Poeziya


2017-11-18 16:21:10

İncik

Mükafat Yaqub

İncik Gözün gözü gözə düşüb, Göz vurmağa çarəsi yox. Kabab olub közə düşüb, Köz basmağa yarası yox. Yuxusu çoxdan qarışıb, Günahlarıyla barışıb. İndi şeytana alışıb, Mələklərlə arası yox. Çilik ayna yetim qalıb, Əkiz əksə meylin salıb. Gözündə dünya qaralıb, Öz gözünün qarası yox. Ömrünün xəzan vaxtıdı, Xiftənin azan vaxtıdı, Yolunu azan vaxtıdı, Hayanadı, harası yox... Sonsuz...

Davamı

2017-11-18 16:18:06

Gedir

Mükafat Yaqub

Mükafat Yaqub Gedir Dağların başına dolanan duman, Uca zirvələrdən bac alıb gedir. Bu fani dünyaya aldanan insan, Kamala çatmamış, qocalıb gedir. Sən demə ömürdən pay da olarmış, Dənizə yetməyən çay da olarmış. Haramı qoruyan qayda olarmış, Haqqı tapdalayan tac alıb gedir. Bisavad oturub alim yerində, Tumuru çırtdayıb indi şərin də. Məəttəl qalıbd...

Davamı

2017-11-18 16:14:45

Doğma evdə yad adamlar yaşayır...

Mükafat Yaqub

Mükafat Yaqub Doğma evdə yad adamlar yaşayır... Bir gün gələn, bir gün gedər, var axır, Gedənlərin dalınca ruhlar baxır. Hər gecənin öz gündüzü var axı!.. Nur zülməti, zülmət nuru daşıyır, ...Doğma evdə yad adamlar yaşayır... Meyvələrin yetişəni, kalı var, Qismətin də veriləndə “al”ı var. Odun suya bələnməyə halı var?.. Alov suyu, su alovu daşıyır, ...Doğma evdə yad...

Davamı

2017-11-18 16:06:43

Az getdim...

Mükafat Yaqub

Mükafat Yaqub. Az getdim... ...Dərə- təpə, düz getdim. Əsasız, gürzsüz getdim. Azım-çoxum ələndi, Kəlməsiz-sözsüz getdim. Qarşıma saray çıxdı, Həyat...

Davamı

2017-11-18 16:02:09

Axtarıram

Mükafat Yaqub

Mükafat YAQUB Axtarıram Od-alovum sönübdü, Külümü axtarıram. Bağçam çölə dönübdü, Gülümü axtarıram. Kəsilib yaz yağışı, Əsir payız qarğışı. Pəncərəm qış naxışı, Milimi axtarıram. Min yerə çapdı güman, Daha küsməyir uman. Ayağımdan asılan, Əlimi axtarıram. Dağarcığım sel kimi, Dada çatdı yel kimi. Cadarl...

Davamı

2017-11-17 10:42:37

Səndən uzaqlarda

Fərqanə Yusifqızı

Səndən uzaqlarda keçmir bu həyat Ürək həsrət‚sevgi həsrət‚mən həsrət. Səndən uzaqlarda qəlbim quraqlıq Bulud həsrət‚yağış həsrət‚çən həsrət. Səndən uzaqlarda hər mövsüm qışdı Sənsizlık hər gecə mənlə boğuşdu. Ruhum torpaq üstə qanadsız quşdu Hava həsrət‚yuva həsrət‚dən həsrət. Səndən uzaqlarda yoxdu xətirlər Qələmin ucuna gəlmir sətirlər Mən vüsal yazıram qəm gətirirlər Şeir hə...

Davamı

2017-11-16 20:38:46

Ehtiyacı var

İlham Qazaxlı

EHTİYACI VAR. İnsan yaranandan diqqət, qayğıya, Xoş sözə, söhbətə ehtiyacı var. Sevən könüllərin incə duyğuya, Sevgi, məhəbbətə ehtiyacı va Torpağın Günəşə, dənizin çaya, Zülmət gecələrin nur saçan Aya, Övladsız ananın bir şirin paya, Qayğı, mərhəmətə ehtiyacı var.! Soyuq nəzərlərin isti baxışa, Cadar torpaqların suya, yağışa, Şair, sənətkarın daim alqışa, Diqqətə,hörmətə ehtiyacı var. Vətən...

Davamı

2017-11-15 10:45:19

BİR YAŞAYIRAM (ŞEİRLƏR)

Mustafakamal İslamov

BİR YAŞAYIRAM Araya “qan sallam” məsləyim üçün Tikanam, gülümlə bir yaşayıram. Dünyanın tərkində “tərki-dünyayam”, Dərvişəm, zülümlə bir yaşayıram. Günəş də eşqimdən güc alıb, yanır Dönərək, hər səhər zülməti yarır. Uzun gecələri içimdə qalır, Gündüzlər çölümlə bir yaşayıram. Kamal, həyatı sev, həyata tapın Bir gün açılacaq xəyalət qapın. Deyirlər, sonudur ölüm həyatın, Mən isə, ölümlə b...

Davamı

2017-11-11 18:32:52

RÜBAİLƏR (rusca)

Firuz Mustafa

Fituz Mustafa Часы, время – миф, заблуждение поверь, В столетиях живет мгновение, поверь. Мы во времени не живем, мой друг, В нас живет оно, нет сомнения, поверь…. *** Никогда не искушай судьбу, друг мой, Зря челом не бей, за правду стой горой. Не опасайся тех, кто что-то совершил, Мой совет, берегись праздных, дорогой. *** Мир – другу друг, а врагу наказание, Мир моя отрада, мое страдание....

Davamı

2017-11-11 18:30:36

ДЕСЯТИСТИШИЯ

Firuz Mustafa

ДЕСЯТИСТИШИЯ Firuz MUSTAFA *** Читатель мой! Кто ты, как тебя зовут? Не знаю…. Но дай-ка, пару слов скажу. Где живешь, в каком краю? Сколько тебе лет? Мужчина иль женщина, кто ты, дорогой? Может, дел у тебя конца-краю нет?.. Не знаю…. Послушай, что скажу, родной. Знаешь, открою тебе секрет один, Сложно в жизни умным счастье обрести, Коль найдешь время, давай поговорим, Кому заняться нечем...

Davamı