Daha "təpəgözlər" dağda yaşamır
Müəllif: Cəlal Yaquboğlu


25.05.2021


DAHA “TƏPƏGÖZLƏR” DAĞDA YAŞAMIR


Sorşdum birindən:-Bu nəhəng saray,
Bu möhtəşəm qəsr söylə, kimindir?
Bu qala divarı, bu daş hasarlar,
Orta əsrlərdən yoxsa gəlibdir?
Soruşdum: -bu qapı, polad darvaza,
Bu ucsuz-bucaqsız bağlar kimindir?
Bu dazbaş qoçular, bu cangüdənlər,
Kimi qoruyurlar, bu xof nədəndir?
Darvaza ağzında milyonluq maşın,
İçində yayxanan o “ağa” kimdir?
Onun qarşısında belini büküb,
Dayanan köləmi, yoxsa nökərdir?
Divarlar boyunca o kameralar,
Niyə hər ötəni çəkir, izləyir?
Elə bil sehirli qaladır bu yer,
İçində nə qədər sirlər gizləyir.
Bəs, o kənardakı bir topa insan,
Nə üçün kəsibdir “ağanın” yolun?
Onları qul kimi işlədən “ağa”,
Bəlkə verməyibdir halalca pulun?
Həmsöhbətim güldü bu suallara.
Söylədi:- bayaqdan sual verirsən,
İcazə ver mən də bir söz soruşum:
-“Təpəgöz” nağılın eşitməmisən?
Daha “Təpəgözlər” dağda yaşamır,
Onlar elə bizim aramızdadır.
Məmur kürsüsündə, vəzifələrdə,
Axtarsan nə qədər “Təpəgöz” vardır.


Cəlal Yaquboğlu


3 dəfə oxundu

Axtarış