2017-10-11 14:56:43
Təcnis (63 yaşıma) Nə yaxşı qalmışam, nə yaxşı sağam, Canım nə bərk imiş, daşdanmışam mən. Sellər, sular döyüb dərələr boyu, Bərkiyib, sıxılıb, daşdanmışam mən... Arxam olub “ Ürək “ adlı bu dağım, Tanrım əyib : bu nisgilim, bu dağım. Ömrüm boyu barlı olub budağım, Onunçun həmişə daşdanmışam mən. Bütün dərdlər şairlərin dərdimi? Bağban könlüm heç barını dərdimi? Gizli tutub çox ağrımı, dərd...
Davamı
2017-10-11 10:43:21
Darıxmaq nədir, deyim? - Hisslərin ən zalımı. Bir anda havalanıb, Küçələrə düşməkdi. Gözünü uzun müddət, Məchulluğa zilləmək. Sonra dərbədər gəzib, Zülüm-zülüm inləmək. Darıxmaq, inan, bəzən Əllərini unutmaq. Yaddaşın qan gölündə Boğulmaqdı, məsələn. Günəş işıq saçsa da, Başına yağar dolu, Gedirsən evə sarı, Azırsan amma yolu. Darıxmaq nədir, deyim? - Darıxmaq eyni ada Təkrar-təkrar dönməkdi. Hə...
Davamı
2017-10-11 10:42:18
Xəyal qurma boş-boşuna, Suya düşər xəyalların.. Az sənindi, çox istəmə, Qapanmaz ki yaraların... Nəyin var ki bu dünyada Bircə kölgən, bir də adın, Xəyal qurma, özünə gəl, Dərdinlə qal, tənha qadın... Bir kimsənin həniri yox, Zülmət dolar otağına. Qalın geyin, üşüyərsən, Qar yağacaq yatağına.
Davamı
2017-10-11 08:06:24
Qara üzərində ağ ləkələr Necə də yersiz görünürlər Qara əzəmət rəmzidir Ləkələr də bunu bilirlər Qara ləkə götürməz Ağdan fərqli olaraq Qara həmişə təmiz olar Ağ qaraya yamaq Qara - qaranlığın vəhdəti Ağ - ölüm kimi bəyaz Qarannı sevənlər çox Ağı isə .. çox az Kaint zülmət qaranlıq Yalnız ulduzlar ağ işıq saçar Qaranlıq zamanı gəldisə, Günəş belə, səmadan qaçar 29.08.2017 Elşən Ə...
Davamı
2017-10-11 07:55:58
Solan yarpaqlar kimi Düşürük yavaş-yavaş Ömrün budaqlarından Atılırıq boşluğa Kainatın dibinə Allahın qucağından Kim bilir nələr olur Zülmət qovuşan yerdə Sakit fırtınalarda İnsan ölür, ya qalır? Görən çıxa bilirmi Ruhun sınaqlarından? 05.08.16 Elşən Ələsgərli
Davamı
2017-10-11 07:50:57
Xoşbəxt insanlar Söyüşüb-döyüşmürlər, Soyuqda-sazaqda Küçədə büzüşmürlər Xoşbəxt insanlar Qəhərlənmirlər Xoşbəxtlikdən heç vaxt Xəstələnmirlər Xoşbəxt insanlar Dərd çəkmirlər Kədər becərib Qüssə əkmirlər Xoşbəxt insanlar Yaşayırlar İnsan kimi Xoşbəxtcəsinə 16.02.17 Elşən Ələsgərli
Davamı
2017-10-10 19:23:20
Şair üreyimin iş otağısan Göylerin qelbimi öpen dodağı Nece bezemisen bu otağı sen Könül her fesilde onun qonağı Rengler göz oxşayır,qızılı,sarı Sevgi rüzgarıdır bayırda esen Sen bu tavanını düzeltdir barı: Birazca içeri damır deyesen... Üşümek isteyir biraz ellerim Qelem bir balaca titreyir ,esir Üzüme dağılıb islaq tellerim Fikrim her döngeni,tinini gezir Qızıl yarpaqlardan toxuyub xalı se...
Davamı
2017-10-10 07:53:49
ELDAR NƏSİBLİ SİBİREL Heç kəs bu dünyanı tutub qalmayıb, Hamının ömrünə gələndi ölüm. Zorla yaddaşlara yazılanları, Gəlib yaddaşlardan siləndi ölüm. Birinə evinin içi – Vətəndi, Birinə bu amal dərddi, sitəmdi. Dərdlinin - gözündə ağlayan qəmdi, Dərdsizin - gözündə güləndi ölüm. Yiyəsi tarixdir qızıl anların, Tarixi torpaqdır axan qanların, Xalqın ürəyində yaşayanların, Heykəli önündə öləndi ölü...
Davamı
2017-10-10 07:52:05
BU GECƏ QORXULU BİR YUXU GÖRDÜM Bu gecə qorxulu bir yuxu görüb Dunyadan üzmüşdüm öz umudumu. Gördüm ki, çiynimi altına verib Özüm aparıram öz tabutumu. Yox idi üstümdə sinə dağlayan Bacım uzaqdaydı, anam uzaqda. Eşqimi gözünün üstə saxlayan Qəlbimin hakimi-sonam uzaqda. Dünya öz işində, gücündə idi, Gəlsə də arxamca beş-altı nəfər Birisi deyirdi:-bir az tez gedin Qoy xəbər tutmasın şeirsevənlər....
Davamı
2017-10-10 07:42:43
Bu gecə qəlbimdə bulud yığını, Bəs dəli hisslərin şimşəyi hanı?! Bu gecə qəlbimə sükut yığılıb, Bu gün ulduzlardan nəğmə istərəm, Bəs zalım gecənin ürəyi hanı?! Bu gecə bir mənəm, bir də ki, qələm. Sükut da soyuqdur daş kimi bu gün. Gərək gecənin də nazını çəkəm, Qəlbimdən bir nəğmə eşitmək üçün. ELDAR NESIBLI SIBIREL
Davamı