DODAQDƏYMƏZ - ZAUR USTAC
Müəllif: YAZARLAR.AZ


22.10.2021


ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz...
* * *
Araz bağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!
Müəllif: Zaur Ustac
YAZARLAR.AZ və BİTİK.AZ

6 dəfə oxundu

Axtarış