Danışdım
Müəllif: Ceyhun Fikrət


24.07.2021


Danışdım hər şeyi, danışdım sənə,
doğru həqiqəti, bilmədən güldün,
bu dünya fanidir, söylədim sənə,
bir anlıq dayanıb, dəlisən dedin.

Baxdın bu həyatın, gedişatına,
bilmədin bu həyat, müvəqqətidir,
düşündün həmişə, yaşayacaqsan,
amma bilmədin ki, həm də ölüm var.

Dünyaya aldandın, yaşadın necə,
dünyaya aldanan, elə uduzar,
düşünər bu dünya, həmişə vardır
amma vaxt vədəsi, yetişər bir gün.

Dünyada nə etdin, hesabı vardı,
soruşacaqlar ki, nələr etmisən,
mən olmayacağam, gülüb gedəsən,
danışdıqlarımı, biləsən nağıl.



Ceyhun Fikrət
www.ceyhunfikret.wordpress.com

http://yenivaxt.com


4 dəfə oxundu

Axtarış