• Yazıçı Palitrası Və Sənət Eşqi
  • Meyxoş Abdullah
  • Meyxoş Abdullah -60

    Mən tənqidçi deyiləm, ədəbiyyatşünas da deyiləm, yalnız oxucu kimi söyləyə bilərəm ki, Meyxoş Abdullahı Gi de Mopassanla müqayisəyə çıxartmaq maraqlı olardı. Mopassan fransızların çox da bəyənmədiyi hekayə janrını çox qısa müddətdə - cəmisi 10 il ərzində necə hörmətə mindirmişdisə, Meyxoş Abdullah da hekayələri ilə müasir Azərbaycan ədəbiyyatını bir o qədər zənginləşdirə bilmişdir.
    Meyxoş Abdullah ədəbiyyatda öz izi və öz üzü olan yazıçıdır. Onun əsərlərini mütaliə edərkən sanki parlaq və rəngarəng işıqlar saçan çilçıraqlarla bəzədilmiş bir evə daxil olursan, qarşında zövqlə bəzədilmiş zalların anfiladası açılır, təəccüblü dərəcədə harmonik, zəngin koloritə malik, təkrarsız bir məkana düşürsən. Bu məkanda böyükdən böyük, yalnız ALLAHDAN kiçik İNSAN məskən salıb. Və insani məhəbbətə təşnə, öz yaradıcılığının əsiri olan insanı naturadan çəkən Meyxoş Abdullah rəssamdır, onun təhqiqatçısıdır, çilçıraqlardan və insanın özündən süzülüb gələn hər zərif şüanı görməyi, o qövsi-qüzehin rənglərini seçməyi və saf-çürük etməyi bacarır. O, müəyyən hadisələrin bilavasitə şahidi olmasa belə, şərq mentaliteti fonunda bu hadisələrin şəklini öz bədii intiusiyası və təsəvvürü ilə çəkir, nəticədə qəlbləri ehtizaza gətirən ballada yaranır. Üstəgəl, personajların dili, dilin leksik-frazeoloji, struktur-semantik xüsusiyyətləri. Əsərlərdə təhkiyə məharəti, bədii təsvir vasitələrindən istifadə bacarığı müəllifin daxilindən əti-qanı ilə süzülüb gəlir. O, tipik situasiyalar, daxili monoloqlar, özünütəhlil və özünütəsdiq ədəbiyyatının nümayəndələrindən biridir, şəxsiyyətə özgə don geydirmir, onu olduğu kimi təqdim edir.
    Yazıçının əsərlərində mənəvi həyatın bir sıra problemlərinin açılmasına göstərilən cəhdlər dövrümüz üçün maraqlı və məsuliyyətli məsələlərdir. Kişilik, qeyrət, namus, bu milli-mənəvi dəyərlər içərisində millətin keçdiyi tarixi yol Meyxoş Abdullahın əsərlərinin baş mövzusudur, müxtəlif rənglər içərisində daha qabarıq görünür. Və demək olar ki, yazıçının hər bir əsərində süjetdən, fabuladan asılı olaraq müxtəlif ölçü və biçimdə olan milli-mənəvi məsələlər öz yerini tapır. Bax, elə buna görə də onun obrazları realdır, cəlbedicidir, inandırıcıdır, qüvvətlidir. “Saçlarından asılan qız”, “Dəli Bəybala”, “Anakonda ovu”, “Qapısı gecə döyülən qadın”, “Bir tay ayaqqabı”, “Daş karxanası”, “Su şırıltısı”, “Payız yağışı”, “Daş karxanası”, “Cangüdənin uşaqlığı”, “Çəki daşı” hekayələri belə bədii nümunələrdir.
    Meyxoşun irihəcmli əsərləri oxucular tərəfindən maraqla qarşılanmışdır. Təbii ki, roman yazmaq çətindir, gərgin zəhmət tələb edir. Rus yazıçısı Konstantin Fedin çox cəlbedici bir müqayisə vermişdir: «Roman yaratmaq bir nəfərin böyük bir şəhəri tikməsinə bənzəyir». Meyxoş Abdullah nəhəng ağaca yeni pöhrələr bəxş edir, eyni zamanda bu ağacın rişələrinin dərin qatlara işləməsinə nail olur. “Əsir qadın”, “Alagöz”, “Dəlixanadan sevgi məktubları” bu keyfiyyətləri ehtiva edən uğurlu əsərlərdir.
    Meyxoş Abdullah müharibələrdən, qan-qadalardan çox yazmışdır. Lakin onda həyati optimizm güclüdür, özü də cəsarətli, təsirli, sanki müharibələrin içində bərkimiş, xalqın sınaqları ilə yol yoldaşı olmuş optimizm. Yazıçının qəlbində tarixi optimizm əsil vətənpərvərə, döyüşçüyə, mübariz insana, eyni zamanda insanın və təbiətin zənginliklərinə vurğun bir şəxsə məxsus hissiyyata çevrilmişdir. Onun sənətdəki hər addımı Vətən torpaqlarının qarışlarının əksi-izi, hər bir əsəri tariximizin, həyatımızın, mənəviyyatımızın, etnik varlığımızın güzgüsüdür.
    Meyxoş Abdullah Azərbaycanın, doğma xalqının uğuruna, ad-sanına daim sevinir, fəxarət hissi keçirir. Bu mənada bütün varlığı ilə Vətən oğlu, azərbaycanlı və azərbaycançıdır, bu haqqı özü qazanmışdır. Mənə elə gəlir ki, əsil azərbaycanlı-vətəndaş olmaqdan ötrü yazıçımızdan bəhrələnmək, onun əsərlərini dönə-dönə oxumaq, ən əsası isə dərk etmək gərəkdir.
    Meyxoş Abdullahın əsərləri ölkəmizin hüdudlarından kənarda da tanınır və sevilə-sevilə oxunur. Təkcə unikal “Proza.ru” beynəlxalq portalında bu günə kimi onun 36 əsəri dərc olunmuş, bu əsərlər 13000 oxucu toplamış, 279 rəy almışdır. “Saçlarından asılan qız”, “Müqəddəs yalan”, “Balıqçının arvadı”, “Qadın ürəyi”, “Nəğmə müəllimi”, “Papaq”, “Komandirin yuxusu” hekayələrini şəxsən mən orada ruscadan oxumuşam. Oraz Muradovun tərcüməci və şəxsi təşəbbüsü ilə "Alagöz" əsəri Türkmənistanda nəşr olunmuşdur.
    Mərhum yazıçımız Fərman Kərimzadənin belə bir kəlamı yadıma düşür: “Sənət eşqi ilə yaşayan insan qocalmır, sənəti ilə birlikdə yaşayır, əsrlər boyu cavan görünür, cismən yox olsa da, mənən sıralarımızda ömür sürür”. Bu sözlər sanki yazıçı Meyxoş Abdullahın boyuna bişilib. Hesab edirəm ki, 60 yaş onun yaradıcılığının gənclik məqamıdır. Həyatın irəlidəki pillələri daha uğurli olacaq.

    Aydın HÜSEYNOV.

  • fevral 2022, Meyxoş A.

  • 14
Ənvər Paşa və yaxud Savaş fəsli

Firuz Mustafa

Ənvər Ppaşa və yaxud Savaş Fəsli (iki hissəli tarixi dram) Ə n v ə r P a ş a (İsmayıl Ənvər Paşa) U s m......

Bu gün Sərraf Şiruyənin anadan olduğu gündür.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Şair doğum günündə məzarı başında doğmaları və yaxınları tərəfindən anılıb. Sərraf Şiruyə 1942-ci il......

Sahib Ağagül Oğlu Sailov 90 Illik Yubileyin Mübarək

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sahib Ağagül oğlu Sailov 1933-cü il may ayının 15-də Salyan rayonunun Çuxanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta təhsilini Salyan şəhərindəki......

Murad Məmmədov. Özümün özümə hesabatımdır.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Gecikmiş Etiraf Bu ömür azalmış, keçilmiş yoldu, Gəncliyə bənd oldum, aldandım əbəs. Dünyaya gəlişim xəbərsiz oldu, Qəfil gedişimi kim biləcək bəs?!......

Bütün titulları adından sonra gəlir.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARALR Bütün titulları adından sonra gəlir Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost.... Rəşad Məcid... Təqdimata ehtiyacı olmayan adam. Tanıyan......

Bütün titulları adından sonra gəlir.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARALR Bütün titulları adından sonra gəlir Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost.... Rəşad Məcid... Təqdimata ehtiyacı olmayan adam. Tanıyan......

Rəşad Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Əgər akademik İsa Həbibbəyli bütün tərəflərilə, həqiqətən, dəyərli olan «Bütün yönləri ilə yaradıcı»......

Təvəkkül Goruslu. Qəlbimin başını qisas yalayır.

زائـــور اوستاج

Yaz YazI YazAR YazRLAR Eşq Kanıyam Mən Məcnunam, səhrada eşqə bəzəyəm, Təşnələr yatıran dolu kuzəyəm, Ondan ətirliyəm, ondan təzəyəm, Sevdiyim çiçəyin məkanıyam mən. * *......

Çağdaş Poeziyamızım Sayılıb-Seçilən Nümayəndəsi

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Çağdaş Poeziyamızım Sayılıb-Seçilən Nümayəndəsi Söhbət filologiya elmləri doktoru, professor Mahirə Nağıqızından gedir. Mahirə xanım Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə......

Kirman Rüstəmli. Şeirlər.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Gəncliyim qayıt Səpildin yollara məndən xəbərsiz, İtirdim mən səni səndən xəbərsiz. Saçlarım ağardı dəndən xəbərsiz, Sən qayıt ömrümə, gəncliyim qayıt, Qol......