Davud dayının düyəsi
Müəllif: Vüsal Şabizadə


21.10.2017


Daşdəmir dördüncü dərəcəli dəli idi.
Dərbənd dəlixanasında dəlilərə dərs deyirdi.
Dərbənddə dəlilərlə dolanmırdı deyə, doxsan doqquzun dekabrın dördündə doğma diyarı Dəllərə döndü.
Daşdəmirin dədəsi Davud dayı Daşdəmirə dedi:
-Daşdəmir dur danaları, düyələri dağa dırmaşdır, dolaşsınlar.
Daşdəmir də dostu Dadaşla davarı dağa dırmaşdırdı, danalar dağı doyunca dolaşdılar.
Dağın döşündə dolanan düyə diyirlənib dərənin dibinə düşdü, düyənin dalınca daş da düşüb dərədə düyəyə dəydi.
Daşdəmir Dadaşa dedi:
-Dadaş düyənin dərəyə düşməyini dədəmə demə. Dədəm dəlidir, düyənin dərəyə düşməyini duysa dərimi didəcək.
Dadaş dedi:
-Daşdəmir, darıxma demərəm.
Daşdəmirin dədəsi dağa dönər-dönməz, Dadaş düyənin dərəyə düşməyini Davud dayıya dedi. Davud dayı duruxdu.
Daşdəmirə dedi:
-Dərin didilsin, Daşdəmir. Düş dərəyə düyəni dart dursun. Daşdəmir dedi:
-Dədə day dinmə, dünya dağılmıyıb ki, düyədir da, dərəyə düşüb, dümsüklüyərəm durar.
Daşdəmir düyənin dalınca dərəyə düşdü, düyəni dümsüklədi düyə durmadı. Düyə durmayanda Davud dayı Daşdəmirə dedi:Daşdəmir daşa dönəsən.
Düyə dekabrın doqquzu doğacaqdı.
Düyənin dırnaqları, dişləri düşmüşdü, dodağı didilmişdi, dabanı deşilmişdi. Dədəsi Daşdəmirə dedi:
-Daşdəmir düyənin dırnağına, dodağına, dabanına dərman damızdır. Daşdəmir düyənin dabanına dərman damızdıranda düyə dərmanın dozasına dözməyib dingildədi, dərman dağıldı. Daşdəmir deyinib: “Dədə day düyə durmur, durmur durmasın” deyə donquldadı.
Dədəsi dedi: -Daşdəmir düyəni dart dursun, donuzun dölü donuz.
Daşdəmir deyinə-deyinə düyəni dürtmələdi, düyə durmadı.
Düyə dördüncü dəfə də durmayanda Davud dayı düyənin dərdinə dözməyib dünyasını dəyişdi.
Daşdəmirin dədəsinin dəfnində düyə dişi dana doğdu.


18 dəfə oxundu

Axtarış