Bu yaz ayrı cür yazdı
Müəllif: Mükafat Yaqub


02.05.2020


Mükafat Yaqub
Bu yaz ayrı cür yazdı

Allah, bu necə yazdı,
bu ilki yaza yazdın,
bəlkə, insanlar azdı?..

Bu yaz dərd gətirdi,
ağaclar çiçək açdı,
meyvələr bəd gətirdi.

Bu yaz ayrı cür yazdı,
mikrofonlar səslənir,
quş səsləri ayazdı.

Bu yaz ayrı da yazdı,
daşdan qazananların,
arzusun daşda yazdı.

Bu yaz başqa cür yazdı,
“xoş”u, “bəd”i çalxayıb,
bəxti başqa cür yazdı.

Bu yaz bir qərib yazdı,
seçilən, seçəni yox,
bir ucdan sərib yazdı.

Bu yaz qəribə yazdı,
məzarlar pərakəndə,
baş daşları bəyazdı...

Bu yaz qəribə yazdı,
hamıya yazı yazdı.
Ağaclarda meyvəni,
dərdi qəribə yazdı.

Bir virusun həmləsi,
səngər etdi evləri.
İnsanın çox bilməsi,
məğlub edər divləri.

Dünya döndü yumağa
taclı düşmən əlindən.
Bu qisası almağa,
əl qısa ətəyindən.

Dünən evindən qaçan,
ocağına sığındı.
Vətənindən qaçan,
torpağına yığındı.

Başına tac qoymağın,
həsrətini çəkənlər,
ağzını bağlamağın
qayğısını çəkərlər.

Bu Cahan Davasıdı,
taclıya son qoymağa.
Bir cəngi havasıdı,
əl qalxmır oynamağa.

Düz yolu göstər, Allah,
bəlalardan çıxmağa.
Dünya acizdi, vallah,
qarşısını almağa...

Nəfsimizi sınayır,
evimizdə qalmaqla.
Ölümünü anlayır,
çöllərdə tək qalmaqla.

...Gəlin evdə oturaq,
“Koron”a qalib gələk.
Tac başını batıraq,
virusu əngəlləyək...

Mükafat Yaqubov.
#evdə qal, evdə yarat.
02 aprel 2020. Lerik


3 dəfə oxundu

Axtarış