Poeziya


2019-12-25 09:40:48

MALİK TAĞIZADƏ - ÖZÜ UTANDI

Yazarlar.AZ

Bir aşiq sevgisin, bəyan eylədi, Qız qəfil təklifdən, düzü utandı. El içrə eşqini, əyan eylədi, Abır, həyasından üzü utandı. Udqundu, ağzında bal, zəhər boğdu, Gözləri yaşardı həm, qəhər boğdu. Basaraq səbrini, bir təhər boğdu, Qəlbi çırpındıqca, özü utandı. Heyrətindən oynadı göz, qaşları, Axdı gözlərindən, sevinc yaşları. Xəyala apardı, lal baxışları, Dikildi yollara, gözü utandı. Xəyalı g...

Davamı

2019-12-24 16:25:43

İLDIRIM ƏKBƏROĞLU - 70 (03)

Yazarlar.AZ

QOYMAYIN DAŞI YUXARI Salacaq birini dağdan dərəyə Qoymayın, qoymayın daşı yuxarı. Qəlbində əyriyə yer yoxdur deyə Dağlar da dayanar başı yuxarı. Qəlb dolu badədir sözlə siləmə, Sındırma sən onu şan-şan eləmə, Düşər səsi-küyü bütün aləmə, Yollar aparanda boşu yuxarı. Gözəllik su içər alın tərindən, Min ümid göyərər bir zoğ yerindən, Həyat eşqimizdir, bağlar dərindən, Bizi bu torpağa, quşu yuxa...

Davamı

2019-12-24 05:52:29

İLDIRIM ƏKBƏROĞLU - 70 (02)

Yazarlar.AZ

ÖZ YOLUYLA YENƏ GEDƏR BU DÜNYA Öz yoluyla yenə gedər bu dünya, Həminki tək günəş batar, ay çıxar. İstəsən də tər qala, gül solmaya, Xəzan əsər, soyuq düşər, yay çıxar. Alqışlarla kürsü tutan bir bəndə, Kim olduğu məlum olar gedəndə. Bir gündədir güdülən də, güdən də, Bəd işlərdən xoş günlərdə hay çıxar. Sığallanıb çoxu, onu öyəndə, Ayılıbdır başı daşa dəyəndə. Qürurlanıb, çox döşünə döyən də,...

Davamı

2019-12-23 15:01:48

“Şəhriyar”-Əyyub Məmmədov

Yazarlar.AZ

Bir dahi uyuyur qonşu torpaqda Adı Şəhriyardı, özü dəryadır. Sözü, kəlməsi dürri-yektadır Amalı türk olan bir bəxtiyardır. * * * Bir görmək istədi, öz millətini Çəkdi daxilində acı zilləti. Qəlbi bu eşqlə hey çırpınırdı, Gözündə qor kimi şimşək çaxırdı. * * * Yanıb odlanırdı, sözdə, sətirdə Bir xalq, dövlət, torpaq üstündə Vahid birliklə, ulu vəhdətlə, Şamtək ə...

Davamı

2019-12-23 07:00:16

“DƏRDİM, SEVİNCİM” - İLDIRIM ƏKBƏROĞLU

Yazarlar.AZ

(Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…) I Olmasın, olmasın sənsiz bir günüm, Ancaq qucağında uyuyaram mən. Kimə yetə bilər harayım, ünüm Əgər sən olmasan, ey ana Vətən. Qdludur torpağın əzəldən, başdan Dağlarda qarın da qığılcım çaxar. Sənin ürəyini döyündürən qan Mənim də qəlbimdən dolanıb axar. Nahaqdan qəlbimə də...

Davamı

2019-12-19 06:07:50

AİDA ADIGÖZƏL - PAYIZ ŞEİRLƏRİ

Yazarlar.AZ

Ürəksizıər Sevmədiniz…sizi sevən qadınları ! Sevmədiniz … diz çöküb corabınızı geydirən , saçını süpürgə edən qadınları ! Sevmədiniz … yatağınızda unutdunuz , daha cavan daha gözəl qadınları sevdiniz ! Yanı başınızda uyuyan qadınların üstündən gecələr keçdiniz ! Gözünüzü başqa qollarda açmağı arzuladlnız ! Bizim qovurmamız dadsız , onların şorbaları dadlı oldu ! Bizim paltarımız ucuz , onlarınk...

Davamı

2019-12-18 15:53:30

Sənin Səmindim!

Səmi

Təlatümlü bir dəryamsan,mən qoynunda gəmindim. Üzəcəyik səadətə,lap yüzə-yüz əmindim! Məhəbbətin toxumunu ürəyimə sən səpdin, Qoyma onu yadlar biçə,axı sənin zəmindim. Səni cevən aşiqlərin çoxu çox tez dəyişdi. Öz eşqimə sadiq qaldım,necə vardım,həmindim. Eşqi tərənnüm eləyən nəğmə idik hər zaman, Sən həmişə mənim zilim,mənsə sənin bəmindim. Özgələrlə xoş ülfətin qana boğdu qəlbimi. Xəyalımı...

Davamı

2019-12-16 05:08:29

ƏDALƏT BƏDİRXANLI - LALƏLƏR

Yazarlar.AZ

(poema) Dahi sənətkarımız xalq rəssamı Səttar Bəhlulzadə -yə ithaf edirəm Proloq Bir Səməd bulağı coşur sinəmdə, Bir Müşfiq həsrəti solur üzümdə. Ya Rəbb izləyirəm bu nə yuxudu, Off.. Səttar tablosu yanır əlimdə. Axan göz yaşlarım havada süzür, Yanan bir tablonun üstünə düşür. Süzən göz yaşları bir zərrə günəş, Hər gamla günəşlə sanki görüşür. Bir tablo çəkmisən bütün lalələr, Saymaq çox çətin...

Davamı

2019-12-16 04:20:35

ZAUR USTAC - DƏYSİN

Yazarlar.AZ

Nəsə xoşlamıram lovğa adamı Mənsəbi, titulu başına dəysin. Kölgəsi olmayan qoca ağacın Baltası fırlanıb yaşına dəysin. Deyilən tək arif isə anladı, Zaman-zaman yerli-yersiz banladı, Sonucunda “xozeyin”-i yağladı, Topuğu tullanıb daşına dəysin. Ustacam, dilimdə Haqq sözü tütər, Bülbül azadəsə, şur ilə ötər, Vecsizin yediyi qoza da itər, Qoy gözü boylanıb qaşına dəysin. 15.12.2019. Müəllif:...

Davamı

2019-12-16 03:59:00

SİMA GÖYÇƏLİ - ANA ŞEİRİ

Yazarlar.AZ

MÜQƏDDƏS OCAĞIN KÖZÜYƏM, ANA! Sən coşub-çağlayan dağ şəlaləsi, Mən o şəlalənin səsiyəm, Ana! Sən uca zirvənin büllur çeşməsi, Mənsə, o çeşmənin gözüyəm, Ana! İlk kəlməm, ilk sözüm anam- birincim, Mənə həyat verən nəşəm, sevincim, Qiymətli xəzinəm, Firuzəm, incim, “Talıbxan nanı”nın duzuyam, Ana! Odlu nəfəsisən ustadlarımın, Şair nəvəsisən ecdadlarımın. Gücü, qüdrətisən qanadlarımın, Hər iki q...

Davamı