Poeziya


2017-12-21 12:58:59

Naxoş zəmanə

Səmi

Yengə oynar,vuran yeli əsə bilmir. Zaman gəlib,düz əyrini kəsə bilmir. Haram yeyən yoxsa haram yesə bilmir Gün gələcək qan qusacaq?Yaxşı bilir! O,haramı öz ömrünün naxışı bilir! Göy ilə yer bir-birinə asi düşüb. Göyün yerdə,yerin göydə yası düşüb. Hər birinin qulaqıma səsi düşüb. O,da nahaqq,bu da nahaqq,duya bilsən! Bu nahaqqı kainatdan yuya bilsən! Yaxşı-yaman qardaş-bacı olub indi...

Davamı

2017-12-21 06:26:53

TUNCAYA

Zaur USTAC

TUNCAYA Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya,...

Davamı

2017-12-20 17:11:26

QƏHƏTDİ

Zaur USTAC

QƏHƏTDİ (Zahir qardaşa.) Zahir qardaş deyir, dünya yamandı; “Çobanın əlindən çomaq alandı”, Bütün bunlar, bəhanədi, yalandı, Çomağı bərk tutan, bilək qəhətdi.... * * * Vaz keçməyə bir bəhanə gəzərik, Zəif varsa, orda Ağa – Nəzərik, Qüvvətlini təriflərik, bəzərik, Qaməti şax tutan, ürək qəhətdi.... * * * Ustacam, keçmişəm kip tərəcədən, Söz gərək çıxmasın he...

Davamı

2017-12-20 14:41:16

Nərgizim

Səmi

Bacımın 8-yaşlı nəvəsi Nərgizə Nərgiz mənim ürəyimin parası! Onu necə sevdiyimi bilə kaş! O,anamdır,mən də onun balası. Məhəbbəti mənə qala belə,kaş! Gözəlliyi pillə-pillə qurulub. Yaradanın özü ona vurulub. Yalan dünya gözlərində durulub. Yayılaydı şan-şöhrəti elə,kaş! Şirin səsi dalğa-dalğa yayılar. Gül üzünü görən kəslər bayılar. Səsləyər...

Davamı

2017-12-18 17:35:54

ŞEHÇİÇƏYİM

Zaur USTAC

ŞEHÇİÇƏYİM Tacısan dünyamda tüm çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim... Sehrinə düşmüşəm, nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim... * * * Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim... * * * Bir kərə, bir anlıq olsa da, vüsal Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə d...

Davamı

2017-12-18 16:47:11

GƏZDİM

Zaur USTAC

GƏZDİM Gəzdim, qarış-qarış VƏTƏN TORPAĞIN, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu TORPAĞI, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq,...

Davamı

2017-12-16 17:35:18

DAĞLAR

Zaur USTAC

DAĞLAR <<>> Nədəndi, ürəyim döyünür yenə, Gördükcə hüsnündə məlalı, dağlar?! Yağı cövlan edir, dağıdır yenə, Qoynunda büsatı, cəlalı, dağlar! * * * De, çoxmu çəkərik zülüm-zilləti???? Movcud hal -vəziyyət üzür milləti, Onsuz da düşmənin puçdu niyyəti, Ordumun beşiyi, vüsalı, dağlar! * * * Dünya belə qalmaz, dəyişər...

Davamı

2017-12-15 13:34:27

QUCAĞINI GENİŞ AÇ...

Zaur USTAC

( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi…. …. Sancmışam Sancağımı, rahat gəlirəm indi…. * * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, K...

Davamı

2017-12-14 06:45:32

EY VƏTƏN OĞLU

Zaur USTAC

Göylər də hönkürüb, ağladı bu gün, Buludlar göz yaşın saxlaya bilmir.... Damından göz yaşı axıdan koma, Kövrəlmiş ananı ovuda bilmir.... * * * Hardasa, bir bala ata gözləyir, Əlində bir Bayraq gələydi bu gün.... Müəllim istəyib stol üstünə, Anası alaram, söyləyir hər gün.... * * * Bir Ata istəyir oğlu bu gün də, Həyətə tələsik girsin nə olar.... Arxaya baxmada...

Davamı

2017-11-24 06:58:56

Ölüm havasına uçuşan quşlar

Elşən Ələsgərli

Ölüm havasına uçuşan quşlar Ölüm havasına rəqs edən qızlar Ölüm havasını zümzümə edən Ağıllı və müdrik bayquşlar Qanınız iblislə doludur Canınız vicvicə ilə Özünüz özünüzü öldürün Zəhərlənmiş, gümüş gülləylə Ölüm havasına uçuşan quşlar Səsiniz doldurub aləmi Səhərlər yatmağa qoymursunuz Yuxuya alışmış simasız kütləni Uçun gedin burdan Lazım deyilsiniz kimə isə Onlar öz...

Davamı