BİRLƏŞİN, TURAN DEYİN! - AQŞİN HACIZADƏ
Müəllif: YAZARLAR.AZ


14.10.2021


BİRLƏŞİN, TURAN DEYİN!
Bu uğurla, zəfərlə,
Yaşa Komandan, yaşa!
İrəli get Türkümlə,
Ərdoğanla dur qoşa.
* * *
Sevir sizi bu vətən,
Olun canbir, olun tən.
Bir də gəlməsin düşmən,
Bu torpağa, bu daşa.
* * *
Hər zaman can-can deyin,
Düşmənə "yan, yan" deyin.
Birləşin, TURAN deyin,
Dünyaya olun PAŞA!
20.10.2020.
Müəllif, Aqşin Hacızadə
YAZARLAR.AZ

12 dəfə oxundu

Axtarış