç yerə getməyəcəyəm!

    Bir gün anam mənə dedi ki:
    – Götür bu qazanı apar onlara.

    ONLARA?! Mən ora getmək istəmirdim axı. Anamı incitməmək üçün getməli oldum. Yol boyu əsirdim. Bədənim buz kəsmişdi. Ayağım geri-geri gedirdi.

    Nəhayət, çatdım. Qapını döydüm. Anası çıxdı. Məni öpdü, qucaqladı. Birdən onunla üz-üzə gəldik. Həyatımın ən iyrənc günü idi. Anası məni içəri çağırdı. Girmək istəmədikdə:
    – Qızım, bura sənin evindir. Adam heç evinə girməkdən çəkinər?

    Bura mənim evim deyildi... Bura mənim məzarım idi. Ancaq məcbur keçdim. İçəri girəndən gözləri mənim üstümdə idi. İkimiz məhlədə qalmışdıq. Mənə baxdı və iyrənc baxışlarla dedi:

    – Bu qədər ürkək olma. Artıq hamı bilir ki, sən mənimsən. Yaxında evlənəcəyik. Hər şey gözəl olacaq. Məndən qorxma.

    Sakitcə:
    – Səndən qorxmuram... sadəcə... sadəcə mən belə bir şey istəmirəm. Mən oxumaq istəyirəm, – dedim.

    Bu sözlər onu qəzəbləndirmişdi. Birdən qolumdan tutdu və evə apardı. Əlim, ayağım buz kəsmişdi. Dəli kimi qorxurdum. Nə olacaqdı? Bu nə idi? Anası bu mənzərəni görsə belə, səsini çıxartmadı. Məni otağa apardı və... həmin günü unuda bilmirəm. Mənim bədənim deyil, ruhum çirklənmişdi. Çirkli əllərini mənim bədənimə vurmuşdu. Qorxurdum. Çox qorxurdum. Anamı istəyirdim, ancaq səsim çıxmırdı. İstəsəm də çıxara bilməzdim. Çünki vurardı məni...

    Həmin həftə özümü çox çirkli hiss etdim. Bu nə idi yaşayırdım mən?

    Bir ay sonra artıq narahat olmağa başladım. Test etdik və bundan sonra anam üzümdən-gözümdən öpüb dedi ki:
    – Mənim gözəl qızım ana olur!

    Hər kəs sevinirdi. Məndən başqa... Nəyə sevinməli idim? Özüm uşaq ola-ola necə baxacaqdım uşağa? Ya o dünyaya gələndə ölsəm? Axı mən ölmək istəmirəm...

    Hər kəs başıma pərvanə olmuşdu. Heç sevilmədiyim qədər sevilirdim.

    Bir müddət sonra bunlar mənə qəribə gəlmirdi. Alışmışdım...

    9 ayın sonunda uşağım oldu. O qədər gözəl idi. Ancaq mən uşağı istəmirdim. Mən ölmək istəyirdim. Mən ailəyə baxa bilməzdim... Özümü çirkli və mağazada illərdir satılmayan, bir anda satılıb dəyərli olduğunu zənn edən, sonra isə qırılan bir qab kimi hiss edirdim. Kaş ki, dəyərsiz olsaydım və heç toxunmasaydılar...




    Əziz valideynlər!

    Mənim yaşadığım bu dəhşəti qızlarınıza yaşatmayın! Onları mal kimi satmayın! Onlara sevgi verin, təhsil verin!

    Yetkinlik yaşında sevgilisi olmasına qadağa qoyduğunuz qızınızı niyə 13 yaşında ərə verirsiniz?

    Biz də insanıq! Bizim də hüquqlarımız var! Biz susduq, ancaq sənsusma!
  • mart 2025, Şümşəd H.

  • 299
Yoxa Çıxdı ( qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Getdi əqlim, səni gördükdə şüurum yoxa çıxdı. Əsər qalmadı dinclikdən, hüzurum yoxa çıxdı. Bu məhəbbət nə yamanmış, dedilər inanmadım , Könlüm mum kimi yumşaldı, qürurum......

Etməgil ( Qəzəl ) Nəzirə

Dəhnəli Məmməd Hacızadə

Qocaldım deyib yaşa dolmaq dilərsən, etməgil! Mən bülbülün gülünə solmaq dilərsən, etməgil! Bir an dözmərəm hətta gözlərimdən qeyb olasan, Yoxluğunla canımı almaq dilərsən, etməgil! Barış......

Fizuli Babaya Nəzirə

Dəhnəli Məmməd Hacızadə

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir. Az qalır küfrə düşəm Allah nə,Ənbiya nədir. Şərabım eşq,abım eşq,məhtabım eşq,tabım eşqdir. Hamı eşqi gizlədir,eşqsiz olan guya nədir.......

Neyləyə bildim ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Ey gül səni sevməklə sənə neyləyə bildim? Sənsiz ötüşən ömrə-günə neyləyə bildim? Boylandım həyata yeni dünyaya baxarkən. Dedilər toyundu mənə, neyləyə bildim? Könlüm qan ağladı......

Bədahətən

Dəhnəli Məmməd Hacızadə

Gəldim şeirə mən Cəlilin Poçt Qutusundan, Qaraca Qızın saçları qıvrım Tutusundan. Bir Qalanın Sirrini bildim lap uşaqkən. Mən dərsimi aldım Hadısından,Bıdısından. Arxamca gəlibmiş yüyürüb mən......

Getdim ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Sənə bildirmədən öz sevgimi mən əsgərə getdim, Qayıdanda söylədin hüsnü pərişan ərə getdim. Qopdu sandım tüstü-duman yıxıldı dünyam başıma, Götürdü caynağına bir qara quş məhşərə......

Sonra

Elnarə

Sonda sadəcə “Özünü mən əvəzimdən də sev” – deyə bildim… Və Allaha əmanət etdim. Bütün sevənlər kimi... Sən mənim canımdan bir parçasan. Sən mənim uşaqlığımsan.......

Gəlmişəm Ey Gül ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Ötsə də dövrü-zaman bax qayıdıb gəlmişəm ey gül. Səni fikrimdə xəyalımda tutub gəlmişəm ey gül. O qədər ki sənə eşqım demək olmur dil-ağızla, Eşqinlə könlümü......

Gəl qəbrim üstünə

Dəhnəli Məmməd Hacızadə

şəkil çəkdirək, Mən gülərüz durum, sən məyus dayan. Elə et gözlərin nəmli düşməsin, Kəs bu hıçqırtını biraz sus, dayan. Qoyaraq başını qəbir......

Yanımda sən olmayınca

Dəhnəli Məmməd Hacızadə

Etirafım var daha,dur, Yaxdı məni bu boş qürur. Vaxt keçməyir,zaman durur, . Xəyalım sən,istəyim sən, Ürəyimdə göynəyim sən. Bir-bir düşdü saçıma dən, Yanımda......