Poeziya


2021-03-06 10:39:52

Mayıl DOSTU - ANA

YAZARLAR.AZ

A N A Tayı, bərabəri yoxdu dünyada, Zülməti zəmi tək biçəndi ana. Uca xəlq eyləyib onu yaradan, Bir baxışla dərdi seçəndi ana. *** Cənnətdir mehriban, isti qucağı, Odur hər komanın yanan çırağı, Düşməsin bəxtinə heç bala dağı, Diriykən məzara köçəndi ana. *** Əzaba qatlaşan, dözəndi dərdə, O, namus-ismətdi, qeyrətdi mərdə, Balası müşkülə düşdüyü yerdə, Alovu çığnayıb keçəndi ana. *** Yuxusuz ge...

Davamı

2021-03-06 10:31:30

Sərvər Məsum - Kəndə gəl

YAZARLAR.AZ

Payız keçib , qış qurtarıb , yaz gəlib, "Təbiətə işvə gəlib , naz gəlib", Elə bil ki bahar bir az az gəlib, Batıb şehə bənövşələr qəmdə , gəl, Şair Sərvər daha vaxtdı , kəndə gəl. Qəribsəyib bu dağ- dərə biləsən, Məndən səni sorur hərə biləsən, Sevinc dolub boş evlərə biləsən, Gəlib məhlə uşaqları , sən də gəl, Şair Sərvər daha vaxtdı , kəndə gəl. Səni kəndin bahar çağı gözləyir, Səni kəndin...

Davamı

2021-03-03 15:43:30

ZAUR USTAC - YAZARLAR GÜNÜNƏ ÖZƏL ŞEİRLƏR

YAZARLAR.AZ

Zaur Ustac – şair-publisist. ŞÜKRANLIQ Salam olsun Sənə, ey gözəl insan, Min şükür Haqqa ki, haqqa çatmısan. Hələ görünməyib, olsun belə hal, Bir kitab oxuyan görə qeylü-qal. Bütün ürfan əhli bu rəydə yekdil, Kitab sayəsində zənginləşir dil. Şükür Yaradana qılıbdır imkan, Belə bir görüşü edib ərmağan. Hər yeni fürsəti mənə verəndə, İlkin şükrü-səna bitir dilimdə. Əlində tutduğun bir...

Davamı

2021-03-02 21:59:12

Sona Abbasəliqızı - GÖYÇƏ YUXUMA GƏLIR

YAZARLAR.AZ

GÖYÇƏ YUXUMA GƏLIR Kaş şərxin dönəydi, fələk tərsinə, Dərdim güzgü tutur dərdin səsinə. Basıb ayrılığı öz sinəsinə, Göyçə qərib-qərib yuxuma gəlir. * * * Ayrılıq yelləri öpür üzümdən, Min ağrı boylanır hər bir sözümdən. Açır qapısını keçir gözümdən, Göyçə qərib-qərib yuxuma gəlir. * * * Alnı qırışıbdı ümidlərin də, Bu dərdin,ağrının kökü dərində. ƏLƏSGƏR sazının pərdələrində, Göyçə qə...

Davamı

2021-03-02 15:07:24

Rasimə Könül - Ata

YAZARLAR.AZ

ATA Bu gün ad günündür, yenə yığışıb Bir süfrə başına üç balan, ata! Sənin də adına qablar düzülüb, Darıxıb ev adlı bu qalan, ata! * * * Hələ otağından öz ətrin gəlir. Dəftər-kitabından söz ətrin gəlir. Əlinin saçımda naz ətrin gəlir. Günbə-gün gözümdə ucalan ata. * * * Qəribsəyib sənin gəzdiyin yollar. Qapımı döydüyün o gözəl anlar. Hər kəlmə başında adını anar. Xətrini istəyən el-oban, ata. *...

Davamı

2021-03-02 13:39:06

Təvəkkül Goruslu - Üç şeir

YAZARLAR.AZ

QORXMURAM MƏN Bir gün gələn bir gün gedər, doğrudur, Salam, əcəl, səndən heç qorxmuram mən! Bu ömürdən ötən illər oğrudur, Salam, əcəl, səndən heç qorxmuram mən! * * * Sənin adın məzarlığa işarə, Yetişdinsə insan olan nə karə, Səndən ricam, gəl möhlət ver şairə, Salam, əcəl, səndən heç qorxmuram mən! * * * Əl uzadıb bağladıqca gözləri, Alıb bir-bir götürürsən bizləri. Səndən ricam, yetim qoyma...

Davamı

2021-03-01 15:16:50

Sona Abbasəliqızı - Sarıtel

YAZARLAR.AZ

Daş qoynunda sarı-sarı dünən var, Zülmət düşür, dodağını büzən var. Havasına durna kimi süzən var, Aşıq qardaş, "Sarıtel"çal, "Sarıtel". * * * Sərt başlayıb qayaların davası, Qırov tutub lal quşların yuvası. Ürəyimə məlhəm olur havası, Aşıq qardaş, "Sarıtel"çal, "Sarıtel". * * * O nəğməni mən, söz kimi yayıram, Çeşmə kimi, bulaq kimi duyuram. Çalınanda, xoş oluram, uyuram, Aşıq qardaş, "Sarıtel...

Davamı

2021-02-28 06:12:35

ZAUR USTAC - SEVGİ ŞEİRİ

YAZARLAR.AZ

DOQQUZU ON BEŞ KEÇİR... (Mayakovskidən danışan Xanıma) Danışdıq, gələcəksən... Sən dedin: - “Çalışaram...” Mən dedim: - “Gözləyəcəm...” Səkkizi on beş keçir... Kipriklərim asılıb, saniyə əqrəbindən Baxışlar mədət umur, saatın məhvərindən... Zamanın kəfkirində yellənir neçə xəyal... Doqquzun yarısı oldu... İstəyirəm, diksinim qəfil qapı zəngindən Ta ki, yaxam qurtarsın bu zamanın əngindən... Çık-...

Davamı

2021-02-28 05:56:38

ADİL CƏFAKEŞ - A SEVGİLİM...

YAZARLAR.AZ

TAC YERİNƏ HÖRDÜYÜM Ay başımda çələng kimi bəzəyib Sevdasını tac yerinə hördüyüm. Kərpic - kərpic təcrübəli bənnatək, Savabını suç yerinə hördüyüm. * * * Noolar, yazma son cümləni vidatək, Sonda məni işarələ nidatək. Ay sevgisin ən ləzzətli qidatək, Ürəyimin ac yerinə hördüyüm. * * * Cəfakeşəm, bildirmirəm ismini, Tərifləyib, məxfi yazdım vəsfini. Ay mənalı baxışının rəsmini, Gözləri...

Davamı

2021-02-27 12:55:09

YUSİF DİRİLİ - XOCALI HAQQINDA

YAZARLAR.AZ

LAYLAY, XOCALIM, LAYLAY Qara bulud dolaşdı, Laylay, Xocalım, laylay. Düşmən həddini aşdı, Laylay, Xocalım, laylay. * * * Bəla yağdı min yerdən, Kim baş açdı bu sirdən? Dizlər düşdü təpərdən, Laylay, Xocalım, laylay. * * * Hamı yatıb oyaq yox Başlar kəsik, ayaq yox. Hələ belə sayaq yox, Laylay, Xocalım, laylay. * * * Qəfil tələ qurdular, Dinc şəhəri vurdular, Nəsil-nəsil qırdılar, Laylay, Xocalım...

Davamı