Dizim
Müəllif: Səmi


30.11.2020


Dizim dizim olandan,
Heç gücünü yoxlamır.
Mənim yüküm qırağa,
Öz yükünü saxlamır!
Ərz eləyim bil,qağa.
Arxayın olub ona,
Çəkilməz çox yükləri
Almış idim çiynimə.
Bunu biləndən bəri,
Girir yüz cürə dona.
Gah titrəyir,gah əsir,
Gah da çevrilir simə.
Ağrı əhdimi kəsir.
Almasam da eynimə,
Yaşamaq çətinləşir.
Dərdimi deyim kimə?
Qocalığın fəsadı
Yüz nədir ki,minləşir.
Günü-gündən azalır
Dizlərimin təpəri.
Bu diz məndən öc alır,
Olub düşmən çəpəri.
Əlimə aldım əsa,
Dizim bir az dincələ.
Əgər yaşamaq busa,
Demək düşdüm cəncələ.
Aman dizim,vay dizim,
Ay kötüyə tay dizim!
Kötük səndən yumşaqdır,
Oldun ondan zay dizim.

27.12.2019

21 dəfə oxundu

Axtarış