Poeziya


2021-03-12 21:18:17

Mini-şeirlər

Sima Ənnağı

* Biz sevmirdik. Yorğun ürəklərimizlə sevişirdik. Həyat Cavabsız suallarla dolu, Duyğular - qarşılıqsız. Boşluq qalib gəlir. Ağlama. Gözəllərin göz yaşına kimsə inanmaz. * Saçlarına günəş qonub. Əllərində yay ətri var. Gözlərindəki sükutu darmadağın etmək, dilində gizlənmiş sözləri eşitmək üçün neyləyim... * Səni düşünməmək üçün kağızları masaya töküb yazıram. Amma hər sözdə sən görünürsən... *...

Davamı

2021-03-11 08:32:37

SONA XƏYAL - MƏBƏS BAYRAMINIZ MÜBARƏK

YAZARLAR.AZ

MƏBƏS BAYRAMINIZ MÜBARƏK Nələr etdi mənə dövran, nələr çəkdim, bilirsən ki. Bilirsən ki, daha yoxdur dözüm könlümdə hicranə. * * * Vüsalınla məni hicrin əzabından qutarmazsan, Qutarmazsan, odur daim dönər bağrım başı qanə. * * * Həmişə ehtiyat etmiş bəşər əhli gədalərdən, Gədalərdən xeyir gəlməz cahanda bircə insanə. * * * Bu dünya arifü dana üçün sanki cəhənnəmdir, Cəhənnəmdir o dünyada məkan,...

Davamı

2021-03-10 19:29:06

Cəvahir Tanrıverdi - Şeirlər

YAZARLAR.AZ

Cəvahir Tanrıverdi – şair, pedaqoq. SÖZ İNCİSİ – LƏL-CƏVAHİRAT QAZAXDADIR Yenə ayaq basam o doğma elə, Könlümü titrədən söz Qazaxdadır. Xəyalım toxunur torpağa, yerə, O isti ocağın, döz, Qazaxdadır. Ürəyin qocalmaz bu yerdə sənin, Sazın sədaları öldürər qəmi. Şeirə çevrilər gözünün nəmi, Sözü alışdıran köz Qazaxdadır. Tarixin türk yurdu, qıpçaqlar eli, Tarixdən söz salar Damcılı yeri. Könül...

Davamı

2021-03-10 18:52:49

ÖMRÜN QANADLARI

Şirinxanım Kərimbəyli Şadiman

ÖN SÖZ ƏVƏZİ Ömrün qanadları üstündə uçuruq, bizlər elə zənn edirik ki, qanadlarımız yoxdur, hərdən quşlara qibtə hissiylə baxırıq. Əslində, biz də qanadlıyıq. Bu qanadlar ömür qanadlarıdır, bizi bir ömür boyu uçurur. Bir də gözümüzü açıb-yumub görürük ki, artıq ömrün payızındayıq...Ömür ağacının yarpaqları bir-bir tökülməyə başlayır. Saralan yarpaqlar bizi tərk edən acılı-şirinli həyat dolu günl...

Davamı

2021-03-09 05:36:27

SONA XƏYAL - BAX

YAZARLAR.AZ

Ey mənim könlümə yüz yarə vuran, canıma bax, Gözlərimdən tökülən yaş əvəzi qanıma bax. * * * Baş alıb çöllərə qaçdım qəm əlindən, lakin Yoxdu bir canıı gəlib hərlənə dörd yanıma, bax. * * * Nalələr eyləyirəm, bəlkə yetişsin yarə, Kar qulaqdan nə umur, sən dili-viranıma bax. * * * Arzulardım onu mən bəlkə görəm röyadə, Gecələr yatmaq üçün olmayan imkanıma bax. * * * Ömrü beş gündür...

Davamı

2021-03-09 05:34:14

EYLƏR - Rahim Üçoğlanlı Rzayev

YAZARLAR.AZ

Cahil kəsə etibar yox əzəldən, Dost adıyla səni bir gün xar, eylər. Üz verəndə keçib başdan əyləşər, Çəp oturub gen yerini dar, eylər. * * * Seçə bilməz, yarpaq ilə ləçəyi, Bülbül bilər göydə uçan böcəyi. Topa-topa düymə qalar çiçəyi, Söyüd kimi nə açıb, nə bar, eylər. * * * Sevsə birin çəkə bilməz nazını, Çox götürüb, dosta verər azını. Soyuq qışa döndərər bil, yazını, Yağış səpib, a...

Davamı

2021-03-09 05:29:22

ŞAHİN MUSAOĞLU - QADIN

YAZARLAR.AZ

Qadın... soyadını dəyişdirir ailəsini dəyişdirir evini dəyişdirir səninlə bir evə daşınır səninlə bir yuva qurur səndən hamilə qalır ... doğduğu uşaqlara belə sənin soyadını qoyur nə edir sənin üçün edir həm də sağlığı... gözəlliyi bahasına O bizə bir hədiyyədi O bizə bir əmanətdi... Müəllif: Şahin MUSAOĞLU

Davamı

2021-03-08 14:13:59

ZAUR USTAC – ANA ŞEİRLƏRİ

YAZARLAR.AZ

Zaur Ustac və anası Gülüzə xanım. 1997 – Xanabad. ANA Sönməz bir od kimi, adın qövr edər, İçimdən atəşlə boylanar, ANA! O, hansı duyğudur, hər şeydən uca, Qəlbimin yağıyla qovrular, ANA?! *** Nə qədər cismimdə dövr edər qanın, Nə qədər yaşayar, bir para canın, Özünün əmridir, Cənabi-haqqın, Borcluyam, qarşında daima, ANA! *** Ümidim, təsəllim sənin duandır, Həmişə çin olan röyalarındır, Ən...

Davamı

2021-03-08 08:22:55

Qadın - Vahıd Çəmənli

YAZARLAR.AZ

Sənə igid dedik, sənə Ər dedik, Dinib danışmayan, lal olan Qadın. Gah Niğar söylədik, gah Həcər dedik, Əhdinə, eşqinə qul olan Qadın. Yüz il bir daxmada yaşasan belə, Nə giley, nə güzar gəlmədi dilə. Dözdün hər əzaba sən gülə-gülə, Gülüşü üzündə bal olan Qadın. Anamız, bacımız, xalamız oldun, Bizə arxa durdun, qalamız oldun. Yüz dəfə can dedin, qadamız aldın, Qadası, balası bol olan Qadın. Əsli...

Davamı

2021-03-07 21:54:20

Şeir dəftərçəmdən. Gəl, keçmişi xatırlamayaq

Sima Ənnağı

Gəl, keçmişi xatırlamayaq, Göydə əylənən buludlara baxaq, Qəfil yağan yağışın altında Qaçışaq, Əl-ələ tutaraq, Qoy yusun sürətli damlalar Ürəkdəki incikliyi... Dilimləyib çörəyi Ağzımız yana-yana yeyək, Zarafat edək, İçdən qəhqəhə çəkək Və anlayaq ki, Məhv olmamışıq... 2009

Davamı