Bəlkə ayılasan?
Müəllif: Ceyhun Fikrət


31.05.2021


Mənə soyuqdur,

üşüyürəm,

günahın doğruya qarışmasından,

yalanın doğruya üstünlüyündən.

Hər iş dəyişib,

hətta sənin gözlərində,

faniləşib,

çirkabı görmədən yalanla yeriyir ayağın.

Üşüyürəm,

Çünki yalanın doğruluğu mənə təsir edib.

Yalan qarşısında acizləşirəm,

özüm doğru olduğum halda, yalanla üz-üzəyəm,

səsimdə dəyişib düz olduğum halda,

yalan qarşısında gücsüzəm.

Yalan sirrli və müəmmalı qapı,

doğru axtarılan və bəlkədə gəzdiyin qapı,

bəlkə də tapmayacağın qapı.

Hər iş dəyişib,

amma yenə üşüyürəm,

sənin səssizliyinə,

laqeydliyinə,

baxışlarına,

amma yenə də sənə baxıram

bəlkə ayılasan,

yalandan çıxıb doğru olasan,

qaranlıq gecədən nur olub,

göy üzünə ucalasan.

7 dəfə oxundu

Axtarış