Aşıq ƏLƏSGƏR - "Əlif"dən dərs aldım, əbcəd öyrəndim,
Müəllif: YAZARLAR.AZ


08.05.2021


"Əlif"dən dərs aldım, əbcəd öyrəndim,
Huş verdim, öyrəndim yazıq "əmmə"ni.
Şirin canım müjganına toxudum,
Sən Allah, öldürmə, yazığam məni.
* * *
Ərş üzündə Gün dolanar, Ay üzər,
Müxənnəti mərdə qoyma, ay üzər.
Həsrətindən ay incəldər, ay üzər,
Qışı dərdü-möhnət, yazı qəm məni.
* * *
Ələsgərəm, çətin adam sayılam,
Vacibatda hurufatın sayı "lam".
Ləblərininin həsrətindən sayılam,
Bimürvət, demirsən: "yazıq, əm məni".
Müəllif Aşıq Ələsgər

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış