Çat mənə
Müəllif: Mükafat Yaqub


23.10.2019


Çat mənə

Yaxın bilmə uzağı,
Ayaq götür, çat mənə.
Yorğunsan, yükün ağır,
Çatı götür, çat mənə.

Yolumuz çox uzaqdı,
Həm dərədi, həm dağdı.
Saçımıza qar yağdı,
Çətir götür, çat mənə.

Çiynində mənim yüküm,
İkimizə bir hökm.
Gəl əlinə su töküm,
Səhəng götür, çat mənə.

Çox qırdım ürəyini,
Bilmədim gərəyini.
Öymədim kürəyini,
Qırmanc götür çat mənə.

Susma, danış, deyişək,
Cüt qumru tək keyişək.
Qəlbimizi dəyişək,
Yumşaq sənə, çat mənə...

Mükafat Yaqubov

Lerik. 18 oktyabr 2019.

13 dəfə oxundu

Axtarış