Poeziya


2019-12-27 05:58:20

Poetik düşüncələr

Səmi

Gəl, oturub üz-üzə, Qəm- sevinci anışaq. Hansı çox gərək bizə, Bunu çözək,danışaq. Qəmsiz ömür,bax,gülüm, Bizi alıb aparar, Bu həyatdan qoparar. Bizi biz edən ölüm Düşməyəcək yadına. Hər bir şeydə bir nəşə, Bir kef axtaran ürək, Yaramamış bir işə, Dərdi-qəmi unudar. Unutqanlıq bil,gerçək, Səni bir yolluq udar. Yetən olm az dadına. Qoşub yeni nəğmələr, Yeni arzu gəzərsən. Sahili röya olan Bir dər...

Davamı

2019-12-26 16:25:20

Ağı

Mükafat Yaqub

Mükafat Yaqub Ağı Zaman elə dəyişib, Şaxta vurubdu Şərqi. Fəsillər dəngərləşib, Şərqə oxuyur şərqi. Boran, tufandı, Allah, Bu qərib məmləkətdə. Sədəqə umur tamah, Qısnayıb fəlakətdən. Bu günün yarısı yox, Güman qalıb dünəndə. Havası çatmır göyün, Ümidlər üzüləndə... Payız dümanı çəkib, Dövranın o başına. Ağaclar pöhrə əkib, Dünyanın daş qaşına. Divar saxlamır mıxı, Papaq ağırlığ...

Davamı

2019-12-26 06:58:28

“İldırım Əkbəroğli – 70” - 5

Yazarlar.AZ

PAYIZ Günəş çoxdan çıxıb, mürgüdən oyan, Tökülən yarpaqlar ilmədir, dayan, Elə bil, xalıdır anam toxuyan, Təbiət qoynunda toxuyur payız. Göylərin çiskini yerə hədiyə, Damcılar dəf çalır dam döyə-döyə, Yorğun yer uyusun, dincəlsin deyə, Yellər laylay çalır, oxuyur payız. Budaqda sığınıb, gör, quş da quşa, Tənhalıq içində durublar qoşa, Ağaclar libassız düşüb yağışa, Hələ taxt üstədir, göz qoyu...

Davamı

2019-12-25 09:40:48

MALİK TAĞIZADƏ - ÖZÜ UTANDI

Yazarlar.AZ

Bir aşiq sevgisin, bəyan eylədi, Qız qəfil təklifdən, düzü utandı. El içrə eşqini, əyan eylədi, Abır, həyasından üzü utandı. Udqundu, ağzında bal, zəhər boğdu, Gözləri yaşardı həm, qəhər boğdu. Basaraq səbrini, bir təhər boğdu, Qəlbi çırpındıqca, özü utandı. Heyrətindən oynadı göz, qaşları, Axdı gözlərindən, sevinc yaşları. Xəyala apardı, lal baxışları, Dikildi yollara, gözü utandı. Xəyalı g...

Davamı

2019-12-24 16:25:43

İLDIRIM ƏKBƏROĞLU - 70 (03)

Yazarlar.AZ

QOYMAYIN DAŞI YUXARI Salacaq birini dağdan dərəyə Qoymayın, qoymayın daşı yuxarı. Qəlbində əyriyə yer yoxdur deyə Dağlar da dayanar başı yuxarı. Qəlb dolu badədir sözlə siləmə, Sındırma sən onu şan-şan eləmə, Düşər səsi-küyü bütün aləmə, Yollar aparanda boşu yuxarı. Gözəllik su içər alın tərindən, Min ümid göyərər bir zoğ yerindən, Həyat eşqimizdir, bağlar dərindən, Bizi bu torpağa, quşu yuxa...

Davamı

2019-12-24 05:52:29

İLDIRIM ƏKBƏROĞLU - 70 (02)

Yazarlar.AZ

ÖZ YOLUYLA YENƏ GEDƏR BU DÜNYA Öz yoluyla yenə gedər bu dünya, Həminki tək günəş batar, ay çıxar. İstəsən də tər qala, gül solmaya, Xəzan əsər, soyuq düşər, yay çıxar. Alqışlarla kürsü tutan bir bəndə, Kim olduğu məlum olar gedəndə. Bir gündədir güdülən də, güdən də, Bəd işlərdən xoş günlərdə hay çıxar. Sığallanıb çoxu, onu öyəndə, Ayılıbdır başı daşa dəyəndə. Qürurlanıb, çox döşünə döyən də,...

Davamı

2019-12-23 15:01:48

“Şəhriyar”-Əyyub Məmmədov

Yazarlar.AZ

Bir dahi uyuyur qonşu torpaqda Adı Şəhriyardı, özü dəryadır. Sözü, kəlməsi dürri-yektadır Amalı türk olan bir bəxtiyardır. * * * Bir görmək istədi, öz millətini Çəkdi daxilində acı zilləti. Qəlbi bu eşqlə hey çırpınırdı, Gözündə qor kimi şimşək çaxırdı. * * * Yanıb odlanırdı, sözdə, sətirdə Bir xalq, dövlət, torpaq üstündə Vahid birliklə, ulu vəhdətlə, Şamtək ə...

Davamı

2019-12-23 07:00:16

“DƏRDİM, SEVİNCİM” - İLDIRIM ƏKBƏROĞLU

Yazarlar.AZ

(Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…) I Olmasın, olmasın sənsiz bir günüm, Ancaq qucağında uyuyaram mən. Kimə yetə bilər harayım, ünüm Əgər sən olmasan, ey ana Vətən. Qdludur torpağın əzəldən, başdan Dağlarda qarın da qığılcım çaxar. Sənin ürəyini döyündürən qan Mənim də qəlbimdən dolanıb axar. Nahaqdan qəlbimə də...

Davamı

2019-12-19 06:07:50

AİDA ADIGÖZƏL - PAYIZ ŞEİRLƏRİ

Yazarlar.AZ

Ürəksizıər Sevmədiniz…sizi sevən qadınları ! Sevmədiniz … diz çöküb corabınızı geydirən , saçını süpürgə edən qadınları ! Sevmədiniz … yatağınızda unutdunuz , daha cavan daha gözəl qadınları sevdiniz ! Yanı başınızda uyuyan qadınların üstündən gecələr keçdiniz ! Gözünüzü başqa qollarda açmağı arzuladlnız ! Bizim qovurmamız dadsız , onların şorbaları dadlı oldu ! Bizim paltarımız ucuz , onlarınk...

Davamı

2019-12-18 15:53:30

Sənin Səmindim!

Səmi

Təlatümlü bir dəryamsan,mən qoynunda gəmindim. Üzəcəyik səadətə,lap yüzə-yüz əmindim! Məhəbbətin toxumunu ürəyimə sən səpdin, Qoyma onu yadlar biçə,axı sənin zəmindim. Səni cevən aşiqlərin çoxu çox tez dəyişdi. Öz eşqimə sadiq qaldım,necə vardım,həmindim. Eşqi tərənnüm eləyən nəğmə idik hər zaman, Sən həmişə mənim zilim,mənsə sənin bəmindim. Özgələrlə xoş ülfətin qana boğdu qəlbimi. Xəyalımı...

Davamı