BU GECƏ QORXULU BİR YUXU GÖRDÜM
Müəllif: Elay Nesibli


10.10.2017


BU GECƏ QORXULU
BİR YUXU GÖRDÜM

Bu gecə qorxulu bir yuxu görüb
Dunyadan üzmüşdüm öz umudumu.
Gördüm ki, çiynimi altına verib
Özüm aparıram öz tabutumu.
Yox idi üstümdə sinə dağlayan
Bacım uzaqdaydı, anam uzaqda.
Eşqimi gözünün üstə saxlayan
Qəlbimin hakimi-sonam uzaqda.
Dünya öz işində, gücündə idi,
Gəlsə də arxamca beş-altı nəfər
Birisi deyirdi:-bir az tez gedin
Qoy xəbər tutmasın şeirsevənlər.
Biri də deyirdi... bəxtəvər sanın
Belə bir ölümü , nə qəribədir?!
Həyatda kimsəyə yük olmayanın
Elə son yükü də çiynində gedir.
Gördüm pozulmayıb ruhum, əhvalım,
Qəm çəkib köçünü qara buludtək.
Torpağım üstündə Nofəlim, Alım
Bitib göyəribdi bir cüt palıdtək.
Yuxuda çiynimi altına verib
Özüm aparırdım öz tabutumu.
Ayıldım küləklər yelpikləyirdi
Bu gecə yuxuda sönən odumu.

ELDAR NƏSİBLİ SİBİREL
1987

7 dəfə oxundu

Axtarış